Axlaq sayesinde indd



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə8/42
tarix14.07.2018
ölçüsü1,69 Mb.
#55523
1   ...   4   5   6   7   8   9   10   11   ...   42

32                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
və yaxşı xislət olduğuna şübhə etmir və onların qorxu, 
paxıllıq və xudbinlik kimi əks tərəflərini də açıq-aydın 
rəzilət bilir. Lakin bir sıra xislətlər də vardır ki, insan 
onların yaxşı, yaxud pis olduğunu ayırd edə bilmir. 
Buna  əsasən, dəqiq meyar olmadan əxlaqi ölçüləri 
araşdırmaq olmaz. Məsələn, müasir dövrdə Bertrand 
Rassel kimi bəzi materialistlərin  əqidəsinə görə, hər 
hansı bir əməlin başqalarına zərəri dəyməyincə, onun 
yerinə yetirilməsini məhkum etməyə bir dəlil yoxdur. 
Məsələn, elə deyil ki, “tabu” (bir sıra antik adət-
ənənələrdə mövcud olan səbəbsiz qadağalar) kimi 
qədim bir təfəkkürün çirkin adlandırdığı bir əməli 
hökmən biz də rədd etməliyik və mütləq onun xeyir və 
zərərini nəzərə almaq lazımdır.
1
 Hətta Rassel bir çox pis 
əməllərə başqalarına zərər yetirmədiyi təqdirdə icazə 
verir. (O cümlədən, hər iki tərəfin razılığı ilə müxalif və 
ya həmcinslə iffətsizliyi təbii sayır.) 
Sosialist materializmi isə, bir çox ənənəvi-əxlaqi 
üsulların varlı sinfin mənafeyinə xidmət etdiyini 
yürütdüyündən, onlar yalnız fəhlə hərəkatının inkişaf 
və davamına kömək edən qaydaları etik sayırdılar. 
Həmçinin müəyyən bir məktəb və  təfəkkürə tabe 
olmayan qruplar tərəfindən (həya və iffət kimi) bir sıra 
məsələlər barəsində yürüdülən  fikirlərin artması da, 
şübhəsiz,  əxlaqi bəhslərdə aydın bir meyara ehtiyac 
duyulduğunu göstərir.
Belə isə, ümumi rəftarlarda  əxlaqi meyar nədir və 
ya necə ayırd etmək olar ki, filan əməl əxlaqidir, yoxsa 
əxlaqa zidd; başqa sözlə, fəzilətdir, yoxsa rəzilət? Əgər 
bunu dini-məzhəbi baxımdan araşdırmaq istəsək, 
1 . “Cəhani ki, mən mi-şenasəm!”, səh.68.


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   33
vəzifəmiz tamamilə aydındır. Çünki İslam dininin haqq 
olduğunu bildikdən sonra əxlaqi fəzilət və rəzilətlərin 
üsullarını ayırd etmək üçün Quran və sünnədə mövcud 
olan qəti sənədlərə müraciət edəcəyik. Hər halda, bunu 
nəzərə almalıyıq ki, insanın təkamülünə şərait yaradan 
amillər “fəzilət”, onu azğınlığa və geriyə salan amillər 
isə “rəzilət” sayılır.  İnsan yalnız maddi və dünyəvi 
ehtiyacları baxımından diqqət mərkəzində olmamalı, 
onun mövcudatdan xüsusi fərqləndirən mənəvi 
yönlərinə  də  əhəmiyyət verilməlidir. Hətta müəyyən 
bir əməl başqalarının əzab-əziyyətinə səbəb olmasa da, 
onu yerinə yetirən şəxsi mənəvi qiymətdən sala bilir və 
şübhəsiz, həmin əməl rəzil və çirkin iş sayılır.
Təkcə maddi yönləri nəzərə alanlar həqiqətdə insanı 
yarımçıq (bəlkə  də çox az) tanımışlar. Halbuki əxlaqi 
üsullar insan vücudunun bütün yönləri – həm cismi, 
həm də ruhu əsasında araşdırılmalıdır. Bundan da pisi 
insanın mənəvi yönlərinə  əsla diqqət yetirməyən və 
maddi yönlərdə  də yalnız bir qismə (insan əməyinə) 
göz dikən sovet əxlaqıdır.
Məlum olduğu kimi, belə  məktəblər insanın 
varlığını düzgün işıqlandıra bilmədiyindən düzgün 
nəticələr də  çıxara bilməz və sözsüz, əxlaqi fəzilət 
və  rəzilətlərin təyinində böyük səhvlərə düçar 
olacaq. Buna əsasən,  əxlaqi üsulların düzgün əql və 
məntiqə uyğun təyinində öncə qeyd etdiklərimiz 
mütləq nəzərə alınmalıdır: insan təkamülünün bütün 
yönlərinə diqqət yetirilməli, ona kömək edən amillər 
ayırd edilməli, onların  əsasında fəzilət və  rəzilətlər 
müəyyənləşdirilməlidir.


34                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
Əxlaqın fərdi və guşənişin həyat tərzinə 
baxışı
Görəsən, mənəvi saflaşma və  əxlaqi fəzilətlərin 
kəsbi cəmiyyət arasında daha yaxşı mümkündür, 
yoxsa cəmiyyətdən uzaq guşənişin həyat tərzində? 
Təbii olaraq bu sual çoxlarını düşündürür. Bəzi 
mütəfəkkirlərin nəzərinə görə, adətən, cəmiyyətdən 
uzaq düşən insanda fərdi və  əxlaqi səciyyələr daha 
sağlam formalaşır. Çünki əyri rəftar və hisslərin bəzisi 
və ya əksəriyyəti cəmiyyətin məhsuludur.  İnsan da 
həsəd, paxıllıq, təkəbbür, yalan, qeybət, böhtan, riya, 
kin-küdurət və bu kimi xüsusiyyətlər başqaları ilə 
əlaqədə yaranır. Camaatla birgə yaşamayan  şəxs nə 
qeybət edir, nə qeybət eşidir, nə o başqasına, nə başqası 
ona paxıllıq edir, nə riyakarlığa düçar olur, nə yalan 
danışır, nə kin-küdurət bəsləyir, nə də pis gümanlara 
düşür. Cəmiyyətdən ayrılıb fərdi, guşənişin həyat tərzi 
keçirməyin tərəfdarları içərisində  bəzi  əxlaq alimləri, 
zahid və abidlər qeyd edilən fikrə dair onun fəzilət və 
əxlaqın inkişafına təsiri haqda digər dəlil və sübutlar 
da irəli sürürlər. Onlar deyirlər ki, guşənişin insan 
Allaha daha yaxşı ibadət edə bilir, münacat və raz-niyaz 
zamanı Onun dərgahına tam hüzuri-qəlblə üz tutur, 
yaradılışın sirlərini, digər elm və  fənləri daha yaxşı 
qavrayır, həqiqətləri başqalarından yaxşı ayırd edir və 
düzgün nəticə çıxarmağa mane olan təəssübkeşlik, kin-
küdurət, dava-dalaş  və  çəkişmələr fərdi və guşənişin 
həyat tərzində çox azdır. Bu səbəblərə görə  də bir 
çox böyük mütəfəkkirlər fərdi, guşənişin həyat tərzi 
keçirmiş, ona xüsusi üstünlük vermişlər.
Bundan  əlavə, cəmiyyətdə yaşayan insanın 


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   35
üzərinə, adətən, bir çox ağır vəzifə  və  məsuliyyət 
düşür ki, çox vaxt onların öhdəsindən gələ bilmir və 
ya səhlənkarlığa yol verir və  nəhayət, haqq yolunu 
azır. Məsələn, insan ictimai həyatda bir sıra çirkin və 
yaramaz işlərlə üzləşir ki, “əmr be məruf” (yaxşılığa 
dəvət) və “nəhy əz münkər” (pislikdən çəkindirmək) 
vəzifəsi onu mübarizəyə çağırdığı halda, vəzifəsinin 
faydasız olduğunu görüb cəmiyyətdən ayrılır, fərdi 
və guşənişin həyat tərzinə üz gətirir. Hələ bir sıra 
ayə  və  rəvayətlərdə  də  cəmiyyətdən uzaq düşməyin 
və guşənişinliyin tərifləndiyini, müsbət olduğunu 
görürük. Burada nümunə üçün bir neçə ayə və rəvayəti 
qeyd etməklə kifayətlənirik:
  ٍّﻼُﻛَو  َبﻮُﻘْﻌَﻳَو  َﻖَﺤْﺳِإ ُﻪَﻟ ﺎَﻨْﺒَﻫَو ِﻪﱠﻠﻟا ِنوُد ﻦِﻣ َنوُﺪُﺒْﻌَﻳ ﺎَﻣَو ْﻢُﻬَﻟَﺰَﺘْﻋا  ﱠماَﻠَﻓ}
{ﺎٍّﻴِﺒَﻧ ﺎَﻨْﻠَﻌَﺟ
1. “Onlardan və onların Allahdan başqasına ibadət 
etdiklərindən uzaqlaşdığı zaman Biz ona İshaqla 
Yəqubu bəxş etdik və onların hər birini (böyük) 
peyğəmbər etdik!”
1
Bu ayədə  İbrahim peyğəmbərin cəmiyyətdən 
ayrılıb, bir tərəfə  çəkildiyi zaman peyğəmbər seçilən 
övladlara sahib olduğu göstərilir.
 ْﻢُﻜَﻟ ْ ُﴩﻨَﻳ  ِﻒْﻬَﻜْﻟا  َﱃِإ اوُوْﺄَﻓ َﻪﱠﻠﻟا  ﱠﻻِإ َنوُﺪُﺒْﻌَﻳ ﺎَﻣَو ْﻢُﻫﻮُﻤُﺘْﻟَﺰَﺘْﻋا ِذِإَو}
{ﻪﺘﻤﺣﱠر ﻦﱢﻣ ﻢُﻜﱡﺑَر
2. “(Onlara dedik:) Onlardan və Allahdan başqasına 
ibadət etdiklərindən uzaqlaşdığınız zaman mağaraya 
1 . “Məryəm” surəsi, ayə 49.


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə