Dəmirli Aynur 658k Sual İntellektual kapital və innovasiya fəaliyyəti



Yüklə 19,69 Kb.
tarix11.05.2022
ölçüsü19,69 Kb.
#86524
referat 667


Dəmirli Aynur 658k

Sual 6. İntellektual kapital və innovasiya fəaliyyəti.
İqtisadi ədəbiyyatlarda tez-tez “intellektual kapital” anlayışından istifadə olunur. İntellektual kapital anlayışı altında insanın intellektual qabiliyyəti ilə onun yaratdığı və iqtisadi inkişaf prosesində istifadə etdiyi material və qeyri-material aktivlərin məcmusu başa düşülür.

   Tədqiqatçılar intellektual kapitalı üç tərkib hissəyə ayırırlar:



  1. insani

  2. struktur

  3. istehlakçı kapital.

   İnsan kapitalı cari vəzifələrin yerinə yetirilməsi üçün müəssisənin işçilərinin istifadə etdiyi biliklərin və yaradıcılıq qabiliyyətinin məcmusunu özündə ehtiva edir. Müəssisənin mənəvi dəyərləri, əmək mədəniyyəti insan kapitalının tərkib hissəsi hesab edilir.

   Müasir cəmiyyətdə hüquqi müəssisələr insan kapitalının mülkiyyətçisi hüququna malik deyillər. Bu sahədə idman biznesi müstəsnalıq təşkil edir – klublar oyunçulara qarşı sərəncam vermək hüququna malik olurlar.

   Struktur kapital texniki və proqram təminatını, rabitə vasitələrini, təşkilati strukturu, patentləri, ticarət nişanlarını və s. nəzərdə tutur. Yəni, buraya işçiyə öz istehsal potensialını reallaşdırmağa imkan verən hər şey daxil edilir.

   İnformasiya iqtisadiyyatında insan kapitalının səmərəliliyi struktur kapitalından asılıdır. Struktur kapitalına rəhbərlik informasiya menecmenti adlanır. Onun əsas vəzifəsi müəssisənin informasiya fondunun yaradılmasından, informasiya axının sürətləndirilməsindən və onun keyfiyyətinin yaxşılaşdırılmasından ibarətdir. İnsan kapitalından fərqli olaraq struktur kapitalı alqı-satqı obyekti ola bilər.

   İstehlak kapitalı dedikdə bu və ya digər iqtisadi nəticələrin əldə edilməsinə imkan verən və müəssisənin işçiləri tərəfindən cəmiyyətdə yaradılan əlaqələr və başqa virtual vasitələr başa düşülür.

Bəzi iqtisadçılar münasibətlər kapitalını da istehlak kapitalı adlandırırlar. Onlar münasibətlər kapitalına müəssisənin tərəfdaşları ilə münasibətlərini aid edirlər. Bu münasibətlərin nəticəsi özünü alıcıların müəssisəyə inamında, ona üstünlük vermələrində görünür. 

İnvestisiya — gəlir (mənfəət) və ya sosial səmərə əldə etmək məqsədi ilə

sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə qoyulan maliyyə vəsaitindən, habelə maddi və intellektual sərvətlərdən ibarətdir.

İnvestisiya fəaliyyəti investorların investisiya qoyuluşu və onun həyata keçirilməsi ilə əlaqədar bütün hərəkətlərinin məcmusudur.

İstehsalata və sosial sahəyə elmi-texniki tərəqqinin nailiyyətlərinin tətbiq etmək üçün investisiya fəaliyyətinin bir forması kimi innovasiya fəaliyyəti həyata kecirilə bilər.



İnnovasiya fəaliyyətinə aşağıdakılar daxildir:

  • uzunmüddətli elmi-texniki proqramların həyata kecirilməsi;

  • iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi məqsədi ilə məhsuldar

qüvvələrin vəziyyətində keyfiyyət dəyişiklikləri etmək üçün fundamental

tədqiqatların maliyyələşdirilməsi;



  • texnika və texnologiyanın prinsipcə yeni, qənaətcil növlərinin işlənib

hazırlanması, buraxılması, yayılması və tətbiqi.




Yüklə 19,69 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə