Axlaq sayesinde indd



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə5/42
tarix14.07.2018
ölçüsü1,69 Mb.
#55523
1   2   3   4   5   6   7   8   9   ...   42

20                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
tibbi gigiyena dedikdə, xəstəliklərin yaranmasının 
qarşısını almaq və zərərli amillərin aradan qaldırılması 
nəzərdə tutulur. Xəstəliyin qarşısını almaq onun 
müalicəsindən daha asan olduğu üçün gigiyena 
insanların həyat və taleyində böyük əhəmiyyət daşıyır 
və bu işə böyük büdcələr ayrılır.
Bunu biz eynilə  əxlaqi məsələlər və ruhi-psixoloji 
xəstəliklərə  də aid edə bilərik. Buna əsasən, imkan 
daxilində  əxlaqi pozuntuların qarşısının alınmasında 
ciddi addımlar atılmalı, lazımı  tədbirlər görülməli, 
özümüzün və başqalarının əxlaqi gigiyenasına diqqət 
yetirməliyik. Bu məqsədin nisbətən gerçəkləşməsi 
naminə aşağıdakılara riayət etmək məsləhət görülür:
1. Zərərli və  şübhəli  əlaqələri kəsmək:  Şübhəsiz, 
pis adətlərin çoxu keçici xəstəliklər kimi, müəyyən 
əlaqə və rabitələr vasitəsilə yaranır. Xüsusilə, azyaşlılıq, 
məlumatsızlıq və yaxud imanın zəifliyi və bu kimi 
halların nəticəsində başqalarının bir sıra  əxlaq və 
xüsusiyyətlərinin keçməsinə  zəmin yaranır ki, belə 
hallarda mütləq onlarla əlaqəni qırmaq lazımdır. Bəzən 
insanın taleyi belə  əlaqə  və gediş-gəlişlər nəticəsində 
alt-üst olur və həyatı tamamilə dəyişilir.
İnsan  şəxsiyyətinin formalaşmasında ünsiyyət və 
əlaqələrinin təsiri o qədər böyükdür ki, hətta bəziləri 
belə demişlər: “İnsanı tanımaq üçün onun dostuna və 
kimlərlə oturub-durduğu  şəxslərə baxmaq lazımdır.” 
İmam Əli (ə) buyurmuşdur:
ِﻪِﺋﺎﻄَﻠُﺧ ﱃِا اوُﺮُﻈْْﻧﺎَﻓ ُﻪَﻨﻳِد اﻮُﻓِﺮْﻌَﺗ ْﻢَﻟ َو ُهُﺮْﻣَا ْﻢُﻜْﻴَﻠَﻋ َﻪَﺒَﺘْﺷا ِﻦَﻣ
“Vəziyyətinin naməlum və dini-imanını tanımadığınız 


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   21
kəsin dostlarına baxın (və bununla da onu tanıyın).”
1
Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
ِﻪِﻨﻳِﺮَﻗَو ِﻪِﻠﻴِﻠَﺧ ِﻦﻳِد ﲆَﻋ ُءْﺮَﻤْﻟَا
“İnsanın dost və yoldaşı ilə dini tanınır.”
2
Pis adamlarla yoldaşlıq ruhi zülmət yaradır, müsbət 
hiss və duyğuları öldürür, pis əxlaq və çirkin əməlləri 
qəbahətsiz göstərir. Rəvayətlərdə bu hal “ölü qəlb” 
adlandırılır. Peyğəmbəri-Əkrəm (s) buyurur:
 ﺎَﻣ َو !ِﻪﻠﻟا  َلﻮُﺳَر ﺎﻳ :ُﻪَﻟ  َﻞﻴِﻘَﻓ ؛تىْﻮَﻤْﻟا ُﺔ َﺴَﻟﺎﺠُﻣ َو ... َبﻮُﻠُﻘْﻟا َ ْتنِ ُيم ٌﻊَﺑْرَا
ٍفَْﱰُﻣ  ﱟﻲِﻨَﻏ  ﱡﻞُﻛ : َلﺎﻗ ؟تىْﻮَﻤْﻟا
“Dörd şey qəlbi öldürür: “...(Onlardan biri də) ölülərlə 
oturub-durmaqdır.” Soruşdular ki, ey Allahın Rəsulu! 
Ölülər kimlərdir? Həzrət buyurdu: “İsrafçı sərvətlilər.”
3
Pis adamlarla rabitə insanda bədbinlik hissini 
oyadaraq, onu ətrafdakılara qarşı  bədbin edir. İmam 
Əli (ə) buyurur:
ِرﺎﻴْﺧَ ْﻻﺎِﺑ ﱢﻦﱠﻈﻟا َءﻮُﺳ  ُثِرﻮُﺗ ِرا ْﴍَ ْﻻا ُﺔ َﺴَﻟﺎﺠُﻣ
“Pis adamlarla oturub-durmaq yaxşı insanlara qarşı 
bədbinlik yaradır.”
4
Bir sözlə, yoldaşlıq məsələsi o qədər əhəmiyyətlidir 
ki, hətta Allah-Taala Qurani-Kərimdə peyğəmbərləri 
belə, pis və  şər adamlarla oturub-durmaq və 
yoldaşlıqdan çəkindirmişdir. Amma buna əks olaraq 
1 . “Kafi”, Şeyx Kuleyni, 2-ci cild, səh.375.
2 . “Biharul-ənvar”, 2-ci cild, səh.128.
3 . Yenə orada.
4 . Yenə orada, 74-cü cild, səh.191.


22                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
yaxşı adamlarla yoldaşlıq isə  tərbiyənin, nəfsin 
saflaşmasının,  əxlaqi fəzilətlərin çoxalmasının, qəlbin 
dirilməsi və  şəxsiyyətin təkamülünün mühüm 
amillərindən sayılır.  İslam dini bu məsələyə böyük 
əhəmiyyət verir və Qurani-Kərimdə buyurulur:
 ُﻪَﻬْﺟَو َنوُﺪﻳِﺮُﻳ ﱢ ِﴚَﻌْﻟاَو ِةاَﺪَﻐْﻟﺎِﺑ ﻢُﻬﱠﺑَر َنﻮُﻋْﺪَﻳ َﻦﻳِﺬﱠﻟا َﻊَﻣ َﻚ َﺴْﻔَﻧ ْ ِﱪ ْﺻاَو}
 ﻦَﻋ ُﻪَﺒْﻠَﻗ ﺎَﻨْﻠَﻔْﻏَأ ْﻦَﻣ ْﻊِﻄُﺗ  َﻻَو ﺎَﻴْﻧﱡﺪﻟا ِةﺎَﻴَﺤْﻟا َﺔَﻨﻳِز ُﺪﻳِﺮُﺗ ْﻢُﻬْﻨَﻋ َكﺎَﻨْﻴَﻋ ُﺪْﻌَﺗ  َﻻَو
{ﺎًﻃُﺮُﻓ  ُﻩُﺮْﻣَأ َنﺎَﻛَو ُهاَﻮَﻫ َﻊَﺒﱠﺗاَو ﺎَﻧِﺮْﻛِذ
“Səhər-axşam Rəbbinin razılığını diləyərək Onu 
çağıranlarla birlikdə ol! Heç vaxt gözlərini onlardan 
(möminlər) çevirmə ki, dünyanın zinətlərinə meyil 
edərsən. Qəlbini Bizi yad etməkdən qafil etdiyimiz
nəfsinin istəklərinə uyan və  işlərində ifrata varan 
kəslərə itaət etmə!”
1
Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
ِسﺎّﻨﻟا َماﺮِﻛ َﻂَﻟﺎﺧ ْﻦَﻣ  ِسﺎّﻨﻟا ُﺪَﻌْﺳَا
“İnsanların ən səadətlisi onların yaxşı və xeyirxahları ilə 
oturub-duranıdır.”
2
2. Ətraf mühiti islah etmək: Mühit, xüsusilə aşkar 
günah və  fitnə-fəsada  şərait yaradan cəmiyyətdə 
əxlaqi pozğunluqlara düşmə  təhlükəsi çoxdur və 
bu da inkaredilməz bir həqiqətdir. Deməli,  əxlaqın 
gigiyenası üçün ən  əhəmiyyətli məsələ  ətraf mühiti 
pozan amillərlə mübarizə aparmaq, günah və fəsadın 
qarşısını almaqdır.
1 . “Kəhf” surəsi, ayə 28.
2 . “Biharul-ənvar”, 74-cü cild, səh.185.


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   23
Ümumiyyətlə, günah, pis adət və rəftarların qarşısını 
alan ən mühüm amillərdən biri insan nəzərində günah 
və  fəsadın böyüklüyü, qəbahəti, eləcə  də ona qarşı 
nifrət hissidir. Belə ki, onun nəzərində  aşkar günah 
və pis işlərin qəbahəti kiçildiyi zaman ona qarşı nifrət 
hissi də azalır və hər bir əyri yol üçün zəmin yaranır. 
Buna görə  də  İslamda bir sıra günahkarların cəzası, 
məhz cəmiyyət qarşısında təşkil olunur ki, vaxtaşırı, 
günahın qəbahəti vicdanlarda canlansın. Necə ki, 
Qurani-Kərimdə buyurulur:
{َينِﻨِﻣْﺆُﻤْﻟا َﻦﱢﻣ ٌﺔَﻔِﺋﺎَﻃ  َماُﻬَﺑاَﺬَﻋ ْﺪَﻬ ْﺸَﻴْﻟَو}
“Möminlərdən bir dəstə  də o iki nəfərin (zinakar 
kişi və qadın) əzabına şahid olsun.”
1
Belə  tədbirlər onlarda günaha qarşı nifrət hissini 
daim yüksəldir,  əyri  fikir və  rəftarların təsiri yenidən 
bərpa edilir.
İslam dini aşkar günah və fəsadı qadağan edərkən, 
ictimai pərdələri yırtan bu amilin günahkar şəxsin 
ehtiramının aradan getdiyinə bais olduğunu da 
açıqlayır. İmam Sadiq (ə) buyurur:
ُﻪَﻟ َﺔَﻣْﺮُﺣ ﻼَﻓ ِﻪِﻘ ْﺴِﻔِﺑ  ُﻖِﺳﺎﻔْﻟا َﺮَﻫﺎﺟ اذِا
“Aşkar günah edən kəsə ehtiram yoxdur.”
2
İmam Mühəmməd Baqir (ə) buyurur:
 ُﻦِﻠْﻌُﻣ  ُﻖِﺳﺎﻔْﻟا َو ُﺮِﺋﺎﺠْﻟا ُمﺎﻣِ ْﻻاَو ٌعَﺪَﺘْﺒُﻣ ًىﻮَﻫ  ُﺐِﺣﺎﺻ :ٌﺔَﻣْﺮُﺣ ْﻢُﻬَﻟ  َﺲْﻴَﻟ ُﺔَﺛﻼَﺛ
ِﻖ ْﺴِﻔْﻟﺎِﺑ
1 . “Nur” surəsi, ayə 2.
2 . “Vəsailüş-şiə”, 8-ci cild, səh.604.


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə