Axlaq sayesinde indd



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə9/42
tarix14.07.2018
ölçüsü1,69 Mb.
#55523
1   ...   5   6   7   8   9   10   11   12   ...   42

36                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
sığının ki, Rəbbiniz sizə Öz rəhmətindən əta etsin!”
1
Bu ayə də “Əshabi-kəhf”in cəmiyyətdən uzaqlaşıb, 
bir guşəyə – mağaraya üz tutduqları zaman ilahi lütf 
və mərhəmətə şamil olduqlarına dəlalət edir.
 َو ِﻪ ِﺴْﻔَﻨِﺑ ٌﺪِﻫﺎﺠُﻣ ٌﻦِﻣْﺆُﻣ : َلﺎﻗ ؟ ُﻞ َﻀْﻓَا  ِسﺎّﻨﻟا ﱡيَا :(ص)ِﻪﻠﻟا ِلﻮُﺳَﺮِﻟ  َﻞﻴِﻗ
  ِبﺎﻌ ﱢﺸﻟا َﻦِﻣ  ٍﺐْﻌِﺷ  ِﰲ  ٌلِﺰَﺘْﻌُﻣ  ٌﻞُﺟَر : َلﺎﻗ ؟ْﻦَﻣ ﱠﻢُﺛ : َﻞﻴِﻗ .ﱃﺎﻌَﺗ ِﻪﻠﻟا ِﻞﻴِﺒَﺳ  ِﰲ
ِهﱢ َﴍ  ِﰲ  َسﺎّﻨﻟا ُعَﺪَﻳ َو ُﻪﱠﺑر ُﺪُﺒْﻌَﻳ
3.  “Peyğəmbəri-Əkrəmdən (s) “İnsanların  ən fəzilətlisi 
kimdir?” – deyə soruşulduqda, o həzrət buyurdu: “Mal və 
canı ilə Allah yolunda cihad edən mömin şəxs!” Soruşdular: 
“Ondan sonra (fəzilətli  şəxs) kimdir?” Həzrət buyurdu: 
“Cəmiyyətdən ayrılıb, bir dağ yamacında Allaha ibadət edən 
və camaatın da onun şərindən amanda qalan şəxs!”
2
Bu hədisə görə  də “cihad”dan sonra bir tərəfə 
çəkilib fərdi və guşənişin həyat tərzi keçirmək xüsusi 
qiymətləndirilir.
4. “Misbahuş-şəriət” kitabında imam Sadiqin (ə) 
belə buyurduğu nəql olunur:
 ْﻦَﻤِﻟ بىﻮُﻃ ﺎﻴَﻓ ِﻪِﺘَﺳاﺮَﺤِﺑ  ٌسَِﱰْﺤُﻣ َو ِﻪﻠﻟا ِﻦ ْﺼِﺤِﺑ ٌﻦ ﱢﺼَﺤَﺘُﻣ ِﺔَﻟْﺰُﻌْﻟا  ُﺐِﺣﺎﺻ
ًﺔَﻴِﻧﻼَﻋ َو ًاّ ِﴎ ِﻪِﺑ َدﱠﺮَﻔَﺗ
“Guşənişin həyatı seçən şəxs Allahın qalasına sığınmışdır. 
Xoş olsun aşkar və gizlində Allahla birgə olanların halına!”
3
1 . “Kəhf” surəsi, ayə 16.
2 . “Məhəccətül-beyza”, 4-cü cild, səh.9. Bu hədisin ravisi Əbu Səid Xudridir 
və “Ehyaül-ülum” kitabının haşiyəsində də nəql olunmuşdur.
3 . “Biharul-ənvar”, 70-ci cild, səh.110.


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   37
Mədəni-ictimai təfəkkürün 
tərəfdarlarının dəlilləri
Yuxarıdakı guşənişin həyat üçün qeyd edilən fayda 
və müsbət təsirlərin müqabilində belə  həyat tərzinin 
müxtəlif zərərləri də vardır ki, ictimai əlaqələrin 
faydaları  kənarında onları ictimai həyatın üstünlüyü 
dəlillərindən hesab etmək olar:
1. İctimai həyatın dəyər və əhəmiyyətini bildirən ilk 
məsələ odur ki, əxlaqi fəzilət və  səciyyələrin çoxunu 
yalnız ünsiyyətdə qazanmaq olur və bu da fərdi 
həyat tərzində mümkün deyil. Çünki bu səciyyələrin 
çoxu – təvazökarlıq, məhəbbət, fədakarlıq,  əfv və 
güzəşt, səxavət, səbir, qəzəbə qalib gəlmək,  şəfqət, 
mehribanlıq, nəfsi  ələ almaq və s. xüsusiyyətlər 
digər insanlarla əlaqə  və münasibətlər zamanı tapılır 
ki, onları qazanmaq üçün insanlarla birgə yaşamaq 
lazımdır. Bir də ki, cəmiyyətdən uzaq olan fərdi həyat 
tərzində həsəd və paxıllıq, təkəbbür, yalan, qeybət və 
bu kimi hallardan kənar qalmaq həqiqətdə fəzilət deyil 
və artıq burada onların mənası da yoxdur. Bu, eynilə bir 
şəxsin iffət və paklığa zidd əməldən xilas olması üçün 
özünü bir sıra əzalarından məhrum etməsinə bənzəyir. 
O  şəxs müəyyən çirkinliklərdən amanda qalsa da, 
onun paklığı burada fəzilət yox, bir növ qorunmaqdır. 
Fəzilət isə odur ki, insan cəmiyyətdə yaşadığı halda, 
Yusif peyğəmbər kimi, həssas mövqelərdə öz nəfsinə 
hakim kəsilib, iffətə zidd rəftar etməsin. Bu da göstərir 
ki, bir çox dəyər və  əxlaqi fəzilətləri qazanması üçün 
birgə yaşayış  və camaatla ünsiyyətdən başqa yolu 
yoxdur. Başqa sözlə, bu səciyyəvi xüsusiyyətlər ehtiras 
və fitnə-fəsadla mübarizə zamanı kəsb edilir. Necə ki, 


38                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
ağaclar küləklər vasitəsilə möhkəmlənir, inkişaf edir 
və ucalır.  Əgər onlar bağlı mühitdə becərilsə, həmin 
möhkəmliyi itirəcək. Eləcə  də bir tərəfə  çəkilib fərdi 
həyat tərzi keçirənlər tədricən bir çox ruhi-əxlaqi 
keyfiyyətləri  əldən verirlər. Bəlkə  də  aşağıdakı  hədis 
elə bu həqiqətə toxunur:
Peyğəmbəri-Əkrəmin (s) dövründə müsəlmanlar-
dan biri ibadət məqsədilə camaatdan ayrılıb, bir 
dağa çəkildi. Onu Peyğəmbəri-Əkrəmin (s) yanına 
gətirdikdə, Həzrət buyurdu:
  ِمﻼْﺳِ ْﻻا ِﻦِﻃاﻮَﻣ  ِﺾْﻌَﺑ  ِﰲ ْﻢُﻛِﺪَﺣَا ُ ْﱪ َﺼَﻟ ،ْﻢُﻜْﻨِﻣ ٌﺪَﺣَا ﻻ َو  َﺖْﻧَا  ْﻞَﻌْﻔَﺗ ﻻ
ًﺎﻣﺎﻋ َينِﻌَﺑْرَا ْﻢُﻛِﺪَﺣَا ِةَدﺎﺒِﻋ ْﻦِﻣ ٌ ْيرَﺧ
“Nə sən, nə də sizlərdən (müsəlmanlar) heç biriniz belə 
bir iş görməsin. Çünki bəzən İslama görə sizlərdən birinizin 
dözüm və səbri qırx ilin ibadətindən yaxşıdır!”
Bu hədislə  fərdi və guşənişin həyat tərzinin 
tərəfdarlarının birinci dəlilinin cavabı aydınlaşır.
2.  Cəmiyyətdən uzaq fərdi həyat tərzində bir sıra 
fikri azğınlıqlar yaranır ki, insan nə  qədər ağıllı olsa 
da, yenə  səhvlərdən yaxa qurtara bilmir. Bu səhvlər 
yalnız başqaları ilə ünsiyyətdə üzə çıxır və insan onları 
başa düşür. Cəmiyyətdən ayrılıb fərdi həyat sürən 
insan isə islahdan yayınıb öz azğın yoluna davam edir 
və bir o qədər də haqq yoldan uzaqlaşır. Bəzən azğın 
düşüncələri onu tamamilə  səhv nəticələrə yuvarlayır. 
Demək, cəmiyyətdən uzaq düşüb fərdi həyat tərzi 
tərəfdarlarının “İnsan tək və guşənişin olduqda, yaxşı 
təfəkkür edir, düşünür!” – fikri tam səhvdir. Çünki 
təklikdə azğınlığın təhlükəsi daha çoxdur.


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   39
3.  Fərdi və guşənişin həyat tərzində insanın 
düçar olduğu böyük eyiblərdən biri də xudbinliyi və 
özünüsevməsidir. İnsanın özünə rəğbəti hissi, adətən, 
onu özünə və öz xasiyyətlərinə həddən artıq bağlayır, 
bu hiss həqiqətdə bir mikroskop kimi onun elm və 
bacarığını olduğundan daha böyük, eyiblərini isə 
olduğundan daha kiçik göstərir. Beləliklə, bu hisslər 
onda özünüsevmə  və xudbinlik xüsusiyyətlərini 
dirçəldir.
Buna əks olaraq insan ictimai həyat və başqaları ilə 
birgə yaşayışda özünü olduğu kimi tanıyır, öz kamal və 
bacarığından, eləcə də eyib və nöqsanlarından xəbərdar 
olur, ondan üstün və fəzilətli olanlarla üzləşdiyi zaman 
öz eyib və nöqsanlarını başa düşür. Bu isə xudbinliyin 
kökünü qırır, yaxud azaldır. Halbuki cəmiyyətdən 
ayrılıb bir guşəyə  çəkilənlərin çoxları  bəzən qəribə 
iddialara düşürlər ki, bu da onların sərt xudbinliyini 
göstərir.
Yeri gəlmişkən, buradan aydınlaşır ki, ictimai 
əlaqələrin böyük faydalarından biri də insanın öz 
eyiblərini sezə bilməsidir. Xalq, xüsusilə insanı 
bəyənməyənlər, yaxud düşmənləri onun eyibləri üçün 
gözəl ayna sayılır, bəlkə  də onlar olmadıqda, bir çox 
eyibləri həmişəlik gizli qalır, bir guşədə  tək-tənha 
həyat sürməklə bu aynanı  sındırmış olur və getdikcə 
ruhi surəti aynaya əsla baxmayanların çirkin surətinə 
düşür!
4.  Ətrafdakılara qarşı  bədbinlik: Cəmiyyətdən 
ayrılıb bir tərəfə  çəkilməyin, guşənişin həyat tərzi 
keçirməyin eyib və nöqsanlarından biri də xalqa qarşı 
bədbinlikdir ki, həqiqətdə bu xislət də xudbinlikdən 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə