Axlaq sayesinde indd



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə3/42
tarix14.07.2018
ölçüsü1,69 Mb.
#55523
1   2   3   4   5   6   7   8   9   ...   42

12                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
çatmaq olur. Başqa sözlə, xarici düşmənlə mübarizədə 
həqiqi məğlubiyyət  əsla olmadığı halda, nəfslə 
mübarizədə məğlubiyyət ehtimalı çoxdur.
3. Bu cihad çətin və  ağır olsa da, təkamülün 
rəmzidir. Təkamül isə ziddiyyətlərin, “xeyir” və “şər” 
qüvvələrin çəkişməsi nəticəsində əmələ gəlir. Bir də ki, 
insan hadisələr, çətinliklər və ağrı-acılarla üzləşməyincə 
möhkəmlənməz. İmam Əli (ə) buyurmuşdur: “(Həmişə 
müxtəlif hadisələrlə üzləşən) meşə ağacları möhkəm və közü 
davamlıdır.”
Bunlar göstərir ki, zidd qüvvə və istəklər təkamül 
üçün mühüm rola malikdirlər.
4. Mümkündür, zahiri düşmənlə mübarizədə maddi 
məqsədlər (qənimət yığmaq,  şöhrət qazanmaq və s.) 
güdülsün, lakin nəfslə mübarizədə  məqsəd təkamülə 
çatmaq, fəzilət qazanmaqdır. Ona qalib gəlməklə insan 
böyük iradə, güclü iman, yüksək himmət və şəxsiyyət 
qazanır.
Səadət və xoşbəxtlik
Əxlaq alimlərinin nəzərinə görə, bu elm insanlara 
əsil səadət və xoşbəxtliyi aşılayır və ona çatmaq 
üçün daim çalışmağa, onun arzusu ilə  hər çətinliyə 
qatlaşmağa dəyər.
Səadəti qısa ibarə ilə belə tərif etmək olar: “İnsana 
layiq hər mümkün kamala çatmaq səadət adlanır.” 
Başqa sözlə, insan ixtiyarındakı maddi və  mənəvi 
qüvvələrdən düzgün bəhrələndiyi halda səadəti  əldə 
edir.
Kamal və  bəhrələnməyin qısa-ümumi məfhumu 
aydın olduğu halda, xarici həyatındakı nümunələri 


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   13
baxımından ayırd edilməsi çox çətin və adətən, 
insanların səadət yolunu özləri seçməsi müyəssər 
deyildir. Misal üçün, uzun müddət ömrünü rifah içrə 
keçirən, ruhi aramlığı mal-dövlətdə görən xudbin 
şəxs, mümkündür, özünü xoşbəxt bilsin. Hətta onun 
ölümündən sonra mal-dövlətini cinsi ehtirasların 
təmini və s. yollarda dağıdan naxələf övladı belə 
özünü səadətli və xoşbəxt hesab etsin. Şübhəsiz, 
onların hər ikisi səhv yoldadır.  Əsl səadətə çatmaq 
istəyən insan hökmən həqiqi təkamülün, maddi və 
mənəvi nemətlərdən düzgün istifadənin yollarını 
öyrənməlidir.
Səadət yalnız ruhi yönəmi malikdir?
Kalabon kimi bəzi qədim yunan filosoflarının 
əqidəsinə  əsasən, səadət yalnız ruhi yönə malikdir 
və maddi amillərin insanın səadət və xoşbəxtliyində 
heç bir təsiri yoxdur. Onlar deyirdilər ki, səadət yolu 
yalnız insani keyfiyyətlər, əxlaqi fəzilət və kamallarla 
qazanılır. Bu dünyada insanın kamil səadətə çatması 
qeyri-mümkündür və ruhun maddi bədənlə  əlaqəsi 
və cismə bağlılığı davam etdiyi vaxta qədər həqiqi 
səadət və xoşbəxtlikdən məhrumdur. Ruh bədəndən 
ayrılarkən mütləq səadət mümkündür. Bununla da, 
onlar  əsl səadətə nail olmaq üçün tərki-dünyalığa 
üz çevirir, ona etinasız yanaşırdılar. Hətta  filosof 
Kalabonun bir çalada yaşaması, yaşayış  vəsaitindən 
yalnız bir su qabı ilə kifayətlənməsi məşhur hadisədir. 
Deyilənlərə görə, o, bir gün bir kəsin arxdan əli ilə su 
içdiyini gördükdə, həmin su qabını da tullamışdır.
Bu  əqidəyə tam əks olan “ekzistensialist”lər isə 


14                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
səadət və xoşbəxtliyi maddi ləzzətlərdən qeyd-şərtsiz 
istifadədə görür, bunun qarşısını almağı  mənasız 
bilirlər! Onlar mütləq xoşbəxtliyi yalnız maddi 
ləzzətlərdə görür, bu yolla dəlilik həddini belə  aşır, 
hətta praktiki olaraq ictimai-əxlaqi qayda-qanun və 
şərtləri ayaq altına qoyurlar!
Şübhəsiz, (müasir dövrdə  qərbdə  və  qərbyönlülər 
arasında yayılan) bu təfəkkür tərzini “məktəb” 
adlandırmaq olmaz. Əksinə, bu, bir növ ruhi-psixoloji 
xəstəlik və  səadət yolunu cismi yönlərdən tam təcrid 
edən Kalabon məktəbi kimi ifrat fikirlərə əks cərəyandır.
Mötədil və orta mövqeli məktəb
İnsan təkcə cismin, yaxud ruhun deyil, hər ikisinin 
məhsuludur. Buna əsasən, xoşbəxtliyi yalnız iki 
qisimdən birində arayıb-axtarmaq olmaz. Şübhəsiz, 
insan varlığının yalnız bir cəhətini araşdıran hər 
hansı  məktəb və proqram onun mahiyyətini tam 
əhatə etmədiyindən səadət və xoşbəxtliyi də  təmin 
edə bilməz. Burada ruhun cisim və maddəyə nisbət 
ilkinliyini də unutmamalıyıq.
Şərqdə “ilk müəllim” kimi tanınan məşhur yunan 
filosofu Aristotel və onun ardıcılları bu məktəbin 
tərəfdarlarıdır. Demək olar, İslam özü yüksək təlimləri 
ilə bu məktəbin önündə durur və onu yeni üsullarla 
bəyan edir. Bunu biz Qurani-Kərimin bir çox ayələri və 
böyük İslam rəhbərlərinin kəlamlarında müşahidə edə 
bilərik. Burada İslamın  şüarı  aşağıdakı ayədə xülasə 
edilir:
 َﻦِﻤَﻓ اًﺮْﻛِذ ﱠﺪَﺷَأ ْوَأ ْﻢُﻛءﺎَﺑآ ْﻢُﻛِﺮْﻛِﺬَﻛ َﻪّﻠﻟا ْاوُﺮُﻛْذﺎَﻓ ْﻢُﻜَﻜِﺳﺎَﻨﱠﻣ ﻢُﺘْﻴ َﻀَﻗ اَذِﺈَﻓ}


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   15
 ﻦﱠﻣ ﻢُﻬْﻨِﻣِو  ٍقَﻼَﺧ ْﻦِﻣ ِةَﺮِﺧﻵا  ِﰲ ُﻪَﻟ ﺎَﻣَو ﺎَﻴْﻧﱡﺪﻟا  ِﰲ ﺎَﻨِﺗآ ﺎَﻨﱠﺑَر  ُلﻮُﻘَﻳ ﻦَﻣ  ِسﺎﱠﻨﻟا
  َﻚِﺌـَﻟوُأ ِرﺎﱠﻨﻟا  َباَﺬَﻋ ﺎَﻨِﻗَو ًﺔَﻨ َﺴَﺣ ِةَﺮِﺧﻵا  ِﰲَو ًﺔَﻨ َﺴَﺣ ﺎَﻴْﻧﱡﺪﻟا  ِﰲ ﺎَﻨِﺗآ ﺎَﻨﱠﺑَر  ُلﻮُﻘَﻳ
{ ِبﺎ َﺴِﺤْﻟا ُﻊﻳِ َﴎ ُﻪّﻠﻟاَو ْاﻮُﺒ َﺴَﻛ  ﱠماﱢﻣ  ٌﺐﻴ ِﺼَﻧ ْﻢُﻬَﻟ
“İnsanların bəzisi “Ey Rəbbimiz, bizə bu dünyada 
(xeyir) əta et!” – deyirlər. Belələrinin axirətdə heç bir 
payı yoxdur. Bəziləri isə “Ey Rəbbimiz, bizə dünyada 
da, axirətdə  də xeyir ver, bizi cəhənnəm  əzabından 
qoru!” – deyirlər! Belə  şəxsləri gördükləri işə (və 
duaya) görə mükafat gözləyir. Allah tezliklə haqq-
hesab çəkəndir!”
1
Belə təfəkkürə əsasən, cisimlə ruh bir-birinə elə sıx 
bağlıdır ki, onların biri nasaz olduqda, digərinə də təsir 
edir. Müasir psixologiya isbat edir ki, bir çox əxlaqi-
fikri azğınlıqların mənşəyi cismi və maddi ehtiyacların 
lazımınca təmin olunmamasıdır.  Əksərən,  əzilmiş 
meyil və qərizələr özünü ruhi kin-küdurət və psixoloji 
düyünlər kimi göstərir. Bunlar psixoloq və əxlaq alimləri 
üçün böyük çətinliklər yaradır, onları ümumi tərbiyə 
üsulları ilə aça bilmirlər. Onların müalicəsini yarandığı 
və vücuda gəldiyi yolda axtarır, yəni ehtiyacları bərpa 
etməklə münasib üsulu məqsədəuyğun görürlər.
Məsələn, çoxlarındakı  bədbinlik, qorxu, həsəd, 
təkəbbür və kin-küdurət kimi rəzil sifətlər deyilən 
problemdən irəli gəlir. Buna görə  də bu gün əxlaqi 
xəstəliklərin, cisim və ruhun dərmanı və müalicəsində 
onların hər ikisi nəzərə alınmalıdır.  İslam bu dərin 
məsələni nəzərə alaraq müəyyən yollar təklif edir:
1 . “Bəqərə” surəsi, ayə 200-202.


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə