Axlaq sayesinde indd



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə2/42
tarix14.07.2018
ölçüsü1,69 Mb.
#55523
1   2   3   4   5   6   7   8   9   ...   42

8                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
hədislərə istinad edirlər.
Amma buna əks olaraq bir çox təcrübələr göstərir 
ki,  “sağlam mühit”, “yaxşı yoldaş”  və  “düzgün tərbiyə” 
nəticəsində şər və pis insanlar tamamilə islah olunurlar. 
Bundan əlavə, əxlaqı nəzərə almadan peyğəmbərlərin 
və dini rəhbərlərin bütün səmavi göstəriş və qadağaları 
ləğv və mənasız sayılar. Çünki bütün bunlar insanların 
tərbiyəsi üçün göndərilmişdir. Biz hətta heyvanların 
belə, bir sıra üsullarla tərbiyələnməsini və  qərizəvi 
hisslərindəki dəyişikliklərini gördüyümüz halda, necə 
qəbul edə bilərik ki, insanlarda pis əxlaq heyvanların 
vəhşilik və yırtıcılıq xüsusiyyətindən də qatı olsun!
Bizim nəzərimizcə, bu müddəanın sübutu üçün 
mütləq insanın  əxlaqi xislətlərinin yaranma tərzi 
araşdırılmalı, onların aradan qaldırılması yollarını 
tapmalıyıq. Bildiyimiz kimi, hər yaxşı  və pis əməlin 
insanın ruhunda müəyyən təsiri vardır ki, onun təkrarı 
ilə bu təsir artaraq, yavaş-yavaş “adət”ə, daha sonra 
isə “sifət və xislət”ə çevrilir və beləcə, insanın meyilləri 
onun “adət” və “xislət”lərindən mənşələnir. Burada 
biz təcrübəyə  əsaslanmalıyıq. Məsələn,  əxlaqi adət və 
xislətlər bir əməlin təkrarı ilə yarandığı kimi, onların 
aradan qalxması da elə bu yolladır. Yəni  əvvəlcə 
“əməl”, sonra “təkrar”, daha sonra əxlaqi bir xislətin 
yaranmasının  şahidi oluruq. Demək, təlqin, təfəkkür, 
düzgün təlim və sağlam mühitin insanın  əxlaqının 
müsbət inkişafı yönündə böyük təsiri var.
Pis əxlaq bir növ xəstəlikdir
Hamımız bilirik ki, bütün canlı varlıqlar arasında 
insan xüsusi və müstəsna keyfiyyətlərə malikdir. Onda 


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   9
bir-birinə zidd daxili qüvvələr vardır ki, bir tərəfdən 
onu (nəfsani meyillər, heyvani istəklər və instinktiv 
hisslər) günaha, çirkinliyə, başqalarının hüquqlarına 
təcavüz etməyə, yalan və  xəyanətə sövq edir, digər 
tərəfdən isə (əql və idrak qüvvəsi, vicdan və insanlıq 
şəfqəti) ədalətə, insansevərliyə, paklığa, doğruluğa və 
təqvaya çağırır. Bütün insanlarda bu qüvvələr bir-birilə 
mübarizə aparır, birinin digərinə nisbi qələbəsi onların 
insani dəyərlər baxımından fərqlənmələrinə, təkamül 
və  tənəzzülünə  səbəb olur. Bəzən, insan Allahın  ən 
yaxın mələklərindən üstün və fəzilətli, bəzən isə yırtıcı 
heyvanlardan da qorxulu olur. Bu həqiqət bir çox 
hədislərdən də başa düşülür. İmam Əli (ə) buyurur:
  ِتﺎﻧاﻮﻴَﺤﻟا  ﱠﺺَﺧ َو ، ِﺐ َﻀَﻐْﻟا َو ِةَﻮْﻬ ﱠﺸﻟا َنوُد ِﻞْﻘَﻌِﺑ َﻚَﻠَﻤْﻟا  ﱠﺺَﺧ َﻪﻠﻟا ﱠنِإ
 ُﻪُﺒ َﻀَﻏَو ُﻪُﺗَﻮْﻬَﺷ تَدﺎﻘْﻧا ِنِﺎَﻓ ِﻊﻴِﻤَﺠْﻟا
 
ِءﺎﻄْﻋِﺎِﺑ َنﺎﺴْﻧِ ْﻻا َفﱠ َﴍَو ُﻪَﻧوُد ماِﻬِﺑ
ِعِزﺎﻨُﻤْﻟا ِدﻮُﺟُو َﻊَﻣ ِﺔَﺒْﺗﱡﺮﻟا  ِﻩِﺬﻫ ﱃِا ِﻪِﻟﻮ ُﺻُﻮِﻟ ِﺔَﻜِﺋﻼَﻤْﻟا َﻦِﻣ  َﻞ َﻀْﻓَا َرﺎﺻ ،ِﻪِﻠْﻘَﻌِﻟ
“Allah-Taala mələklərə ehtiras və qəzəb deyil, yalnız əql; 
heyvanlara əql deyil, yalnız ehtiras və qəzəb, insanı isə şərəfli 
sanaraq ona hər üçünü əta edib. Əgər onun əqli ehtiras və 
qəzəbinə qalib gəlsə,  əks və zidd qüvvənin varlığı ilə belə 
məqama çatdığı üçün mələklərdən üstün olacaq.”
1
Diqqət yetirmək lazımdır ki, təbii meyil, istək, ehtiras 
və instinktiv hisslər həyatın davamı üçün zəruridir. 
Başqa sözlə, insanın cismində bihudə bir üzv olmadığı 
kimi, ruhi istək və meyillərin də rolu vardır.  Əlbəttə, 
bu o zamana qədərdir ki, hər istək öz təbii dairəsini 
aşmasın, zərərli və qorxulu meylə çevrilməsin. Məsələn, 
1 . “Camiüs-səadat”, 1-ci cild, səh.34.


10                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
heç kim insanda “qəzəb”in rolunu inkar edə bilməz. 
Hüququ tapdanmış  şəxs onu bütün qəzəbi sayəsində 
mübarizə meydanında tələb etməyincə, sakit və aram 
halda onu əldə etmək əbəs fikirdir? Amma qəzəb öz təbii 
halını itirib əqlin ixtiyarından çıxdıqda da insanı heç bir 
hədd-hüdudu tanımayan vəhşi bir heyvana çevirməyə 
də qadirdir. Yaxud insanın sərvətə malik olmaq və 
vəzifəyə yiyələnmək üçün çalışması normal və  təbii 
meyil sayıldığı halda, yalnız dünya, sərvət və  vəzifə 
düşkünlüyünün, yəni bu meyillərdə ifrata varmağın 
viranedici təsiri də heç kimə gizli deyildir.
Buna  əsasən, cismi normaların pozulması  həmişə 
xəstəlik və acınacaqlı hadisələrlə yanaşı olduğu 
kimi, ruhi qüvvələr, ehtiras və istəklərin də normal 
vəziyyətinin bir-birinə dəyməsilə bir növ ruhi-psixoloji 
xəstəliklər yaranır ki, əxlaq alimləri ona “qəlbi xəstəlik” 
deyirlər. Bu ifadəni biz Qurani-Kərimdə nifaq və 
ikiüzlülük sifətinə sahib olan münafiqlərə verildiyini 
müşahidə edirik. Belə ki, bir ayədə buyurulur:
{ًﺎﺿَﺮَﻣ ُﻪّﻠﻟا ُﻢُﻫَداَﺰَﻓ  ٌضَﺮﱠﻣ ﻢِﻬِﺑﻮُﻠُﻗ  ِﰲ}
“Onların qəlblərində mərəz (xəstəlik) vardır. Allah 
onların (pis əməllərinə görə) xəstəliyini artırar.”
1
Nəfslə mübarizə, yaxud böyük cihad
Nəfslə mübarizə  və onu əxlaqi rəzilətlərdən 
saflaşdırmağın nə böyük əhəmiyyət daşımasına bu 
kifayətdir ki, onu “böyük cihad” adlandırmışlar. Bu 
ifadə Peyğəmbəri-Əkrəmin (s) müharibələrin birindən 
qayıdan mübariz səhabələrinə buyurduğu məşhur bir 
1 . “Bəqərə” surəsi, ayə 10.


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   11
hədisdən götürülmüşdür:
 : َﻞﻴِﻘَﻓ ،ُ َﱪْﻛَ ْﻻا ُدﺎﻬِﺠْﻟا ُﻢِﻬْﻴَﻠَﻋ  َﻲِﻘَﺑ َو َﺮَﻐ ْﺻَ ْﻻا َدﺎﻬِﺠْﻟا اُﻮ َﻀَﻗ  ِمْﻮَﻘِﺑ ًﺎﺒَﺣْﺮَﻣ
ِﺲْﻔﱠﻨﻟا ُدﺎﻬِﺟ : َلﺎﻗ ؟ُ َﱪْﻛَ ْﻻا ُدﺎﻬِﺠْﻟا ﺎَﻣ ِﻪﻠﻟا لﻮُﺳَر ﺎﻳ
“Kiçik cihadı yerinə yetirən dəstəyə afərin! (Qarşıda isə 
hələ) onları böyük cihad gözləyir.” Soruşdular: “Böyük cihad 
hansıdır?” Buyurdu: “Nəfslə mübarizə!”
1
Bəzi hədis alimləri öz əsərlərində  nəfsin 
saflaşdırılması ilə bağlı  bəhsləri “cihad” bölümündə 
qeyd etmiş  və onu cihadın bir qismi bilmişlər. Digər 
hədislərdə  də Peyğəmbəri-Əkrəmin (s) buyruğunun 
davamı belə verilmişdir:
ِﻪْﻴَﺒْﻨَﺟ َ ْينَﺑ ﻲِﺘﱠﻟا ُﻪ َﺴْﻔَﻧ َﺪَﻫﺎﺟ ْﻦَﻣ ِدﺎﻬِﺠْﻟا  َﻞ َﻀْﻓَا ﱠنِا
“Ən üstün cihad insanın daxilindəki nəfsi ilə 
mübarizəsidir.”
2
Bu cümlə  nəfslə bağlı  İslamın nəzərini çox gözəl 
aydınlaşdırır və bu haqda bir sıra araşdırmalardan sonra 
aşağıdakı həqiqətlər üzə çıxır:
1.  İnsanın taleyi daxilindəki iki zidd qüvvənin 
qarşıdurması  və birinin digəri üzərindəki qələbəsinə 
bağlıdır.
2. Bu mübarizənin “böyük cihad” adlandırılması 
onun daimi olmasına görədir. Həm də bu daxili 
müharibə insan üçün xarici müharibədən təhlükəli 
və daha qorxuludur. Nəfslə mübarizə adlı böyük 
cihadda məğlubiyyət bədbəxtlik, adi müharibələrdə 
isə məğlubiyyətlə hətta “şəhidlik” kimi böyük iftixara 
1 . “Vəsailüş-şiə”, 11-ci cild, səh.123.
2 . Yenə orada.


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə