Baki universitetiNİn xəBƏRLƏRİ №4 Sosial



Yüklə 101,63 Kb.
Pdf görüntüsü
tarix02.12.2017
ölçüsü101,63 Kb.
#13507


 

 

39 



BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4    

 

Sosial-

siyasi elmlər seriyası   

 

2012 

 

 



 

 

UOT 340.1; 321.01 



 

HÜQUQ NİHİLİZMİN FORMALARI 

 

E.N.HƏMİDOV 

Bakı Dövlət Universiteti 

nelmaddin@yahoo.com 

 

Məqalədə ən əvvəl qeyd olunur ki, uzun illər hüquqi nihilizm cəmiyyətimizdə  iki for-



mada çıxış edirdi: 1) ideoloji səviyyədə hüququn gələcəkdə ümumiyyətlə meydandan kənar-

laşdırılması bəyan olunurdu; 2)praktiki sahədə hüquqtətbiqetmə və hüquq-mühafizə orqanları 

hüquq v

ə qanunu deyil, məqsədəuyğunluğu üstün tuturdular. Bu da hüququn təşkilati, nizam-

la

yıcı və qoruyucu əhəmiyyətinin zəifləməsinə səbəb olmuşdur.  

Məqalədə  həmçinin  qeyd  olunur  ki,  hüquqi nihilizm hüququn mühüm sosial dəyər 

olmasını  inkar  edir  və  hüquqi  nihilizmin ifadə  formaları  hər bir halda hüquq məzmununun 

t

ərkib elementi qismində  çıxış  edən  hüquq  düşüncəsinin  deformasiyası  ilə  sıx  bağlıdır. 

Bununla əlaqədar müvafiq neqativ sosial hadisənin aradan qaldırılması ilə bağlı bəzi dəyərli 

təkliflər irəli sürülür. 

  

Açar sözlər: hüquqi nihilizm, hüquq məzmunu, sosial dəyər 

 

Hüquqi nihilizmin ifad



ə formalarını tədqiq edərkən ən əvvəl hüquq sub-

yektl


əri tərəfindən qəsdən qanunların və digər normativ hüquqi aktların pozul-

ma

sını qeyd etmək lazımdır. Bu pozuntuların əksəriyyətini cinayət qanunve-



riciliyi t

ərəfindən cəzalandırılan əməllər, həmçinin mülki deliktlər və inzibati 

x

ətalar təşkil edir. Məlumdur ki, ümumi cinayətkarlığın dərəcəsi rəsmi statis-



tika t

ərəfindən təqdim olunan göstəricidən yüksəkdir. Bu gün sosial-siyasi qu-

ru

luşun  yeniləşdirilməsi, iqtisadi fəaliyyətin inkişafı şəraitdə ictimai münasi-



b

ətlərin bir hissəsinin  kriminallaşmış  ünsürlərdən azad edilməsi üçün zəruri 

t

ədbirlərin həyata keçirilməsi xüsusi önəm daşıyır. Hüquqi bazanın mükəmməl 



olmaması,  sosial  sahədə  dövlət siyasətinin zəifliyi, cəmiyyətin mənəvi və 

intel


lektual  potensialının  aşağı  düşməsi cinayətkarlığın  (xüsusilə  onun təşkil 

olun


muş  formalarının  və  korrupsiyanın)  artmasına  təkan verir. Bəzən hüquq 

subyektl


əri (vətəndaşlar, vəzifəli şəxslər, dövlət orqanları, ictimai təşkilatlar) 

öz davranışlarını hüquqi normaların tələblərinə  uyğunlaşdırmırlar, əksinə, öz 

“anlayış”larına uyğun yaşamağa və hərəkət etməyə çalışırlar.  

Bu baxımdan qeyd etmək lazımdır ki, qəbul edilmiş qanunun göstərişlə-

rinin n

əzərə alınmaması hüquqi vakuumun sərbəst mülahizə vasitəsilə doldu-




 

 

40 



rul

masından  təhlükəlidir. Belə  kütləvi hüquq itaətsizliyi  hüquq  düşüncəsinin 

olduqca aşağı səviyyədə olmasının və lazımi hüquqi mədəniyyətinin olmama-

sının nəticəsidir. Belə ki, əgər müasir insan vətənpərvərliyin mənasına şübhə 

il

ə yanaşırsa və ya sadəcə hamılıqla qəbul edilmiş dəyərləri rədd edirsə, onun 



hüquqi şüur barəsində, onun ictimai həyatda zəruriliyi haqqında düşünməsini 

iddia etm

ək sadəlövhlük olardı. Bu cür vəziyyətin mövcudluğu müasir insanın 

əsasən özünün şəxsi hüquq və imtiyazları barəsində, imkan dərəcəsində arzu-

olunmaz n

əticələrə məruz qalmadan onların özünəməxsusluğunun təsbit olun-

ma

sını  və  dairəsinin  genişləndirilməsi  haqqında  düşünməsi ilə  əlaqədardır. 



Lakin ölk

ədə  qüvvədə  olan  hüququn  “canlı”  hüquq  düşüncəsindən kənar 

t

ətbiqinin qeyri-mümkünlüyü, belə hüquq tərəfindən nə ailənin, nə Vətənin, nə 



dövl

ətin, nə ictimai qaydanın, nə də əmlakın mühafizəsinin təmin edilməməsi 

bar

ədə, təəssüflər olsun ki, müasir insan fikirləşmir. Bu öz növbəsində məntiqi 



olaraq iki m

ənfi nəticəyə gətirib çıxarır: 

1) ölkədə qüvvədə olan hüququn məzmunu təkmilləşə bilmir və mövcud 

hüquq bütövlüklə pislənilir və dəyərsiz tənzimləmə vasitəsi kimi rədd olunur;  

2)  t

ədricən hüququn təşkilati,  nizamlayıcı  və  qoruyucu  əhəmiyyətinin 



z

əifləməsi baş verir. Buradan belə bir qənaətə gəlmək olar ki, bu zaman yalnız 

hüqu

qi bazanın təkmilləşdirilməsi kifayət deyil. 



Hüquqi nihilizmin forması kimi ziddiyyətli, bəzən isə ümumiyyətlə bir-

birini inkar ed

ən hüquqi aktların qəbul edilməsi təcrübəsi çıxış edir. Belə ki, 

b

əzən böyük sayda qəbul olunan qanunqüvvəli hüquqi aktların ayrı-ayrı növlə-



ri arasında lazımi səviyyədə təşkil edilməmiş uzlaşmanı, uyğunsuzluğu müşa-

hid


ə  etmək  olar.  Eyni  zamanda  nizamlanmaya  ehtiyacı  olan  lakin  müəyyən 

s

əbəblərdən hüquq tərəfindən tənzimlənməmiş  xeyli  dərəcədə  ictimai müna-



sib

ətlərin mövcudluğunu qeyd etmək lazımdır. Həmçinin ehtiyac duyulmadığı 

halda ictimai həyatın bəzi sahələrinin olduqca ətraflı tənzimlənməsi də özünün 

mənfi təsirini bildirir. Bütün bunlar hüquqi qaydanın pozulması ilə nəticələnir. 

Təəssüf  ki,  hal-hazırda  bəzi  dövlət  qulluqçuları,  əvvəlki  dövrlərdə  olduğu 

kimi, qanunları deyil, müxtəlif təlimatları rəhbər tutur. Həmin təlimatlarda və-

təndaşların qanunlarda nəzərdə tutulmuş başlıca hüquqlarının əsassız məhdud-

laşdırılması  üzrə  əlavə  vəzifələrin  müəyyənləşdirilməsi  dözülməzdir,  çünki 

belə bir mühitdə bürokratik özbaşınalıq, hüquqi nihilizm üçün əlverişli şərait 

yara


nır.  

Müasir dövrd

ə qanunçuluğun siyasi, ideoloji və s. qəbildən olan məqsə-

d

əuyğunluq mülahizələri ilə əvəz olunması hüquqi qaydanın tam ləğv edilməsi 



il

ə nəticələnə bilər, çünki bu zaman rəsmi dövlət orqanları və vəzifəli şəxslər 

t

ərəfindən hüquqi dəyərlərin müdafiəsinin qeyri-hüquqi məkana  çıxması  baş 



verir. Subyektin m

əqsədəuyğunluq  mülahizələrinin müxtəlif dərəcədə  ifadə 

oluna bilm

əsinə baxmayaraq, hər bir halda bu, qanunun “kənarlaşdırılmasına” 

g

ətirib çıxarır. Təəssüflər olsun ki, hal-hazırda “ali məqsədlər” naminə qanu-



nun göst

ərişlərindən imtina edilməsinin mümkünlüyü barədə subyektiv müla-




 

 

41 



hiz

ə bəzi dövlət qulluqçularının fəaliyyətində müşahidə olunur və bu demokra-

tiyanın qanunçuluqdan kənar bərqərar etmək cəhdlərinə gətirib çıxarır.  

H

ər bir halda, ən qüsurlu qanun məqsədəuyğunluq mülahizəsindən əlve-



rişlidir, çünki sonuncu dəqiq müəyyənləşdirilmiş çərçivəyə malik deyil. Başqa 

sözlə,  siyasi  məntiqin  hüquq  üzərində  bərqərar  olması  yolverilməzdir.  Lakin 

qeyd olunanlara baxmayaraq, mü

əyyən  şəraitdə  qanunçuluğun  və  asayişin 

qorunmasının təmin edilməsi bəhanəsi ilə bəzi dövlət strukturları və vəzifəli 

şəxslər tərəfindən gücün tətbiqi və ya insan hüquqlarının pozulması halları baş 

verir. Bu mü

əyyən mənada hüquqi konformizm təzahürüdür. Həmin halda hü-

ququn aliliyi v

ə qanunçuluq ideyaları qeyd olunan hüquq subyektləri tərəfin-

d

ən müvafiq şəraitə uyğunlaşdırılmaqla cəmiyyətin xeyrinə deyil, əksinə, onun 



ziyanına istifadə olunur.  

Qeyri-


demokratik dövlətlərdə qanunlara adətən ciddi və sədaqətlə əməl 

olun


masına baxmayaraq, bu həmin dövlətlərin demokratik və ya hüquqi olma-

sına dəlalət etmir. Bu onunla izah olunur ki, demokratiya ən əvvəl şəxsiyyətin 

sərbəstliyinin, onun hüquq və azadlıqlarının hakimiyyətin özündən müdafiəsi-

ni ehtiva edir. 

Hüquqi nihilizmi “qidalandıran” ciddi bir amil insan hüquqlarının (xü-

sus


ən yaşamaq hüququnun, ləyaqət, şərəf, mənzil, mülkiyyət və təhlükəsizlik 

v

ə  s.  hüquqların)  pozulmasıdır.  Zəif hüquqi müdafiə  şəxsiyyətdə  qanuna, 



dövl

ətin cəmiyyətdə qaydanın və asayişin təmin etməsinə, hüquq mühafizə or-

qanlarının  vətəndaşları  cinayətkar təcavüzdən  qorumaq  imkanına  qadir  ol-

masına olan inamı sarsıdır. Hüququn “gücsüzlüyü” barədə formalaşan  müla-

hizə hüquqa olan pozitiv münasibətə qarşıdır və bu səbəbdən müvafiq qəzəbin, 

narazılığın,  etirazın  meydana  gəlməsi ilə  nəticələnir. Belə  bir vəziyyətdə 

hüquq sanki özü nihilizmin s

əbəbi kimi çıxış edir. Belə ki, cinayətkar təcavüzə 

(zorlama

,  oğurluq,  soyğunçuluq  və  s.) məruz  qalmış  vətəndaşların  bir  qismi 

müvafiq hüquq mühafiz

ə  orqanlarına  dərhal müraciət etmir, çünki onlarda 

aidiyy

əti orqanların imkanlarına olan inam çox zəifdir. Həmin insanlar hüquqa 



etinasızlıq  etməklə  onun möhkəm təminat  və  etibarlı  dayaq  olmasını  qəbul 

etmirl


ər. Belə  bir mühitdə  hətta qanunun bilavasitə  qadağalarına  riayət edən 

v

ətəndaşlarda  mövcud  hüquqi  institutlarda  nihilizmin  formalaşması  qeydə 



alınır. Təəssüflər olsun ki, ali konstitusiya səviyyəsində insanın təbii hüquq və 

azadlıqlarının tanınmasının və təsbit olunmasının təkmil formada baş verdiyi 

bir zamanda praktiki fəaliyyət sahəsində hələ də onların müvafiq üsullarla tam 

təmin  olunması  aşağı  səviyyədədir.  Halbuki  öz  hüquqlarını  həyata keçirmək 

sah

əsində real imkanların daralması vətəndaşda hüquqi məyusluğun yaranması 



il

ə nəticələnir. 

Müasir dövrd

ə  hüquqi nihilizmin təzahürlərinə  qarşı  ənənəvi üsullarla 

mübariz

ənin  aparılması  səmərəsiz  olduğundan  yeni  düşünülmüş  qeyri-adi 



t

ədbirlər görmək lazımdır. Bu gün hüququn xalqa daha da “yaxınlaşdırılma”sı, 

kütləvi düşüncənin möhkəmləndirilməsi üçün işlərin görülməsinə ehtiyac var. 



 

 

42 



Belə ki, xalqın öz qanunları barəsində geniş məlumatın olması, onların dəyər-

ləndirilməsi həmin qanunların riayət olunmasına, vəzifələrin yerinə yetirilmə-

si

nə yardım edir. Hüquq real davranışın meyarı olmalıdır.  



Sovet hakimiyy

əti dövründə hüquqi nihilizm iki formada çıxış edirdi:  

1) n

əzəri (ideoloji). Bu zaman dövlət səviyyəsində  dövlət və  hüququn 



g

ələcəkdən ümumiyyətlə,  meydandan  çıxması,  ümumdünya proletar inqila-

bının insan hüquqlarına nisbətən üstünlüyü, kommunist partiyasının qərarları-

nın qanunlardan üstün mövqe tutması, iqtisadiyyata və siyasətə nisbətdə hüqu-

qun ikinci d

ərəcəli olması barədə ideyalar bəyan olunurdu;  

2) praktiki.  M

əsələn, rəsmi  ideologiyanın  istiqamətinə  uyğun  olaraq 

h

əmin dövr əxlaqi baxımdan köhnəlmiş, bəyanat və şüar yönümlü, dəqiqsizliyi 



il

ə səciyyələnən, bəzən bir-birinə zidd olan böyük sayda normativ hüquqi akt-

lar meydana g

əlmişdir. Geniş yayılmış qüsurlu təcrübəyə əsasən çoxsaylı təli-

mat v

ə ya idarə əmrləri qəbul olunmadan yeni qanun tətbiq edilmirdi. Təbii ki, 



qanuna göst

ərilən belə hörmətsizlik münasibəti cəmiyyətin hüquqi deqradasi-

yasına gətirib çıxarırdı. Bununla yanaşı, hüquqtətbiqetmə və hüquq-mühafizə 

orqanları  öz  fəaliyyətində  hüquq və  qanunu deyil, məqsədəuyğunluğu  üstün 

tuturdular (1, 528-529).  

Uzun ill


ər ərzində “kütləvi şüur səviyyəsində qanun ali hakimiyyətin ifa-

d

əsi kimi dərk edildiyi halda, fərdi səviyyədə qanun azad iradəni və ya davra-



nışı məhdudlaşdıran bir hədd kimi anlanılırdı. Onun şərtsiz xarakteri mübahi-

s

ələndirilməni qeyri-mümkün edir. Lakin qanun tərəfindən  insan  azadlığının 



v

ə  iradəsinin realizəsi üçün maneələr müəyyənləşdirməsi onun göstərişlərin-

d

ən kənaraçıxma  halları  üçün  imkan  yaradır  və  bununla kütləvi  şüurda 



münasib

ətdə dünya anlamını mənasız edir” (2, 35).  

Müasir dövrd

ə  hüquqi  nihilizmin  üç  formasından  bəhs etmək olar. 

Hüquqi nihilizmin birinci forması hüquq qaydalarını hüquqazidd qaydalardan 

aydın  şəkildə  fərqləndirmək qabiliyyətinə  malik olmayan sadəlövh, məhdud 

hüquqi  düşüncənin  daşıyıcıları  arasında  geniş  yayılıb.  Subyekt  hüquq  kimi 

onun  maraqlarına  və  dünyagörüşünə  uyğun  olan  dəyərləri hesab edir. Öz 

maraqlarını  təmin edərkən subyekt arzu etdiyi, iradəsinə  münasib olan 

münasib


ətləri, qaydaları hüquq kimi dəyərləndirir.  

Hüquqi  nihilizmin  ikinci  formasını  şüurlu  yalan  təşkil  edir.  Hüquqi 

nihilizmin bu forması bəzi hüquq subyektlərinin digər subyektlər üçün hüquqi 

illüziyaların  yaradılmasında  müşahidə  olunur.  Aldadılmış  hüquq  subyekti 

dig

ərlərin  onunla  hüquqauyğun  davranılmasına  inanır  və  bu səbəbdən öz 



münasib

ətini bildirmir.  

Hüquqi  nihilizmin  üçüncü  formasını  hüquq  pozuntusu  təşkil  edir.  Bu 

halda subyektl

ər özləri bilavasitə  qeyri-hüquqi  davranış  qaydasının  hökm 

sürm


əsini arzulayırlar. 

Hüquqi nihilizm özünü müxt

əlif formalarda göstərir. Lakin nihilizmin 

h

ər  hansı  ifadə  forması  hər bir halda hüquq məzmununun tərkib elementi 




 

 

43 



qismind

ə çıxış edən hüquq düşüncəsinin deformasiyası ilə sıx bağlıdır. Bunu 

r

əhbər tutaraq elmi təhlil zamanı söhbətin qanunun deyil, yalnız hüququn inkar 



edilm

əsindən getməsini nəzərə  almaq  lazımdır.  Belə  ki, hüquqi nihilizm 

konkret qanunu v

ə qanunvericilik sistemini deyil, məhz hüququn sosial dəyər 

olmasını  və  bütövlükdə  mövcud hüquqi qaydanı  inkar  edir  (3,  11).  İctimai 

şüurun ən yüksək pilləsində, o, ideoloji cərəyanlar və nəzəri doktrina qismində 

(m

əsələn, anarxizm, sol radikalizm və s.) çıxış edir. Adi kütləvi şüur və milli 



psixologiya s

əviyyəsində  hüquqi nihilizm mənfi münasibət, davamlı 

stereotipl

ər  şəklində  ifadə  olunur və  dövlət idarəçiliyi daxil olmaqla ictimai 

t

əcrübənin müxtəlif sahələrində öz əksini tapır.  



Adi hüquqi nihilizm hüquqi m

əlumatsızlıq, skeptik stereotiplər, hüquqa 

inamsızlıq kimi amillərin təsiri altında formalaşır. Adi hüquqi nihilizm əsasən 

c

əmiyyətin texniki, elmi və yaradıcılıq sahələrində fəaliyyət göstərən ziyalılar 



arasında  geniş  yayılıb  və  həmişə  ümummədəni və  təhsil səviyyəsinin  aşağı 

olması  ilə  şərtlənmir. Hüquqi nihilizmin daha bir ifadə  formasını  avtonom 

hadis

ə kimi özünü büruzə verən idarə (bürokratik) hüquqi nihilizmi təşkil edir.  



Hüquqi nihilizmi hüquqi mentalitet anlayışından fərqləndirmək lazımdır. 

Sonuncunu daha mür

əkkəb, ziddiyyətli, eyni zamanda orijinal sosial və hüquqi 

fenomendir. M

əsələn, keçmiş  Sovet  cəmiyyətinin hüquqi mentaliteti hüquqa 

münasib


ətdə əvvəlcədən özünün “hörmətsiz”, neqativ münasibəti ilə seçilirdi. 

T

əəssüflər olsun ki, hal-hazırda  keçmiş  hüquqi  mentalitetin  həmin səciyyəsi 



c

əmiyyətin ictimai həyatının köklü şəkildə yenidən təşkil edildiyi bir şəraitdə 

özünü müxt

əlif formalar vasitəsilə göstərir.  

Bel

əliklə, müasir hüquq nəzəriyyəsində  yalnız  hüquqi  nihilizmin 



mahiyy

ətinə  münasibətdə  deyil, həmçinin  onun  mövcudluğuna,  təzahürünə, 

d

ərəcələrinə  və  formalarına  dair  vahid  yanaşma  formalaşmayıb.  Hüquqi 



nihilizmin  hüquq  düşüncəsinə, hüquqyaratmaya, bütövlükdə  hüquqi  reallığa 

t

əsiri hüquq ədəbiyyatında birmənalı qəbul olunmayıb. 



İdeoloji səviyyədə mövcud olan hüquqi nihilizmdən cəmiyyətimiz artıq 

azad olub. Müasir hüquqi t

əfəkkür cəmiyyətin maddi problemlərinə  diqqət 

yetirm


əklə  nəzəri zirvədən enərək daha realist səciyyəyə  malik olub. Bu, 

h

əmçinin cəmiyyətdə  hüquqi pozitivizmin güclənməsi ilə  əlaqədardır.  Bu  da 



t

əbiidir, çünki hüquqi nihilizmin elmi dairədə mövqe tutması tez bir zamanda 

hüquqi nihilizmin h

əmçinin cəmiyyətin praktiki sahəsinə tam “nəzarət” etməsi 

il

ə  tamamlanır.  Hüquqi  pozitivizmin  tam  hökmranlığı  şəraitində  hüquq elmi 



əsas məsələlərin həllindən uzaqlaşır və yalnız xırda, ikinci dərəcəli məsələlərin 

araşdırılması ilə məşğul olur. Beləliklə, nəzəri səviyyədə mövcud olan hüquqi 

nihilizm h

əmçinin pozitiv hüquqa “təsiretmə”də iştirak edə bilər. 

Şübhəsiz, cəmiyyətdə  qanunların  göstərişlərinə  ciddi  şəkildə  riayət 

olunması  və  icrası  mühitinin  bərqərar  olması  qanunun  göstərişlərini  əməl 

etm

əyən  şəxslərin mövqeyinin xeyli dərəcədə  sarsıtmaq  ixtiyarına  malikdir. 



Bu gün 

əsas diqqəti məhz  qanunların  icrası  ilə  bağlı  problemlərə  yönəltmək 




 

 

44 



z

əruridir.  Qanunların  həyata keçirilməməsi köhnə  ənənədir və  onun aradan 

qaldırılması  olduqca  vacibdir. “Hal-hazırda  vətəndaşlar  XX  əsrin 80-ci 

ill


ərinin sonu 90-cı illərin əvvəllərində istifadə etdikləri protest hüquqi-siyasi 

davranışa deyil, siyasi-hüquqi “proseslərin fəal iştirakçısı olmaqla, ümummilli 

m

əsələlərin həllində vətəndaş mövqelərini bildirməkdə maraqlıdırlar” (4, 154).  



N

əhayət, Azərbaycan  Respublikasının  “Korrupsiyaya  qarşı  mübarizə 

haqqında”  13  yanvar  2004-cü il tarixli Qanunun (5) təkmilləşdirilməsi 

z

əruridir, çünki korrupsiya ölkənin iqtisadiyyatı və təhlükəsizliyi üçün dəhşətli 



t

əhlükədir. O, “dövlət və ictimai münasibətləri tənzim edən qanunlar nüfuzdan 

düşür,  dövlət nümayəndələrinin tərəfindən vətəndaşların  cinayətkarlardan 

müdafi


əsizliyi formalaşır” (6, 87).  

Dövl


ətdə düşünülmüş sosial-iqtisadi siyasətin həyata keçirilməməsi şə-

raitind


ə hüquqi nihilizmin fəsadlarının aradan qaldırılması qeyri-mümkündür, 

çünki c


əmiyyətdə  olduqca zəngin və  yoxsul sosial təbəqələrin meydana 

çıxması mənfi hüquqi nəticələrin yaranmasına səbəb olur. 

Müasir dövrd

ə hər hansı qanunun mövcudluğunun inkar edilməsi yolve-

rilm

əzdir, çünki belə münasibət cəmiyyətin normal fəaliyyətinə təhlükə yara-



dır və sonda anarxiyaya gətirib çıxara bilər. Bu təhlükə hüquqi qaydanı, qa-

nun


çuluğu, demokratik qaydaları və s. ümumbəşəri dəyərləri pozmaq istəyən 

ünsürl


ərdən irəli gəlir və  onların  əlində  “həqiqi hüquq”un bərqərar edilməsi 

şüarı ilə müvafiq dəyərlərin “yenidən baxılması” məqsədinə xidmət edir.  

 “Nihilist inkaretm

ə yanaşması təsdiq edir ki, hüquq norması həqiqətən 

s

əmərəli və dəyərlidir, lakin subyekt onun aktiv inkar edilməsi üçün cəhdlər 



göst

ərir” (7, 43). Başqa sözlə, hüquqi nihilizm hüququn mühüm dəyər olması-

nı inkar edir. Bu halda qanunvericinin hüquqyaratma prosesi zamanı, bir qanu-

nun dig


ər qanun ilə əvəz edilməsi istiqamətində fəaliyyətinin hüquqi nihilizm 

kimi t


əqdim edilib-edilməməsi məsələsi gündəmə  gəlir, çünki mahiyyət 

etibaril


ə burada köhnə qanunun məzmunu tam inkar edilir. Fikrimizcə, qanu-

nun inkar olunması hər zaman hüquqi nihilizmin mənfi, neqativ ifadə forması 

kimi qiym

ətləndirilməməlidir. Lakin dövlət hakimiyyəti tərəfindən özünün hər 

hansı səbəbdən mövcud hüquq göstərişlərinin ləğv edilməsi müəyyən mənada 

onun c


əmiyyətdə nüfuzunun azaldılmasına, göstərilən etimadın zəiflənməsinə 

s

əbəb olur.  



Dövl

ətin hər bir qanunu ədalət ideyasına əsaslanmalıdır. Qanunvericilik 

sisteminin t

əkmilləşdirilməsi məhz “köhnə”  normaların  ləğv  edilməsindən, 

onların əvəzində  yeni qaydaların müəyyən edilməsindən ibarətdir. Normanın 

köhn


əlməsi özünü yalnız köhnə ictimai quruluşun yenisi ilə əvəz olunmasında 

büruz


ə vermir, bu həmçinin insanların əxlaqi duyğularının daha dərin və həqi-

qi olması səbəbindən artıq köhnə hüquqla tam təmin edilmədikdə baş verir.  

Hüquqi nihilizmin mahiyy

ətinin hüquq düşüncəsinin bir xassəsi qismin-

d

ə  nəzəri-hüquqi təhlili bu hadisəyə  xas  olan  aşağıdakı  ümumi  müddəaları 



qeyd etm

əyə imkan verir: 




 

 

45 



- hüquqi nihilizm mövcud sosial-tarixi d

əyərləri inkar edən sosial-siyasi 

t

əfəkkürün istiqamətidir; 



hüquq düşüncəsi kimi hüquqi nihilizm təsnifat meyarından asılı olaraq 

özünün müxt

əlif formalarına, növlərinə və dərəcələrinə malikdir.  

Hüquqi  nihilizm  anlayışının  çox  məna  daşıması  səbəbindən onun bir 

elmi termin kimi istifad

ə  olunması  tərəfimizdən problemli görünür. Fikri-

mizc


ə,  müvafiq  problemin  aradan  qaldırılması  üçün  aşağıdakı  iki  alternativ 

mülahiz


ədən birini rəhbər tutmaq lazımdır: 

1) çox m


əna daşıyan hüquqi nihilizm anlayışından imtina edib onu digər 

daha adekvat anlayışlarla əvəz etmək; 

2) hüquqi nihilizmin daha müt

ənasib mənası  barədə  ümumi  bir  razılıq 

əldə etmək;  

Vahid  hüquqi  nihilizm  anlayışının  olmadığı  bir  şəraitdə  müvafiq 

terminin elmi mübadil

əyə  və  peşəkar  lüğətə  daxil edilməsi üçün bu hüquqi 

hadis

ənin dərindən təhlilinə ehtiyac duyulur.  



Hüquqi  nihilizm  öz  radikal  formaları  ilə  köhnə  və  mövcud hüquqi 

düşüncənin və  hüquqi mentalitetin bariz təzahürüdür.  Milli  iqtisadiyyatın 

hazırkı durumu xidməti hüquqi nihilizmin güclü katalizatorudur. Azərbaycan 

Respublikasının  Prezidenti  tərəfindən iqtisadi fəaliyyətin  lazımi  hüquqi 

t

əminatının təşkilinə, onun hüquq-mühafizə komponentinin gücləndirilməsinə 



yön

əlmiş siyasəti, təəssüf ki, dövlət qulluqçularının nihilist vərdişlərinin tam 

şəkildə  aradan  qaldırılmasına  gətirib  çıxarmayıb.  Lakin  bu  istiqamətdə 

əyyən müvəffəqiyyətlər əldə olunub və həmin nailiyyətlərin davamı olduq-



ca ön

əmlidir. Bu həmçinin respublikanın rəhbərliyi tərəfindən qəbul olunmuş 

iqtisadi  inkişaf  proqramının  tələblərindən irəli gəlir. Müvafiq proqram milli 

iqtisadiyyatın kompleks şəklində inkişafını nəzərdə tutur, qeyri-neft sahəsində 

istehsal olunan m

əhsulun artırılmasını və sosial məsələlərin həllini ehtiva edir.  

Dövl

ət tərəfindən yeni tipli qulluqçuların hazırlanması üzrə fəaliyyətinin 



t

əkmilləşdirilməsi xidməti hüquqi nihilizmin aradan qaldırılması istiqamətində 

dövl

ət və  cəmiyyət üçün xeyli fayda verə  bilər. Bu məsələyə  xüsusi diqqət 



ayırmaq  lazımdır.  Düzgün  təşkil  olunmuş  hüquqi  təhsil  əvvəlcədən gələcək 

hakimiyy


ət nümayəndələrində  qanunçuluq, hüququn aliliyi kimi prinsiplərin 

aşılanmasında yardımçı ola bilər. Təəssüf ki, uzun müddət dövlət xidmətində 

olan b

əzi qulluqçular müvafiq yeni prinsipləri qəbul etmək istəmirlər.  



Müasir dövrd

ə “hüquqi nihilizm iki miqyaslı üsulun - hüquqi təhsil və 

kütl

əvi informasiya vasitələrinin köməyi ilə aradan qaldırıla bilər. Lakin bu iki 



vasit

ə  ilə  şübhəsiz, müvafiq neqativ hadisəyə  qarşı  mübarizənin  bütün me-

todları tükənmir. Qeyd olunan iki üsul hər bir insanın onun sosial statusundan 

asılı olmayaraq müvafiq məcburi səviyyəyə malik olması və bununla “hüquqi 

minimum” probleminin h

əlli üçün zəmin yaradır” (8, 7). Burada cari qanunve-

riciliyin müdd

əaları da xüsusi əhəmiyyət kəsb edir. Belə ki, “Kütləvi informa-

siya vasit

ələri haqqında” 7 dekabr 1999-cu il tarixli Qanununun 1-ci maddəsi-




 

 

46 



n

ə əsasən “Kütləvi informasiya vasitələrindən istifadə, kütləvi informasiyanın 

ax

tarılması,  əldə  edilməsi,  hazırlanması,  ötürülməsi,  istehsalı  və  yayımı 



Az

ərbaycan Respublikasının kütləvi informasiya vasitələri haqqında qanunve-

riciliyind

ə nəzərdə tutulan hallardan başqa, məhdudlaşdırıla bilməz” (9). 

Hüququn 

ən kəskin şəkildə inkar edilməsi onun sosial qayda ideyasının 

ifad

əsi qismində çıxış etməsinin inkarıdır. Hüququn belə inkarı zamanı yalnız 



hüquq deyil, ümumiyy

ətlə, qanun əsasında  sosial  tənzimləmənin həyata 

keçirilm

əsinin mümkünsüzlüyü iddia olunur.  

Bel

əliklə, hüquqi nihilizmin aşağıdakı formalarını qeyd etmək lazımdır: 



1) zahiri ifad

əsinin xarakterinə görə passiv (vəzifələrin icra olunmaması, 

qadağalara riayət olunmaması) və aktiv (sosial-hüquqi münaqişələrin birtələfli 

özbaşınalıq kimi yozulan hərəkətlərlə həlli); 

2) sosial subyektin növün

ə əsasən şəxsi, qrup və ümumsosial; 

3) struktur ünsürl

ərinə görə emosional və rasional; 

4) hüququn d

ərketmə dərəcəsinə görə adi, xidməti və peşəkar. 

Bütün  bunları  hüquqi  nihilizmim  bu  gün  ən  geniş  yayılmış  tipik  ifadə 

formaları kimi qiymətləndirmək olar. Bununla yanaşı, hüquqi nihilizmin həm-

çi

nin digər ifadə formalarını (məhkəməyə hörmətsizlik, müvafiq idarəçilik or-



qan

larının  fəaliyyətində  uyğunsuzluq,  digər  orqanların  səlahiyyətlərinin 

m

ənimsənilməsi və s.) qeyd etmək lazımdır. 



 

ƏDƏBİYYAT 

1.

 



Скакун О.Ф. Теория государства и права: Учебник. Харьков: Консум, 2000, 704 с. 

2.

 



Скасырский И.В. Российская культурно-правовая традиция и ее институционализа-

ция в современных условиях: Дис. … канд. юрид. наук. Ростов-на-Дону, 2002, 177c. 

3.

 

Лушина  Л.А.  Нравственно-правовой  нигилизм:  генезис,  сущность,  формы:  Авто-



реф. дисс… канд. юрид. наук. Нижний Новгород, 2003, 28 с. 

4.

 



Şəfiyev Ü.A. İnsan-siyasət münasibətləri: sosioloji təhlil // Bakı Universitetinin xəbərləri. 

Sosial-siyasi elml

ər seriyası, 2007, № 3, s. 145-154. 

5.

 



“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 13 yanvar 2004-cü 

il tarixli Qanunu // Az

ərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2004,  №3, 

madd


ə 125. 

6.

 



Şiriyev Z.M. Azərbaycan Respublikası qanunvericiliyində korrupsiyaya qarşı mübarizə // 

Qanun, 2007, 

№11, s. 81-92. 

7.

 



Федоренко  К.Г.,  Щавинский  Б.В.  Правовой  нигилизм  и  правовая  позиция:  фило-

софские и методологические аспекты соотношения // Философия права, 2002, №2, 

с. 42-47.  

8.

 



Кумыкова  Л.Г. Правовой  нигилизм в сфере прав человека как форма деформации 

правового сознания: Автореф. дисс… канд. юрид. наук. Нальчик, 2006, 22с. 

9.

 

“Kütl



əvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının 7 dekabr 1999-cu 

il tarixli Qanunu //Az

ərbaycan Respublikasının  Qanunvericilik  Toplusu,  2000,  №2, 

madd


ə 82. 

 



 

 

47 



ФОРМЫ ПРАВОВОГО НИГИЛИЗМА 

 

Э.Н.ГАМИДОВ  

 

 

РЕЗЮМЕ 

 

В статье, в первую очередь, отмечается, что долгое время в нашем обществе пра-



вовой нигилизм выступал в двух формах: 1) теоретической (идеологической), когда во-

обще  провозглашалась  идея  об  отмирании  в  будущем  права;  2)  практической,  когда 

правоприменительные  и  правоохранительные  органы  действовали  в  соответствии  с 

принципом приоритета целесообразности перед правом. Все это привело к ослаблению 

организационной, регулирующей и охранительной роли права. 

В статье также отмечается, что правовой нигилизм отрицает  право как важней-

шую социальную ценность и каждая из форм проявления нигилизма, так или иначе свя-

зана  с  деформацией  правового  сознания,  являющегося  неотъемлемым  элементом  со-

держания права. В этой связи предлагается ряд ценных рекомендаций по искоренению 

данного негативного социального явления. 

 

Ключевые слова: правовой нигилизм, содержание права, социальная ценность 

 

THE FORMS OF THE LEGAL NIHILISM 

 

E.N.HAMIDOV 

 

SUMMARY 

 

The article notes that for a long time in our society, legal nihilism has appeared in two 



forms: 1) theoretical (ideological), that generated the idea to wither of law away in future, 2) 

practical, when law enforcement bodies acted in accordance with the principle of priority be-

fore law. All these have led to weakening of the institutional, regulatory and protective roles 

of law. 


The article also notes that legal nihilism denies the right as an important social value, 

and each of the forms of  nihilism,  is somehow connected  with the deformation  of the legal 

consciousness, which is an integral part of  the content of  law.  A number of valuable 

recommendations are proposed for the elimination of negative social phenomena. 



 

Key words: leqal nihilism, connected of law, social value 

Yüklə 101,63 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə