Müqavilə azadlığı prinsipi və Bona fide. Sərhədsiz müqavilə azadlığı?



Yüklə 128,32 Kb.
Pdf görüntüsü
tarix13.11.2017
ölçüsü128,32 Kb.
#10312


Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

Buraxılış 2 | 

Say 1

– 38 –


Gülnar Atakişiyeva



 



Müqavilə azadlığı prinsipi və Bona fide

Sərhədsiz müqavilə azadlığı? 

Annotasiya 

Məqalə  mülki  hüququn  əsas  təməl  prinsiplərindən  olan  müqavilə  azadlığı  və  onun 

çərçivəsində “bona fide” prinsipindən bəhs edir. Məqalədə müqavilə azadlığının yaranması, 

onun  yaranmasında  iradə  azadlığının  rolundan  bəhs  olunur.  Eyni  zamanda  məqalədə 

müqavilə azadlığının əslində necə bir azadlıq vəd etdiyi, bu azadlığın nisbi və ya mütləq 

olması,  onun  hansı  hallarda  məhdudlaşdırılmasına  yol  verilməsinin  mümkünlüyü  analiz 

edilmişdir.    Həmçinin  məqalədə  “bona  fide”  prinsipinin  yaranması,  onun  hüquqi 

xarakteristikasının  təhlili  aparılmışdır.  Milli  qanunvericiliyimizə  bu  prinsiplə  bağlı 

dəyişiklik edilməsi təklif edilmişdir. Müqavilə azadlığı çərçivəsində bona fidenin yeri və bu 

prinsipə təsiri araşdırılmışdır. 

Abstract 

This article reveals freedom of contract, one of the basic principles of civil law and within it 

depicts the principle of “bona fide”. It illustrates the appearing of freedom of contract and as 

well  as  gives  a  description  about  the  role  of  will  principle.  At  the  same  time,  the  article 

reveals what kind of promises that freedom gave, whether it was relative or absolute. There 

is also analyzed in which situations it has to be limited. As well as the establishment and 

legal characteristics of “bona fide” principle was analyzed. It was offered to our legislation 

system to change it. Within freedom of contract, the place and influence of the “bona fide” 

have been fully investigated. 

Giriş 

üqavilə  azadlığı  prinsipi    Avropa  müqavilələr  hüququndakı

kimi  bütün  müasir  hüquq  sistemlərində  XIX  əsrdən  etibarən

mənimsənmiş  bir  prinsipdir.  Bu  prinsip  mülki  hüququn  ən 

təməl prinsipi olaraq qarşıya çıxır. Bu isə şəxslər arasındakı münasibətlərin 

fərdi  azadlıqla  idarə  olunduğu  cəmiyyətlərdə  ən  təbii  olan  haldır.  Ancaq 

bütün  azadlıqlar  kimi  müqavilə  azadlığı  prinsipi  də  sərhədsiz  və  mütləq 

deyil.  Tarix  boyu  cəmiyyətin  sürətli  inkişafı,  iqtisadi  və  sosial  dəyişikliklər 

bu prinsipin daha güclü olan tərəfindən sui-istifadəsinə gətirib çıxarmışdır. 

Amma  bu  prinsipə  olan  böyük  ehtiyac  nəzərə  alınaraq  Avropa  və  digər 

müasir  hüquq  sistemlərində  həll  yolu  kimi  müqavilələr  hüququnda 

prinsipin  müəyyən  qədər  məhdudlaşdırılması  nəzərdə  tutulmuşdur. 

Ümumi olaraq dürüst, qəbuledilən və nəticələri bilinən insan hərəkətlərini 

əsas  olaraq  götürsək,  cəmiyyət  içində  qarşılıqlı  inam  və  etik  qaydalara 

əsaslanan  vicdanlılıq  (latınca  – bona fide;  ingiliscə  – good  faith) mövcuddur, 

hansı  ki

    bu    hüququn    ümumi    olaraq    baxış    bucağının    bir    parçasıdır. 

Sözü  gedən 

  vicdanlılığın    müqavilələr    hüququnda    həqiqi  yeri  nədir  və 

hansı məhdudiyyətlərə 

 tabedir?  Bu  məhdudiyyətlər  hüquqi  münasibətlər, 

 Bakı Dövlət Universiteti Hüquq fakültəsi, 3-cü kurs, SABAH qrupu tələbəsi 






Dekabr | 2015 

Mülki hüquq

– 39 –

hüquqlar  və  azadlıqlarla  çərçivələnməlidirmi?  Ya  da son  dövrlərdə  roman-



german  hüquq  sistemlərində  hakim  olan  baxışa  paralel  olaraq  bu  qaydalar 

birbaşa hüquqların deyil, hüquqi münasibətlərin, yəni dolayısı ilə müqavilə 

azadlığı prinsipinin sərhədi ola bilərmi? 

I. Müqavilə azadlığının yaranması 

Feodalizm  dövrünün  qaydalarına    müvafiq  olaraq  insanların  statusu 

onların  torpaq  mülkiyyəti  ilə  bəlli  olurdu.  İnsanın  cəmiyyətdəki  yeri  və 

hüquqları birbaşa olaraq onun statusu ilə bağlı idi. Belə bir dövrdə cəmiyyətin 

müxtəlif  təbəqələrindən  olan  insanların  istədikləri  hər  hansı  bir  məsələ  ilə 

bağlı müqavilə bağlamaq azadlıqlarının olması da real deyildi. 

XVII  və  XIX  əsrlərdə  isə  şəxsiyyətin  azadlığını  elan  edən  düşüncə  axınları 

meydana  gəlmiş  və  bu  axınlar  siyasi  təsirini  1789-cu  il  Fransa  burjua 

inqilabında  göstərmişdir.  XVII  əsrdə  başlayan  və  XIX  əsrdə  tam  olaraq 

yaşanan  sənaye  inqilabı  sənaye  cəmiyyətini  yaradaraq  istehsal  sahəsində 

“sərbəst sahibkar modeli”ni hakim mövqeyə gətirmişdir.

1

 



XIX  əsrdə  isə  klassik  liberal  iqtisadiyyat  nəzəriyyəsinin  təməlini  qoyan 

Adam  Smith`in  “icazə  verin  etsinlər,  icazə  verin  keçsinlər”  şəklindəki 

şüarında bazardakı qiymətin yaranmasına hüquqi yollarla müdaxilə edərək 

müqavilə bərabərliyini yaratmağa çalışmağın bazar iqtisadiyyatının balansını 

pozacağı ifadə edilmişdir.

2

 İradə azadlığı ilk vaxtlar hüquqi olmayan anlayış 



olaraq  müqavilə  azadlığını  yaradan  iradə  azadlığı  kimi,  kökü  etibarı  ilə 

dövlətin  sosial  həyatdakı  qoruyucu  (paternalist)  siyasətini  rədd  edərək 

tərəflərin  hər  bir  sahədə  müstəqilliyinin  təsis  edilməsini  qarşıya  məqsəd 

qoyan iqtisadi və siyasi hərəkat olaraq qəbul edilmişdir.

3

 Bu halda dövlətin 



məsələyə qarışa biləcəyi tək vəziyyət bazarın bazar qiyməti ətrafında yarana 

bilməsi üçün etibarlı olan sosial və siyasi çərçivə qaydalarını təmin etməkdir. 

Kapitalist iqtisadi həyatda şəxslərin ehtiyac duyduğu bazar mühitini qoruya 

bilən hüquqi qəlibin məhz “müqavilə” olduğu qəbul edilməkdədir.

4

 

II. Müqavilə azadlığını yaradan iradə azadlığı



Ümumiyyətlə,  iradə  azadlığı  haqqında  mübahisələr,  fikirlər  çox  köhnə 

dövrlərdən  etibarən  mövcuddur  və  dövrümüzdə  iradə  azadlığına  dair 

fikirlərin  təməli  Kanta  əsaslanır.  Kant  iradə  azadlığını  “Die  Metaphysik  der 

Sitten” (Groundwork of the Metaphysics of Morals) adlı əsərində göstərdiyi  üç 

prinsipdən sonuncusu olaraq göstərmişdir. Kanta görə bütün əmrlər birbaşa 

iradənin  məhsuludur.  Buna  görə  də  o,  qayda  qoyandır.  Şəxs  isə  əxlaq 

1

 L. Sirmen, Modern Hukukta Sözleşme Kavramı ve Türk Hukuku, s. 41 (1972) 



2

 Adam Smith, An Inquiry into the Nature and Causes of Wealth of Nations, s. 29 (1776) 

3

 Nathan Isaacs, The Standardizing of Contracts, 27 Yale L.J. 34, s. 34 (1917-1918) 



4

 Zöllner Die, Privatrechtsgesellschaft im Gesetzes und Richterstaat, s. 24 (1996)

 



Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

  Buraxılış 2 | 

Say 1

– 40 –


qaydalarını həm qoyan, həm də onu icra edən subyektdir.

5

 İradə azadlığının 



mülki hüquqdakı əksi elə məhz müqavilə azadlığıdır.

6

 Müstəqil olan hər bir 



şəxsin mülki hüquq münasibətlərini arzu etdiyi kimi qura bilməsini və şəxsin 

öz  davranışlarının  sərhədlərini  yenə  özünün  müəyyən  etməsini  ifadə  edən 

iradə  azadlığı  anlayışı  vasitəsilə  hüquq  münasibətinin  tərəfləri  öz  azad 

iradələrini ortaya qoyurlar.

7

 İradələrin bu formada ətrafa əks etdirilməsi eyni 



zamanda şəxsin fərdi mənfəətinə də uyğundur, çünki heç kim öz mənafeyinə 

uyğun olmayan bir vəziyyəti öz iradəsi ilə yaratmaq istəmir. Üstəlik qurulan 

hüquqi münasibət bir “müqavilə formasında” özünü göstərirsə, hər iki tərəfin 

eyni  azadlığa  sahib  olması  da  əslində  qayda  olaraq  bərabər  vəziyyətdə 

olduqlarının işarəsidir. Tərəflər arasında haqlı mənafelərin balansını qoruyan 

bu  vəziyyət  ilə  şəxs  mülki  hüquq  münasibətlərində  özü  özünün  qanuni 

qoruyucusuna çevrilir.

8

 Müqavilələr hüququ tərəflərə iradələrini ifadə etmək 



azadlığı  verir  və  bunu  qoruyur,  iradəyə  bu  cür  hörmət  müqavilənin 

təbiətindən irəli gəlir.

9

  

Mülki hüquqda müqavilə azadlığı prinsipi, iradə azadlığından yaranan 3 



təməl prinsipdən biri olmasına baxmayaraq, bu prinsip, zaman-zaman iradə 

azadlığı  ilə  eyni  mənada  işlədilmişdir  və  hətta  zaman-zaman  onu 

üstələmişdir.

10

 Bu vəziyyətin səbəbi isə əslində müqavilə anlayışının özü ilə 



bağlıdır.  Çünki  müqavilələr  qarşılıqlı,  bir-birinə  uyğun  olan  və  bu 

uyğunluqdan  hüquqi  nəticələr  yaradan  iradə  bəyanlarının  dəyişməsidir.

11

 

Dolayısı  ilə  azadlıq  olmadan  nə  iradə,  nə  iradə  bəyanı,  nə  də  müqavilə 



olmayacaq. 

Müqavilə  azadlığı  prinsipinin  tərəflərə  münasibətlərini  qanuni  çərçivə 

içində  sərbəstcə  formalaşdırmaq  imkanı  verdiyi  XIX  əsr  “müqavilə  illəri” 

olaraq  qəbul  edilmişdir.

12

  XIX  əsrdə  müasir  hüquq  sistemlərinin  təməlləri 



formalaşmağa başlayarkən hüquq sistemləri müqavilə tərəflərinə  müqavilə 

şərtlərini  ümumi  olaraq  sərbəst  iradə  ilə  qərarlaşdıra  biləcəkləri  bir  sahə 

5

  Vasfi  Raşit  Sevig,  Ahlakın  Umumiyyetle  Hukuk  ve  Hususiyle  Mukaveleler  Üzerindeki 



Tesiri, s. 558 (1958) 

6

 Fikret Eren, Borçlar Hukuku. Genel Hükümler, s. 119 (2008) 



7

 Engel, Traite Des Obligations En Droit Suisse, s. 94 (1997) 

8

 Fransız Mülki məcəlləsində bu vəziyyət açıq bir şəkildə 1134–cü maddə də  göstərilib. Beləcə 



müqavilənin  yaradıcı  ünsürü  olan  şəxslərin  iradəsi  birbaşa  hüquq  mənbəyi  halına  gəlir. 

Maddədə  qanuni  olaraq  qurulan  müqavilələrin  tərəflər  üçün  qanun  yerinə  keçəcəyi  qeyd 

edilmiş,  beləliklə  ortaya  çıxan  tərəddüdlərdə  müqavilənin  lex  contractus  qanun  rolunu 

öhdəsinə  götürməsi  nəzərdə  tutulub  (Les  conventions  legalement  formees  tiennent  lieu  de  loi  a 



ceux qui les ont faites). 

9

 Morris Cohen, The Basic of Contract, 46 Harv. L.Rev. 553, s. 553, (1933) 



10

 İradə azdlığından yaranan digər 2 təməl prinsip isə müqavilənin bağlayıcılığı (the binding 



force of contract) və müqavilənin nisbiliyidir (privity of contract). Bax  G. Ripert, The Moral Rule 

in Civil Obligation, s. 217 (1949) 

11

 Zufferrey-Werro, Le Contract Contraire aux Bonnes Mouerus, s. 7 (1988)



 

12

 Hurst J. W., Law and the Conditions of Freedom in the Nineteenth Century United States, 



s. 18 (1956)


Dekabr | 2015 

Mülki hüquq

– 41 –

buraxaraq müqavilə azadlığı (freedom of contract) prinsipini qəbul etmişdir. 



XIX  əsrdən  etibarən  müqavilələr  hüququnda  hakim  olan  bu  prinsip 

müqavilənin  şərtlərinin  tərəflərin  şəxsi  iradəsi  ilə  müəyyənləşə  bildiyi 

müddətdə (individualism) yaxşı nəticə vermiş və bu müddət bir əsrə qədər 

davam etmişdir.

13

 Ümumiyyətlə, müqavilələr hüququnu delikt hüququndan 



ayıran  da  elə  məhz  iradə  azadlığıdır.  Əgər  delikt  hüququnun  əsasını 

öhdəliklər və vəzifələr təşkil edirsə, müqavilələr hüququnun əsasını isə şəxsin 

iradəsi nəticəsində yaranmış öhdəliklər və vəzifələr təşkil edir. 

14

  



Mülki  hüququn  dinamik  quruluşu  ancaq  müqavilə  azadlığı  prinsipi  ilə 

qoruna bilər və buna görə mülki hüquq, yeni əsrin və texnologiyanın gətirdiyi 

yeniliklərə hər hansısa xüsusi bir qanun dəyişikliyi olmadan da  uyğunlaşa 

bilir.


15

 

III. Müqavilə azadlığının məhdudlaşdırılması

Heç  bir  azadlıq  mütləq  deyildir,  təbii  ki,  müqavilə  azadlığı  da  müəyyən 

çərçivədə  məhdudlaşdırılmalarla  qarşılaşmışdır.  Bu  məqamda  üzərində 

düşünülən əsas sual isə bu cür məhdudlaşdırılmanın nə üçün lazım olduğu 

və belə məhdudlaşdırılmaların müqavilə azadlığı prinsipinin təbiətinə zidd 

olub-olmamağıdır. Bu sualların cavabı və məhdudlaşdırılmalar isə hər hüquq 

sistemində müxtəlif cür tənzimlənir. Bu tənzimləmənin formaları hər ölkənin 

qanunvericiliyinə  uyğun  olaraq  fərqli  və  bəzən  də  oxşar  normalar  şəklində 

təzahür edir. 



A. Kontinental hüquq sistemində 

Almaniya hüququnda Ümumi Əməliyyat Şərtləri hüququnun tənzimlən-

məsinə  dair  qanunda  ümumi  şərtlər  istifadə  olunaraq  bağlanmış 

müqavilələrin  hər  birindən  iş,  vərəsəlik,  ailə  və  şirkətlər  hüququ 

sahələrindəki  müqavilələr  istisna  olmaqla  bəhs  edilir.

16

  Qanun  ümumi 



əməliyyat  şərtlərinin  müqavilənin  qurulduğu  anda  açıq  bir  şəkildə  digər 

tərəfin  diqqətinə  çatdırılmasını,  qarşı  tərəfə  ümumi  əməliyyat  şərtlərinin 

məğzini anlaması üçün lazım olan vaxt və imkanın verilməsi ilə qarşı tərəfin 

ümumi  əməliyyat  şərtlərinin  istifadəsinə  razılıq  şərtini  müəyyənləşdirir. 

Burada olduqca müxtəlif normalar göstərilmişdir. Məsələn, müqavilənin hər 

hansı hissəsi ilə bağlı iradələr uyğun olmazsa, bu hissə müqavilənin hissəsi 

olaraq götürülmür, qeyri-adi şərtlər, digər tərəfin vəziyyətini ağırlaşdıran və 

13

 



G. Güngör, Milletlerarası Özel Hukukta Tüketicinin Korunması, s. 35-36 (2000) 

14

 Randy E. Barnett, Contract is not Promise; Contract is Consent, 45 Suffolk U. L. Rev. 647, s. 651 



(2012) 

15

 H. Hatemi, R. Serozen, A. Arapcı, Borçlar Hukuku Özel Bölüm, s. 27 (1992) 



16

 Y. Atamer, Sözleşme Özgürlüğünün Sınırlandırılması Sorunu Çerçevesinde  Genel İşlem 

Şartlarının denetlenmesi, s. 40 (2001) “Alman hukukunda, Genel İşlem Şartları Hukukunun 

Düzenlenmesine  İlişkin  kanun,  genel  işlem  şartları  kullanılarak  akdedilen  sözleşmelerin 

tümünü, iş, miras, aile  ve  şirketler  hukuku alanlarında akdedilen  sözleşmeler hariç  olmak 

üzere, konu edinmekdedir.”

 



Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

Buraxılış 2 | 

Say 1

– 42 –


ya onun üçün əlverişsiz olan şərtlər də həmçinin bura daxildir. Əlavə olaraq

bu  qanunun  10-cu  maddəsində  etibarlılıq  baxımından  hakimin  diskresion 

səlahiyyətində  olan  hökm  ifadə  edə  bilən  “boz  siyahı”  (grey  list)  və  11-ci 

maddəsində isə qadağan edilmiş müqavilə şərtlərini ifadə edən “qara siyahı” 

(black list) göstərilmişdir.

17

  



Almaniya  qanunvericiliyindəki  qeyd  etdiyimiz  bu  normaların  böyük  bir 

qismi  AR  Mülki  Məcəlləsinin  “Əqdlərin  etibarsızlığı”  fəslində  də  müəyyən 

olunmuşdur. Eyni zamanda AR Mülki Məcəlləsinin “müqavilə azdlığı” adlı 

390-cı  maddəsində  prinsipin  anlayışı  verilərkən  qeyd  edilir  ki,  fiziki  və 

hüquqi  şəxslər  azad  surətdə  müqavilələr  bağlaya  və  bu  müqavilələrin 

məzmununu  müəyyənləşdirə  bilərlər.  Onlar  bu  Məcəllədə  nəzərdə 

tutulmayan,  lakin  ona  zidd  olmayan  müqavilələr  də  bağlaya  bilərlər.  Bu 

normadan da görünür ki, qanunvericilik hər kəsə azad müqavilə bağlamaq 

imkanı  verir,  lakin  bunu  məcəllədə  tutalan  bəzi  hallarla  məhdudlaşdır

ır, 


bunun  əsas  səbəbi  isə,  qanunveriliyin  cəmiyyət  və  dövlətin  mənafelərini 

qorumaq məqsədindən irəli gəlir. 

İsveçrə  qanunvericiliyi  isə  müqavilə  azadlığını  böyük  ölçüdə  qoruyaraq 

onun üç təməl ünsürünü göstərmişdir

18



1. Müqavilənin  qarşı  tərəfini  seçərək  müqaviləni  bağlamaq  və  ya



bağlamamaq; 

2. Müqavilənin şərtlərini tərəflərin müəyyən etməsi;

3. İsveçrə qanunvericiliyində göstərilmiş müqavilə tiplərindən ayrılmaq.

  Və  demək olar  ki,  İsveçrə  qanunvericiliyində  haqsız  rəqabətin  qarşısının 

alınması  haqqında  qanun  və  mülki  məcəllənin  bəzi  maddələri  istisna 

olmaqla,  müqavilə  azadlığının  məhdudlaşdırılması  və  ya  başqa  sözlə, 

müqavilə  tərəflərinə  hər  hansı  məhdudiyyət  müəyyənləşdirən  normalar 

nəzərdə tutulmamışdır.

19

 

Fransada  isə  10.01.1978    tarixli  qanunla  yaradılan  komissiya  vicdanlı 



olmayan  kommersiya  fəaliyyəti  ilə  məşğul  olan  satıcıların  istifadə  etdikləri 

müqavilə  tiplərinin  araşdırılması  və  vicdanlı  olmayan  müqavilə  şərtlərinin 

ləğvini, ya da yenidən təşkilini təklif etmək səlahiyyətinə sahibdir.

20

 



Hollandiya hüququnda da Almaniya hüququna bənzər normalar istifadə 

edilməkdədir. Burada məqbul olmayan şəkildə çətinlik gətirən (unreasonably 

onerous),  dözülməsi  çox  çətin  olan  şərtlərin  etibarsız  sayılmağının 

mümkünlüyü göstərilmişdir.

21

 

1994-cü ilin sonlarında International Institute for the Unification of Private Law 



– UNIDROIT-in  səyləri  nəticəsində  ortaya  çıxan  və  Romada  yayımlanan

Beynəlxalq  Kommersiya  Müqaviləsi  üçün  Prinsiplər  (Principles  of 

17

 Atamer, s. 41 



18

 F. Dessemontet, T. Ansay,  Introduction to Swiss Law, s. 5 (2003) 

19

 Atamer, s. 44 



20

 Yenə orada, s. 45 

21

 The Dutch General Conditions Bill, Article 2.2 (1981) 




Dekabr | 2015 

Mülki hüquq

– 43 –

International  Commercial  Contracts)  müqaviləyə  söykənən  və  beynəlxalq 



kommersiya müqavilələri üçün ümumi qaydalar ehtiva edən prinsiplərdir.

22

 



Bu prinsiplərin Ümumi Qaydalar başlıqlı birinci hissəsində yer alan müqavilə 

azadlığı  prinsipinin  tənzimlənməsi  ilə  bağlı  şərhdə  müqavilə  azadlığının 

tətbiqində  bəzi  istisnaların  ola  biləcəyi  vurğulanmışdır.  Bu  isə  dövlətlərin, 

cəmiyyətin marağının qorunması məqsədi daşıyır. 



B

Anqlo-amerikan sistemində

 

01.02.1978 tarixində İngiltərədə qüvvəyə minən “Haqsız Müqavilə Şərtləri 



haqqında  Akt”  (Unfair  Contract  Terms  Act)  fərdi  və  standart  müqavilələri 

əhatə edir. Qanunda əsas etibarilə fərdi və standart müqavilələrdə yer alan və 

kommersiya  fəaliyyəti  ilə  məşğul  olan  müqavilə  tərəfinin  hüquqi 

məsuliyyətini  aradan  qaldıran  və  ya  məhdudlaşdıran  haqsız  məsuliyyət 

qeydləri  ilə  təzminat  qeydlərinin  yer  aldığı  daşınar  əşya  satışı  (sale)  və  ya 

kreditlə  satış  (hire-purchase)  müqavilələri  ilə  bağlı  tənzimləmələr  yer  alır. 

Qanun  bəzi  müqavilə  şərtlərini  etibarsız  hesab  etdiyi  halda  digərlərinin 

“məqbul  sayılan”  meyarlara  (reasonableness  test)  görə  dəyərləndirilməsini 

nəzərdə tutur.

23

  



İngiltərədə  ən  yüksək  instansiya  məhkəməsi  olan  Lordlar  Palatasının 

Director  General  v.  First  National  mübahisəsi  nəticəsində  verdiyi  qərarında  

haqsız şərtlər (unfair terms) anlayışının tərifini vermişdir. Buna görə, haqsız 

şərt istehlakçının zərərinə olaraq, xoş

 niyyətə zidd və tərəflərin müqavilədən 

yaranan  haqq  və  öhdəlikləri  arasında  mühüm  bir  ölçüdə  balanssızlığa  yol 

açan  şərtdir.  Xoş

  niyyət  isə  hər  mücərrəd  hadisənin  şərtlərinə  görə  şərh 

edilərək diqqətə alınmalıdır.

24

 

Amerika  hüququnda  müəssisələrlə  imzalanan  standart  müqavilələrə 



bənzər müqavilələrdə yer alan şərtlər vicdanlılığa zidd olduqda (principle of 

unconsionability),  doktrina  daxilində  ələ  alınmasına  və  vicdanlılığa  zidd 

müqavilə şərtləri hüquqi nəticə yaratmamaqdadır. 

Vahid  Kommersiya  Məcəlləsində  (Uniform  Commercial  Code)  yer  alan

vicdanlılığa  zidd  olmaq  prinsipi  müqavilənin  mövzusu  ilə  müqavilənin 

tərəflərinin hüquqi vəziyyətinin araşdırılması əsasına söykənir.

25

 Qanun əsas 



etibarı ilə standart halda bağlanan daşınar əşya satışlarında istifadə olunmaq 

üçün yaradılmış olmaqla bərabər, həmçinin bütün müqavilə tiplərini əhatəyə 

alacaq  şəkildə  istifadə  olunmaqdadır.  Əsas  məqsəd  isə  güclü  tərəfin  öz 

22

 Tam mətn 



http://www.unidroit.org/english/principles/contracts/principles2010/integralversionprincipl

es2010-e.pdf (son baxış 28 noy. 2015) 

23

 Atamer, s. 46-47 



24

 Director General of Fair Trading v First National Bank, 2001, UKHL 52, All England Law 

Reports (2002) 1 ALL ERHL, s. 105  

25

 Arzu Oğuz, Karşılaştırmalı Hukuk, s. 59



 


Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

  Buraxılış 2 | 

Say 1

– 44 –


gücünü sui-istifadəsinin qarşısını almaq və zəif tərəfin gözlənilməyən hüquqi  

nəticə ilə qarşı-qarşıya qalmasına mane olmaqdır. 

Ümumi hüquq sisteminin əsasını təşkil edən presedent hüququnun (case 

law)  mühüm  mənbəyi  olan  ”Restatement”lərə

26

  baxıldığında  müqavilə 



azadlığının  hər  şeydən  əvvəl    qanunlar  (statute)  ilə  qadağan  olunmuş 

məsələlərdə 

və 

ümumi 


hüquq 

sisteminə 

zidd 

olan 


hallarda 

məhdudlaşdırılacağı nəzərə çarpmaqdadır.

27

  

Göründüyü  kimi,  qoyulan  belə  məhdudiyyətlər  heç  də  müqavilə 



azadlığının  məhdudlaşdırılması  demək  deyil.  Sadəcə  onun  bəzi  çərçivələrə 

salınaraq zəif tərəfin hüquqlarını qorumaq və ya hər hansısa tərəfin qəsdən 

zəif  vəziyyətə  salınmasının  qarşısını  almaq,  ən  əsası  bu  prinsipin  ədalətli 

işləklik mexanizmini təmin etməkdən ibarətdir.  



IV. Bona fide

Ədalətin  təməlini  sədaqət  və  vicdanlılıq  təşkil  edər,  bu,    sözlərin  və 

müqavilələrin  davamlılığı  və  gerçəkliyi  deməkdir.  Qanunlar  nə  qədər 

təfərrüatlı  normalar  müəyyən  etsə  də,  hüquqların  istifadəsində  və 

öhdəliklərin  yerinə  yetirilməsi  zamanı  edilən  hərəkətlərin  hər  birini 

tənzimləmək imkanına malik deyildir. Elə buna görə də hər zaman bütün bu 

münasibətləri  doğru  bir  formada  nizama  sala  biləcək  qaydaya  ehtiyac 

duyulmuşdur. Belə ehtiyacın məhsulu da məhz “bona fide” prinsipidir. 

Roma hüququnda “başqasına zərər verməmək, heç kimə pislik etməmək” 

dəyərlərinə bağlı olan “bona fides” və daha sonralar “aequitas” anlayışları “sirr 

saxlamaq,  insanlar  arası  etibarla  zəiflərin  qorunması”  dəyərlərini  əsas 

almaqdadır.

28

  Bona  fide  termini  Romada  söz  ilahəsi  Fidesdən  ilham  alınaraq 



ortaya çıxmışdır. O zamanlarda Fidesin oturduğu yer insanın sağ əli olaraq 

qəbul  edilməkdəydi.  Dolayısı  ilə  razılığa  gələn  şəxslər  əl  verir  və  beləliklə, 

vədlərini  ilahənin  ədalətinə  etibar  edərdilər  ki,  dövrümüzdəki  əl  verərək 

26

 “Restatement”lər bütün hüquq sahələrindəki mühüm qərarlara yer verən və bu qərarları 



müqayisəli bir şəkildə tənqid edən qərarlar toplusudur. Restatement an attempt by the American 

Law Institute “...to present an orderly statement of general common law of United States including in 

that term not only the law developed solely by judical decision, but also the law that has grown from 

application by the courts of statues” Bax Steven, Law Dictionary, s. 464

 

27



 Restatements of Law, Contracts, Vol. I, Sections 1-346 as adopted and promulgated by the 

American Law Institute at Washington D.C., 6.05.1923, s.181 (ALI Publications, St. Paul 1932) 

28

  Bu  mənada  “bone  fide”  anlayışı  gündəlik  dildə,  əxlaqi  dəyərlərdə  (pudor,  probitas



continentia); sosial həyatda (dignitas, Gloria); qurumlaşmada (imperium) və hüquqda (iustitia

aequitas) da istifadə olunmuşdur. B.e.ə III əsrdən, b.e VII-VII əsrlərinə qədər davam edən bu 

müddətdə  bu  anlayış  əvvəlcə  bone  fide  mübahisələrində  və  bone  fide  razılaşmalarında 

(müqavilələri) istifadə olunmuş sonra isə, jus commun ilə bərabər ümumi hüquqda doğruluq 

anlayışını  içində  əridən  bir  iradə  ilə  bərabər  bir  anlam  qazanmış  və  aequitas  anlayışına 

yaxınlaşmışdır. Əxlaqın hüquq içində diqqət yetirilməsinə və tərəflərin iradələrinin müəyyən 

bir nöqtəyə qədər əhəmiyyət qazanmasına imkan yaradan “bonus pater familias” anlayışı bu 

məqamda önə çıxmağa başlamışdır. Bax  Jaluzot, B., The Good Faith in Comparative Contract 

Law, Japanese, German and French Law Compared, s. 19  (2001) 




Dekabr | 2015 

Mülki hüquq

– 45 –

razılaşmaq  adəti  də  buradan  gəlmişdir.



29

  Bona  fide  heç  bir  aldatma  və 

fırıldaqçılıq olmadan xoş

 niyyəti ifadə edir.

30

 Elə bu səbəblə də demək olar 



ki,  bütün  inkişaf  etmiş  hüquq  sistemlərinin  qanunvericiliyində  bona  fide  öz 

əksini “xoş

 niyyət” (good faith)

31

 termini ilə tapmışdır. 



A. Azərbaycanda bona fide 

Bona fide anlayışı keçdiyi dövr ərzində içində daha çox həqiqəti və ədaləti 

axtaran  bir  forma  alaraq  dövrümüzdə  “good  faith”,  Azərbaycan 

qanunvericiliyində  isə  “vicdanlılıq”  olaraq  təsbit  olunmuşdur.  Düşünürəm 

ki, “vicdanlılıq” termini “bona fide” və ya “good faith” anlayışlarını tam əhatə 

etmir. Hətta Mülki Məcəlləmizdə bunun dəqiq anlayışı verilməmişdir, yalnız 

məcəlləmizin müvafiq maddəsində

32

  “öhdəliklərin icrası zamanı vicdanlılıq” 



şəklində bəhs olunmuşdur. Vicdanlılıq çox geniş mənanı ifadə  edən və hər 

kəs tərəfindən müxtəlif qarşılanan və dərk edilən nisbi bir anlayışdır. Üstəlik 

hər kəs tərəfindən dərk edilən “vicdan azadlığı” ifadəsi ilə mülki hüquqdakı 

“vicdanlılığın” qarışdırılması və insanların vicdanlılığı hüquqi deyil, mənəvi 

kateqoriya kimi qiymətləndirməsi müəyyən anlaşılmazlıqlara gətirib çıxarır. 

Həmçinin  məcəlləmizdə  bona  fidenin  anlayışının  verildiyi  xüsusi  normanın 

olmaması da bu cəhətdən prinsipin mahiyyətinin anlaşılmasında və işləklik 

mexanizmində çətinlik yaradır.  Belə geniş və nisbi anlayışın qurulan hüquq 

münasibətindəki rolu da ona verilən anlayışdan dolayı nisbi olur. Zənnimcə, 

bunun  daha  dəqiq  şəkildə  ifadəsi  üçün  “vicdanlılıq”  əvəzinə  “xoş  niyyət” 

termini  istifadə  olunarsa  və  məcəlləmizdə  bu  prinsipə  onun  mahiyyətinin 

açıldığı  və  anlayışının  verildiyi  xüsusi  norma  həsr  olunarsa,  prinsipin 

istifadəsi təmin olunar və işləklik mexanizmi artar. 

V. Bona fidenin hüquqi xarakteristikası 

Dünya  hüquq  ədəbiyyatlarında  bona  fidenin  necə  qaydalar  olduğu,  necə 

tənzimlənməsi, ümumiyyətlə, hansı xarakterə malik olması müəyyən suallar 

yaratmışdır.  Bu  anlayışın  əslində  əxlaq  norması,  yoxsa  bir  hüquq  norması 

olması, əgər hüquq normasıdırsa, necə bir hüquq norması olması, imperativ 

və ya dispozitiv xarakterə malik olması daim mübahisə mövzusu olmuşdur. 



A. Bona fide əxlaq normasıdır, yoxsa hüquq norması? 

Cəmiyyətdə insanlar arasındakı münasibətləri nizama salan yeganə vasitə 

hüquq  normaları  deyildir.  Çünki,  qanunlar  (yazılı  hüquq  normaları)  bütün 

şəxsi  münasibətləri  deyil,    yalnız  insanların  bir-biri  ilə  olan  münasibət  və 

davranışlardan tipik olanlarını nizama salır.  Qalan  digər münasibətlər isə 

29

 Vasfi Sevig, Ahlakın Umumiyyetle Hukuk ve Mukaveleler Üzerine Tesiri, s. 525 (1958) 



30

 Good faith: without fraud or deceit. Bax Stevan H. Gifis, Law Dictionary, Barron’s Legal Guides, 

s. 60

31

 A total absence of any intention to seek an unfair advantage or to defraud another party; an honesty 



and sincere intention to fulfil one`s obligationBax Steven Gifis, Law Dictionary, s. 238 

32

 AR Mülki Məcəlləsi. Maddə  425 




Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

Buraxılış 2 | 

Say 1

– 46 –


cəmiyyətdə  sosial  normalar  ilə  tənzimlənir.  Sosial  normalar  yazılı  hüquq 

normalarının  yaranmasına  birbaşa  təsir  edir.  Əxlaq  normaları  bunlar 

içərisində mühüm yer tutur və insanların həm mənəvi, həm də ətraf mühitə 

təzahür edən hərəkətlərinin qaydaya salınmasında əhəmiyyətli rol oynayır. 

Əxlaq normaları fəlsəfi olaraq cəmiyyətdəki haqq, ədalət, vicdanlılıq, ya da 

ümumi əxlaq kimi anlayışlara bünövrə olan, hüquq normalarının mənimsə-

nilməsinə  kömək  edən  və  cəmiyyətdəki  vicdanlılığı  yaradan  etik  normalar 

bütünüdür.

33

  Bu  anlamda  əxlaq  normalarının  hüquq  normaları  ilə 



bənzərlikləri  və  fərqli  cəhətlərinə  nəzər  yetirdikdə  görürük  ki,  bona  fide  də 

qanununverici  tərəfindən  qanuni  bir  nizamlama  mövzusu  olaraq  pozitiv 

hüquq  içində  ümumi  bir  hüquq  norması  vəziyyətinə  gəlmişdir.

34

  O  halda 



ümumi və universal dəyərlərin ifadəsi olan bu prinsipə əməl olunmaması hər 

nə qədər etik bir dəyərin ifadəsi olsa da, hüquqa əməl olunmaması nəticəsini 

yaradacaqdır.

35

 Bu məqamda, bəlkə də, Huberin ifadəsi ilə vicdanlılığın (bona 



fide)  “hüquq  etikasına  istinad  etdiyini”

36

  söyləmək  məsələnin  doğru  bir 



xülasəsi olacaqdır. 

B. Bona fide hüquqi standartdır, yoxsa hüquq prinsipi? 

Hüquqi  standartlar  xüsusi  məsələlərə  də  uyğunlaşdırılan,  hər  vəziyyət 

üçün istifadə olunan ortaq bir sosial davranış ölçüsü kimi nəzərdən keçirilir. 

Bunlar dəyişdirilməz normalardan fərqli olaraq daha çox hakimə yol göstərici 

ümumi  təlimatlar  kimi  çıxış  edir.  Bu  səbəblə  müəyyən  və  dəqiq  anlayışları 

yoxdur  və  istifadə  olunduqları  formalara  görə  fərqli  anlayışlar  ifadə  edə 

bilərlər. Bundan fərqli olaraq prinsiplər hüquqi nəticəsi bəlli olan, hüququn 

müəyyən  bir  tətbiq  sahəsinin  xüsusiyyətlərini  əks  etdirən,  mücərrəd  və 

ümumi normalardır. Bunların ən diqqətə çarpan xüsusiyyətləri mücərrəd bir 

hadisəyə  birbaşa  tətbiq  olunmamaqlarıdır.  XX  əsrə  qədər  Almaniya 

hüququnda bona fide (Treu und Glauben) normalarının icrasında (BGB, §242),  

müqavilələrin şərhində, müqavilə şərtlərinin qiymətləndirilməsində və digər 

vəziyyətlərdə  bir  təlimat  kimi  qəbul  edilmiş,  daha  sonra  Federal  Ali 

Məhkəmənin 26 may 1914 tarixli qərarı ilə bunların ümumi normaların xüsusi 

33

 Bu eyni zamanda əxlaqın da təməlidir. Ateş, s. 67  



34

 Jaluzot, s. 67 

35

 AR MM 425-ci maddəsində göstərilən öhdəliklərin icrası zamanı vicdanlılıq da bu mənada 



vicdanlılığa əməl olunmamasının hüquqa zidd nəticələr yaratdığını göstərir. 

36

 Bone fide, mühakimə haqqının müqavilə hüququnda əxlaqi etikanı artırmağa yönəldiyini 



düşünsək, müqavilə öncəsi və ya sonrası kimi bir fərqləndirmə etməyin məntiqli olmadığına 

diqqət çəkir. Həmçinin müəllif müəyyən bir əxlaq prinisipinə bağlı qalmaqdansa, xoşniyyətin 

(good faith) içində olan və realizə ola biləcəyi vəziyyətə görə şərh edilməsini üstün tutur. 

Müəllifə görə xoş

 niyyət universal həll yolu ola bilməz, ancaq ən sadə şəkildə əxlaqi 

məsələlərin sadə şəkildə həll yolunu tapdığı bir mexanizma ola bilər.  

R. Brownsword, N. J. Hird, G. Howells, Good Faith in Contract, Concept and Context, s. 7 

(1998)   




 Dekabr | 2015 

Mülki hüquq

– 47 –

bir ifadəsi olduğu qeyd edilmişdir. Bu vəziyyət Fransa Mülki Məcəlləsində də 



(Maddə 1134 və 1135)  eyni cür ifadə olunmuşdur.

37

 



Hər iki məcəllədə əksini tapan bu hal bona fidenin təlimat əhəmiyyətli bir 

norma  olmamasını,  əksinə  mühüm  hüquqi  nəticələr  doğuran  bir  prinsip 

olduğunu  əks  etdirir.  Lakin  bununla  belə,  bu  demək  deyil  ki,  bona  fide 

imperativ bir hüquq normasıdır. Ümumi qəbul edilən fikirlərə görəbona fide 

əsas etibarı ilə əmredici mahiyyətə malik olan hüquq norması deyildir.

38

 O, 



sadəcə  mülki  hüquq  münasibətlərinin  xoşniyyətə  əsaslanaraq  daha  ədalətli 

şəkildə qurulmasını özündə ehtiva edir. 



VI. Müqavilə azadlığı çərçivəsində bona fide.

Məhdudiyyət, yoxsa təminat? 

Hüququn hədəfi olan ədaləti yaratmaq üçün pozitiv hüququn (de lega lata

kifayət etmədiyi məqamlarda həmin məsələlər bəzən ayrı bir hüquq sistemi 

ilə (məsələn: İngilis hüququnda olduğu kimi Rules of Equity), bəzən də bizim 

hüquq  sistemimizdə  olduğu  kimi  (de  lega  ferenda)  əsas  ədalət  prinsipləri  ilə 

həll  edilməkdədir.

39

  Ümumiyyətlə,  hüquq  anlayışı,  “hüquq  münasibət-



lərindən”,  “vəzifələrdən”,  “azadlıqlardan”  və  “haqlardan”  ibarətdir.  Bu 

mənada  ümumi  və  obyektiv  bir  hüquq  norması  yaradan  bona  fide  şəxslər 

baxımından “ümumi bir vəzifə” rolunu oynayır. 

Ümumiyyətlə, diqqət etsək görərik ki, ümumi, hər kəs üçün məcburi olan 

vəzifələr fərdi azadlıqların da son sərhədini müəyyən edir. Bona fide də belə 

bir  ümumi  vəzifə  rolunu  oynayır.  Hər  bir  müqavilə  tərəfi  vicdanlı  şəkildə 

davranmağa  borcludur.  Tərəflər  bu  vəzifədən  və  ya  başqa  sözlə  onların 

üzərinə düşən bu öhdəlikdən imtina edə və ya onu məhdudlaşdıra bilməz. 

Şəxslərin  təsbit  olunan  hüquq  və  azadlıqları  başqalarının  hüquq  və 

azadlıqlarının ləğvinə yönəlmiş hər hansı fəaliyyətlə məşğul olmaq və ya hər 

hansı əməl törətmək və ya onları məhdudlaşdırmaq hüququna malik olması 

kimi şərh oluna bilməz.

40

 

Bona fidenin düzəldici və tamamlayıcı iki funksiyası mövcuddur.



41

 İsveçrə 

Federal  Məhkəməsi  öz  qərarında  müəyyən  etmişdir  ki,  bona  fide  müqavilə 

azadlığına  məhdudiyyət  gətirmir,  lakin  bütün  müqavilələrdə  bona  fide 

prinsipinə  əməl  olunmalıdır  fikri  məhdudiyyət  sayılacaqdır.  “Nə  bona  fide 

(orada  good  faith),  nə  də  hüquqdan  sui-istifadə  qadağası  ümumi  olaraq 

müqavilə ədalətini təmin etmək üçün mövcud deyildir. Müqaviləyə bağlılıq 

sadəcə  müqavilənin  məzmununun  hüquq  nizamının  təməl  prinsipləri  ilə 

qarşıdurması, iradənin meydana gəlməsində əskiklik olması (....) hallarında 

37

 Jaluzot, s. 69-70 



38

 Şener Akyol, Dürüstlük Kuralı ve Hakkın Kötüye Kullanılması Yasağı, s. 7 (1995) 

39

 Brownsword, Hird, Howells, s. 11 



40

 European Convention on Human Rights, article 17 

41

 Atamer, s. 171 




Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

Buraxılış 2 | 

Say 1

– 48 –


müqavilənin  ləğvinə  qərar  verilməsinə  imkan  yaradır”.

42

  Yekun  nəticədə 



qərarda  ifadə  olunur  ki,  müqavilə  tərəflərin  iradəsinə,  istəklərinə  və 

qanunvericiliyin müəyyən etdiyi bütün qaydalara uyğundursa və tərəflərin 

mənafeləri təmin olunursa, o zaman bəzi hallarda bona fide prinsipinə uyğun 

olmaya da bilər.  

Əgər bona fideni müqavilə azadlığı üçün məhdudiyyət hesab etsək, o zaman 

hər  zaman  müqavilə  tərəflərindən  birinin  hüquqlarının  pozulması  ehtimalı 

ilə  razılaşıb  onu  qəbul  etmiş  olarıq.  Ümumiyyətlə,  bona  fidenin  müqavilə 

azadlığı  üçün  məhdudiyyət  hesab  edilməsi  eyni  zamanda  bu  iki  prinsipin 

müqayisəsi  mənasına  da  gələr,  hansı  ki,  subyektlərin  belə  bərabər  olduğu 

mülki hüquqda müqavilənin yaranması və davamlılığını təmin edən bu iki 

prinsipin  belə  bir  müqayisəsi  düzgün  olmazdı.  Əksinə,  bu  iki  prinsipi  bir-

birini tamamlayan vahid bir struktur olaraq nəzərdən keçirmək daha məntiqli 

bir  yol  olar.  Çünki  bir  prinsipin  varlığı  digərinin  daha  ədalətlə  işləməsini 

təmin edir. 



Nəticə 

Keçmiş dövrlərdə təsəvvürü mümkünsüz olan müqavilə azadlığı prinsipi 

müasir dövrdə hüququn ən əsas prinsipi halına gəlmişdir, hansı ki, müasir 

dövrün hüquq sistemini müqavilə azadlığı  olmadan təsəvvür etmək  nəinki 

mümkün  deyil,  hətta  ağlasığmazdır.  Məqalədə  də  bəhs  olunduğu  kimi 

natarazlıq  və  bərabərsizlik  vəziyyətləri  bu  prinsipin  heç  bir  məhdudiyyət 

olmadan  işləməsinə  icazə  vermir.  Bu  səbəblə  hüququn  əsas  məqsədi  olan 

ədaləti  təmin  etmək  üçün  müqavilə  azadlığına  müəyyən  məhdudiyyətlər 

gətirilib.  Müxtəlif  ölkələrdə  müxtəlif  cür  təzahür  edən  bu  məhdudiyyətlər 

şəxslərin  hüquqlarının  çərçivəyə  salınması  deyil,  əksinə  onların  inkişafını 

təmin edən vasitə qismində çıxış edir. Lakin bu məhdudiyyətlər hər zaman 

ədaləti  bərpa  etmək  iqtidarında  olmur.  Bu  zaman  hüququn  nizamlaya 

bilmədiyi bu cür hallarda daha universal bir qaydaya ehtiyac yaranır ki, bu 

da qarşımıza bona fide olaraq çıxır. Bütün inkişaf etmiş hüquq sistemlərində 

(good  faith),  eləcə  də  Azərbaycan  qanunvericiliyində  vicdanlılıq  adı  ilə 

müəyyən olunan bona fide ümumi qayda olaraq təsbit olunmuşdur. Bu prinsip 

hüquq  etikasına  aid  üstün  bir  qaydadır  və  elə  buna  görə  də  müqavilə 

münasibətlərində  tərəflər  arasındakı  inamı  yaradan  da  bu  prinsipin 

təməlindəki  etik  və  əxlaqi  dəyərlərdir.  Bona  fide  yalnız  münasibət  qurulan 

zaman nəzərə alınmır, eyni zamanda müqaviləyəqədərki məsuliyyət (culpa in 



contrahendo) zamanı da nəzərə alınır.

43

 Mübahisə yarandığında məhkəmədə 



42

 ATF 115 II 232. Bu qərarda Federal Məhkəmə öhdəliklər və qarşı tərəfin öhdəlikləri 

arasındakı natarazlıqların təkcə ümumi əxlaqa ziddiyyət yaratmayacağına və yenə həmin 

qərarla hüququn sui-istifadəsinin təkcə öhdəliklər arası bərabərsizliyi düzəltməyə imkan 

verməyəcəyi qənaətinə gəlmişdir 

43

 Mehran Əmirli, Culpa in contrahendo – Müqaviləqədərki məsuliyyət, 1 Baku St. U.L. Rev. 



59, s. 60 (2015)


Dekabr | 2015 

Mülki hüquq

– 49 –

hakimin nəzərə almağa borclu olduğu və hətta tərəflər bildirməsə belə, onun 



nəzərə almalı olduğu qayda şəklində ortaya çıxır.  

Bəzi  fikirlərdə  bona  fide  müqavilə  azadlığını  məhdudlaşdıran  bir  prinsip 

olaraq  dəyərləndirilir,  lakin  bu  məhdudiyyət  deyil,  əksinə,  müqavilə 

tərəflərinin  hüquq  və  öhdəliklərinin  əhatəsinin  müəyyən  edilməsində, 

müqavilənin şərh edilməsində, tamamlanmasında və qarşılıqlı inama məna 

verilməsində ehtiyac duyulan bir prinsipdir. 

Nəticə olaraq tərəflər qarşılıqlı iradələri bir-birinə uyğun olduğu müddət 

ərzində  müqavilə  azadlığının  sərhədlərini  keçmədən  müqavilənin 

məzmununu  istədikləri  kimi  müəyyən  edə  bilərlər  və  hətta  qarşılıqlı 

razılaşdırılmış iradə  bona fideyə əks olsa belə, buna görə müqavilə etibarsız 



sayılmayacaqdır. 

Yüklə 128,32 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə