Avropa İnsan Hüquqları Məhkəməsi və Azərbaycan



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə14/28
tarix14.02.2018
ölçüsü0,54 Mb.
#26965
1   ...   10   11   12   13   14   15   16   17   ...   28

Bütün bunlarla bərabər nəzərə alınmalıdır ki, Konvensiyanın 1-ci maddəsinə görə razılığa gələn 

Yüksək Tərəflər öz yurisdiksiyası altında olan hər bir şəxsə vətəndaşlıqdan asılı olmayaraq 

Konvensiya və ona əlavə edilən Protokollarla müəyyən edilmiş hüquq və azadlıqlara təminat verir. 

 

Yuxarıda göstərdiyimiz kimi, Konstitusiyanın III fəsli "Əsas insan və vətəndaş hüquqları və 



azadlıqları" adlanır. Həmin fəsildə yalnız Azərbaycan vətəndaşları üçün nəzərdə tutulan bir neçə 

maddə (42, 52-57-ci maddələr) istisna olmaqla, sadalanan hüquqlar bütün insanlara, o cümlədən

xaricilərə şamil edilir, Konstitusiyanın 69-cu və 70-ci maddələri isə yalnız xaricilərə aviddir. 52-57-

ci maddələrdə nəzərdə tutulan hüquqlar (yuxarıda haqqında bəhs etdiyimiz seçki hüququ ilə bağlı 

bəzi məsələlər istisna olmaqla) Konvensiyanın təsir dairəsində deyildir. Həm də burada siyasi 

hüquqlardan söhbət getdiyinə görə, onların yalnız Azərbaycan vətəndaşına aidiyyatı təbii hesab 

edilməlidir. 42-ci maddədə ifadə olunan təhsil hüququ isə tək Azərbaycan vətəndaşları üçün deyil, 

bütün insanlar üçün nəzərdə tutulması daha məqsədəmüvafiq olardı. Buna görə də 42-ci maddənin 

birinci hissəsində "hər bir vətəndaş" ifadəsi əvəzinə "hər bir kəs" ifadəsinin işlənməsi yerinə 

düşərdi. Əslində "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında" 

Azərbaycan Respublikasının 13 mart 1996-cı il tarixli Qanunun 19-cu maddəsində bu məsələyə 

aydınlıq gətirilmişdir. Orada deyilir ki, Azərbaycan Respublikasında daimi yaşayan xaricilər 

Azərbaycan Respublikasının vətəndaşları ilə eyni əsaslarla təhsil hüququna malikdirlər. Digər 

xaricilər üçün isə Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrlə başqa 

qaydalar nəzərdə tutulmayıbsa, təhsil pulludur. 

 

Konstitusiyanın 69-cu maddəsi xaricilər üçün milli rejim müəyyən edir. Orada deyilir ki, xaricilər 



Azərbaycan Respublikasında olarkən qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı 

beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları 

ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. 

Xaricilərin hüquqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının 

qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. 

 

"Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında" Qanun da xaricilərin 



hüquqi statusunun əsasında aşağıdakı prinsiplərin durduğunu müəyyən etmişdir:  

1. milli rejim prinsipi, yəni, xaricinin Azərbaycan Respublikasının vətəndaşına bərabər tutulması; 

 

2. qanun və məhkəmə qarşısında bərabərlik prinsipi; 



 

3. retorsiya prinsipi, yəni xarici dövlət öz ərazisində Azərbaycan Respublikası vətəndaşlarının 

hüquq və azadlıqlarının həyata keçirilməsinə məhdudiyyət qoyduqda Azərbaycan Respublikasının 

Qanunu ilə Azərbaycan Respublikasının ərazisində eyni məhdudiyyətlər həmin dövlətin 

vətəndaşlarına qarşı müəyyən edilə bilər. Belə qanun onun qəbul edilməsinə əsas olan hallar aradan 

qaldırıldıqda ləğv olunur ; 

 

4. xaricilərin Azərbaycanda hüquq və azadlıqlarının həyata keçirilməsi Azərbaycan 



Respublikasının milli mənafeyinə zidd olmamalı, onlar Azərbaycan dövlətinin yurisdiksiyasına 

tabe olmalı, Azərbaycan xalqının adət və ənənələrinə hörmət etməlidirlər13. 

 

Bütövlükdə Azərbaycan Respublikasının qanunvericiliyində xaricilərlə  əlaqədar nəzərdə tutulan 



normalar beynəlxalq hüquqi standartlara əsasən uyğundur. 

 

 



 

31



 

2.4 Ədalətli məhkəmə təminatı ilə bağlı hüquqlar 

 

2.4.1.  Azadlıq və toxunulmazlıq hüququ 



 

Şəxsiyyətin azadlığı və toxunulmazlığı vahid konsepsiyanın tərkib hissələri kimi qiymətləndirilir. 

Şəxsi toxunulmazlıqla əlaqədə götürülən azadlıq anlayışı altında ilk növbədə dövlət orqanları 

tərəfindən şəxsin həyatına qeyri-qanuni müdaxilədən təminat başa düşülməlidir. Bura həm də 

qanundan kənar həbsdən və ya azadlıqdan məhrumetmədən azadlıq, yəni fiziki təhlükəsizlik 

daxildir. 

 

Azadlıq və toxunulmazlıq hüququna Konvensiyanın 5-ci maddəsilə təminat verilir. Həmin 



maddənin birinci bəndinə görə orada sadalanan hallardan və qaydadan başqa heç kəs azadlıqdan 

məhrum edilə bilməz. Konvensiya ilə belə vəziyyətin altı halı müəyyən edilib (5-ci maddənin 

birinci bəndinin a-f yarım bəndləri) ki, razılığa gələn Yüksək Tərəflərin heç birinin bu dairəni 

aşmaq səlahiyyəti yoxdur. Başqa sözlə, iştirakçı dövlətin şəxsin həbs və ya azadlıqdan məhrum 

olunması üçün Konvensiyada nəzərdə tutulmayan əsasları müəyyən etmək hüququ yoxdur. Bundan 

əlavə, Konvensiyanın 5-ci maddəsinin birinci bəndində işlədilən "qanunla müəyyən olunmuş" 

ifadəsi Komissiya və Məhkəmə təcrübəsinə görə dövlətin istədiyi kimi hərəkət etmə (diskression) 

səlahiyyətini məhdudlaşdırır və "qanun" anlayışı müstəsna olaraq dövlətin daxili qanunvericilik 

aktı kimi deyil, daha geniş və obyektiv mənada başa düşülməlidir. 

 

Konvensiyanın 5-ci maddəsi fərdin fiziki azadlığını tənzimləyir, onu özbaşına həbs və azadlıqdan 



məhrumetmədən qoruyur. Bunu az əhəmiyyətli olan azadlığı məhdudlaşdırmaya şamil etmək 

olmaz. Məsələn, Komissiya şərti azadlığa buraxılan vətəndaşlar üzərində müşahidələrin 

qoyulmasını, komendant saatları zamanı hərəkətin məhdudlaşdırılmasını və digər bu kimi nəzarət 

formalarının həyata keçirilməsində realizasiyasında 5-ci maddənin tələblərinin pozulması qənaətinə 

gəlmişdir. 

 

Məhkəmə təcrübəsində 5-ci maddənin hüdudlarının pozulması məsələsi konkret işin bütün halları 



nəzarə alınmaqla həll edilir. Enqel Hollandiyaya qarşı (1976-cı il) işdə Məhkəmə belə qərara 

gəlmişdir ki, əsgərlərin kazarmalarda yaşaması 5-ci maddənin tələblərinə zidd deyildir. Çünki, bu 

məhdudiyyət adi hərbi xidmətin yerinə yetirilməsi tələbləri çərçivəsindən kənara çıxmır. 

 

Bir sözlə, məhkəmə təcrübəsində azadlıqdan məhrumetmə ilə azadlığın məhdudlaşdırılması biri-



birindən fərqləndirilir ki, ikincisinə də 5-ci maddənin tələblərinin pozulmaması kimi qiymət verilir. 

 

     De Vilde, Ooms və Verseyp Belçikaya qarşı (1971-ci il) işdə Məhkəmə belə qənaətə gəlmişdir 



ki, şəxs 5-ci maddə ilə ona verilən hüquqdan imtina edə bilməz. Başqa sözlə, əgər şəxs öz həbsinə 

könüllü razılıq verirsə, belə azadlıqdan məhrumetmə qeyri-qanuni xarakter daşıyır və 5-ci 

maddənin tələblərinə ziddir.14. 

 

 Dövlət qeyri-qanuni məqsədlərini həyata keçirmək naminə şəxsi azadlıqdan məhrum edərkən öz 



hərəkətlərinə 5-ci maddə ilə icazə verilən azadlıqdan məhrumetmənin qanuni əsasları altında don 

geydirməməlidir. Bazano İtaliyaya qarşı işdə ərizəçi İtaliyada adam oğurluğu və adam öldürməyə 

görə qiyabi olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sonralar o, digər 

işlə əlaqədar Fransada həbs edilir və İtaliya tərəfi Fransadan onun verilməsini tələb etmişdir. İşə 

yenidən baxılmaqla bağlı təminatın İtaliya qanunvericiliyində nəzərdə tutulmamasının və qiyabı 

 

32




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə