Avropa İnsan Hüquqları Məhkəməsi və Azərbaycan



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə27/28
tarix14.02.2018
ölçüsü0,54 Mb.
#26965
1   ...   20   21   22   23   24   25   26   27   28

Konvensiyanın 34-cü maddəsinə görə yalnız özlərini "qurban" hesab edənlər fərdi şikayət 

hüququna malikdirlər. Məhkəmə təcrübəsində "qurban" anlayışının geniş təfsiri nəticəsində, ona 

bərabər tutulan "potensial qurban" və "yanakı qurban" anlayışlarından da istifadə edilir. 

 

   "Potensial qurban" məsələsi, bir qayda olaraq, qüvvədə olan qanunvericiliyin Avropa 



standartlarına uyğun gəlməsilə əlaqədar edilən fərdi şikayətlər zamanı meydana gəlir. Məsələn, 

Klass və başqaları AFR-ə qarşı (1978-ci il) işdə ərizəçilər göstərirdilər ki, AFR-də 10 il əvvəl qəbul 

edilən yazışmanın və telefon danışıqlarının gizliliyini məhdudlaşdıran qanun bu istiqamətdə geniş 

imkanlar nəzərdə tutur və müvafiq Avropa standartlarına uyğun deyildir. AFR hökuməti 

ərizəçilərin Konvensiya baxımından birbaşa qurban olmadığını, göstərilən qanunun onların hüquq 

və mənafelərinə faktiki ziyan vurmadığını əsas gətirərək fərdi şikayətə baxmamağı Məhkəmədən 

təkid etmişdir. Lakin Məhkəmə sözü gedən tədbirlərin gizli olması və bunun qanunvericilikdə 

nəzərdə tutulması ilə əlaqədar şəxsin müəyyən şəraitdə qurban ola biləcəyini təsdiqləmişdir7. 

 

Məhkəmə təcrübəsində "potensial qurban"la müqayisədə "yanakı qurbana" daha çox rast gəlinir. 



"Yanakı qurban"  qismində bir qayda olaraq, şəxsin ölümü ilə əlaqədar onun yaxın qohumları çıxış 

edir. Əgər şəxs Konvensiyanın 2-ci maddəsində nəzərdə tutulan yaşamaq hüququndan məhrum 

edilibsə, bu zaman onun qohumlarının təşəbbüsü ilə iş məhkəmə baxışının predmeti ola bilər. Və 

yaxud Məhkəməyə fərdi şikayətlə müraciət edən şəxs vəfat etdikdə, fərdi şikayətçi qismində işi 

onun qohumları davam etdirə bilər. Məsələn, Dolban Rumıniyaya qarşı (1999-cu il) işin Məhkəmə 

baxışına az qalmış ərizəçi vəfat etmişdir. Onun dul qalmış həyat yoldaşı işi davam etdirmiş və 

Məhkəmə onun üçün  "qurban" statusunu tanımışdır. 

 

Ümumiyyətlə, ərizəçinin Konvensiyanın 34-cü maddəsinin tələbləri baxımından "qurban" olması 



məsələsi fərdi şikayətin Məhkəmə tərəfindən qəbul edilməsinin əsas şərtlərindən biri hesab edilir və 

Məhkəmə təcrübəsində bu "ratione personae" adlanır. Bu qəbildən olan "ratione materiae" (fərdi 

şikayət yalnız Konvensiya ilə qorunan hüquqların pozulması haqqında olmalıdır) şərti haqqında biz 

artıq məlumat vermişik (bax: 2-ci fəsil, 1-ci paraqraf). 

 

Yeri gəlmişkən, bu sıradan olan digər şərtləri də fərdi şikayət edilən zaman nəzərə almaq lazımdır. 



Konvensiyanın məkan baxımından qüvvəsinə görə, Məhkəmə təcrübəsində "ratione loci" anlayışı 

işlədilir. Konvensiya yalnız onu ratifikisiya edən dövlətin ərazisində quvvədədir və Konvensiyanın 

konkret normasının iddia edilən pozuntusu məhz belə dövlətin yurisdiksiyası daxilində baş 

verməlidir. Bura Konvensiyanın 56-ci maddəsinə müvafiq olaraq beynəlxalq əlaqələrə görə 

dövlətin cavabdehlik daşıdığı bütün ərazilər daxil ola bilər. 

 

Konvensiyanın zamana görə qüvvəsini isə "ratione temporis" anlayışı ilə ifadə edirlər. Konvensiya 



ratifikasiya edilənə qədər baş verən hüquq pozuntusu ilə əlaqədar dövlətə qarşı yönələn şikayətlər 

bu şərtə görə qəbul olunmamış elan edilir. Əgər istinad edilən hüquq pozuntusu Konvensiyanın 

konkret dövlətə münasibətdə qüvvəyə minməsindən əvvəl baş veribsə və ondan sonra da davam 

edibsə, belə halda yalnız sonrakı hadisələr fərdi şikayətin predmeti ola bilər. Bu zaman Məhkəmə 

Konvensiyanın qüvvəyə minməsindən əvvəl baş verən faktları nəzərə ala bilər. 

 

Qeyd olunanlar Konvensiyanın müddəalarından irəli gəlir və fərdi şikayət həmin tələblərə cavab 



verməlidir. Fərdi şikayətlərin Konvensiyanın müdəalarına zidd olmaması onun məhkəmə tərəfindən 

icraata qəbul edilməsinin şərtlərindən yalnız biridir. Həmin şərtlərın tam siyahısı isə Konvensiyanın 

35-ci maddəsində sadalanmışdır. 

 

 



57


 

Beləliklə, fərdi şikayət aşağıdakı meyarlara cavab verməlidir

 

1. Fərdi şikayətin bütün daxili hüquq müdafiə vasitələrinin tükənməsindən sonra verilməsi; 



 

2. Fərdi şikayətin dövlətdaxili hakimiyyət orqanlarının müvafiq hüquq pozuntusu ilə bağlı sonuncu 

qərarının çıxarıldığı tarixdən 6 ay müddətində verilməsi; 

 

3. Fərdi şikayətin anonim olmaması; 



 

4. Fərdi şikayətin mahiyyətcə məhkəmənin artıq baxdığı məsələ ilə eyni olmaması; 

 

5. Fərdi şikayətin digər beynəlxalq instansiyada baxılmaması; 



 

6. Fərdi şikayətin (Yuxarıda qeyd edildiyi kimi) Konvensiya və onun Protokollarının müddəalarına 

zidd olmaması; 

 

7. Şikayətin aydın əsaslandırılması; 



 

8. Şikayət vermək hüququndan sui-istifadə edilməməsi. 

 

İndi isə bu şərtlərin hər biri üzərində qısa dayanaq8. 



 

Dövlətdaxili hüquq müdafiə vasitələrinin tükənməsi  Məhkəməyə müraciət etmənin vacib 

şərtlərindən biridir. Belə bir şərtin nəzərdə tutulması hər şeydən əvvəl müasir beynəlxaq hüquqda 

mövcud olan ənənələrdən irəli gəlir. Demək olar ki, insan hüquqlarının müdafiəsi ilə bağlı bütün 

beynəlxalq mexanizmlərə münasibətdə həmin şərt nəzərdə tutulmuşdur. Bu, insan hüquqlarının 

müdafiəsi üzrə beynəlxalq mexanizmlərin, o cümlədən, Məhkəmənin  subsidiar olmasına dəlalət 

edir. Ümumiyyətlə, insan hüquqlarını müdafiə etmək, qorumaq hər bir dövlətin mühüm 

məqsədlərindən biridir. Qeyd etdiyimiz kimi, Azərbaycan Respublikasının Konstitusiyası da bunu 

dövlətin ali məqsədi kimi qələmə verir. Konvensiya da dövlətləri könüllü olaraq insan hüquqlarını 

təmin etməyə çağırır. Bu mənada məhkəmənin subsidiar rol oynadığı qeyd edilir. "Subsidiarlıq" - 

ikinci dərəcəlilik kimi başa düşülməməlidir. Məhkəmə dövlət daxilində həllini tapa bilməyən 

hüquq və azadlıqların pozulması haqqında konkret işə baxmaq üçün əlavə (subsidiar) mexanizmdir. 

 

Dövlətin hüquq müdafiə vasitələri milli qanunvericiliklə müəyyən edilir və onların geniş spektri 



(məhkəmə, inzibati, siyasi və s.) nəzərdə tutula bilər. 

 

Daxili vasitələr praktiki olaraq səmərəli və müyəssər olmalıdır. Ərizəçi səmərəsiz, təminatı və 



prespektivi olmayan müdafiə vasitəsindən istifadə etməyə borclu deyil. Əgər dövlətdaxili müdafiə 

mexanizmində formalaşan inzibati təcrübə açıq-aydın Konvensiyanın müddəaları ilə bir araya 

sığmayan pozuntularla müşayiət olunursa, onda daxili hüquq müdafiə vasitələrindən istifadə 

etmədən Məhkəməyə müraciət etməyə yol verilir. Belə halda sübut etmə vəzifəsi ilkin olaraq 

cavabdeh dövlətin üzərinə düşür. Əgər dövlət kifayət qədər tutarlı arqumentlər gətirə bilsə

ərizəçiyə onları təkzib etmə imkanı verilir. Ərizəçi həmin vasitənin istifadə olunmamasının 

səbəbini və ya səmərəli vasitə olmadığını əsaslandırmalıdır. 

 

 



58


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə