Avropa İnsan Hüquqları Məhkəməsi və Azərbaycan



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə20/28
tarix14.02.2018
ölçüsü0,54 Mb.
#26965
1   ...   16   17   18   19   20   21   22   23   ...   28

 

Yuxarıda qeyd etdiyimiz kimi, Konvensiyanın 6-cı maddəsinin ikinci və üçüncü hissələri yalnız 

cinayət işlərinə aiddir.  Burada şəxsə cinayət ittihamı irəli sürülərkən məcburi riayət edilməli olan 

minimal tələblər nəzərdə tutulmuşdur. Onların hər biri ədalətli məhkəmə təhqiqatının məcburi 

komponenti hesab edilir və onlardan hər hansı birinə riayət etməmə ədalətli məhkəmə hüququnun 

pozulması kimi qiymətləndirilir. Həmin tələblərə aşağıdakılar aiddir; 

 

 

a) Təqsirsizlik prezumpsiyası 



 

Konvensiyanın 6-cı maddəsinin ikinci hissəsinə müvafiq olaraq cinayət törətməkdə ittiham olunan 

hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Məhkəmə göstərmişdir 

ki, qanuna əsasən təqsiri sübut olunmayan və rəsmi ittihama qarşı müdafiə hüququnu həyata 

keçirməyə imkanı olmayan təqsirləndirilən şəxsin günahı haqqında rəyi özündə ifadə edən hər 

hansı məhkəmə qərarı təqsirsizlik prezumpsiyası prinsipini pozur28. Təqdirəlayiq haldır ki, 

Azərbaycan Respublikasının qanunvericiliyində analoji normalar Konvensiyanın müvafiq 

normasına və Məhkəmə təcrübəsinə tamamilə uyğundur. Konstitusiyanın 63-cü maddəsidə 

təqsirsizlik prezumpsiyası prinsipi hərtərəfli əks olunmuşdur: "I.Hər kəsin təqsirsizlik 

prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri 

qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə 

minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. II. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun 

təqsirli bilinməsinə yol verilmir. III. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünun 

təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. IV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu 

pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. V. Məhkəmənin hökmü olmasa, kimsə 

cinayətdə təqsirli sayıla bilməz". 

 

Oxşar norma CPM-nin 21-ci maddəsində də təsbit edilmişdir. 



 

 

b) İttiham haqqında başa düşülən dildə dərhal və ətraflı məlumatlandırilmaq hüququ 



 

Konvensiyanın 6-cı maddəsinin üçüncü hissəsinin "a" bəndində ifadə olunan bu huquqa təfsir 

verərkən Komissiya göstərmişdir ki, təqsirləndirilən şəxs tək ona qarşı irəli sürülən ittihamın 

səbəblərilə deyil, həm də ittihamın xarakterilə, onun hüquqi tövsifilə, habelə irəli sürülən itihamda 

baş verən hər hansı bir dəyişikliklə bağlı məlumatlandırılmalıdır29. 

 

Məlumatın çatdırılması ilə bağlı "dərhal" anlayışı təqsirləndirilən şəxsin öz müdafiəsini hazırlamaq 



üçün kifayət qədər vaxt imkanına malik olması ilə əlaqələndirilir. Təqsirləndirilən şəxsin "onun 

başa düşdüyü dildə" məlumatlandırılması ilə bağlı tələb müxtəlif üsullarla: tərcüməçi vasitəsilə, 

təqsirləndirilən şəxsin dilini bilən vəkil vasitəsilə, məhkəmə sənədlərini tərcümə etmək yolu ilə 

təmin edilə bilər. Bu zaman işdə olan bütün materialların yazılı tərcüməsi vacib hesab edilmir. 

Lakin ittiham rəyinin tərcüməsi məcburidir. 

 

Cinayət törədilməsində ittiham olunan hər bir şəxsin dərhal cinayət məsuliyyətinə cəlb edilməsinin 



səbəbləri haqqında məlumat almaq hüququnu özündə ifadə edən Konstitusiyanın 67-ci maddəsi 

haqqında yuxarıda izahat vermişdik. Konvensiyanın 6-cı maddəsinin üçüncü hissəsinin "a" 

bəndində nəzərdə tutulan "dil"lə bağlı tələb Konstitusiyanın 127-ci maddəsinin onuncu bəndində 

təsbit olunmuşdur. Orada deyilir ki, işin iştirakçısı olub, məhkəmə icraatının aparılmadığı dili 

 

43



bilməyən şəxslərin işin materialları ilə tanış olmaq, məhkəmədə tərcüməçi vasitəsi ilə iştirak etmək 

və məhkəmədə ana dilində çıxış etmək huququ təmin edilir. Konstitusiya Konvensiyadan fərqli 

olaraq bu hüquqa malik olan subyektlərin geniş dairəsini nəzərdə tutur.  Belə ki, Konstitusiyanın 

adı çəkilən maddəsində ancaq təqsirləndirilən şəxsdən deyil, işin bütün iştirakçılarından söhbət 

gedir. Analoji norma CPM-nin 26-cı maddəsində də əks olunub. 

 

 



c) Öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və     imkana malik olmaq hüququ 

 

Konvensiyanın 6-cı maddəsinin üçüncü hissəsinin "b" bəndində göstərilir ki, cinayət törətməkdə 



ittiham edilən şəxs öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmalıdır. 

"Kifayət qədər vaxt və imkan" aşağıdakıları özündə ehtiva edir: öz müdafiəsini hazırlamaq üçün 

lazım olan sənədlərlə, o cümlədən, şahid ifadələrilə tanış olmağın mümkünlüyü; vəkil tutmaq və 

onunla əlaqə saxlamaq imkanı. Müdafiənin hazırlanması üçün verilən vaxtın "kifayət qədərinə" 

qiymət verilərkən işin xarakteri və mürəkkəbliyi də daxil olmaqla bütün halları öyrənilməlidir. 

 

Komissiya belə qənaətə gəlmişdir ki, göstərilən hüquq tək birinci instansiya məhkəməsində 



ittihamdan müdafiə olunmaq üçün deyil, həm də yuxarı instansiyalarda işin baxılması zamanı təmin 

edilməlidir30. Bu huquq müdafiəçiyə deyil, təqsirləndirilən şəxsə mənsübdur. Ona görə də 

müdafiəçi həmin hüququn pozulması ilə bağlı Məhkəmədə müstəqil tərəf ola bilməz. 

 

Qeyd edilən hüquq CPM-nin 19-cu maddəsinin dördüncü hissəsində eynilə nəzərdə tutulmuşdur. 



Orada deyilir ki, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin "öz 

müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt vermək və imkan yaratmaq" hüququnu təmin 

etməlidir. 

 

 



ç) Şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək hüququ; təyin edilmiş 

müdafiəçiyə malik olmaq 

 

Konvensiyanın 6-cı maddəsinin üçüncü hissəsinin "c" bəndində təsbit olunan bu normanın daha 



çox ikinci hissəsilə bağlı Məhkəmə təcrübəsində araşdırmalara rast gəlinir. Məlum olmuşdur ki, 

müdafiəçi təyin edilərkən çox vaxt prosessual qanunun tələbinə riayət etmək məqsədi güdülmüş və 

o, faktiki olaraq öz vəzifəsini yerinə yetirməmişdir. Artiko İtaliyaya qarşı (1980-cı il) işdə 

Məhkəmə qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin üçüncü hissəsinin "c" bəndi vəkilin 

"təyinini" deyil, "köməyini" nəzərdə tutur. 

 

Məhkəmə müəyyən etmişdir ki, ədalət mühakiməsinin mənafeyi tələb edərsə, pulsuz hüquqi yardım 



almaq hüququ öz-özünü müdafiənin məcburi alternativi deyil, müstəqil hüquqdur. Əgər işdə 

müəyyən professional bilik tələb edən hüquqi məsələlər qaldırılırsa, ittiham olunan şəxsdən həmin 

məsələləri təhlil etməyini tələb etmək olmaz31. 

 

Normanın mətnində işlədilən "ədalət mühakiməsinin maraqları" işin hallarından asılı olaraq 



səlahiyyətli dövlət orqanı tərəfindən müəyyən edilir. Onların qərarı isə gələcəkdə Məhkəmənin 

müzakirə predmeti ola bilər. 

 

Müdafiə hüququ Konstitusiyanın 61-ci maddəsində geniş formada təsbit olunub:  "I. Hər kəsin 



yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. II. Qanunla nəzərdə tutulmuş hallarda 

 

44




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə