Avropa İnsan Hüquqları Məhkəməsi və Azərbaycan



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə21/28
tarix14.02.2018
ölçüsü0,54 Mb.
#26965
1   ...   17   18   19   20   21   22   23   24   ...   28

hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. III. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları 

tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin 

köməyindən istifadə etmək hüququ vardır". Bundan əlavə, Konstitusiyanın 127-ci maddəsinin 

səkkizinci hissəsində məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququna 

təminat verilir. 

 

CPM-in 19-cu maddəsində isə müdafiə hüququ ilə bağlı konstitusion müddəalar ətraflı şərh edilir. 



Burada şübhəli və ya təqsirləndirilən şəxsin "müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər 

vəsaiti olmadıqda, pulsuz hüquqi yardım almaq" hüququ da xisusi vurğulanır. 

 

Konstitusiyada sadalanan hüquqların cari qanunvericiliklə məhdudlaşdırılması tendensiyası 



müdafiə hüququnun məzmunu ilə bağlı məsələlərin tənzimlənməsində də özünü biruzə verir. Belə 

ki, 28 dekabr 1999-cü il tarixli "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası 

Qanununun bir sıra maddələri müdafiə hüququnun məhdudlaşdırılmasına yönəlib. Adı çəkilən 

Qanunun 4-cü maddəsinin ikinci hissəsində deyilir: "Cinayət işləri üzrə məhkəmə prosesində, 

ibtidai istintaqda və ya təhqiqatda Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə 

müvafiq olaraq müdafiəçi qismində yalnız vəkillər iştirak edə bilərlər". Həmin maddənin birinci 

hissəsinə görə yalnız müəyyən olunmuş qaydada Vəkillər Kollegiyası üzvlüyünə qəbul edilmiş və 

vəkil andı içmiş şəxs vəkillik fəalyyətini həyata keçirə bilər. Qanunun 26-cı maddəsi isə əcnəbi 

vəkillərin Azərbaycan Respublikasının ərazisində hüquqi yardım göstərməsini məhdudlaşdırır: "Bu 

Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində əcnəbi vəkillər tərəfindən hüquqi 

yardım göstərilməsi yalnız əcnəbinin mənsub olduğu dövlətin qanunları və ya beynəlxalq hüquq 

normalarının tətbiqinə dair verilən məsləhət və rəylərlə məhdudlaşır". Həmin maddənin 2-ci hissəsi 

isə əcnəbi vəkillərinin Azərbaycan Respublikası ərazisində mülki, cinayət və s. işlərə buraxılmasını 

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq olaraq qarşılılıq 

prinsipinin öhdəsinə buraxır. Fikirmizcə, adı çəkilən qanunun qeyd olunan normaları 

Konvensiyanın 13-cü maddəsinə təsbit edilən səmərəli hüquqi müdafiə vasitələri hüququnun və 

Konstitusiyanın 61-ci maddəsində ifadə olunan hüquqi yardım almaq hüququnun 

məhdudlaşdırılmasına yönəlib. Belə ki, həmin normalar müəyyən məsələlərlə bağlı yüksək 

keyfiyyətli hüquqi yardım almaq hüququnu Azərbaycan Respublikası Vəkillər Koleqqiyasının 

göstərə biləcəyi xidmətlə məhdudlaşdırır. 

 

Beynəlxalq standartla müqayisədə Azərbaycan Respublikasının qanunvericiliyində "ədalət 



mühakiməsinin maraqları" ifadəsinə də rast gəlinmir. 

 

Konvensiyada hüquqi müdafiə ilə əlaqəldar ayrıca bir maddə də mövcuddur. "Səmərəli hüquqi 



müdafiə vasitələri hüququ" adlanan 13-cü maddədə deyildir: "Bu Konvensiyada təsbit olunmuş 

hüquq və azadlıqları pozulan hər kəs, hətta, bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən 

törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir". 

Maddənin mətnindən göründüyü kimi, o, Konvensiyanın 6-cı maddəsinin üçüncü hissəsində 

nəzərdə tutulanlara münasibətdə ümumi xarakter daşıyır. 

 

 



d) Şahidlərin dindirilməsi hüququ 

 

Konvensiyanın 6-cı maddəsinin üçüncü hissəsinin "d" bəndində nəzərdə tutulanları mütəxəssislər 



çəkişmə prinsipinin ifadəsi kimi qiymətləndirirlər.Bu normanın məqsədi, hər şeydən əvvəl, 

təqsirləndirilən şəxs üçün ittihamla müqayisədə şahidlərə münasibətdə bərabər imkanlar 

 

45



yaratmaqdır. Belə qayda ittiham olunan şəxsə ittiham tərəfindən çıxış edən şahidin ifadəsini təkzib 

etmək imkanı verir. 

 

Söhbət gedən norma sözbəsöz Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmasa 



da, onun mahiyyətini özündə ifadə edən norma - ədalət mühakiməsində çəkişmə prinsipi həm 

Konstitusiyada, həm də CPM-də təsbit olunmuşdur. Konstitusiyanın 127-ci maddəsinin yeddinci 

hissəsində deyilir ki, məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. CPM-nin 32.2.2-ci 

maddəsində isə göstərilir ki, hər bir tərəf məhkəmədə öz mövqeyini müdafiə etmək üçün bərabər 

hüquqlara və imkanlara malikdir. 

 

 



e) Tərcüməçi köməyindən pulsuz istifadə etmək hüququ 

 

Konvesiyanın 6-cı maddəsinin üçüncü hissəsinin "e" bəndində təsbit olunan bu huququn 



məzmununa Komissiya və Məhkəmə təcrübəsində xeyli aydınlıq gətirilmişdir. Əvvəla, tərcüməçi 

köməyindən pulsuz istifadə etmə təqsirləndirilən şəxsi tərcüməçi ilə bağlı bütün xərclərdən tam və 

qəti şəkildə azad edir. Hətta, ittiham olunan şəxsin xeyrinə qərar çıxardıqda belə, ondan xərclər 

tələb oluna bilməz. İkincisi, səlahiyətli orqanın üzərinə tərcüməçi təmin etməklə bağlı qoyulan 

öhdəlik sadəcə tərcüməni deyil, keyfiyyətli təcüməni nəzərdə tutur. 

 

Azərbaycan Respublikasının qanunvericiliyində bu məsələnin qoyuluşu ilə biz artıq yuxarıda 



analoji normaların tədqiqi zamanı tanış olmuşuq. 

 

2.4.3. İşgəncələrin qadağan olunması 



 

Konvensiyanın 3-cü maddəsinə görə, heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara 

və ya cəzaya məruz qalmamalıdır. Məhkəmə təcrübəsində Konvensiyanın 3-cü maddəsində 

işlədilən "işgəncə", "qeyri-insani rəftar və ya cəza", "ləyaqəti alçaldan rəftar və ya cəza" 

anlayışlarına aydınlıq gətirilmişdir. İrlandiya Böyük Britaniyaya qarşı (1978-ci il) işdə "işgəncəyə" 

ciddi və ağır iztirabla müşayiət olunan, bilə-bilə qeyri-insani rəftar kimi qiymət verilir. "Qeyri-

insani rəftar və ya cəza" isə ağır fiziki və ya ruhi iztirablar vermə kimi şərh edilir. "Ləyaqəti 

alçaldan rəftar və ya cəzaya" isə belə hərəkətə məruz qalan şəxsi təhqir etmək, alçaltmaq və ya 

onun fiziki və mənəvi müqavimətini sındırmaq məqsədi ilə onda qorxu, ruh düşgünlüyü və özünə 

inamsızlıq hisslərinin yaranmasına yönələn pis rəftar kimi anlayış verilir. 

 

1984-cü ildə BMT Baş Məclisi tərəfindən qəbul edilən İşgəncələrə və digər qəddar, insanlıqdan 



kənar, yaxud ləyaqəti alçaldan davranış və cəza növləri əleyhinə Konvensiyanın 1-ci maddəsinə 

görə, "işgəncə" termini hər hansı bir şəxsə ondan və ya üçüncü şəxsdən məlumat, yaxud etiraf 

almaq, onu, yaxud üçüncü şəxsi törətdiyi, yaxud törədilməsinədə şübhələnilən hərəkətə görə 

cəzalandırmaq, həmçinin onu, yaxud üçüncü şəxsi qorxutmaq və ya məcbur etmək, yaxud hər hansı 

xarakterli ayrı-seçkiliyə əsaslanan hansısa səbəbə görə dövlətin vəzifəli şəxsi, yaxud rəsmi şəxs 

kimi çıxış edən başqa bir şəxs tərəfindən, yaxud onların təhriki və ya onların bixəbərliyi, yaxud göz 

yumması ilə qəsdən güclü fiziki, yaxud mənəvi ağrı və ya əzab yetirən hərəkətlər deməkdir. Bu 

tərifə yalnız qanuni sanksiyalar nəticəsində törəyən, bu sanksiyaların ayrılmaız tərkib hissəsi olan, 

yaxud onların təsadüfən doğurduğu ağrı və əzablar daxil edilmir32. 

 

İşgəncənin qadağan olunması haqqında norma Konstitusiyada öz əksini tapsa da fikrimizcə, ona 



lazımi diqət yetirilməmişdir. Belə ki, həmin norma Konstitusiyanın "Şərəf və ləyaqətin müdafiəsi 

 

46




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə