Avropa İnsan Hüquqları Məhkəməsi və Azərbaycan



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə22/28
tarix14.02.2018
ölçüsü0,54 Mb.
#26965
1   ...   18   19   20   21   22   23   24   25   ...   28

hüququ" adlanan 46-cı maddəsində nəzərdə tutulması bir qədər təəccüb doğurur. Ümumiyyətlə

işgəncəyə məruz qalma ilə şərəf və ləyaqətin müdafiəsi ayrı-ayrı məsələlər olduğundan onların bir 

maddədə nəzərdə tutulması məntiqə uyğun deyildir33. 

 

Bu mühüm beynəlxalq standarta Konstitusiyada ayrıca maddənin həsr olunması daha 



məqsədəmüvafiq olardı. 

 

Konstiutsiyanın 46-cı maddəsinin üçüncü hissəsində deyilir: "Heç kəsə işgəncə və əzab verilə 



bilməz. Heç kəs insan ləyaqətini alçaldan r?ftara v? ya c?zaya m?ruz qala bilm?z..." Konvensiyanın 

analoji normasından fərqli olaraq burada "qeyri-insani rəftar və cəza"dan söhbət getməsə də, 

əslində həmin məsələ də qeyd edilən norma ilə əhətə olunmuş hesab edilməlidir. 

 

İşgəncələrin qadağan olunması ilə bağlı tələb cari qanunvericilikdə də öz əksini tapmışdır. İşgəncə 



vermək Azərbaycan Respublikası CM ilə cinayət hesab edilir və onu tətbiq edən Qanuna əsasən 

cəzalandırılır. Polis haqqında Azərbaycan Respublikasının 28 oktyabr 1999-cu il tarixli Qanunun 5-

ci maddəsinə görə polisin hər hansı şəxslə insanın ləyaqətini alçaldan şəkildə rəftar etməsi 

yolverilməzdir. Cinayət törədən və ya törətməkdə şübhələnilən şəxsləri məlumat verməyə və ya 

cinayət əməli törətməkdə təqsirini etiraf etməyə məcbur etmək, bu məqsədlə onları və digər şəxsləri 

hədələmək, işgəncəyə məruz qoymaq, onlara hər hansı fiziki və ya mənəvi təsir göstərmək 

qadağandır. Azərbaycan Respublikası CİM-in 30-cü maddəsinin üçüncü hissəsində isə deyilir ki, 

məhkumlarla rəftarda işgəncələrə, digər qeyri-insani hərəkətlərə və şəxsiyyətin alçaldılmasına yol 

verilmir. 

 

Qeyd edilənlər yalnız qanunvericiliyin formal tələbləridir. Təəssüflər olsun ki, hələ də 



cəmiyyətimizdə işgəncə ilə bağlı problemlər mövcuddur və onların tezliklə aradan qaldırılması 

cəmiyyətin hər bir üzvündən asılıdır. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

47




III FƏSİL 

 

AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİ İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA 

KONVENSİYASININ MÜDAFİƏ MEXANİZMİDİR 

 

 



3.1. Avropa İnsan Hüquqları Məhkəməsi daim təkmilləşən mexanizmdir (tarixi aspektlər) 

 

Avropa İnsan Hüquqları Məhkəməsi 1950-ci il İnsan Hüquqları haqqında Avropa Konvensiyasına 



əsasən təsis edilib. Keçən müddət ərzində Məhkəmənin fəaliyyət dövrünü əsasən iki hissəyə 

ayırmaq olar: 01 noyabr 1998-ci ildə qüvvəyə minmiş 11 saylı Protokola əsasən həyata keçirilmiş 

islahata qədər və islahatdan sonrakı dövrlər. 

 

04 noyabr 1950-ci ildə qəbul edilən Konvensiya 03 sentyabr 1953-cü ildə qüvvəyə minsə də



Məhkəmə öz fəaliyyətinə yalnız 21 yanvar 1959-cu ildən başlamışdır. Məhkəmənin öz fəaliyyətinə 

bu qədər gec başlaması Konvensiyanın həmin dövrdə qüvvədə olan normaları ilə izah edilir. 

Məsələ burasındadır ki, Konvensiya və onun müdafiə mexanizmi olan Məhkəmə müasir beynəlxalq 

hüquqa bir sıra inqilabi yeniliklər gətirmiş və Avropa Şurasının üzvü olan dövlətlər də həmin 

yenilikləri uzun müddət qəbul etməyə tərədüd etmişlər. Bu, hər şeydən əvvəl fərdə beynəlxalq 

hüququn subyekti statusunun verilməsi və onun üçün indiyə qədər beynəlxalq hüququn mütləq 

suveren subyekti olan dövləti beynəlxalq Məhkəməyə çəkmə imkanının nəzərdə tutulması ilə 

əlaqədar idi. 

 

Digər tərəfdən, islahata qədərki dövr ərzində Konvensiyada nəzərdə tutulan hüquqların müdafiəsi 



ilə əlaqədar Məhkəmədən başqa, həm də İnsan Hüquqları üzrə Komissiya fəaliyyət göstərirdi. O 

vaxt qüvvədə olan prosedur qaydalara görə, insan hüquqlarının pozulması ilə bağlı ilkin təhqiqat 

Komissiya tərəfindən həyata keçirilirdi. 1959-cu ilə qədər Məhkəmə icraatı üçün material 

olmadığına görə, onun fəaliyyətə başlamasına da xüsusi zərürət olmamışdır. 

 

Müvafiq təcrübə olmadığından Məhkəmənin fəaliyyətinin birinci dövrünün ilk 20 ili xeyli 



ləngimələrlə müşayiət olunmuşdur. Həmin müddət ərzində Məhkəmə cəmi 11 işə baxmış və bu 

işlər üzrə 17 qərar çıxarmışdır. Qeyd edək ki, həmin qərarlarla Məhkəmənin gəldiyi bir sıra 

nəticələr bu gün də öz əhəmiyyətini itirməmişdir. 

 

Öz fəaliyyətində getdikcə səmərəliliyi artıran Məhkəmə növbəti 15 ildə (70-ci illərin ortalarından 



90-cı illərə qədər) artıq 200-ə qədər işə mahiyyətcə  hüquqi qiymət vermişdir. Həmin müddət 

ərzində baxılan fərdi şikayətlərin ən çoxu Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan ədalətli 

məhkəmə təhqiqatına aid olan hüququn pozulması ilə bağlı olmuş və cavabdeh dövlət kimi ən çox 

çıxış edən Böyük Britaniya (38 dəfə) olmuşdur. Sonrakı yerləri İtaliya (31 dəfə), Almaniya 

Federativ Respublikası (22 dəfə), Hollandiya (18 dəfə) və s. dövlətlər tutmuşlar. Mütəxəssislərin 

fikrinə görə, bu müddət ərzində Məhkəmə özünün müdriklik dövrünə qədəm qoymuş və geniş 

nüfüz qazanmışdır. 

 

1990-1998-ci illərdə isə Məhkəmə 700-dən artıq işə baxmışdır. Bu dövrdə Məhkəmə icraatında 



baxılan işlərin kəmiyyətinin sürətlə artması bir tərəfdən Avropa Şurasına üzv olan dövlətlərin 

sayının artması ilə izah olunurdusa, digər tərəfdən mövcud prosedur qaydalarda edilən 

dəyişikliklərlə əlaqədar idi. 1990-cı ildə qəbul edilən və 1994-cü ildə qüvvəyə minən 9 saylı 

Protokola əsasən, fərdi şikayətçiyə Məhkəmə prosesinin tam hüquqlu subyekti statusu verilir. 

 

48



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə