Mövzu-10 Pakistan 1945-2018-ci illərdə



Yüklə 56,82 Kb.
səhifə1/10
tarix19.05.2023
ölçüsü56,82 Kb.
#111436
  1   2   3   4   5   6   7   8   9   10
Movzu-10-Pakistan


Mövzu-10
Pakistan 1945-2018-ci illərdə
Pakistanın tarixi Hind yarımadasının tarixi ilə birgə öyrənilir və araşdırılır. Pakistanın öz tarixi çox qısa bir dövrü əhatə edir. Pakistanın indiki ərazilərində qurulan ilk dövlət də məhz Pakistan olmuşdur. Tarixi mənbələrə görə, İslamı Hind yarımadasına ilk dəfə gətirənlər də elə sufilər və müsəlman tacirlər olub. Hindistan torpaqlarının İslam dövləti tərəfindən fəth edilməsi 712-714-cü illərdə Həccac ibni Yusif əs-Sakafinin vaxtında gerçəkləşib. Bundan sonra yarımadada İslam sürətlə yayılmağa başlayıb. Müsəlman ərəblərin yaramıdada hakimiyyətləri 300 il sürüb. 1001-ci ildə Qəznəvi Mahmud Pəncab hökmdarına müharibədə qalib gəldikdən sonra yarımada tədricən türklərin hakimiyyəti altına keçib. Qəznəvilərin bölgədə hakimiyyəti 1187-ci ilədək davam edib.1187-1206-cı illər arasında Hind yarımadasının böyük bir hissəsinə Qurilər nəzarət ediblər. 1206-cı ildə Hindistan Məmlüklər tərəfindən idarə olunub və bu hegemonluq 1290-cı ilədək davam gətirib.1290-1320-ci illər ərzində Hələclər ,1320-1414-cü illərdə isə Tuqluklar ərazidə söz sahibi olublar. Tuqluklar bölgəyə nəzarət etdiyi bir zamanda 1398-ci ildən etibarən Hindistan torpaqları dəfələrlə Teymurləngin və onun tərəfdarlarının hücumlarına məruz qalıb. Tədricən Tuqluklar Hindistan torpaqlarından qovulublar. Hindistan torpaqlarında Teymur nəslinin hakimiyyəti 1858-ci ilədək davam edib. Qeyd etmək lazımdır ki, bu müddət ərzində onlar Hindistanın bütün ərazilərinə hakim ola bilməyiblər. Onlarla birgə Hindistanın digər bölgələrində başqa idarəçilik var idi. 18-ci yüzilliyin sonlarından etibarən ingilis istismarçılar Hind yarımadasını təhdid etməyə və bu ərazilərə ara-sıra basqınlar etməyə başladılar. 1800-ci ildə Allahabad şəhəri ingilis işğalçıların ixtiyarına keçdi. Tədricən bu işğalın əhatə dairəsini genişləndirən ingilislər tezliklə yarımadanın bütün ərazisini ələ keçirdilər. 1857-ci ildə istilalara qarşı xalq üsyanları başladı. Lakin bu üsyanları ingilislər çoxlu sayda insanların qanı bahasına amansızcasına yatırdılar.1858-ci ildə ingilislər Teymur sülaləsinin hakimiyyətinə təmamilə son qoydular. İngilislər Hindistanı işğal etdikdən sonra yarımadanın bütün sərvətlərini İngiltərəyə daşımaq məqsədilə Şərqi Hindistan adlı şirkət yaratdılar. Bu şirkət sadəcə ticarət əhəmiyyətli deyil, geniş idarəçilik imkanlarına və səlahiyyətlərinə malik olmaqla yanaşı, həm də bir orduya sahib idi. İnigilislər Hind yarımadasında ən çox müsəlmanları əzməyə çalışıblar, çünki işğal və istismar siyasətinə ən çox müsəlmanlar etiraz edir, müqavimət göstərirdilər. Bütün bu əziyyətlərə baxmayaraq, müsəlmanlar müstəqillik yolunda öz səylərini davam etdirirdilər.
1906-cı ildə bütün Hindistan müsəlmanlarının vəhdətindən meydana gələn Müsəlman Liqası təşkilatı yaradıldı. Görkəmli müsəlman şair Mühəmməd İqbal və həmin dövrün nüfuzlu siyasi xadimi Mühəmməd Əli Cinnahın bu birliyə qoşulmasıyla təşkilat daha da gücləndi. Əvvəlcə müsəlmanların hindularla birgə bərabər hüquqlara yiyələnmək uğrunda mübarizə aparan təşkilat bir müddət sonra ayrıca bir dövlətə sahib çıxmağı qarşısına məqsəd qoydu.
1940-cı il Lahor toplantısında müsəlmanların çoxluq təşkil etdiyi bölgələrdə Hindistandan ayrı müstəqil bir dövlətin qurulmasına qərar verildi və bu istiqamətdə fəaliyyətə başlandı. Nəhayət, uzun sürən mübarizə öz bəhrəsini 1947-ci ildə verdi. Avqustun 14-ü Hindistandan asılı olmayan müstəqil Pakistan dövlətinin əsası qoyuldu. İlk vaxtlarda Şərqi Pakistan adı ilə bu dövlətin tərkibində olan Banqladeş 1971-ci ildə Pakistandan ayrıldı. Müstəqillik qazanıldıqdan sonra dövlətin ilk prezidenti Məhəmməd Əli Cinnah oldu. Onun hakimiyyəti 1948-ci il sentyabr ayının 11-nə qədər davam etdi.
Qeyd edək ki, Pakistan (urdu. پاکِستان; ing. Pakistan) və ya rəsmi adı ilə Pakistan İslam Respublikası (urdu. اِسلامی جمہوریہ پاکِستان; ing. Islamic Republic of Pakistan)- Cənubi Asiyada dövlət. Pakistan əhalisinin sayına görə 6-cı, sahəsinə görə 33-cü yerdədir. Dəniz sahili ərazisinin uzunluğu 1,046 km-dir. Ölkə cənubdan Ərəbistan dənizi və Oman körfəzi, şərqdən Hindistan, qərbdən Əfqanıstan, cənub-qərbdən İran, şimal-şərqdən isə Çin Xalq Respublikası ilə əhatə olunmuşdur. Tacikistanla arasında Əfqanıstana məxsus Vahan dəhlizi yerləşən Pakistan, həmçinin Omanla dəniz sərhəddinə sahibdir. Paytaxtı və ən böyük şəhəri İslamabad, ümumi sahəsi 881,913 kvadrat kilometr, əhalisinin sayı 212 milyondan çoxdur.

Yüklə 56,82 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə