Avropa İnsan Hüquqları Məhkəməsi və Azərbaycan



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə25/28
tarix14.02.2018
ölçüsü0,54 Mb.
#26965
1   ...   20   21   22   23   24   25   26   27   28

tərəf olan dövlətdən seçilən və ya onun vətəndaşı olan hakim göstərilən Komitənin üzvü ola 

bilməz. 


 

PALATALAR Məhkəmənin konkret işə baxan və mahiyyəti üzrə qərar çıxaran strukturudur. 

Palatalar hər biri yeddi hakimdən ibərət olaraq seksiyalarda təşkil edilir. Hər bir iş üzrə Palatanın 

tərkibinə Seksiyanın sədri və həmin işdə tərəf olan dövlətdən seçilən hakim daxil edilir. Əgər iş 

üzrə tərəf olan dövlətdən seçilən hakim  həmin Seksiyanın üzvü deyilsə, onda o, ex-officio olaraq 

başqa Seksiyadan dəvət edilir. Əgər həmin hakim işdə iştirak edə bilməzsə və ya bundan imtina 

edərsə, onda Reqlamentin 29-cu maddəsinə müvafiq olaraq tərəf olan dövlətə bir hal üçün ("ad 

hoc" hakim) ya Məhkəmə hakimlərinin içərisindən, ya da hakim olmaqla bağlı irəli sürülən 

tələblərə cavab verən hər hansı bir şəxsi təyin etmək təklif olunur. Müvafiq dövlət belə təklifə 30 

gün ərzində cavab verməkdən imtina edərsə, onda onun hakim təyin etmək hüququ itirilmiş hesab 

edilir. 

 

Palatanın digər üzvləri Seksiyanın Sədri tərəfindən müvafiq Seksiyanın üzvləri arasından növbəlilik 



qaydasında seçirilir. Seksiyanın digər üzvləri Palatanın iclasında ehtiyat hakim qismində iştirak 

edirlər. 

 

Palatada işlərə növbə ilə baxılır. İşlərin baxılma ardıcıllığını müəyyən etmək Palatanın müstəsna 



səlahiyyətinə daxildir. 

 

KOMİTƏLƏR hər biri üç hakimdən ibərət olmaqla Konvensiyanın 21-ci maddəsinin birinci 



bəndinə əsasən yaradılır. Komitələrin sayı seksiyaların Sədrlərilə məsləhətləşdikdən sonra 

Məhkəmənin Sədri tərəfindən müəyyən  edilir. 

 

Komitənin əsas və yeganə vəzifəsi şikayətin qəbul olunma məsələsini həll etməkdir. Komitə 



şikayətə mahiyyəti üzrə baxmır. O, sadəcə şikayətin qəbul edilməsi üçün onun Konvensiya ilə 

müəyyən edilən meyarlara cavab verib - vermədiyini yoxlayır. Şikayətin qəbul edilməz olması 

haqqında qərarı Komitə yekdilliklə qəbul etməlidir. Hətta, bir hakimin şübhəsi belə şikayətçinin 

xeyrinə həll olunur. Belə halda şikayət onun qəbul olunması məsələsinin həlli üçün Palataya 

ötürülür. 

 

DƏFTƏRXANANIN təşkili və vəzifələri Məhkəmənin Reqlamenti ilə  müəyyən edilir. Dəftərxana 



seksiyaların dəftərxanalarını özündə birləşdirir. Dəftərxanaya Qrefye (katib) (ingilis dili variantında 

"Reqistrar") rəhbərlik edir. O, Plenar İclasda seçilir. Qrefye yüksək əxlaqi keyfiyyətlərlə yanaşı, 

müəyyən peşəkar tələblərə də (hüquqi, inzibati, linqvistik bilik və təcrübə və s.) cavab verməlidir. 

 

 



3.3. Məhkəmənin yurisdiksiyası 

 

Bu bölməyə başlıq kimi Konvensiyanın 32-ci maddəsinin adını seçməyimiz heç də təsadüfi 



deyildir. Əslində Məhkəmənin tərkibi, quruluşu, fəaliyyət mexanizmi və digər bu kimi məsələlər 

onun yurisdiksiyasına aid edilənlərin səmərəli həlli üçün düşünülmüşdür. 

 

Məhkəmə mütləq səlahiyyətə malik deyildir. Onun səlahiyyət çərçivəsi Konvensiyanın 32-ci 



maddəsində göstərilənlərlə məhdudlaşır. Orada deyilir ki, "Məhkəmənin yurisdiksiyası 

Konvensiyanın 33, 34, 47-ci maddələrində nəzərdə tutulmuş şərtlərlə Konvensiyanın və onun 

 

53



Protokollarının şərhi və tətbiqinə dair göstərilən bütün məsələlərə şamil edilir". Bu normada 

Məhkəmənin iki növ səlahiyyətindən söhbət gedir; 

 

1. Konvensiyanın və onun Protokollarının təfsiri ; 



 

2. Konvensiyanın və onun Protokollarının tətbiqi. 

 

 

 



3.3.1. Məsləhətçi rəylər 

 

Konvensiyanın mətnində ilk qeyd etdiyimiz səlahiyyət "məsləhətçi rəylər" vermək səlahiyyəti 



adlanır və bu prosedur Konvensiyanın 47, 48 və 49-cu maddələrilə tənzimlənir. Əvvəla, Məhkəmə 

məsləhətçi rəyi yalnız AŞ Nazirlər Komitəsinin müraciətinə əsasən verə bilər. AŞ-ın üzvü olan 

dövlətlərin və AŞ-ın digər orqanlarının Məhkəməyə belə rəy almaqdan ötrü müraciət etmək hüququ 

Konvensiya ilə nəzərdə tutulmamışdır. 

 

Məhkəmənin məsləhətçi rəy verməsi üçün Nazirlər Komitəsinin müraciəti isə Komitənin iştirak 



etmək hüququ olan nümayəndələrinin səs çoxluqu ilə qəbul edilir. 

 

İkincisi, Məhkəmənin məsləhətçi rəyinin predmetinin yalnız Konvensiyanın və onun 



Protokollarının müddəalarının şərhinə dair hüquqi məsələlər təşkil etməlidir. Məhkəmənin AŞ-ın 

hər hansı digər hüquqi aktına təfsir vermək səlahiyyəti yoxdur. 

 

Üçüncüsü, belə rəylər Konvensiyada və onun Protokollarında nəzərdə tutulan hüquq və azadlıqların 



məzmun və həcminə dair hər hansı məsələyə, yaxud Məhkəmənin və ya Nazirlər Komitəsinin 

Konvensiyaya müvafiq olaraq hər hansı müraciətə baxarkən toxunmalı olduğu digər məsələlərə aid 

olmamalıdır. 

 

Dördüncüsü, məsləhətçi rəy vermək haqqında Nazirlər Komitəsi tərəfindən edilən müraciətin 



Məhkəmənin səlahiyyətinə aid olub-olmamasını Məhkəmə özü həll edir. 

 

Məsləhətçi rəylər vermək səlahiyyətini ədəbiyyatda "istifadə olunmamış" səlahiyyət adlandırırlar4. 



Məsələ burasındadır ki, Konvensiyaya 1963-cü il tarixli 2 saylı əlavə Protokolla müəyyən edilən və 

11 saylı Protokolla Konvensiyanın mətninə daxil edilən məsləhətçi rəylər vermək səlahiyyətini 

nəzərdə tutan normalar indiyə qədər Məhkəmənin fəaliyyətində tətbiq edilməmişdir. 

 

 



 

3.3.2. Dövlətlərarası işlər 

 

Konvensiyanın və onun Protokollarının tətbiqi ilə bağlı Məhkəmənin səlahiyyəti isə onun 



fəaliyyətinin mahiyyətini üzə çıxarır. Məhkəmə Konvensiyada və onun Protokollarında nəzərdə 

tutulan hüquq və azadlıqların pozulması ilə əlaqədar konkret işlərə baxmaq səlahiyyətinə malikdir. 

Konvensiya həmin işləri Məhkəməyə müraciət edən subyektin statusuna görə  iki qrupa bölür; 

 

1. Dövlətlərarası işlər; 



 

 

54




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə