Avropa İnsan Hüquqları Məhkəməsi və Azərbaycan



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə26/28
tarix14.02.2018
ölçüsü0,54 Mb.
#26965
1   ...   20   21   22   23   24   25   26   27   28

2. Fərdi şikayətlər. 

 

Hər iki kateqoriyaya aid olan işlərin predmetini eyni məsələlər təşkil etsə də, onları bir-birindən 



fərqləndirən ciddi məqamlar vardır. Konvensiyanın "Dövlətlərarası işlər" adlandırılan 33-cü 

maddəsinə görə "Razılığa gələn hər hansı Yüksək Tərəf digər Razılığa gələn Yüksək Tərəfin 

Konvensiya və onun Protokollarının müddəalarını istənilən şəkildə pozması ehtimalı ilə bağlı 

Məhkəməyə müraciət edə bilər". 

 

Müasir beynəlxalq hüququn əsas normalarından biri kimi qiymətləndirilən suveren bərabərlik 



prinsipinə görə hər bir dövlət suverenliyə malikdir və dövlət suverenliyi digər dövlətlərin 

suverenliyinə və maraqlarına hörmət etməklə beynəlxalq hüquq çərçivəsində həyata keçirilir. 

Beynəlxalq hüququn subyekti olaraq bir dövlət digər dövlətə qarşı öz hakimiyyətini həyata keçirə 

bilməz (par in parem non habet imperium - bərabərin bərabər üzərində hakimiyyəti yoxdur). 

Dövlətin hərəkətləri onun qanunları və tərəfdar çıxdığı beynəlxalq hüquq normaları ilə müəyyən 

edilir5. Dövlət immuniteti adlandırılan bu məsələ həm də dövlətin onun razılığı olmadan digər 

məhkəmələrə verilməsini inkar edir6. 

 

Nəzərə alınmalıdır ki, Avropa Məhkəməsində dövlətin məhkəməyə çəkilməsi məhz yuxarıda qeyd 



edilənlərin çərçivəsində baş verir. Belə ki, AŞ-a üzv olan dövlət Konvensiya və ona aid olan 

Protokolları ratifikisiya etməklə, artıq konkret bir iş üzrə deyil, hətta Konvensiyada və onun 

Protokollarında nəzərdə tutulan hüquq və azadlıqların gələcəkdə baş verə biləcək hər hansı 

pozuntusuna görə Məhkəmə qarşısında dayanmağa razılıq verir. Belə olan halda dövlətin 

Məhkəməyə çəkilməsi onun suverenliyinin məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. 

 

Məhkəmənin "dövlətlərarası iş" kimi baxdığı mübahisə aşağıdakı şərtlərə cavab verməlidir:  



Birincisi, mübahisə üzrə çıxış edən  tərəflər AŞ-ın üzvü olan və Konvensiyanı ratifikasiya edən 

dövlətlər olmalıdır. 

 

İkincisi, mübahisənin predmetini yalnız Konvensiya və ona aid olan Protokollarda nəzərdə tutulan 



hüquq və azadlıqların pozulması təşkil etməlidir. 

 

Üçüncüsü, bu zaman yuxarıda qeyd edilən hüquq pozuntusuna vətəndaşlıqdan asılı olaraq kimin 



məruz qalması əhəmiyyət kəsb etmir. 

 

Məhkəmənin fəaliyyətində bu kateqoriyadan olan işlərə nadir hallarda rast gəlinir. İndiyə qədər 



baxılan işləri barmaqla saymaq olar. Qaldırılan belə işlərin əksər hissəsi isə 1999-cu ilə qədər 

fəaliyyət göstərən Komissiyanın icraatında bu və ya digər formada başa çatmış Məhkəmənin 

icraatına gəlib çıxmamışdır. 

 

Bu kateqoriyadan olan işlərin Məhkəmə icraatında nadir hallarda olmasına baxmayaraq, həmin işlər 



Məhkəmənin tarixində müəyyən iz buraxmışdır. Məhkəmə 1978-ci ildə İrlandiya Böyük 

Britaniyaya qarşı işə baxmış və Böyük Britaniyanın konkret faktlarla bağlı Konvensiya ilə öz 

üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi qənaətinə gəlmişdir. 

 

Yeri gəlmişkən, Azərbaycan Respublikası Ermənistan Respublikasının AŞ-na üzv olduğunu, 



Konvensiyanı və ona aid Protokolları ratifikasiya etməsini nəzərə alaraq, onun hərəkətlərindən - 

respublika əhalisinin bir millyona yaxın hissəsini qaçqın saldığına, ərazisinin 20 faizini işğal 

etdiyinə görə Avropa Məhkəməsinə müraciət edə bilər. Əlbəttə, məsələnin belə qoyuluşu 

 

55




Konvensiyanın zaman baxımından hüquqi qüvvəsi əsas gətirməklə bəzi müşahidəci və ekspertlərdə 

etiraz doğura bilər. Lakin bircə faktı qeyd etmək kifayətdir ki, Azərbaycanda Avropa məkanında bu 

gün üçün analoqu olmayan qaçqın düşərgələri mövcuddur və bu halın əsas səbəbkarı Avropa 

Şurasının üzvü olan dövlətlərdən biridir. 

 

 

 



3.3.3 Fərdi şikayətlər 

 

Avropa Məhkəməsinin icraatında olan işlərin mütləq əksəriyyəti fərdi şikayətlərlə bağlıdır. Fərdi 



şikayət hüququ Konvensiyanı ratifikasiya edən dövlətin ərazisində yaşayan hər bir şəxsin subyektiv 

hüququdur. Həmin hüququn aid olduğu Konvensiyanın 34-cü maddəsində işlədilən "fərd" 

anlayışını geniş mənada başa düşmək lazımdır. Burada söhbət yalnız fərdlərdən (konkret 

insanlardan) deyil, həm də digər şəxslərdən gedir. Konvensiyanın 34-cü maddəsində deyilir: 

"Məhkəmə istənilən hüquqi şəxslərdən, qeyri-hökumət təşkilatlarından və ayrı-ayrı şəxslər 

qrupundan, razılığa gələn Yüksək Tərəflərdən birinin onun bu Konvensiya və ya onun Protokolları 

ilə tanınmış hüquqlarını pozmasının qurbanı olduğunu iddia edən şikayətləri qəbul edə bilər". 

 

Göründüyü kimi, Konvensiya ilə fərdi şikayət hüququna malik subyektlərin geniş dairəsi müəyyən 



edilmişdir. Bura aşağıdakılar aiddir; 

 

1. istənilən fiziki şəxs; 



 

2. qeyri-hökumət təşkilatları; 

 

3. ayrı-ayrı şəxslər qrupu. 



 

  Məhkəmə təcrübəsində bu anlayışlara genişləndirici təfsir verilmişdir.     

  Fiziki şəxsin fəaliyyət qabiliyyəti ilə bağlı olan məsələlər (məsələn, yetkinlik yaşına çatıb-

çatmaması, ruhi xəstə olması, məhkumluğu) və onun hüquqi statusu ilə bağlı digər məsələlər 

(məsələn, vətandaşlığı, hərbçi olması, təhsili və s.)  onun fərdi şikayət hüququnu məhdudlaşdıra 

bilməz. 


 

   "Qeyri-hökumət təşkilatları" anlayışına da Məhkəmə təcrübəsində özünəməxsus yanaşma 

mövcuddur. Bura hər hansı içtimai təşkilat, siyasi partiyalar və xüsusi hüquq nəzər - nöqtəsindən 

hər hansı hüquqi şəxs aid edilir. Məhkəməyə ayrı-ayrı vaxtlarda həmkarlar ittifaqları, kütləvi 

informasiya vasitələri, siyasi partiyalar, dini qurumlar və hətta, kommersiya qurumları fərdi şikayət 

formasında müraciət ediblər. Nəzərə almaq lazımdır ki, belə müraciət zamanı qeyri-hökumət 

təşkilatları öz üzvlərinin subyektiv hüquqlarını deyil, özlərini və öz hüquqlarını müdafiə 

etməlidirlər. 

 

  "Ayrı-ayrı şəxslər qrupu" anlayışı altında isə, fikrimizcə, həm fiziki şəxslərin, həm də qeyri-



hökumət təşkilatlarının qrupu başa düşülə bilər. Lakin onların hər biri bu zaman Konvensiya və ona 

aid olan Protokollarda nəzərdə tutulan hüquqların pozulmasının qurbanı olduğunu 

əsaslandırmalıdırlar. 

 

 



56


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə