Avropa İnsan Hüquqları Məhkəməsi və Azərbaycan



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə24/28
tarix14.02.2018
ölçüsü0,54 Mb.
#26965
1   ...   20   21   22   23   24   25   26   27   28

Parlament Assambleyasında formalaşan təcrübəyə görə, sessiyada iştirak edən deputatların nisbi 

səs çoxluğunu deyil, yalnız mütləq səs çoxluğunu (50%+1) qazanan namizəd hakim seçilmiş hesab 

olunur. 

 

Məhkəmədə hakimlik səlahiyyəti müddəti altı ildir. Onlar yeni müddətə seçilə bilərlər. Yeni 



seçilmiş Hakimin Məhkəmənin  Plenar İclası (Məhkəmənin tam tərkibdə iclası) qarşısında təntənəli 

surətdə andiçmə mərasimi keçirilir. Hakimin səlahiyyət müddəti onun seçildiyi tarixdən sayılır. 

Lakin səlahiyyət müddəti bitməmiş hakimi əvəz etmək üçün hakim seçilirsə, onda o, bu vəzifəni öz 

sələfinin səlahiyyət müddətinin qalan hissəsi qədər tutur. Bəzi hallarda 6 illik müddət bir qədər 

uzun çəkir. Hakim onun yerini tutacaq varisin andiçmə mərasiminə qədər səlahiyyətlərini davam 

etdirir və hətta, o bundan sonra da icraatında olan işlərə yekun vurmaq üçün işə çıxa bilər. 

 

Hakimlərin səlahiyyət müddətinə onlar istefaya getdikdə və ya vəzifələrindən azad edildikdə 



vaxtından əvvəl xitam verilə bilər. Məhkəmənin hazırda qüvvədə olan Reqlamentinin 7-ci 

maddəsinə görə Məhkəmənin Plenar İclası üçdə iki səs çoxluğu ilə konkret hakim barəsində onun 

artıq hakimlik üçün nəzərdə tutulan tələblərə cavab vermədiyi haqqında qərar qəbul edə bilər. Bu 

zaman belə hakimin mövqeyi qabaqcadan dinlənilməlidir. Eyni zamanda, nəzərdə tutulub ki, 

vəzifədən azad etmə proseduru hər bir hakim tərəfindən başlanıla bilər. Hakimin vəzifədən 

vaxtından əvvəl azad olunması proseduru Konvensiyanın 21-ci maddəsinin 3-cü hissəsində nəzərdə 

tutulan tələblərdən irəli gəlir. Orada deyilir ki: "Vəzifədə olduqları bütün müddət ərzində hakimlər 

onların müstəqilliyi, qərəzsizliyi və ya tam iş gününün xarakterindən irəli gələn tələblərlə bir araya 

sığmayan heç bir fəaliyyətlə məşqul olmamalıdırlar". 

 

Hakimin istefasına gəldikdə isə, bu, hakim tərəfindən Məhkəmənin Sədrinə ərizə yazılmaqla 



könüllü edilir. 

 

Hakimlər Məhkəmənin işində təmsil edildikləri dövlətin adından deyil, şəxsi simada iştirak edirlər. 



Onlar hakim işlədiyi müddət ərzində təmsil olunduqları dövlət tərəfindən geri çağırıla bilməzlər. 

 

Struktur baxımından Məhkəmə Plenar İclasdan (bəzən bunu Azərbaycan dilinə "Plenum" kimi 



tərcümə edirlər), Seksiyalardan, Böyük Palatadan ("palata" sözü də bəzi hallarda "kamera" kimi 

tərcümə edilir), Palatalardan, Komitələrdən və Dəftərxanadan ibarətdir. 

 

PLENAR İCLAS Məhkəmə hakimlərinin tam tərkibdə ümumi iclasıdır. Məhkəmənin fəaliyyətdə 



olan hakimlərinin ən azı üçdə ikisi iştirak etdikdə Plenar İclas səlahiyyətli hesab edilir. Plenar İclas 

yalnız Məhkəmənin mühüm fəaliyyəti ilə əlaqədar təşkilati məsələləri həll edir. O, hər hansı bir işlə 

bağlı Məhkəmə funksiyasını həyata keçirə bilməz. Bir qayda olaraq Məhkəmə Sədri tərəfindən ildə 

ən azı bir dəfə olmaqla çağırılır. Lakin, hakimlərin üçdə birinin təşəbbüsü ilə də Plenar İclas 

çağırıla bilər. 

 

Plenar İclaslar aşağıdakı təşkilati məsələləri həll edir



 

1) Məhkəmənin Sədrini, onun müavinlərini, habelə Seksiya və Palataların sədrlərini seçir; 

 

2) Seksiya  və Palatalar yaradır; 



 

3) Məhkəmənin Reqlamentini (iş qaydası) təsdiq edir; 

 

 

51




4) Yuxarıda qeyd edildiyi kimi, kifayət qədər əsaslar olduqda hakimləri qeri çağırır; 

 

5) Məhkəmə aparatının (Dəftərxana) rəhbərini (Qrefye və ya qeydiyyatçı) və onun müavinlərini 



seçir; 

 

6) Sədr və ya hakimlər tərəfindən Plenar İclasda baxılması üçün təklif edilən digər məsələləri həll 



edir. 

 

SEKSİYA Konvensiyanın 26-cı maddəsinin "b" bəndinə əsasən Plenar İclasda yaradılır. Düzdür, 



Konvensiya "Seksiya" anlayışını tanımır, lakin Məhkəmənin Reqlamenti Seksiyaya palatanın bir 

forması kimi anlayış verir. Bu mənada Reqlamentlə Konvensiya arasında müəyyən uyğunsuzluq 

axtarmaq məntiqə uyğun deyil. Qeyd edilən normada da göstərilir ki, Plenar İclas Palatalar təsis 

edir. Palataları bir-birindən fərqləndirmək məqsədilə də Reqlamentdə "Seksiya" anlayışından 

istifadə edilmişdir. 

 

   Reqlamentin 25-ci maddəsinə görə, Məhkəmə ən azı dörd seksiyadan ibərət olmalıdır. Hər bir 



hakim seksiyalardan birinin üzvü olmalıdır. Seksiyalar hakimlərin coğrafi ərazi və cinsi 

mənsubiyyəti, o cümlədən, iştirakçı dövlətlərin hüquq sistemlərinin müxtəlifliyi meyarları nəzərə 

alınmaqla təşkil edilir. Seksiya tam tərkibdə heç bir funksional səlahiyyət həyata keçirmir. Onun 

tərkibindən konkret işlərə baxmaq üçün Palatalar yaradılır. 

 

BÖYÜK PALATA 17 hakimdən və üç ehtiyat hakimdən ibarətdir. Bu qurum Məhkəmənin 



tərkibində işlərə baxılmasının yüksək instansiyası hesab edilir. Böyük Palatanın tərkibinə 

Məhkəmənin Sədri, Sədrin müavinləri və seksiyaların sədrləri ex-officio olaraq daxil edilir. 

Konvensiyanın 43-cü maddəsinə müvafiq olaraq işin Böyük Palataya verildiyi hallarda onun 

iclasında işə ilkin baxan Palatanın sədri və işdə tərəf olan müvafiq dövlətin hakimi istisna olmaqla

həmin Palatanın hakimlərindən heç biri iştirak etməməlidir. 

 

Böyük Palata konkret hallardan asılı olaraq mühüm əhəmiyyətli və mürəkkəb işlərə baxır. 



Məhkəmənin ilkin instansiyası hesab edilən Adi Palata əgər müəyyən etsə ki, onun icraatında olan 

iş Konvensiyanın və ya onun Protokollarının şərhinə dair ciddi məsələlərə toxunur, yaxud 

məsələnin həlli Məhkəmənin əvvəllər çıxardığı qərara zidd ola bilər, onda o, tərəflərdən heç biri 

buna etiraz etmədikdə, öz qərarını çıxarana qədər istənilən vaxt Böyük Palatanın xeyrinə 

yurisdiksiyadan imtina edə bilər. Bu zaman Böyük Palatanın xeyrinə yurisdiksiya güzəşti haqqında 

qərarın əsaslandırılması tələb olunmur. 

 

Bundan başqa, Konvensiyanın 43-cü maddəsinə görə: "Palata qərar çıxdıqdan sonrakı üç ay 



ərzində, iş üzrə istənilən tərəf müstəsna hallarda işin Böyük Palataya verilməsini tələb edə bilər". 

Belə halda Böyük Palata Məhkəmənin ikinci instansiyası kimi çıxış edir. Reqlamentin 73-cü 

maddəsində Konvensiyanın qeyd edilən normasının ardı olaraq göstərilir ki, bu zaman tərəflər 

Böyük Palata tərəfindən işin baxılmasına əsas ola biləcək Konvensiyanın və ona əlavə edilən 

Protokolların təfsiri və ya tətbiqinə toxunan, və ya mühüm əhəmiyyət kəsb edən digər ümumi 

xarakterli ciddi məsələni göstərməlidirlər. Tərəflərin belə müraciətlərinin tələb olunan meyarlara 

cavab verilməsini yoxlamaqdan ötrü Böyük Palatanın nəzdində beş hakimdən ibarət KOMİTƏ 

fəaliyyət göstərir. Komitənin tərkibinə Məhkəmənin Sədri və işə baxan Palatanın daxil olduğu 

seksiya istisna olmaqla seksiyaların sədrləri və ya onların müavinləri daxildir. Onlardan başqa bura 

növbə ilə Palatada işin baxılmasında iştirak etməyən bir əlavə hakim də daxil edilir. Mübahisədə 

 

52



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə