Consulat general de france republique francaise



Yüklə 18,2 Kb.
tarix18.04.2018
ölçüsü18,2 Kb.
#38980

FRANSANIN BAKIDAKI SƏFİRLİYİ

(Hazırlanmışdır : 31/07/09)


QISAMÜDDƏTLİ ŞENGEN VİZASI


  • Qovluqda 2 komplekt sənəd olmalıdır: bir komplektdə sənədlərin əsli, digər komplektdə yalnız sənədlərin A4 formatda surətləri. Əgər hər hansı mühüm bir səbəbə görə sənədin əsli yoxdursa, hər iki komplektdə onun surətini təqdim edin.

  • Ödəniş məbləği: sənədlərin təqdim edildiyi gün Səfirliyin dəftərxana kursuna uyğun olaraq 60 Avro məbləğində Manat.

  • Sənədlər təqdim edilərkən şəxsən gəlmək vacibdir.

  • Bütün sənədlərin təqdim edilməsi mütləq viza verilməsinə dəlalət etmir. Üstəlik, aşağıdakı siyahidə göstərilən sənədlərdən başqa əlavə sənədlər də tələb edilə bilər.

  • Bütün sənədlər fransız və ya ingilis dillinə tərcümə olunmalıdır.

  • Çatışmayan sənəd və ya surəti = natamam qovluq deməkdir= viza verilmir.



TƏQDİM EDİLMƏLİ SƏNƏDLƏR

2 AYRI KOMPLEKTDƏ VƏ AŞAĞIDAKI SIRA QAYDASINDA:

1)

Qovluğunuzun tam dolğun olduğunu yoxlamaq üçün hər bir sənədin və hər bir surətin olmasını bu siyahidə qeyd edin

2)

Qısamüddətli viza almaq üçün əvvəlcədən doldurulmuş, tarixli və imzalanmış 1 anket

3)

Yeni çəkilmiş 2 fotoşəkil (3 x 4)

4)

ƏSLİ + SURƏTİ :

- Pasport (almaq istədiyiniz vizanın sonuncu tarixindən sonra minimum daha 3 ay etibarlı olan pasport) + son üç ildə alınmış vizaların surətləri

- Şəxsiyyət vəsiqəsinin surəti

- Azyaşlılar üçün : doğum haqqında şəhadətnamə (surəti + tarixi və notarial təsdiqi olan tərcüməsi)



5)

ƏSLİ + SURƏTİ : Təyyarə biletləri (gediş/dönüş). Işgüzar səfərlərə gedənlər və səxsi dəvətləri olanlar üçün bilet bronu yetərlidir. Sonunculardan, viza verilərkən biletlərin əsli tələb olunacaqdır.

6)

ƏSLİ + SURƏTİ : Bütövlükdə Şengen məkanı üçün etibarlı olan və xahiş edilən vizanın etibarlılıq müddətini və + əlavə 2 günü əhatə edən tibbi sığorta / repatriasiya (qruplar üçün hər bir səyahətçinin adı olan siyahi); sığorta limiti minimum 30 000 avro.


7)

ƏSLİ + SURƏTİ : Yaşayış yeri haqqında sənəd :

Isguzar və ya şəxsi dəvət, mehmanxana sifarişinin təsdiqi (mehmanxananın özü tərəfindən faksla)

Turist şirkətləri tərəfindən təqdim edilən vauçerlər və arayışlar gəbul olunmur.


8)

ƏSLİ + SURƏTİ : Professional-sosial vəziyyət haqqında sənədlər :

  • Ərizəçinin iş yerindən arayış (vəzifəsi, maaşı və iş yerinin ünvanı və telefon nömrəsi qeyd olunmaqla)

  • Tələbələr və məktəblilər üçün Azərbaycandakı təhsil müəssisəsindən arayış

9)

ƏSLİ + SURƏTİ : Viza alan səxslərin maddi imkanları haqqında sənədlər:

- Azərbaycanda şəxsi maddi vəsaitlərinizi təsdiqləyən sənədlər (bank hesabınızdan son 3 aylıq çıxarış, təqaüd və s.)

- Şəxsi maddi vəsaiti olmayan ərizəçilər üçün - xərclərin öhdəliyə götürülməsi haqqında məktub və öhdəliyə götürənin maddi imkanlarını təsdiq edən sənədlər, notarial təsdiqlə (maaşlar, hesabdan çıxarışlar).


10)

ƏSLİ + SURƏTİ : Tək və ya valideyinlərindən biri ilə səyahət edən azyaşlılar üçün,

- Azyaşlı uşaqların tək va ya valideyinlərindən biri ilə səyahət etməsi üçün bütövlükdə Şengen məkanı üçün etibarlı olan valideyn icazəsi (surəti və tərcüməsi, tarixli və notarial təsdiqli).





11)

ƏSLİ + SURƏTİ : Şəxsi vəziyyətinizi əsaslandırmaq üçün bəzi hallarda nigah, boşanma va ya ölüm haqqında şəhadətnamə tələb oluna bilər (surəti, tərcüməsi, tarixli və notarial təsdiqli)




Səfirliyin İnternet saytı: http://www.ambafrance-az.org

Suallar? Visas.bakou-amba@diplomatie.gouv.fr



Yüklə 18,2 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə