Avropa İnsan Hüquqları Məhkəməsi və Azərbaycan



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə17/28
tarix14.02.2018
ölçüsü0,54 Mb.
#26965
1   ...   13   14   15   16   17   18   19   20   ...   28

keçirən şəxs vətəndaşın azadlıqdan məhrum edilməsi haqqında qərar çıxara bilər. Buna görə də 

vətəndaş dərhal məhkəmənin hüzuruna gətirilməlidir. 

 

     Yeni CPM ilə Azərbaycan Respublikasının qanunvericiliyi bu standarta uyğunlaşdırılmışdır. 



Həmin sənədin 148.4-cü maddəsində deyilir ki, tutulmuş şəxs "məhkəməyə gətirilməli, məhkəmə 

işə təxirə salınmadan baxmalı və onun haqqında həbs qəti imkan tədbirinin seçilməsi və ya onun 

azad edilməsi haqqında qərar çıxarmalıdır". 

 

     Konvensiyaya görə, şəxsin məhkəmə hüzuruna gətirilməsi dərhal baş verməlidir. Komissiya və 



Məhkəmə təcrübəsinə görə "dərhal" maksimum 4 gün ərzində reallaşmalıdır18. Azərbaycan 

Respublikasının qanunvericiliyində isə bu müddət 48 saatla məhdudlaşdırılır. 

 

Konvensiyanın qeyd edilən normasına görə, tutulan və ya həbs edilən şəxsin ağlasığan müddət 



ərzində məhkəmə baxışına hüququ vardır. Müddətlə bağlı işlədilən "ağlasığan" anlayışına 

Konvensiyanın iki maddəsində (5-ci maddənin 3-cü hissəsində və 6-cı maddənin 1-ci hissəsində) və 

1 saylı Protokolun 3-cü maddəsində rast gəlinir. Bu ifadə Konvensiyanın rəsmi  mətnlərindən biri 

olan (Konvensiyanın rəsmi mətni ingilis və fransız dillərində tərtib edilmiş və Məhkəmə 

təcrübəsində yalnız bu mətnlərə istinad edilir) ingilis dili variantında "reasonable" sözünün 

tərcüməsi kimi verilir. İngilis dilində "reasonable" sözünün Azərbaycan dilinə tərcüməsinin bir 

neçə variantı vardır. Bundan irəli gələrək Konvensiyanın Azərbaycan dili variantında ayrı-ayrı 

ədəbiyyatlarda "reasonable" sözünün qarışığı kimi "lazımi"19, "əlverişli"20, "şüurlu"21 və s. 

ifadələr işlədilir. 

 

 İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Müraciətetmə Mərkəzində hüquqşunasların apardığı 



müzakirələrdə "reasonable" sözünün tərcüməsi kimi "ağlasığan" ifadəsi daha müqabil hesab 

edildiyindən biz də ona üstünlük verdik. 

 

Yeri gəlmişkən, Məhkəmə təcrübəsində "ağlasığan müddət" anlayışı onun işləndiyi maddənin 



məzmununa müvafiq olaraq müxtəlif qaydada təfsir edilir. 

 

Konvensiyanın 5-ci maddəsinin üçüncü hissəsində işlədilən bu müddəanın əsas məqsədi istintaq 



dövründə müddətsiz tutulma və ya həbsə almanın qarşısını almaqdır. Vemxoff AFR-ə qarşı (1968-

ci il) işdə Məhkəmə göstərirdi ki, həbsdə olan təqsirləndirilən şəxsin işi azadlıqda olan 

təqsirləndirilən şəxsin işindən üstünlüyə malik olmalıdır. 

 

Azərbaycan Respublikasının CPM-in 158 və 159-cu maddələrində "ağlasığan müddət ərzində 



həbsdə saxlama" məsələsinə aydınlıq gətirilmişdir. CPM-in 158.5-ci maddəsində deyilir: "Birinci 

və apellyasiya instansiyası məhkəmələrinin icraatında olan cinayət işləri üzrə təqsirləndirilən şəxsin 

həbsdə saxlanılmasının son müddəti aşağıdakılardan artıq ola bilməz: böyük ictimai təhlükə 

törətməyən cinayətlər üzrə - üç ay; az ağır cinayətlər üzrə - beş ay; ağır cinayətlər üzrə - yeddi ay; 

xüsusilə ağır cinayətlər üzrə - doqquz ay. 

 

Cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlanılma müddətinin uzadılması məsələsini 



tənzimləyən CPM-in 159-cu maddəsinin yeddinci hissəsində isə göstərilir ki, cinayət işinin 

məhkəməyədək icraatı zamanı təqsirləndirilən şəxsin hər bir halda həbsdə saxlanılmasının son 

müddəti aşağıdakılardan artıq ola bilməz: böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə - 3 (üç) 

ay; az ağır cinayətlər üzrə - 6 (altı) ay; ağır cinayətlər üzrə - 9 (doqquz) ay; xüsusilə ağır cinayətlər 

üzrə - 12 (on iki) ay. 

 

37




 

Konvensiyanın 5-ci maddəsinin dördüncü hissəsilə müəyyən edilən, tutulan və ya həbs edilən 

şəxsin malik olduğu növbəti prosessual təminat hüquqi ədəbiyyatlarda "Habeus corpus" adlanır. Bu 

anlayış hələ XV əsrdə İngiltərədə bu proseduru müəyyən edən "Habeus corpus akt"ın adından 

götürülüb. "Habeus corpus"a görə, tutulma və ya həbsəalma nəticəsində azadlıqdan məhrum olunan 

hər bir kəs məhkəmədə belə qərarın qanunliyini araşdırmaq hüququna malikdir. Məhkəmə təxirə 

salınmadan onun tutulmasının qanuniliyi məsələsini həll edir və əgər o, qeyri-qanuni tutulubsa

onun azad olunması haqqında qərar çıxarır. 

 

İnsan hüquqları sahəsində mövcud olan əksər beynəlxalq hüquqi sənədlərdə "Habeus corpus" əsas 



standartlardan biri kimi nəzərdə tutulur. 

 

Məhkəmə təcrübəsində bu prosessual təminatla bağlı bəzi məsələlərə aydınlıq gətirilmişdir. Sançes-



Reyes İsveçrəyə qarşı (1986-cı il) işdə Məhkəmə göstərmişdir ki, çəkişmə prinsipi "Habeus corpus" 

prosedurasına da tətbiq edilməlidir. Lami Belçikaya qarşı (1989-cu il) işdə Məhkəmə qərara 

gəlmişdir ki, təqsirləndirilən şəxs onun həbsdə saxlanılması haqqında qərar yoxlanılarkən istifadə 

edilən işin materialları ilə tanış olma imkanına malik olmalıdır. 

 

Konvensiyanın 5-ci maddəsinin dördüncü hissəsi həbsin qanuni və əsaslığını yoxlamaq üçün nəinki 



ilkin nəzarəti, həm də dövri olaraq belə nəzarətin həyata keçirilməsini nəzərdə tutur. Vinterverp 

Hollandiyaya qarşı (1979-cu il) işdə Məhkəmə müəyyən etmişdir ki, həbsdə olan şəxsin ağlasığan 

interval müddətdə həbsinin qanuniliyini yenidən yoxlanmasını tələb etmək hüququ olmalıdır. 

Bezikeri İtaliyaya qarşı (1989-cu il) işdə göstərilən müddətin müqabilində beş ay yarım vaxtın çox 

uzun olması qənaitinə gəlinmişdir. 

 

Təəssüflə qeyd edilməlidir ki, insan hüquqları sahəsində əsas beynəlxalq standartlardan biri olan 



"Habeus corpus" Azərbaycan Respublikası Konstitusiyasında öz əksini tapmamışdır. Cari 

qanunvericilikdə də bu standartın ifadəsi, fikrimizcə, qənaətbəxş deyildir. Əslində qeyd edilən 

prosessual təminat cinayət prosessual hüququnun əsas prinsiplərindən biri kimi dəyərləndirilməli və 

CPM-də ona xüsusi diqqət verilməli idi. Lakin bu çox mühüm prosessual təminatın Azərbaycan 

Respublikası qanunvericiliyində hansı norma ilə tənzimlənməsini müəyyən etməkdə nəinki sıravi 

vətəndaşlar, hətta, çox vaxt hüquqşünaslar acız qalırlar. Buna səbəb CPM-də bu prosedura ayrıca 

maddənin həsr edilməməsi və kifayət qədər onun müəmmalı nəzərdə tutulmasıdır. Tam aydınlıqla 

verilməsə də CPM-in 90, 91, 157-ci maddələrində "Habeus corpus" prosedurunun ayrı-ayrı 

elementlərini görmək mümkündür. Bura daxildir: şübhəli şəxsin cinayət prosesini həyata keçirən 

orqan tərəfindən qəbul edilmiş və onun hüquq və qanuni mənafeyinə toxunan qərarlar haqqında 

həmin orqan  tərəfindən məlumatlandırmaq və öz xahişi ilə qərarların surətini almaq (maddə 

90.7.19) və Məhkəmənin qərarlarından şikayət etmək hüququ (maddə 90.7.20) ; təqsirləndirilən 

şəxsin həbsə alma və həbsdə saxlanmanın qanuni və əsaslı olduğunu təsdiq etmək üçün cinayət 

prosesini həyata keçirən orqanın məhkəməyə təqdim etdiyi materiallarla tanış olmaq hüququ 

(maddə 91.5.21); həbsin qətiimkan tədbiri qismində seçilməsi və ya seçilməsindən imtina edilməsi 

barədə məhkəmənin qərarından cinayət prosesinin tərəflərinin apellyasiya instansiyası 

məhkəməsinə şikayət verə bilmələri və apellyasiya instansiyası məhkəməsinin bu məsələyə dair 

qərarın qəti olması (maddə 157.6) və s. 

 

Konvensiyanın 5-ci maddəsində nəzərdə tutulan axırıncı prosessual təminat qeyri-qanuni həbs 



olunan və ya tutulan hər bir kəsin kompensasiya hüququna malik olması ilə bağlıdır. Həmin hüquq 

Azərbaycan Respublikasınin qanunvericiliyində geniş şəkildə öz ifadəsini tapmışdır. 

 

38



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə