Avropa İnsan Hüquqları Məhkəməsi və Azərbaycan



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə16/28
tarix14.02.2018
ölçüsü0,54 Mb.
#26965
1   ...   12   13   14   15   16   17   18   19   ...   28

 

d) Yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə şəxslərin, habelə ruhi xəstələrin, 

sərxoşların, narkomanların və ya səfillərin qanuni tutulması. 

 

 



Konvensiyanın 5-ci maddəsinin bu bəndi cəmiyyətdə sağlamlığı və sosial nəzarəti mühafizə etmək 

məqsədilə göstərilən şəxslərin tutulmalarını qanuni hesab edir. Bununla bağlı Məhkəmə 

təcrübəsində bəzi anlayışlara aydınlıq gətirilmişdir. 

 

Vinterverp Hollandiyaya qarşı (1979-cu il) işdə Məhkəmə belə nəticəyə gəlmişdir ki, "ruhi xəstə" 



anlayışı haqqında qərar qəbul edərkən aşağıdakı üç meyara diqqət verilməlidir ; 

 

1) hər hansı şəxsə "ruhi xəstə" kimi o zaman baxıla bilər ki, ona obyektiv tibbi normalar tətbiq 



edilsin; 

 

2) psixiatriya müəssisəsinə yerləşdirməyə yalnız ruhi xəstəliyin xarakteri və dərəcəsi kifayət qədər 



ciddi olması haqq qazandıra bilər; 

 

3) dövlət şəxsi psixiatriya müəssisəsində yalnız psixi pozuntunun mövcud olduğu dövr ərzində 



saxlaya bilər. Axırıncı meyar psixi pozğunluğun müayinəsi üçün xəstəxanaya yerləşdirilən şəxsə 

dövrü olaraq müayinədən keçmə hüququ verir. 

 

Bu anlayış hər hansı bir şəxsə münasibətdə yalnız onun fikir və davranışının mövcud cəmiyyətdə 



olan normalarla üst-üstə düşmədiyinə görə tətbiq edilə bilməz. Bu anlayışın, eyni zamanda, hər 

hansı gizli məqsədlərə görə də işlədilməsi yolverilməzdir. 

 

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, şəxsin psixiatriya xəstəxanasına 



yerləşdirilməsi, bir qayda olaraq, onun və qanuni nümayəndəsinin könüllü razılığı əsasında baş 

verir. Yalnız məhkəmə vasitəsilə şəxs psixiatriya stasionarına məcburi yerləşdirilə bilər. Mülki 

Prosessual Məcəllənin 335-ci maddəsinə görə, şəxsin psixiatriya stasionarına məcburi 

yerləşdirilməsi barədə ərizə ailə üzvləri, qəyyum və ya himayəçi, habelə psixiatriya müəssisəsinin 

rəhbəri tərəfindən aidiyyəti məhkəməyə təqdim olunur. Ərizədə qanunla nəzərdə tutulmuş əsaslar 

göstərilməlidir. 

 

De Vayld, Ooms və Versip ("səfillik") işi üzrə tutulma milli qanunvericiliklə müəyyən edilən 



aşağıdakı anlayış əsasında həyata keçirilmişdir: "səfillər müəyyən yaşayış yeri və yaşamaq üçün 

vəsaiti, habelə, müəyyən sənət və ya fəaliyyətlə məşqul olmayan şəxslərə deyilir". Məhkəmə bu 

anlayışın "səfil" termininin adi mənasına uyğun gəldiyini göstərmiş və ərizəçilərin tutulmasını 

qanuni hesab etmişdir. Lakin dövlət bu anlayışdan digər səbəblərə görə həbsə haqq qazandırmaq 

üçün istifadə etməməlidir17. 

 

 



e) Ölkəyə qanunsuz gəlmənin qarşısını almaq üçün və ya barəsində köçürmə və ya təhvil verilmə 

tədbiri tətbiq edilən şəxsin qanuni həbsi və ya tutulması 

 

Bu normaya görə, qeyri-qanuni immiqrasiyanın qarşısını almaq, köçürməni və ya təhvil verməni 



tənzimləmək məqsədi ilə əlaqədar olan tutulma və həbs qanuni hesab edilir. Belə tutulma və ya 

həbs hər bir halda göstərilən üç məqsəddən birinə çatmaq üçün edilməlidir. 

 

35



 

Konvensiyanın 5-ci maddəsinin 2-5-ci hissələrində azadlıqdan məhrum edildikdən sonra şəxsin 

malik olduğu prosessual təminatlar müəyyən edilmişdir. Bu sıraya ilk  növbədə 5-ci maddənin 

ikinci bəndində təsbit edilən, həbs olunan hər bir şəxsə onun başa düşdüyü dildə həbsə almanın 

səbəbləri və ona qarşı irəli sürülmüş hər hansı ittiham barədə dərhal məlumat verilməsilə bağlı 

təminat aid edilir. Burada aşağıdakı cəhətlərə xüsusi diqqət yetirilir: 1) həbs olunan hər bir şəxsə 

həbsin səbəbləri və ona qarşı irəli sürülən hər hansı ittihamla bağlı məlumatın verilməsi (məzmun); 

2) belə məlumatın şəxsə onun başa düşdüyü dildə verilməsi (forma); 3) belə məlumatın dərhal 

verilməsi (zaman). 

 

Qeyd edilən təminat 5-ci maddənin birinci hissəsinin a-f bəndində göstərilən bütün növ həbs və 



tutulmalara şamil edilir. 

 

Təqdirəlayiq haldır ki, bu standart Azərbaycan Respublikasının Konstitusiyasının 67-ci maddəsində 



(forma ilə bağlı tələb istisna olmaqla) öz əksini tapmışdır. Orada deyilir ki, səlahiyyətli dövlət 

orqanlarının tutduğu, həbsə aldığı, cinayət törədilməsində  ittiham etdiyi hər bir şəxsə dərhal onun 

hüquqları bildirilir və tutulmasının, həbsə alınmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin 

səbəbləri izah edilir. 

 

İttiham haqqında informasiya ilə bağlı məzmun, forma və zaman faktorları baxımından irəli sürülən 



tələblər Azərbaycan Respublikasının CPM-də nəzərdə tutulmuşdur. 

 

CPM-nin şübhəli şəxsin hüquqlarını nəzərdə tutan 90.7-ci maddəsində göstərilir ki, şübhəli şəxs 



tutulduğu andan nədə şübhələndiyini bilmək, tərcüməçinin köməyindən pulsuz istifadə etm?k... 

hüquqlarına malikdir. Eyni məsələlər CPM-nin 91.5-ci maddəsinə görə təqsirləndirilən şəxsə 

münasibətdə də nəzərdə tutulmuşdur. 

 

CPM-nin 85.2-ci maddəsi isə müstəntiqin üzərinə şübhəli şəxsə tutulduğu, təqsirləndirilən şəxsə isə 



ittiham elan olunduğu və ya həbs edildiyi andan müvafiq olaraq tutulmasının və həbsə alınmasının 

səbəblərini izah etmək vəzifəsini qoymuşdur. 

 

   Qeyd edilməlidir ki, forma ilə bağlı tələb (məlumatın şəxsə onun başa düşdüyü dildə verilməsi) 



CPM-də Konvensiyanın tələbləri baxımından həll edilməmişdir. Belə ki, Konvensiyanın 5-ci 

maddəsinin ikinci hissəsi bunu təmin etməyi səlahiyyətli dövlət orqanının üzərinə bir vəzifə olaraq 

qoyur. CPM-də isə işə tərcüməçi cəlb etmək müstəntiqin vəzifəsi kimi deyil, onun hüququ kimi 

göstərilib. (CPM-nin 85.4-cü maddə). 

 

    Zaman faktoru isə CPM-də, fikrimizcə, Avropa standartlarına uyğun surətdə həll edilib. CPM-in 



148.4-cü maddəsində deyilir ki, cinayət işinin başlanmasına dair qərar şəxsin tutulduğu andan 24 

saat keçənədək qəbul olunmazsa, tutulmuş şəxs dərhal azad olunmalıdır. Tutulmuş şəxsə tutulduğu 

andan 48 saat keçənədək ittiham elan edilməlidir. 

 

     Konvensiyanın 5-ci maddəsinin 3-cü hissəsində prosessual təminatla bağlı nəzərdə tutulan ikinci 



qayda həbs olunmuş və ya tutulmuş şəxsin dərhal, ağlasığan müddətdə işə baxmaq və ya 

məhkəməyə qədər azad etmək hüququna malik olan hakimin və yaxud qanunla məhkəmə 

funksiyalarını həyata keçirmək səlahiyyəti verilmiş başqa vəzifəli şəxsin yanına gətirilməsidir. Bu 

təminat yalnız  5-ci maddənin birinci hissəsinin "c" bəndində nəzərdə tutulan tutulma və ya həbs 

olunma halına aiddir. Onun mahiyyəti ondan ibarətdir ki, yalnız məhkəmə səlahiyyətini həyata 

 

36




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə