Avropa İnsan Hüquqları Məhkəməsi və Azərbaycan



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə13/28
tarix14.02.2018
ölçüsü0,54 Mb.
#26965
1   ...   9   10   11   12   13   14   15   16   ...   28

Respublikasının Milli Məclisi həyata keçirir. Deməli, yalnız Milli Məclisə keçirilən seçkilərə 

Konvensiyanın müdafiə mexanizmi şamil edilə bilər. 

 

Üçüncüsü, Məhkəmə təcrübəsinə görə hər hansı seçki sisteminə üstünlük vermək sözü gedən 



maddəyə əsasən tələb olunmur. Yəni, bu zaman seçkilərin majoritar və ya proporsional sistem üzrə 

keçirilməsi mühüm deyil. Mühüm odur ki, seçkinin şərtləri əhalinin iradəsinin ifadəsinə əngəl 

olmamalı, nəzərdə tutulan hər hansı məhdudiyyət nəticəsində əhalinin seçkidə iştirakının qarşısı 

alınmamalıdır. 

 

Azərbaycan Respublikasının qanunvericilik hakimiyyətinə keçirilən seçkilərin əsasları 



Konstitusiyanın 83-cü maddəsində öz əksini tapmışdır. Orada deyilir ki, Milli Məclisin deputatları 

majoritar və proporsional seçki sistemləri, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında 

sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Qanunvericilik hakimiyyətin formalaşmasıyla 

baglı seçkilərin müntəzəm keçirilməsi isə Konstitusiyanın 84-cü maddəsində nəzərdə tutulub: 

"Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti beş ildir". Bu da 

müvafiq standarta tamamilə uyğun hesab edilməlidir. 

 

 

 



2.3.5. Hərəkət  azadlığı 

 

Konvensiyaya əlavə edilən 16 sentyabr 1963-cü il tarixli 4 saylı Protokolun 2-ci maddəsində 



sərbəst hərəkət etmək və ya yaşayış yeri seçmək hüququ geniş şəkidə təsbit edilir. Bura daxildir: 

hər hansı bir dövlətin ərazisində qanuna uyğun surətdə olan hər  kəsin bu ərazi hüdudlarında azad  

yerdəyişmə və eyni qayda ilə yaşayış yeri seçmək hüququ; hər kəsin, öz ölkəsi də daxil olmaqla

istənilən ölkəni tərk etmək hüququ. 

 

Bir sıra digər hüquqlarda olduğu kimi, hərəkət azadlığı hüququnun da məhdudlaşdırılmasının 



əsasları müəyyən edilmişdir. 4 saylı Protokolun 2-ci maddəsinin üçüncü və dördüncü bəndlərində 

belə məhdudiyyətin tətbiq edilə biləcəyi sferalar iki qrupa bölünür. Birinci qrupa digər normalarda 

rast gəldiyimiz ənənəvi sahələr aid edilir: dövlətin təhlükəsizliyi və ya içtimai asayışın mənafeləri 

baxımından içtimai qaydanın mühafizəsi, cinayətin qarşısının alınması, sağlağlamlığın və əxlaqın, 

digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi. İkinci qrupa isə "müəyyən sahələr" aid edilir. 

Hər iki qrupda adı çəkilən sahələrdə qoyulacaq məhdudiyyət hər bir halda qanuna uyğun olmalı və 

demokratik cəmiyyətin tələblərinə cavab verməlidir. 

 

Qeyd edilməlidir ki, "müəyyən sahələr" ifadəsinə Protokolda tam aydınlıq gətirilmir və onun 



hüdudları "içtimai mənafelərdə özünü doğrultma"ilə məhdudlaşır. Bu istiqamətdə dövlətin geniş 

fəaliyyət spektrinə imkan verən həmin norma hər kəsin öz ölkəsi də daxil olmaqla istənilən ölkəni 

tərk etmək (mühacirət etmək) hüququna şamil edilmir. Yəni, mühacirət etmək hüququ yalnız 

birinci qrupa aid olan ənənəvi əsaslar üzrə məhdudlaşdırıla bilər. 

 

      Fikrimizcə, 4 saylı Protokolun 3-cü maddəsində ifadə olunan hüquqdlar da hərəkət azadlığının 



davamı kimi qiymətləndirilməlidir. Həmin maddə hərəkət azadlığı ilə bağlı dövlətin üzərinə bir sıra 

neqativ öhdəliklər qoyur:  

1. Heç kim fərdi və kollektiv sürətdə vətəndaşı olduqu dövlətdən sürgün edilə bilməz. 

 

2. Heç kim vətəndaşı olduğu dövlətin ərazisinə gəlmək hüququndan məhrum ediə bilməz". 



 

29



 

Hərəkət azadlığı hüququ və onunla əlaqəli olan yuxarıda qeyd etdiyimiz hüquqlar Azərbaycan 

Respublikasının Konstitusiyasında "azadlıq hüququ" adı altında 28-ci maddədə təsbit edilmişdir. 

Məsələ burasındadır ki, azadlıq hüququ əksər beynəlxalq hüquqi sənədlərdə, o cümlədən, 

Konvensiyada təhlükəsizlik hüququ ilə bir maddədə verilir və hərəkət azadlığı bu hüquqların tərkib 

hissəsi kimi qiymətləndirilmir. Görünür ki, Konstitusiyanın layihəsini hazırlayanlar müəyyən 

tələskənliyə yol verib və nəticədə, bir qayda olaraq müstəqil standart kimi nəzərdə tutulan "hərəkət 

azadlığını" "azadlıq hüququnun" tərkib hissəsi kimi göstəriblər. Digər tərəfdən, məsələnin belə həlli 

həm də nabələd vətəndaşın Konstitusiyadan istifadə etməsini çətinləşdirir. Bütün bunlara 

baxmayaraq, Konstitusiyada öz əksini tapan hərəkət azadlığı hüququ müvafiq beynəlxalq standarta 

kifayət qədər cavab verir. Düzdür, Konstitusiyada "hər bir insanın öz ölkəsi də daxil olmaqla 

istənilən ölkəni tərk etmək hüququ" "h?r k?s ...Azərbaycan Respublikasının ərazisindən kənara 

gedə bilər" formuləsi ilə  verilmişdir. "Vətəndaşların sürgün edilməsinin qadağan olunması" 

müddəası isə Konstitusiyanın 53-cü maddəsinin ikinci hissəsində aşağıdakı şəkildə göstərilmişdir: 

"II. Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasından qovula və 

ya xarici dövlətə verilə bilməz". 

 

 

 



2.3.6. Xaricilərin hüquqları. 

 

 



Konvensiya və ona əlavə edilən Protokollarda xaricilərin hüquqi vəziyyətilə bağlı bir neçə müddəa 

var. Əgər Protokollarda xaricilərlə bağlı olan normalarda onların hüquqlarından söhbət gedirsə, 

Konvensiyanın 16-cı maddəsində nəzərdə tutulan müvafiq normada isə onların hüquqi statusunun 

məhdudlaşdırılma imkanı haqqında işarə vardır. Orada deyilir :  

Konvensiyanın "10-cu, 11-ci və 14-cü maddələrdə heç nə razılığa gələn Yuksək Tərəflər üçün 

əcnəbilərin siyasi fəaliyyətinə məhdudiyyətlar qoymağa maneə kimi qiymətləndirilə bilməz". 

 

Bildiyimiz kimi, Konvensiyanın 10-cu maddəsində söz azadlığı, 11-ci maddəsində yığıncağlar və 



birləşmək azadlığı, 14-cü maddədə isə ayrıseçkiliyin qadağan olunması təsbit olunub ki, bunlar da 

siyasi fəaliyyətdə müəyyən məhdudiyətlər qoyulmasını qanuna uyğun edir. 

 

Konvensiyaya əlavə edilən 4 saylı Protokolun 4-cü maddəsilə xaricilərin kollektiv sürgün edilməsi 



qadağan olunursa, 7 saylı Protokolun 1-ci maddəsində isə artıq konkret xaricinin sürgün edilməsinə 

aid prosedur təminatların gözlənilməsi tələb olunur. Orada deyilir: "Hər hansı dövlətin ərazisində 

qanuni əsaslarla yaşayan xarici qanuna müvafiq sürətdə qəbul edilmiş qərar olmadan başqa cür 

oradan çıxarıla bilməz və o, aşağıdakı imkana malik olmalıdır:  

a) özünün çıxarılması əleyhinə dəlillər təqdim etmək;  

b) öz işinə yenidən baxılmasını tələb etmək;  

c) bu məqsədlər üçün səlahiyyətli orqan və ya belə orqan tərəfindən təyin edilmiş bir və ya bir neçə 

şəxs qarşısında cavab vermək". 

 

Əgər xaricinin ölkə ərazisindən çıxarılması içtimai mənafe baxımından zəruri olarsa, və ya dövlətin 



təhlükəsizliyi mülahizələrilə motivləşdirilərsə, xaricidən yuxarıda sadalanan hüquqların reallaşma 

imkanı alına bilər, lakin hər bir halda ölkə ərazisindən çıxartma barədə qanuna müvafiq sürətdə 

qəbul edilmiş qərar olmalıdır. 

 

 



30


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə