Azərbaycan Respublikası adından 03 avqust 2016-cı IL



Yüklə 55,37 Kb.
Pdf görüntüsü
tarix02.10.2017
ölçüsü55,37 Kb.
#2663


 

 

 



 

 

 



 

 

 



 

 

 



QƏTNAMƏ 

Azərbaycan Respublikası adından 

 

03 avqust 2016-cı il                    



  2(106)1378/2016                                  Şirvan şəhəri 

 

Şirvan  Apellyasiya  Məhkəməsinin  Mülki  Kollegiyası  Mirzəyev  Nüsrət  Fətulla 



oğlunun  sədrliyi  ilə,  hakimlər  Heydərov  Tofiq  Xudayar  oğlundan  və  Cəbrayılov  Vüsal 

Adil oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh 

oğlunun  iştirakları  ilə  açıq  məhkəmə  iclasında  iddiaçı  «Unibank  KB»  ASC-nin 

cavabdehlər  Zamanov  İlham  Aslan  oğluna  və  Zahidov  Həzi  Təhmiraz  oğluna  qarşı 

kreditin,  kredit  faizlərinin  və  cərimənin  ödənilməsi  tələbinə  dair  2(036)-44/2016  saylı 

mülki  iş  üzrə  İmişli  rayon  məhkəməsinin  25  fevral  2016-cı  il  tarixli  qətnaməsindən 

cavabdeh Zamanov İlham Aslan oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq 

 

MÜƏYYƏN ETDİ 



 

İmişli  rayon  məhkəməsinin  25  fevral  2016-cı  il  tarixli,  2(036)-44/2016  saylı 

qətnaməsi  ilə  (sədrlik  edən  hakim  Ülvi  Qənbərov)  «Unibank  KB»  ASC-nin  cavabdehlər 

Zamanov  İlham  Aslan  oğluna  və  Zahidov  Həzi  Təhmiraz  oğluna  qarşı  kreditin,  kredit 

faizlərinin  və  cərimənin  ödənilməsi  tələbinə  dair  iddiası  qismən  təmin  edilərək  Zamanov 

İlham  Aslan oğlu  və  Zahidov  Həzi Təhmiraz oğlundan  müştərək qaydada 2296.91  manat 

əsas, 241,49 manat faiz borcu, 10 manat cərimə və ya ödənilmiş dövlət rüsumuna görə 20 

manat  pulun  alınıb  «Unibank  KB»  ASC-yə  ödənilməsi  qət  edilmişdir.  İddia  tələbi  qalan 

hissədə təmin edilməmişdir.  

Cavabdeh  Zamanov  İlham  Aslan  oğlu  tərəfindən  İmişli  rayon  məhkəməsinin  25 

fevral 2016-cı il tarixli, 2(036)-44/2016 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək 

qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. 

 

İŞİN   HALLARI: 



 

İddiaçı «Unibank» KB-nin iddiası onunla əsaslandırılmışdır ki, “Unibank” KB ASC 

ilə  borclu  Zamanov  İlham  Aslan  oğlu  arasında  15.08.2014-cü  il  tarixli,  1960  micİMS/14 

saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Zamanov İlham 

Aslan oğluna iddiaçı təşkilat tərəfindən 18 ay müddətinə illik 32 faizlə istehlak məqsədləri 

üçün 4400 manat məbləğində kredit verilmişdir. Bununla əlaqədar Zahidov Həzi Təhmiraz 

oğlu  Zamanov  İlham  Aslan  oğluna  zamin  durduğu  üçün  onunla  zaminlik  müqaviləsi 

bağlanmışdır. Borclu Zamanov İlham Aslan oğlu krediti müqaviləyə uyğun olaraq ödəməli 

idi. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, götürdüyü məbləği faizləri ilə birlikdə 

dövri ödəməli olduğu  halda bundan  yayınmışdır. 13  may 2015-ci  il  tarixədək cavabdehin 

iddiaçı  təşkilata  2296.91  manat  əsas,  241,49  manat  faiz  borcu,  86,82  manat  cərimə 

olmaqla,  cəmi  2625.22  manat  məbləğində  kredit  borcu  yaranmışdır.  Bununla  əlaqədar 




 

borclu  Zamanov  İlham  Aslan  oğlu  və  zamin  Zahidov  Həzi  Təhmiraz  oğluna  xəbərdarlıq 



olunmasına baxmayaraq üzərilərinə düşən öhdəliyi yerinə yetirməyərək banka olan borcun 

ödənilməsini  təmin  etməmişlər.  Odur  ki,  iddiaçı  təşkilat  cavabdehlər  Zamanov  İlham 

Aslan  oğlu  və  Zahidov  Həzi  Təhmiraz  oğlundan  müştərək  qaydada  2296.91  manat  əsas, 

241,49  manat  faiz  borcu,  86,82  manat  cərimə  olmaqla,  cəmi  2625.22  manat  borc  və 

ödənilmiş  20  manat  dövlət  rüsumunun  tutularaq  «Unibank»  KB  ASC-nin  xeyrinə 

verilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. 

 

APELLYASİYA    ŞİKAYƏTİNİN    DƏLİLLƏRİ: 



 

Cavabdeh 

Zamanov  İlham 

Aslan  oğlunun  apellyasiya  şikayəti  onunla 

əsaslandırılmışdır  ki,  işin  faktiki  halları  tam  və  obyektiv  araşdırılmamış,  devolvasiya  baş 

verməsi səbəbindən kredit  məbləğini ödəyə bilməmiş, bank tərəfindən şişirdilmiş  faizlərə 

münasibət  bildirilməmiş,  maddi  və  prosessual  hüquq  normaları  düzgün  tətbiq 

edilməmişdir.  

Tərəflərə  məhkəmə  iclasının  vaxtı  və  yeri  barədə  məlumat  verilməsinə baxmayaraq 

məhkəmə  iclasında  iştirak  etməmişlər.  Məhkəmə  kollegiyası  Azərbaycan  Respublikası 

MPM-nin  376.2-ci  maddəsinə  əsasən  tərəflərin  iştirakı  olmadan  işə  baxılmasını  mümkün 

hesab etdi. 

Məhkəmə  kollegiyası  apellyasiya  şikayətinin  dəlillərini  işin  materialları  üzrə 

yoxlayıb,  iş  üzrə  toplanmış  sübutları  tədqiq  edib  qiymətləndirərək  hesab  edir  ki, 

apellyasiya  şikayəti  təmin  edilməməli,  İmişli  rayon  məhkəməsinin  25  fevral  2016-cı  il 

tarixli, 2(036)-44/2016 qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 

 

HÜQUQİ    MƏSƏLƏLƏR 



 

Azərbaycan  Respublikası  MPM-nin  14.2-ci  maddəsinə  əsasən  məhkəmə  yalnız 

tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.  

Həmin  Məcəllənin  77.1-ci  maddəsinə  əsasən  hər  bir  tərəf  öz  tələblərinin  və 

etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.  

Həmin  Məcəllənin  217.2-ci  maddəsinə  əsasən  qətnamə  mübahisəli  hüquq 

münasibətinin  yarandığı zaman qüvvədə olan  maddi  hüquq normalarına  və işin baxılması 

zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 

İş  materialları  ilə  müəyyən  olunur  ki,  15.08.2014-cü  il  tarixli,  1960  micİMS/14 

saylı kredit və bank hesabı müqaviləsindən görünür ki, “Unibank” KB ASC-i ilə Zamanov 

İlham Aslan oğlu arasında 18 ay  müddətinə illik 32 faizlə istehlak məqsədləri üçün 4400 

manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır.   

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən 

apellyasiya  instansiyası  məhkəməsi  tam  hüquqlu  məhkəmə  kimi  işə,  işdə  olan  və  əlavə 

təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.  

Həmin  Məcəllənin  372.7-ci  maddəsinə  əsasən  apellyasiya  instansiyası  məhkəməsi 

şikayətin  dəlillərindən  asılı  olmayaraq,  məhkəmənin  maddi  və  prosessual  hüquq 

normalarına riayət etməsini yoxlayır.  

Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  385.1-ci  maddəsinə  görə  öhdəliyə 

əsasən  bir  şəxs  (borclu)  başqa  şəxsin  (kreditorun)  xeyrinə  müəyyən  hərəkəti  etməlidir, 

məsələn,  pul  ödəməli,  əmlak  verməli,  iş  görməli,  xidmətlər  göstərməli  və  i.a.  və  ya 



 

müəyyən  hərəkətdən  çəkinməlidir,  kreditorun  isə  borcludan  vəzifəsinin  icrasını  tələb 



etmək hüququ vardır. 

Həmin  Məcəllənin  386.1-ci  maddəsinin  tələbinə  görə  öhdəliyin  zərər  vurulması, 

əsassız  varlanma  və  ya  bu  Məcəllədə  nəzərdə  tutulmuş  digər  əsaslar  nəticəsində  əmələ 

gəlməsi  halları  istisna  olmaqla,  öhdəliyin  əmələ  gəlməsi  üçün  onun  iştirakçıları  arasında 

müqavilə olmalıdır. 

Göründüyü kimi qeyd olunan maddi hüquq normaları tələbin qanuni əsası kimi çıxış 

etməklə mübahisə olunan hüquq  münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, 

bir tərəfdən Zamanov İlham Aslan oğlu, digər tərəfdən isə “UniBank” KB ASC-i olmaqla 

15.08.2014-cü  il  tarixdə  18  ay  müddətinə  illik  32  faizlə  istehlak  məqsədləri  üçün  4400 

manat  məbləğində  kredit  verilməsi  barədə  müqavilə  bağlanmış  və  bununla  da  tərəflər 

arasında  onların  qarşılıqlı  hüquq  və  vəzifələrini  müəyyən  edən  öhdəlik  münasibətləri 

yaranmışdır. 

Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  425.1-ci  maddəsinə  əsasən  öz 

hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın 

tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə 

və  bu  Məcəllənin  tələblərinə  müvafiq  surətdə,  belə  şərtlər  və  tələblər  olmadıqda  isə 

işgüzar  adətlərə  və  ya  adətən  irəli  sürülən  digər  tələblərə  müvafiq  surətdə  hərəkət 

etməlidir.  

İşin halları ilə müəyyən olunur ki, xəbərdar edilməsinə baxmayaraq borclu Zamanov 

İlham Aslan oğlu tərəfindən qanunun yuxarıda göstərilən tələbləri kobud şəkildə pozularaq 

müqavilə  şərtlərinə  əməl  edilməmişdir.  Belə  ki,  15.08.2014-cü  il  tarixli  kredit 

müqaviləsinin  1.1-ci  bəndinin  tələbinə  görə  borclu  Zamanov  İlham  Aslan  oğlu  kreditor 

“Unibank”  KB  ASC-dən  müqaviləyə  əsasən  götürdüyü  pul  məbləğini,  həmçinin  həmin 

müqavilə  (və  ya  Müqaviləyə  1  saylı  əlavə)  ilə  müəyyən  edilmiş  müddətlərdə  ödənilməli 

olan faizləri ödəməli olduğu halda, müqavilə öhdəliyini pozaraq bunu etməmişdir. 

Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  442-ci  maddəsinə  əsasən  öhdəliyin 

icra edilməməsi dedikdə, onun pozulması  və  ya  lazımınca  icra edilməməsi (vaxtında  icra 

edilməməsi,  mallarda,  işlərdə  və  xidmətlərdə  qüsurlarla  və  ya  öhdəliyin  məzmunu  ilə 

müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.  

Həmin  Məcəllənin  443.1-ci  maddəsinə  əsasən  öhdəliyini  icra  etməyən  borclu 

kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa 

görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 

Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə 

nəticəsində  vurduğu  zərər  üçün  və  gecikdirmə  zamanı  təsadüfən  baş  vermiş  icra 

mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.  

Qanunun  yuxarıda  göstərilən  tələblərinin  işin  müəyyən  edilmiş  halları  üzrə  tətbiqi 

belə  nəticəyə  gəlməyə  əsas  verir  ki,  borclu  Zamanov  İlham  Aslan  oğlu  15.08.2014-cü  il 

tarixli  kredit  müqaviləsinə  əsasən  kreditor  “Unibank”  KB  ASC-i  qarşısında  götürdüyü 

öhdəliyi icra etməməklə (vaxtında icra etməməklə və qüsurla icra etməklə) kreditora ziyan 

dəymiş  və  buna  görə  də  vurduğu  zərərin  nəticələri  üçün  kreditor  qarşısında  məsuliyyət 

daşıyır.  

Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  448.1-ci  maddəsinə  əsasən  əgər  bu 

Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə 

daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.  




 

İş  materiallarına  əlavə  olunmuş  15.08.2014-cü  il  tarixli  kredit  müqaviləsindən 



görünür  ki,  həmin  müqavilədə  göstərilən  kredit  məbləğinin  ödənilməsi  ilə  bağlı  tərəflər 

arasında  ayrı  qayda  nəzərdə  tutulmamışdır.  Ona  görə  də  qanununun  yuxarıda  göstərilən 

tələbini əsas tutaraq belə  nəticəyə  gəlmək olar ki, borclu İ.Zamanov  icra edilməyən  digər 

məbləğlər üçün də cavabdehdir. 

Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  470.1-ci  maddəsinə  əsasən  zaminlik 

müqaviləsi  üzrə  zamin  başqa  şəxsin  kreditoru  qarşısında  həmin  şəxsin  öz  öhdəliyini 

tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.  

Həmin  Məcəllənin  472.1-ci  maddəsinə  əsasən  borclu  zaminliklə  təmin  edilmiş 

öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik 

müqaviləsində  zaminin  subsidiar  məsuliyyəti  nəzərdə  tutulmayıbsa,  zamin  və  borclu 

kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 

Həmin  Məcəllənin  472.2-ci  maddəsinin  tələbinə  görə  əgər  zaminlik  müqaviləsində 

ayrı  qayda  nəzərdə  tutulmayıbsa,  faizlərin,  borc  tutulması  üzrə  məhkəmə  xərclərinin  və 

borclunun  öhdəliyi  icra  etməməsi  və  ya  lazımınca  icra  etməməsi  nəticəsində  kreditora 

dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu 

ilə eyni həcmdə məsuliyyət daşıyır. 

İş  materiallarından  görünür  ki,  tərəflər  arasında  bağlanmış  kredit  müqaviləsinin 

təminatı olaraq Kredit Təşkilatı ilə Zahidov Həzi Təhmiraz oğlu arasında bağlanmış kredit 

və  bank  hesabı  müqaviləsi  Azərbaycan  Respublikası  MM-in  471-ci  maddəsinin  tələbinə 

uyğun olaraq yazılı şəkildə bağlanmış və müqavilə zamin Zahidov Həzi Təhmiraz oğlunun 

iradə  ifadəsinə  zidd  olmamış  və  onun  tərəfindən  imzlanmışdır.  Həmin  müqavilə  ilə  o, 

faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və 

ya  lazımınca  icra etməməsi  nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi 

də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımasına razılıq 

vermişdir.   

Məhkəmə  kollegiyası  belə  hesab  edir  ki,  birinci  instansiya  məhkəməsi  tərəfindən 

iddia  tələbi  təmin  edilərkən  maddi  və  prosessual  hüquq  normaları  düzgün  tətbiq 

edilmişdir.  

Məhkəmə  kollegiyası  belə  hesab  edir  ki,  apellyasiya  şikayətinin  dəlili  olaraq 

göstərilmiş    işin  faktiki  hallarının  tam  və  obyektiv  araşdırılmaması,  bank  tərəfindən 

şişirdilmiş  faizlərə  münasibət  bildirilməməsi,  maddi  və  prosessual  hüquq  normalarının 

düzgün  tətbiq  edilməməsi  barədə  dəlilləri  əsassızdır.  Belə  ki,  işin  faktiki  halı  olaraq 

tərəflər  arasında  15.08.2014-cü  il  tarixli  kredit  və  bank  hesabı  müqaviləsi  bağlanılmaqla 

kreditor  «Unibank»  KB  ASC  tərəfindən  İ.Zamanova  kredit  verilməsi,  bununla  da  onların 

arasında öhdəlik münasibətlərinin yaranması və rəsmiləşdirilməsi həm İ.Zamanovun, həm 

də  iddiaçı  təşkilatın  qarşılıqlı  razılığı  əsasında  baş  tutmuş,  götürülən  pul  məbləğini 

ödəmədiyi və ya vaxtında ödəmədiyi halda hesablanacaq faizlər və cərimə haqları ilə bağlı 

əvvəlcədən  məlumatlandırılmışdır.  Ona  görə  də  bank  tərəfindən  kredit  verilməsi 

öhdəliyinin  yerinə  yetirilməsinə  baxmayaraq,  borclu  İ.Zamanovun  krediti  və  ona 

hesablanmış  faizləri  vaxtında  ödəməli  olduğu  halda,  ödəməməsi  və  bununla  da  həmin 

öhdəliyin icrasından birtərəfli qadada imtina etməsi halı müəyyən olunur. 

İş materiallarında olan “Unibank” KB ASC-i tərəfindən verilmiş 13  may 2015-ci il 

tarixli BANK/PİKMD/237779 saylı arayışdan görünür ki, Zamanov İlham Aslan oğlunun 

15.08.2014-cü il tarixli, 1960 micİMS/14 saylı kredit müqaviləsi üzrə əsas borcu 2296.91 




 

manat,  faiz  borcu  241,49  manat,  cərimə  borcu  86,82  manat,  cəmi  borcu  2625.22  manat 



təşkil edir. 

Bundan  başqa,  tərəflər  arasında  müqavilə  münasibətləri  yaranarkən  Azərbaycan 

Respublikasının  Mərkəzi  Bankının  İdarə  Heyəti  tərəfindən  34  saylı  protokol  ilə  qəbul 

edilmiş  və  Azərbaycan  Respublikası  Ədliyyə  Nazirliyi  tərəfindən  10  dekabr  2008-ci  il 

tarixdə  3462  sayla  qeydiyyata  alınmış  «Banklarda  kreditlərin  verilməsi  qaydaları»nın  hər 

hansı bir tələbi pozulmamışdır.  

Məhkəmə  kollegiyası  belə  hesab  edir  ki,  birinci  instansiya  məhkəməsinin  gəldiyi 

nəticələr işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları birinci 

instansiya  məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün  faktiki  halları 

tam  araşdırılmışdır.  Ona  görə  də  məhkəmə  kollegiyası  apellyasiya  şikayətinin  dəlillərini 

formal mülahizə xarakterli hesab edir. 

Azərbaycan  Respublikası  Mülki  Prosessual  Məcəlləsinin  385.2-ci  maddəsinə  görə 

birinci  instansiya  məhkəməsinin  faktlar  nöqteyi-nəzərindən  qanuni  və  əsaslı  olan  və 

mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.  

Şərh  olunanlara  əsasən  və  Azərbaycan  Respublikası  Mülki  Prosessual  Məcəlləsinin 

14.2, 77.1, 217.2, 217.4, 372, 376.2, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər 

tutaraq məhkəmə kollegiyası,  

QƏT  ETDİ: 



 

Cavabdeh Zamanov İlham Aslan oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin 

edilməsin.   

İmişli  rayon  məhkəməsinin  25  fevral  2016-cı  il  tarixli,  2(036)-44/2016  saylı 

qətnaməsi dəyişdirilməsin.    

Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində 

Şirvan  Apellyasiya  Məhkəməsi  vasitəsi  ilə  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin 

Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. 

Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən 

sonra qanuni qüvvəyə minir.  

 

 

             Sədrlik edən:                         Nüsrət Mirzəyev 



 

                  Hakimlər:                         Tofiq Heydərov 

                                                            

                                                           Vüsal Cəbrayılov 

 

 

 



Sədrlik edən: İmza. 

Hakimlər: İmzalar. 



Əsli ilə düzdür. Hakim:                             Nüsrət Mirzəyev 

 

Yüklə 55,37 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə