Avropa İnsan Hüquqları Məhkəməsi və Azərbaycan



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə19/28
tarix14.02.2018
ölçüsü0,54 Mb.
#26965
1   ...   15   16   17   18   19   20   21   22   ...   28

 

Məhkəmə "qərəzsizlik" tələbinin isə iki cəhətini qeyd edir. Birincisi, məhkəmə subyektiv olaraq 

qabaqcadan əmələ gələn şəxsi fikirlərdən və tərəfgirlikdən azad olmalıdır. İkincisi, o, obyektivlik 

baxımından qərəzsiz olmalı, yəni, bu istiqamətdə mövcud ola biləcək hər hansı əsaslı şübhələri 

təminatlı dərəcədə istisna etməlidir25. 

 

Məhkəmələrin müstəqil və qərəzsiz olması haqqında müddəa həm Azərbaycan Respublikası 



Konstitusiyasında, həm də cari qanunvericilikdə geniş şəkildə öz əksini tapmışdır. Konstitusiyanın 

127-ci maddəsinin birinci hissəsində məhkəmənin müstəqilliyi, ikinci hissəsində isə qərəzsizliyi 

təsbit edilmişdir: "I. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və 

qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. II. Hakimlər işlərə qərəzsiz 

(ədalətli, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar..."  Bu müddəa 

"Məhkəmələr və Hakimlər haqqında" 10 iyun 1997-ci il tarixli Qanunda, CPM-in 25 və 28-ci 

maddələrində, habelə digər sənədlərdə inkişaf etdirilmişdir. CPM-nin 28.3-cü maddəsində deyilir 

ki, hakim və ya andlı iclasçı şəxsən cinayət prosessinin nəticəsi ilə birbaşa, yaxud dolayı yolla 

maraqlıdırsa, cinayət işi və ya cinayət ilə bağlı digər material üzrə ədalət mühakiməsinin həyata 

keçirilməsində iştirak edə bilməz. 

 

MPM-nin 7-ci maddəsində hakimlərin müstəqilliyi ifadə olunsa da, fikrimizcə, bir az tələskənliyə 



yol verilmiş, hakimlərin qərəzsiz olması məsələsi mülki prosessual  icraatın ayrıca prinsipi kimi 

müəyyən edilməmişdir. 

 

 

ç) "Ağlasığan müddət" anlayışı 



 

Konvensiyanın 6-cı maddəsinin birinci hissəsində nəzərdə tutulan "ağlasığan müddət"in hədləri işin 

mülki və cinayət xarakterli olmasından asılı olaraq aydınlaşdırılır. Cinayət işləri həmin müddət 

cinayət törətməkdə şübhəli bilinmə haqqında səlahiyyətli orqan tərəfindən şəxsin rəsmi xəbərdar 

edilməsindən başlanır. Məhkəmə Qinço Portuqaliyaya qarşı (1984-cü il) işdə cavabdeh dövlətin 

"ağlasığan müddətin" meyarlarına əməl etməməsini əsaslandırmaq üçün gətirdiyi "personalın 

çatışmaması" və "ya ümumi inzibatçılıq qaydalarının mürəkkəbliyi" kimi arqumentlərini rədd 

etmişdir. 

 

"Ağlasığan müddətin" meyarları müəyyən edilərkən konkret işin mürəkkəblik dərəcəsi, 



hakimiyyətin işin təhqiqatına yanaşma tərzi, ərizəçinin davranışı, ərizəçinin qanuni hüquqlarının 

realizasiyası üçün vaxt faktorunun əhəmiyyəti, habelə müddətin uzanmasına təsir edən digər xüsusi 

hallar əsas götürülür. 

"Ağlasığan müddətin" qurtarma vaxtı cinayət işlərində Kassasiya instansiyasının son qərarı da daxil 

olmaqla işin icraatının bütün mərhələlərini əhatə edir. Mülki işlərə gəldikdə isə bu müddət düzgün 

tərtib olunmuş iddia ərizəsinin məhkəməyə və ya digər şəlahiyyətli orqana təqdim edildiyi andan 

başlanır. Onun bitmə momentini müəyyən etmək isə çox vaxt çətin olur. Çətinlik ondan irəli gəlir 

ki, əksər mülki işlərdə çıxarılan son qərarla həmin qərarın icrası arasında xeyli müddət keçir və 

yaxud belə qərar bəzi hallarda heç icra olunmur. Respublikamızın təcrübəsində məhkəmə 

qərarlarının icra olunmaması ilə  bağlı çoxlu misallar çəkmək olar. Məhkəmə mülki işlər üzrə 

çıxarılan qərarın icra olunmaması və ya gec icra olunması ilə bağlı müddəti də "ağlasığan müddətə"  

daxil edir. Xornsbi Yunanıstana qarşı (1997-ci il) işdə göstərilmişdir ki, məhkəmənin son və qəti 

qərarının icra olunmamasına dövlətdaxili hüquqda yol verilərsə, onda Konvensiyanın 6-cı maddəsi 

ilə təminat verilən "ədalətli məhkəmə hüququ" illüziya olar. "Hər hansı bir məhkəmənin çıxardtığı 

 

41



qərarın icrasına da 6-cı maddədə nəzərdə tutulan ədalətli məhkəmənin ayrılmaz tərkib hissəsi kimi 

baxılmalıdır"26. 

 

Məhkəmə "ağlasığan müddət" anlayışına təfsir verərkən həm də göstərmişdir ki, cavabdehin 



dövlətdaxili məhkəmə proseslərin uzun müddət davam etməsinə haqq qazandırmaq üçün ölkədə 

ictimai-siyasi vəziyyətə istinad etməsi yolverilməzdir27. 

 

 

d) açıq məhkəmə araşdırması hüququ 



 

Konvensiyanın 6-cı maddəsinin birinci hissəsində göstərilir ki, ədalətli məhkəmə hüququnun əsas 

şərtlərindən biri də məhkəmə araşdırmasının açıq aparılmasıdır. Konvensiyanın 6-cı maddəsi, eyni 

zamanda bu prinsipə müəyyən qeyd-şərtlər etmişdir: "Məhkəmə qərarı açıq elan edilir, lakin 

demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin, 

yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb 

etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi 

xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir 

hissəsində məhkəmə iclasına buraxılmaya bilər". 

 

Məhkəmə milli məhkəmədə qapalı kecirilmiş icraatın Konvensiyanın 6-cı maddəsinin tələblərinə 



zidd olub-olmamasına qiymət verərkən yuxarıda sadalanan şərtlərin hər hansı birinin 

mövcudluquna diqqət yetirir. Əgər həmin şərtlərdən heç biri ortada yoxdursa, Məhkəmə fərdin 

ədalətli məhkəmə hüququnu pozulmuş hesab edir. 

 

Le Kont, Van Leven və De Meyere Belçikaya qarşı (1981-ci il) işdə Məhkəmə göstərmişdir ki, 



tərəflərin hər ikisinin razılığı ilə məhkəmə iclasının qapalı keçirilməsinə yol verilə bilər. 

 

Qeyd edilmişdir ki, məhkəmə qərarları hər bir halda açıq elan edilir və göstərilən istisnalar bu 



prosedura aid deyildir. 

 

Məhkəmələrdə işlərin icraatının açıq aparılması prinsipi və onun məhdudlaşdırmasına səbəb ola 



biləcək qanuni əsaslar Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin beşinci 

hissəsində öz ifadəsini tapmışdır: "Bütün məhkəmələrdə işlərin icraatı açıq aparılır. İşə qapalı 

iclasda baxılmasına yalnız o halda icazə verilir ki, məhkəmə açıq icraatın dövlət, peşə və 

kommersiya sirrinin açılmasına səbəb olacağını güman edir, ya da vətəndaşların şəxsi və ya ailə 

həyatının məxviliyini qorumaq zərurətinin mövcudluğunu müəyyən edir". 

 

Konvensiyanın 6-cı maddəsinin birinci hissəsində nəzərdə tutulan məhdudiyyətlər tam şəkildə 



Konstitusiyada öz əksini tapmayıb. Eyni zamanda, Konstitusiyada nəzərdə tutulan "peşə və 

kommersiya sirri"lə bağlı məsələyə Konvensiyanın müvafiq normasında rast gəlinmir. 

 

Anoloji normalar CPM və MPM-də də təsbit olunmuşdur. CPM-nin 27-ci maddəsi Konstitusiyanın 



oxşar normasını eynilə ehtiva edirsə, MPM-nin 10-cu maddəsində isə problemə geniş yanaşma 

mövcuddur. Burada məhkəmə baxışının aşkarlığına yönələn, həm Konstiusiyada, həm də 

Konvensiyada nəzərdə tutulan bütün məhdudiyyətlər əks olunmuşdur. 

 

Məhkəmə aktlarının bütün hallarda açıq elan olunması ilə bağlı həm MPM-də ( maddə 10.11 ), həm 



də CPM-də (maddə 27.3) ayrıca norma vardır. 

 

42




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə