Avropa İnsan Hüquqları Məhkəməsi və Azərbaycan



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə11/28
tarix14.02.2018
ölçüsü0,54 Mb.
#26965
1   ...   7   8   9   10   11   12   13   14   ...   28

müdafiə vasitələri bitərsə, insan hüquq və azadlıqların müdafiəsi üçün beynəlxalq məhkəmələrə 

müraciət edə bilərlər". 

 

 

 



2.3. Vətəndaşlıq və siyasi hüquq və azadlıqlar 

 

2.3.1. Söz azadlığı (ifadə etmək hüququ) 



 

Konvensiyanın 10-cu maddəsilə tənzimlənən söz azadlığı özündə bir neçə konkret hüquq və 

azadlıqları birləşdirir; 

 

1) öz fikrini ifadə etmək hüququ; 



 

2) mətbuat azadlığı;  

       3) məlumat almaq hüququ; 

 

       4) məlumat yaymaq hüququ; 



 

       5) sosial, irqi, milli, dini ədavətin təbliğatının qadağan olunması. 

 

Bu hüquq və azadlıqlar demokratiyanın zəruri ünsürləri olmaqla yanaşı, həm də Avropa 



Konvensiyasında təsbit edilən əksər hüquq və azadlıqların həyata keçirilməsinin  ilkin şərti hesab 

edilir. 


 

Konvensiyanın bir sıra digər maddələrində olduğu kimi iki bənddən ibarət olan 10-cu maddə də 

analoji struktura malikdir. Birinci bənddə təmin edilən hüquqlar sadalanır, ikinci bənddə isə onların 

həyata keçirilməsinə məhdudiyyətlər qoyan şərtlər göstərilir. Həmin şərtlər yalnız qeyd edilən 

məqsədlərdən ötrü "qanunla müəyyən edilməli" və "demokratik cəmiyyətin tələblərinə cavab 

verməlidir". Belə məqsədlər sırasına Konvensiya aşağıdakıları aid edir: dövlətin təhlükəsizliyi, 

ərazi bütövlüyü, içtimai asayişin mənafeyi, qaydanı qorumaq, cinayətin qarşısını almaq, 

sağlamlığın və ya mənəviyyatın mühafizəsi, digər şəxslərin nüfuzu və ya hüquqların müdafiəsi, 

məxfi qaydada əldə edilmiş məlumatların aşkarlanmasının qarşısını almaq, məhkəmələrin nüfuzunu 

və ya qərəzsizliyini təmin etmək. 

 

Nəzərdə tutulan "məqsədlərin" geniş dairəsi Konvensiyanın 10-cu maddəsini digər maddələrlə 



qarşılıqlı əlaqədə təhlil etməyi zəruri edir. Bundan irəli gələrək bəzi işlər üzrə Komissiya və 

Məhkəmə şikayəti qəbuledilməz hesab etmişdir. Məsələn, 11553/85 saylı ərizəni araşdırarkən 

Komissiya öz şərhində bildirmişdir ki, özünü ifadə etmək hüququ demokratik cəmiyyətin mühüm 

əsası olmaq etibarı ilə həm onun inkişafının, həm də hər bir fərdin özünü realizasiyasının mühüm 

şərtidir. Bununla yanaşı Konvensiyanın 6-cı maddəsinin birinci bəndində təsbit edilən ədalətli 

Məhkəmə təhqiqatına hüququn mühümlüyü də unudulmamalıdır. Məhkəmə prosesinin ədalətli 

həllinə yönələn informasiyanın qarşısının alınması hüquqa uyğundur. 

 

Məhkəmə təcrübəsində Konvensiyanın 10-cu maddəsində işlədilən "ifadə" anlayışına genişləndirici 



təfsir verilir. Handisayd Böyük Britaniyaya qarşı (1976-cı il) işdə Məhkəmə göstərir ki, bu, nəinki 

xeyirxah və ya zərərsiz qiymətləndirilən və ya etinasız qəbul edilən "məlumat" və "ideyaları", həm 

də dövlət və ya əhalinin bir hisəsi tərəfindən həqarətli, utandırıcı və ya narahatlıq doğuran 

 

25




"məlumat" və "ideyaları" da əhatə edir. Bu, demokratik cəmiyyətin zəruri elementləri olan 

plyüralizim, dözümlülüyün və baxışların müxtəlifliyinin tələbidir. Müller İsveçrəyə qarşı (1988-ci 

il) işdə Məhkəmə təsdiq edir ki, "ifadə" anlayışı mədəni, siyasi və sosial məlumatların və müxtəlif 

xarakterli ideyaların içtimai mübadiləsində iştirak etmək imkanını təmin edən yaradıcılıq xarakterli 

ifadələri də əhatə edir. 

 

Komissiya və Məhkəmə təcrübəsində Konvensiyanın 10-cu maddəsinə əsasən mətbuat azadlığının 



müdafiəsinə xüsusi diqqət yetirilmişdir. 

 

Konvensiyanın 10-cu maddəsinin təminatı altına düşən hüquqlar Konstitusiyanın 47 və 50-ci 



maddələrində təsbit edilmişdir. Söz azadlığı 47-ci maddənin 1-ci hissəsində, mətbuat azadlığı 50-ci 

maddənin 2-ci hissəsində, məlumat almaq və yaymaq hüququ isə 50-ci maddənin 1-ci hissəsində 

verilmişdir. Konstitusiya eyni zamanda irqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan 

təşviqat və təbliğatı qadağan edir (47-ci maddənin III hissəsi). Konstitusiya ilə kütləvi informasiya 

vasitələrində, o cümlədən, mətbuatda dövlət senzurası qadağan edilmişdir (50-ci maddənin II 

hissəsi). Əlbəttə, bu məsələlər söz azadlığının çərçivəsi haqqında kifayət qədər aydın təsəvvür 

yaradır. Bununla yanaşı ayrı-ayrı elementlərin təhlili zamanı Məhkəmə təcrübəsinə istinad etmək 

zəruri hesab edilməlidir. 

 

 

 



2.3.2. Dinc yığıncaqlar və nümayiş azadlığı 

 

Hər kəsin dinc yığıncaqlar azadlığına malik olması Konvensiyanın 11-ci maddəsində öz əksini 



tapmışdır. Dinc yığıncaqlar azadlığı, həmkarlar ittifaqı yaratmaq hüququ da daxil olmaqla, 

assosiasiyalar azadlığı ilə bir maddədə nəzərdə tutulub. Bu hüquqlar demokratik cəmiyyətin vacib 

elementləri olub, belə cəmiyyətin sosial dəyərlərinə əsaslanır. Digər normalarda olduğu kimi, 

Komissiya və Məhkəmə bu normaya da genişləndirici təsvir vermişdir. Məsələn: 8191/78 saylı 

ərizəyə şərh verərkən Komissiya belə qənaətə gəlmişdir ki, "bu hüquq həm xüsusi yığıncaqları, 

həm də içtimai yerlərdə keçirilən mitinqləri əhatə edir. Son hüquqla əlaqədar xüsusi icazə 

prosedurunun mövculuğu faktı, bir qayda olaraq, bu hüququn mahiyyətinə toxunmur. Belə 

prosedura, əgər o, yalnız və yalnız hakimiyyətin mitinqin dinc xarakterinin təmin edilməsi 

imkanına yönəlibsə və özü-özlüyündə bu hüququn həyata keçirilməsinə maneçilik törədilməməsinə 

uyğundursa, 11-ci maddənin birinci bəndindəki müddəaların yerinə yetirilməsinə uyğundur". 

 

Bundan başqa, Komissiya hökumət tərəfindən müəyyən şəhərlərdə mitinqlərin müvəqqəti olaraq 



qadağan edilməsini 11-ci maddənin ikinci bəndi nöqteyi-nəzərindən qəbul edilən hesab etmişdi. 

Belə ki, konkret nümayişin keçirilməsi zamanı ümumi təhlükəsizlik və qayda üçün ciddi təhlükə 

mövcud ola bilər. Lakin  belə hallarda dövlət tərəfindən qoyulan məhdudiyyət məhdud coğrafi 

zonanı əhatə etməli və qısa müddətli olmalıdır. 8440/78 saylı ərizəyə baxarkən Komissiya 

göstərmişdir ki, "dinc yığıncaqlar azadlığı dinc nümayiş təşkil etmək niyyətində olan hər bir kəs 

üçün təmin edilir. Əks nümayişin zorakı xarakter daşıması ehtimalı və ya nümayişə həmin 

assosiasiyaya üzv olmayan ekstremistlərin qoşulma imkanı və onların zorakılıq hərəkətləri 

törətmək niyyəti özü-özlüyündə bu hüququ ləğv ed? bilm?z, ... belə mitinqlərə qoyulan hər hansı 

məhdudiyyət bu maddənin ikinci bəndinin müddəalarına uyğun olmalıdır". 

 

Bundan əlavə, Məhkəmənin qənaətinə görə mitinqdə söylənilən fikirlər, səsləndirilən ideyalar bəzi 



dairələrin əleyhinə ola bilər. Əleyhdarların fiziki zorakılıqından qorunmaq imkanı mitinq 

 

26




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə