Amid Əlioğlu



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə13/43
tarix30.10.2018
ölçüsü1,73 Mb.
#76472
1   ...   9   10   11   12   13   14   15   16   ...   43

www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
çevriləndə  atası  ilə  üzbəüz  olması  məni  də 
həyacanlandırmışdı. 
-
 
Anana  nə  olub?!  Doğur?  -  soruşanda  üzünə 
yaraşmayan  mənasız  gülüşü  hiss  etməmək  mümkün 
deyildi. 
O, 
normal 
doğumun  reanimasiyada 
olmadığını bilməyəcək qədər düşüncəsiz insan idi.  
Atası  bu  sözü  deyəndə  Əhmədin  dişi-dişinə 
sıxılmış  halda,  gözlərini  isə  atasının  yaşam  məqsədi 
olmayan  gözlərinə  zilləmişdi.  Nifrət  və  hirs  dolu 
baxışlara daha çox tab gətirə bilməyən kişi Əhmədin 
yanından  ötüb  Reyhan  xalaya  yaxınlaşdı.  Vəziyyəti 
ayaqüstü öyrənən bivec kişi sanki burada qeyri-adi bir 
hadisə olmadığını yəqinləşdirərək dilləndi: 
-
 
Reyhan  bacı,  qorxulu  bir  şey  yoxdu  burda. 
Doğumla  əlaqədardır.  Əhməd  burdadı  da.  Mən 
gedim, bir azdan gələrəm. 
 Səssiz  qalmaqla  kifayətlənən  Reyhan  xalanın 
onsuz da başqa çarəsi yox idi. Həyat yoldaşına laqeyd 
olan  kişiyə  qonşu  olaraq    “Hara  gedirsən  ay  kişi,  bu 
doğumla  əlaqədar  bir  şey  deyil...  Nəsə  ciddi  bir 
məsələ  olmasaydı,  reanimasiyaya  gətirməzdilər. 
Doğuma hələ iki ay var...” – söyləyəsi deyildi ki.  


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
Atası  gedəndən  təqribən  beş  dəqiqə  sonra 
otaqdan  çıxan  həkim  qapının  yanında  duran  Reyhan 
xaladan soruşdu: 
-
 
Xəstənin nəyisiz? 
  Biz də onlara tərəf yüyürdük. 
-
 
Həkim, mən qonşusuyam... 
   Həkimin çaş-baş qaldığı üzündən oxunurdu. 
-
 
Bəs... Bəs xəstənin başqa kimsəsi... 
-
 
Həkim,  oğlu  burdadır,  –  Reyhan  xala 
həyəcanla  həkimin  sözünü  kəsib  tələsik  cavab  verdi. 
Əhməd həkimə çatmışdı artıq. 
-
 
Həkim, anamın vəziyyəti necədi? Nə olub ona? 
  Qorxudan əl-ayağı əsən Əhmədi diqqətlə süzən 
həkim  onu  otağına  dəvət  etdi.  Reyhan  xalanın  da 
onlarla  otağa  girmək  niyyətinə  həkimin  əngəl 
olmasına baxmayaraq, mən içəri keçə bildim. Həkim 
məni görmürdü sanki. 
 Eynəyini  taxıb  masanın  üstündəki  sənədləri 
nəsə  axtarırcasına  vərəqləyən  həkimin  əllərinə  və 
baxdığı yerlərə həm Əhməd, həm də mən, özümüzdən 
asılı  olmayaraq,  diqqətlə  göz  gəzdirirdik.  Nə  o 
danışırdı,  nə  də  mən.  Bir  müddət  davam  edən 
axtarışdan sonra həkim asta səslə Əhməddən: 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
-     Adın nədir, oğlum?- soruşdu. 
-     Əhməd... 
-    Anan  bundan  əvvəl  həkimə  müraciət  edibmi? 
Hamiləliklə əlaqədar analizlər verilibmi? Mən bunları 
bilməliyəm.  Ona  kömək  etmək  üçün  bilməliyəm. 
Anan  yatmış  vəziyyətdədir.  Özündən  soruşa 
bilmədim. 
Atan 
haradadı 
bəs?  Kimin-kimsən 
yoxdurmu sənin, oğul? 
Əhməd  yaşarmış  gözlərilə  bir  müddət  sol 
tərəfindəki  pəncərəyə  baxdıqdan  sonra  danışmağa 
başladı.  İndiyə  qədər  heç  kimə,  heç  yerdə 
danışmadığı  həyat  hekayəsini  dərindən  nəfəs  ala-ala 
danışırdı. 
Söyləyəcəklərinin 
anasına 
yardımçı 
olacağını  düşünən  biçarə  danışdıqca,  az  məbləğdə 
olan  pulunu  cibindən  çıxarır,  əlində  tutub  yenidən 
cibinə  qoyurdu.  Burnunun  ucuna  sürüşdürdüyü 
eynəyinin  üstündən  Əhmədə  baxan  həkim  isə  qalın 
qaşlarını  gah  qaldırıb,  gah  endirirdi.  Əhməd,  sözünü 
bitirdikdən sonra həkim: 
-          Aydındır  oğul,  aydındır.  Deməli,  məsələ  belədir 
də, - deyib təzəcə söhbətə başlayırdı ki, qapını döyüb 
içəri daxil olan tibb bacısı:
 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
-        Həkim,  xəstə  özünə  gəldi,  –  deyəndə  biz  ani 
olaraq  yerimizdən  qalxdıq.  Əhməd  təlaş  içində 
dəhlizə  çıxdı.  Lakin  həkim  onu  saxlayaraq  anasının 
yanına hələ girə bilməyəcəyini söylədi: 
     Əhməd, səbirli ol! Bir məsələni ananla danışım, 
daha  sonra  səninlə  söhbət  edərik.  Otağıma  keç  və 
məni gözlə! 
Bir  müddətdən  sonra  otağına  qayıdan  həkim 
rentgen  kağızlarını  masanın  üstünə  qoyaraq 
pəncərinin  qabağında  durdu.  Bir  qədər  xəstəxananın 
bağını  seyr  etdikdən  sonra  yerinə  keçdi.  Nə 
düşündüyünü  sezmək  çox  çətin  idi.  Barmaqları  ilə 
göz  qapaqlarının  burnuna  yaxın  olan  hissəsini 
ovuşduraraq: 
-
 
Əhməd, sənin anan xəstədir, – dedi.  
  Əhməd  bir  kəlmə  belə  danışmadan  gözlərini 
həkimin  ağzına  zilləmişdi.  Həkim  isə  adi  bir  xəbər 
verirmiş  kimi  rahat  danışırdı.  Onlar  belədir  də.  Ay 
ərzində,  bəlkə  də  gün  ərzində  neçə-neçə  amansız 
xəstəliyin “müjdəçisi” olurlar... 
-
 
Uzun  sözün  qısası,  ananın  döşündə  xərçəng 
var.  Biz  buna  şiş  deyirik.  Çox  təəssüf  ki,  bədxassəli 
şişə çevrilib artıq. 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
Gözünü  hər  qırpanda  kipriyindən  süzülən  yaş 
Əhmədin  ovcunun  içinə  düşürdü.  Həkim  isə  davam 
edirdi: 
-
 
Şiş çox sürətlə irəliləyir. Müalicəsi demək olar 
ki, artıq mümkün deyil. Biz sadacə şişin böyüməsinin 
qarşısını  ala  bilərik.  Kimyaterapiya  sayəsində.  Bu 
isə... 
-
 
Bu isə?... Bu isə nə, həkim? 
-
 
Bu  isə  həm  bahalıdı,  həm  də  uşaq  üçün 
təhlükəlidi. Bir də ki, ümumiyyətlə, anan buna razılıq 
vermir. 
-
 
Başa  düşmədim.  Anam  niyə  razılıq  verməsin 
axı, həkim? 
-
 
Çünki  kimyaterapiya  olunsa,  uşağı  itirmək 
məcburiyyətində qalacaq. 
-
 
Olunmasa  axı,  anamı...  –  “itirmək”  sözünü 
dilinə  belə  gətirə  bilməyən  Əhməd  həyəcanlı  şəkildə 
ayağa qalxdı. 
-
 
Əhməd,  qulaq  as!  Anan  razı  olsa  belə,  bu  iş 
vəsait  tələb  edən  işdir.  Ömrünü  ancaq  bir  müddət 
uzatmaqdan başqa bir işə yaramayacaq. Bir var ikisini 
də itirəsən, bir də var heç olmaya uşağı xilas edək... 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə