Amid Əlioğlu



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə11/43
tarix30.10.2018
ölçüsü1,73 Mb.
#76472
1   ...   7   8   9   10   11   12   13   14   ...   43

www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
Cavidanın  müəmmalı  ölümünü  düşünə-düşünə 
hər  kəsdən  uzaq  düşmüşdüm.  Heç  kimlə  münasibət 
qurmaq  istəmədiyim  barədə  fikirlərimi  Cavidan  hər 
gecə  yuxularımda  dağıdırdı.  Onun  dediyi  əlamətləri 
reallıqda  gördükcə,  təəccüblənirdim.  Cavidanın  o 
dünyadan  məni  gördüyünə  şübhəm  yox  idi.  Verdiyi 
işarələrə görə onun real həyatdakı siması Əhməd idi. 
Sırf  bunun  üçün  Əhmədlə  möhkəm  dostluğumuz 
yaranmışdı.  Hətta  öz  dərslərim  bitəndən  sonra  onu 
gözləyərdim.  Bizim  məktəbdə  on-on  birinci  siniflər 
birinci növbə üzrə, Əhməd kimi aşağı sinif şagirdləri 
isə  günorta  növbəsində  təhsil  alırdılar.  Məktəbə 
dərslər başlamazdan yarım, yaxud bir saat tez gələrdi. 
Həmin müddətdə  söhbətləşmək imkanımız yaranırdı. 
Gecikdiyi  hallarda  narahat  olurdum.  Mütləq  bir 
problem  olduğunu  düşünərdim.  Ona  görə  dərsim 
bitəndən  sonra  Əhməd  yaşadığı  məhəlləyə  gedərdim. 
Bəzən  gecikməsinin  səbəbi  yuxudan  gec  ayılmağı 
olurdu.  Amma  ən  çox  məhəllədən  qonşuların 
getməsini  gözləyərkən  vaxt  itirirdi.  Mən  onun  bu 
xasiyyətinə  çox  vaxt  hirslənirdim.  Qonşulardan  bu 
qədər  çəkinmək  olar?  Səbəbini  soruşurdum,  açıb 
demirdi. Lakin bir dəfə səbəbi özüm aydınlaşdırdım.  


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
Əhməd  yenə  də  görüşümüzə  gecikirdi 
(Dərslərinə isə heç vaxt gecikməzdi). Yenə də onların 
məhəlləsinə  tərəf  yol  aldım.  Yaz  mövsümü  idi. 
Günəşin şüaları ağacların budaqlarında sınaraq ətrafa 
səpələnirdi.  Yasəmənin  ətri  adamın  ağlını  bihuş, 
əhvalını  xoş  edirdi.  Bizim  tərəflərdə  yayın  öldürücü 
istisindən  fərqli  olaraq,  belə  havada  heç  kim  evdə 
oturmur.  Qonşular  ortaq  bir  mövqe  seçərək  yığışıb 
söhbət  edir,  uşaqlar  isə  məhəllədə  müxtəlif  oyunlar 
oynayırlar.  
Evlərinə çatanda Əhmədin tələm-tələsik qapıdan 
atıldığını  gördüm.  Deyəsən  bu  dəfə  səbəb  qonşular 
deyildi.  Çünki  qonşu  qadınlar  hamısı  eyni  anda 
danışaraq  çöldə  söhbət edir,  birinci  növbədə  dərsdən 
çıxan yuxarı sinif qızları laqqırtı vura-vura məhəllədə 
beş addım irəli, üç addım geriyə addımlayırdılar.  
-        Hardasan,  ay  Əhməd?  Bayaqdan  gözləyirəm. 
Gördüm  gəlib  çıxmadın,  narahat  oldum,  –  tez 
dilləndim. 
-          Yatıb  qalmışam.  Atam  da  tez  durub  gedib  deyə 
oyandırmayıb məni. 
Bu  sözləri  dodağının  altında  mızıldanaraq  üst-
başını düzəldirdi. Sol əliylə şalvarının kəmər vurulan 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
hissəsindən  tutub,  sağ  əliylə  isə  köynəyinin  ətəyini 
şalvarının  içinə  tələsik  soxuşdura-soxuşdura  xahiş 
etdi: 
-
 
Sən  qapını  bağla,  mən  şalvarımı  düzəldim, 
gedək. 
Üzbəüz  qonşunun  qapısının  ağzında  yığışan 
qadınların  danışığı  kəsilmişdi.  Üzümü  arxaya 
çevirəndə  onların  diqqətlə  Əhmədə  baxdıqlarını 
gördüm. Elə qapının önündən kənarlaşmaq istəyirdik 
ki, qadınlardan ən qoca olanı rişxəndlə dilləndi:  
-
 
Can  ay  bala,  can.  Anan  onun-bunun  uşağını 
geyindirir, səni geyindirə bilmir, hə? 
Əhməd  üzünü  mənə  tutub  tələsməyimi 
istəyəndə gözləri dolmuşdu artıq. Büruzə verməməyə 
çalışsa  da,  dodaqları  əsirdi.  Biz  uzaqlaşdıqca, 
qadınların səsi ucalırdı. Küçənin tinində oturan avara 
oğlanların  siqaret  çəkməkdən  saralan  dişlərini  sanki 
reklama  çəkilirlərmiş  kimi  bayırda  qoymasını, 
qızların  bizə  baxıb  siçanlara  bənzər  ciyiltili  səslə 
pıçhapıçını  hələ  də  gözümün  önündən  yox  edə 
bilmirəm. 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
-       Səndə günah yoxdu e, ay bala. Ana səhər gedir, 
axşam gəlir. Ata da ki, heç bilinmir nə işlə məşğuldu, 
- deyə başqa qadın uca səslə dilləndi. 
-        Aaz,  o  tərəfdə  pozğun  olub  da  anası.  Başqa  nə 
gözləyirsən ki? – üçüncü qadın nisbətən aşağı tonla o 
biri qonşularına söylədi. 
Və  daha  nələr,  nələr.  Çox  təəssüf  ki,  artıq  başa 
düşmüşdüm  Əhmədi.  Qonşulardan  niyə  qaçdığını, 
səbəbini 
niyə 
deyə 
bilmədiyini 
anlamışdım. 
Məhəllədən  hələ  də  bir  dostunun  olmadığını,  asudə 
vaxtını  məhəllə  uşaqları  ilə  oynamaqla  yox,  yenə  də 
dərs  oxumaqla  keçirməyini,  heç  bir  kütləvi  uşaq 
oyunlarını bilməməsini başa düşmüşdüm.  
Məktəb  müəllimlərinin  də  Əhmədə  olan 
münasibəti  birmənalı  deyildi,  əslində.  Bir-iki 
müəllimdən  savayı,  əksər  müəllimlər  ona  qarşı 
bilərəkdən  diqqətsizlik  edir,  vicdanları  ağrımadan 
qiymətini  kəsirdilər.  Səbəb  isə  sadə  idi  -  maddi 
imkansızlıq.  Mənəviyyatı  dayaz  olan  insanların 
qarşısındakı  adama  verdiyi  dəyər  maddi  olduğundan 
Əhməd  üçün  vəziyyət  heç  də  asan  deyildi.  Mənasız 
məqsədlər  üçün  sinifdə  vəsait  yığımında  hər  dəfə 
xəcalət  çəkirdi.  Adını  pedaqoq  qoyan  bir  çox 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
müəllimlər,  evdəki  vəziyyəti  dərk  edib  pul 
istəməkdən  utanan  uşaqdan  utanmadan  pul  tələb 
edirdilər.  Üstəlik,  bütün  bunlar  könül  verdiyi,  zaman 
keçdikcə,  gözünü  hər  yumanda  xəyalı  qaranlıqlar 
içində  işıq  saçan,  səsini  eşitdikcə  həyacandan  özünü 
itirməsinə  səbəb  olan,  ən  çox  da  anasına  bənzətdiyi, 
qızılı  saçları,  gömgöy  gözləri  ağappaq  bənizinə  son 
dərəcə  mükəmməl  yaraşan  Aydanın  yanında  baş 
verəndə günlərlə özünə gələ bilmirdi.  
Aydan iki qardaşın bir bacısı - həmin məktəbin 
direktor  müavini  Rafiq  müəllimin  qızı  idi.  Atasının 
nüfuzuna  görə  müəllimlərin  ona  yüksək  qiymət 
yazmalarına  baxmayaraq,  dərslərinə  əla  hazırlaşan, 
ədəb-ərkanlı, mədəniyyətli qız idi. Əhmədin ona olan 
isti  duyğularını  hiss  etsə  də,  atasına  və  sinif 
yoldaşlarının  rişxəndli  atmacalarına  tuş  gəlməmək 
üçün  özünü  bu  münasibətdən  kənar  tuturdu.  Buna 
baxmayaraq,  məsələni  sezən  bəzi  sinif  qızlarının 
hərəkətləri  ürək  bulandırır,  həm  onun,  həm  də 
Əhmədin qanını qaraldırdı.  
Beşinci 
sinifdən 
sonra 
Əhməd 
sinif 
yoldaşlarının  təşkil  etdiyi  yeni  il  şənliklərinin  heç 
birində  iştirak  etmədi.  Çünki  iştirakçı  olmaq  üçün 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə