Amid Əlioğlu



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə21/43
tarix30.10.2018
ölçüsü1,73 Mb.
#76472
1   ...   17   18   19   20   21   22   23   24   ...   43

www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
yaşadığım  və  universitetdən  uzaqda  olmayan 
birotaqlı, ümumi həyətli bir evdə edirdik. Və gecədən 
nə  qədər  keçsə  də,  gedib  yataqxanadakı  səliqə-
səhmanı  ilə  bütün  otaqlardan  fərqlənən  otağında 
gecələyirdi.               
Yenə  də  otağındakı  balaca  stola  dirsəklənib 
kitab  oxuyurdu.  Stol  pəncərəyə  söykəndiyindən,  onu 
yataqxananın  birinci  mərtəbəsindəki  otağın,  pərdəsi 
yana  siyirtlənmiş  pəncərəsindən  görmək  olurdu. 
Həmişəki  kimi  üzündəki  təbəssümə  səbəb  olmuş 
səmimi 
hisslərlə 
qarşılanmağımı 
heç 
nəyə 
dəyişmərəm.  Təbii  ki,  o  hisslərin  eynisini  mən  də 
yaşayırdım.  Onunla  söhbət  çox  maraqlı  və 
düşündürücü  idi.  Təhsil  aldığı  ixtisas  üzrə  dərs 
materiallarıyla  yanaşı,  əlavə  bilgilər toplamağı sevən 
Mətləb  bu  sahədə  bəlkə  də  vicdanını  pula  satan 
müəllimlərdən  çox  bilirdi.  Lakin  mərifət  qaydalarına 
layiqincə  əməl  etməsi  çox  vaxt  ziyanına  işləyirdi. 
Hansısa yaramazın atmacasının təsirinə çox asanlıqla 
düşməsi  maneəsini  özü  istəsə  də  aşa  bilmirdi.  Elə 
həmin  gün  də,  söhbətimiz  bu  barədə  idi.  Sonuncu 
avtomobil  məsələsindən  tutmuş,  tələbə  yoldaşlarının 
atmacalarına  kimi  müxtəlif  mövzularda  söhbətlər 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
edirdik  son  vaxtlar.  Telefon  məsələsindən  sonra 
səmimiyyətim 
onu  bu  mövzularda  mənimlə 
həmsöhbət  olmağa  həvəsləndirmişdi.  Onu  son 
dərslərini  buraxmamağa  dəvət  etsəm  də,  çağırışlarım 
işə  yaramırdı.  Yoldaşlarının  atmacalarına  dözə 
bilmirdi artıq. 
-
 
Azər, başa düşmürsən  e, məni. Qardaş, Allaha 
and  olsun,  güclə  dözürəm.  Hər  gün  yataqxanadan 
çıxanda  güzgünün  qabağında  öz-özümə  “heç  kimi 
vecinə alma” deyirəm, amma  auditoriyaya  daxil olan 
kimi əclafların atmacaları vəziyyəti dəyişir. 
-
 
Əlbəttə başa düşürəm, amma nəzərə al ki, hələ 
birinci  kursun,  ilk  semestrini  başa  vurmamısan  heç. 
Qarşıda gör neçə ilin var. Buna uyğunlaşmaq lazımdır 
axı, ay Mətləb. Hər şeyi ürəyinə salsan, söz yox, buna 
heç bir ürək dözməz. 
-
 
Elə  bilirsən  istəmirəm?  Alınmır,  qardaşım, 
alınmır.  Tək  başına  hamısı  ilə  mübarizə  apara 
bilmirəm. 
Gücümlə  alınmır  -  dava  salsam, 
qovulacam.  Sözümlə  alınmır  -  cinsiyyət  orqanı  kimi 
hərəsi  bir  tərəfdən  yersiz  baş  qaldırır.  Elə  ən  yaxşısı, 
onlardan uzaq gəzməkdir, qardaş. 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
-
 
Nə  vaxta  kimi  çarəni  uzaq  gəzməkdə 
axtaracaqsan?  Bəlkə  ayrı-ayrılıqda  söhbət  edəsən 
onlarla? 
-
 
Söhbət?  Onlarla?  Nədən  danışırsan,  dostum? 
Qoyun  sürüsü  kimi  hər  yerə  birlikdə  gedirlər.  Dərs 
bitəndən  sonra  da,  kimisi  şəxsi  maşınına  əyləşərək 
mühərrikinin  səsini  yadplanetlilərə  çatana  qədər 
qaldırır,  kimisi  də  şəxsi  sürücüsüylə  genələ-genələ 
tərk edir universiteti. 
-
 
Hmm... 
-
 
Ona görə də ancaq imtahan günləri universitetə 
gedəcəm.  İmtahanlarımı  verib  geri  qayıdacam.  Sonra 
da  birbaşa  kəndə.  Bir  az  özümə  gəlim,  görək  ikinci 
semestr başımıza nə gəlir... 
 
Budur,  imtahan  günləri  yetişdi.  Dörd  fənn  üzrə 
veriləcək  imtahanların  sonuncusu  idi  -  avtomobil 
tələb  olunanı.  Hər  üç  imtahandan  bütün  suallara 
cavab  verərək  kafi  qiymət  alan  Mətləb  hər  dəfə 
təəssuratlarını bölüşmək üçün yanıma gəlirdi. Dərslər 
bitdiyinə  görə,  dükanda  boş  vaxtım  çox  olurdu. 
Qiymət 
almasına 
baxmayaraq,  bikef  olduğu 
gözlərindən  görünürdü.  Səbəb,  əlbəttə,  şöhrətpərəst 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
yığınının  aşağılayıcı  hərəkətləri  idi.  Görünür, 
avtomobil  üçün  tələb  olunan  məbləği  vermədiyinə 
görə  bir  az  artıq  pul  yığan  tələbə  yoldaşları  dillərini 
itiləyib gəlirlərmiş imtahana. 
Üçüncü  imtahandan  çıxandan  sonra  şəhəri 
dolaşmaq  istədiyini  söyləyəndə  mən  də  ona 
qoşuldum.  Dəniz  kənarında  gəzə-gəzə  söhbət  etmək 
pis  olmazdı,  düşündüm.  Universitetin  yaxınlığında 
yerləşən  metro  stansiyasına  enənə  qədər  hər  ikimiz 
susduq.  Mətləb  yaman  fikirli  idi.  Bu  səssizlik  biz 
metroya  enərkən,  oradan  çıxan  sərnişinlər  üçün 
“Hörmətli,  bakılılar  və  şəhərimizin  qonaqları”  xitabı 
ilə başlayan bildirişin səslənməsinə qədər davam etdi. 
Mətləb  xəfif  gülüşlə  çiyinlərini  atanda  əvvəlcə 
anlamadım  onu.  Söhbətdən  sonra  dörd  aydır  istifadə 
etdiyim  metroda  səslənən  o  bildiriş  məni  də 
düşündürdü: 
-
 
Azər, sən bakılısan? – soruşdu təbəssümlə. 
-
 
Yox... – dedim.  
-
 
Bəs qonaq?  
-
 
Necə  yəni  qonaq?  –  hələ  də  söhbətin  nədən 
getdiyini anlamırdım. 
-
 
Yəni, Bakıda qonaqsan? – gülümsəyirdi. 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
-
 
Elə  çıxır  ki,  hə.  Müvəqqəti  kirayədə  qalıram. 
Beş-altı aya gedəcəm kəndə. Nədi ki? 
-
 
Deyəcəm,  narahat  olma,  –  platformaya 
yaxınlaşanda  söylədi:  –  Bəs  yaxşı,  rayondan  uzun 
illər  öncə  gəlib,  burada  ev-eşik  sahibi  olan,  daimi 
yaşayanlar necə, bakılıdırlar, yoxsa qonaq? 
Platformada  adamlar  çoxalırdı.  Mən  isə 
Mətləbin  sualını  cavablandıra  bilmirdim.  Bir  qədər 
düşündükdən sonra dilləndim: 
-
 
Onlar  nə  bakılıdırlar,  nə  də  qonaq.  Məncə,  bu 
elanda  “qonaq”  deyəndə  xarici  qonaqları  nəzərdə 
tuturlar... 
Aramızdakı  səmimiyyət  imkan  verirdi  ki, 
Mətləb  əlini  çiynimə  atıb  son  sözlərimə  gülsün. 
Sürətlə  platformaya  yaxınlaşmaqda  olan qatarın işığı 
onun  az  öncəki  gülüşdən  yaşaran  gözlərini 
işıqlandırırdı.  Yeraltı  qatarın  gəlişilə  yaranan  süni 
külək  isə  dostumun  saçlarını  qarışdırdı.  Əyləclərin 
səsindən eşidilmədiyini bilib qulağıma yaxınlaşdı: 
-
 
Bəs niyə azərbaycanca?!... 
Qapılar  açıldı  və  biz  vaqona  daxil  olduq. 
Sonuncu sual beyin qatlarımı lərzəyə gətirmişdi: “Bəs 
niyə  azərbaycanca?”.  Həqiqətən,  əgər  elan  xarici 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə