Amid Əlioğlu



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə16/43
tarix30.10.2018
ölçüsü1,73 Mb.
#76472
1   ...   12   13   14   15   16   17   18   19   ...   43

www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
elə  bil.  Bütün  bunlara  istəsəm  də  müdaxilə  edə 
bilmirdim.  Əhmədi  onların  tikanlı  ağuşundan  alıb 
qaçmaq  istəyirdim,  amma  alınmırdı.  Dörd-beş 
saniyəlik  sakitliyin  ardından  Aydan  yaşananlara  tab 
gətirməyərək  sinif  otağını  tərk  etdi.  Otaqdakılar  isə 
davam edirdi: 
-          Vallah  də,  -  başqa  qız  qoşuldu  söhbətə,  -  belə 
namus-qeyrət  qarovulçususansa,  ananı  camaatın 
atmacalarından 
qoruyardın 
da! 
– 
deyəndə 
sinifdəkilərin  rişxəndli  gülüşləri  Əhmədi  özündən 
çıxardı. Bir anda açıq pəncərəyə qalxaraq gözlərimin 
içinə  baxdı.  Mən  özümü  itirmişdim.  Nə  etmək 
istədiyini  anlamırdım.  Amma  o,  yaş  dolu  gözləri  ilə 
mənim təəccübdən bərəlmiş gözlərimin içinə baxaraq: 
-
 
Bacım  sənə  əmanət!  –  deyib  özünü  boşluğa 
buraxdı.  Bir  anda  sinfi  başına  alan  qara-qışqırıq  hər 
kəsi  çaş-baş  salmışdı.  Hamı  pəncərələrin  qarşısında 
izdiham  yaratdığı  halda,  mən    birbaşa  aşağı  –  həyət 
tərəfdən  pəncərinin  altına  yüyürdüm.  Əhmədin 
düşdüyü  bom-boz  asfalt  qana  boyanmışdı.  Lakin 
Əhməd...  Qalxıb  getdiyini  düşündüm.  Hayqırdım, 
dəfələrlə çağırdım, hər tərəfə qaçdım dəli kimi, amma 
yox  idi,  Əhməd  yox  idi.  Günlərlə  məhəllələrinə, 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
evlərinə  getdim,  soruşdum,  amma  Əhməddən  sorağı 
olan tapmadım. Əhməd cismini belə bu dünyaya çox 
görmüşdü.  Onu  da  özü  ilə  o  biri  dünyaya  aparmışdı 
sanki.  Bu  nə  demək  idi  axı?!...Öncə  Cavidan,  sonra 
Əhməd.  Dostluqda  hansı  qəbahəti  işlətmişdim  ki, 
onları  xatırlamağım  üçün  məzarlarını  belə  çox 
gördülər mənə?! Bəs deyirdilər insan ruhən köçür bu 
dünyadan? Bəs deyirdilər ruh özü ilə cismi aparmır? 
Bu  dünyaya  o  qədərmi  nifrət  edirdilər  ki,  birdəfəlik 
getdilər?.  Offf!..  Bu  nədir  belə?  Bəlkə  mən  də  tərk 
edim  bu  etibarsız  dünyanı.  Kimim  var  ki,  daha?... 
Cavidana verdiyim söz olmasaydı, düşünmədən...  
 
Bir müddət sonra bacısını təhvil verdiyi körpələr 
evinə  getdim:  qızcığazı  götürmək  üçün.  Rayonda 
yalnız  bir  yerdə  olan  körpələr  evindən  elə  bir  qızın 
qeydiyatda  olmamasının  deyilməsi  məni  çaş-baş 
salmışdı.  Nə  qədər  araşdırdım,  olmadı.  Həmin 
müddət  ərzində  körpələr  evinə  Sveta  adlı  körpənin 
verilməməsi sənədlərlə sübut olundu... 
 
 
 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
 
ÜÇÜNCÜ HİSSƏ 
MƏTLƏB 
 
Bir dəfə baş verən şey, daha heç vaxt baş verməyə bilər. 
Amma iki dəfə baş verən şey,  
mütləq üçüncü dəfə də baş verəcək. 
Braziliya yazıçısı və şairi Paulo Koelyo 
 
 
Universitetə  qəbul  olunandan  sonra  necə 
“böyük”  iş  gördüyünü  dərk  etmişdi,  əslində.  Gözü 
yaşlı, kədərli, qəmgin və fikirli valideynləri gördükcə, 
bu  barədə  düşünürmüş.  İmtahan  öncəsi,  imtahan 
günü,  imtahandan  sonrakı  həyəcanını  bölüşənlərə 
təəccüblə  qulaq  asır,  imtahana  qədər  necə  əziyyət 
çəkdiyini, 
gecələr 
yatmayıb 
səhərədək 
dərs 
oxuduğunu,  fərdi  məşğələ  tapşırıqlarını  çatdıra 
bilmək üçün məktəbə günlərlə getməyən dost-tanışını 
heç  cür  anlamırmış.  Dərslərini  yaxşı  oxumasına 
baxmayaraq,  valideynləri  onu  da  fərdi  məşğələ  üçün 
əlavə hazırlığa yazdırıblarmış. Onlar “Camaat bizə nə 
deyər?”  adətiylə  yaşadıqları  üçün  Mətləb  də  bu 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
prinsipə  boyun  əyməli  imiş.  Hər  dəfə  bütün  bunlara 
ehtiyac  olmadığını  desə  də,  valideynlərinin  fikrincə, 
universitetə  qəbul  olunmayacağı  təqdirdə,  qonum-
qonşu, 
qohum-əqraba 
Mətləbi 
yox, 
onları 
qınayacaqmış.  Hətta  bir  dəfə  belə  söhbət  olubmuş 
aralarında: 
-
 
Ədə,  sənin  hazırlığının  vaxtı  deyil?  Çantan-
zadın burdadı ki hələ. 
-
 
Ee,  ay  ana,  nəyə  lazımdır  axı  bu  “məllim 
yanına” getmək?! 
-
 
Qələtini elə, dur, geyin,çıx evdən! 
-
 
Allah  haqqı,  məktəbdə  öyrədilənləri  keçirlər. 
Onsuz da bunların hamısını altıncı və yeddinci sinifdə 
oxumuşam... 
-
 
Mətləb,  bizdən  çox  biləcəysən  sən?  Hər  il 
çətinləşir e, qəbul imtahanları. O vaxt imkanımız yox 
idi  deyə,  hazırlığa  qoymadıq  qardaşını.  O  da  getdi 
pulluya  düşdü.  Atan  da  razı  olmadı.  Qohum-əqrəba 
içində  utandığımdan  ölürdüm.  İkinci  il  bir  fəndən 
müəllim  yanına  qoyduq,  universitetə  asanca  daxil 
oldu.  
-
 
Qoymasaydız da... 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
-
 
Sözümü  kəsmə!  Eybi  yox,  sən  pulluya  düş, 
amma təki qəbul ol... 
Mətləb  valideynlərinin  təkidilə  Azərbaycan, 
eləcə də  ingilis dili, riyaziyyat və coğrafiyadan  əlavə 
hazırlığa  gedib.  İki  il  hazırlığa  getməsinə 
baxmayaraq,  məktəbdə  öyrəndiklərini 
yazıbmış 
imtahanda.  Coğrafiya  və  riyaziyyatdan  istəməsə  də, 
getməli imiş. Çünki hər iki müəllim məktəbdə həmin 
fənlərdən  Mətləbə  dərs  verirdilər.  Bu  onun  üçün  on-
on birinci sinfi həmin fənlər üzrə “kafi” qiymətlə başa 
vurması  demək  imiş.  Necə  ki  Azərbaycan  dili  üzrə 
başqa  müəllimin  yanına  getdiyinə  görə  məktəbdəki 
müəllimi  11-ci  sinfə  qədər  hər  rüb  onun  qiymətini 
kəsirmiş... 
İmtahan  günü  də  həyəcanlı  olmayıb  Mətləb. 
Ailə  üzvlərinin  də  həyəcanını  anlaya  bilmirmiş. 
Düşünürmüş  ki,  abituriyent  on  bir  il  öyrəndiyinin 
müəyyən  hissəsini  qeyd  etməlidir.  Özü  də  variantlar 
şəklində.  Yəni  bir  sualın  cavabını  dəqiq  bilməyə 
ehtiyac  da  yoxdur.  Ən  azından  uyğun  gəlməyən 
cavabları  “ləğv”  etməklə  lazımi  cavabı  tapmaq 
olurdu.  


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə