Amid Əlioğlu



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə9/43
tarix30.10.2018
ölçüsü1,73 Mb.
#76472
1   ...   5   6   7   8   9   10   11   12   ...   43

www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
 
İKİNCİ HİSSƏ 
BOŞLUQDAKI QURTULUŞ 
 
 
Nə üçün insanlar çoxluğun ardınca gedərlər? Ona görə 
ki, çoxluq haqlıdır? Xeyr, ona görə ki, çoxluq güclüdür. 
Fransız riyaziyyatçısı, fiziki,  
filosofu və yazıçısı Blez Paskal
 
 
 
 
-                Sən  mənim  canım,  yadındadır?  “A”  hərfini 
yazmağı mənə sən öyrətmişdin. 
-             Nə bilim... yadımda deyil. 
-           Necə yadında deyil e? Müəllim lövhədə hərfi 
yazdı,  hamı  da  ona  baxıb  köçürürdü.  Mən  yaza 
bilmirdim.  Yerimiz  də  yanaşı  idi.  Əlimdən  tutub  sən 
öyrətdin mənə. 
-            Ay  Əhməd,  9  il  keçib  ee  üstündən.  Necə 
yadımda qalsın?! 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
-    Eeeh,  Telman,  amma  mənim  yadımdan  heç  vaxt 
çıxmır... 
Tənəffüs  üçün  ayrılan  vaxtın  bitdiyini  bildirən 
məktəb  zənginin  səsi  eşidiləndə,  Əhməd  üzünü  sinif 
yoldaşlarına tutaraq: 
-
 
Zəng çalındı, gəlin gedək - dedi.  
Telman  diliylə  qurumuş  çayır  otunun  nisbətən  qalın 
hissəsini ağzında sağa-sola hərəkət etdirə-etdirə: 
-                Siz  gedin.  Mən  bu  dərsə  girməyəcəm,    – 
söylədi. 
-            Dəlisən sən? Lətafət müəllimənin dərsidir e, 
– deyə Əhməd xəbərdarlıq etdi. 
-                  Elə  ona  görə  girmirəm  də,  -  Telman  gülərək 
davam  etdi  -  Ürəyim  sıxılır  onun  dərsində.  Həm  də 
doqquzuncu sinifdə oxuyuruq, ay Əhməd. Bizim dərs 
oxuyan vaxtımızdı?! 
-             Özün bil. Məndən soruşsa... 
-        Səndən soruşsa, deyərsən anası harasa göndərib 
-  sonra  əlavə  etdi,  -  Oxuyub  nə  olacaqsan  e,  guya? 
Növbəti dəfə güləndə ona Yusif, Heydər və Taleh də 
qoşuldu. 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
Maraqlıdır  ki,  bu  söhbət  sinfin  əlaçısı  -  sinif 
nümayəndəsi Əhməd ilə sinfin ən zəif şagirdi Telman 
arasında gedirdi.  
 
Əslində  mənim  də  yadımdan  çıxmır.  Onlar 
birinci  sinifdə  oxuyanda  mən  beşinci  sinif  şagirdi 
idim.  Əhmədlə  Telman  ilk  sırada  yan-yana 
əyləşirdilər. Bu yer Telmana anası Xavər müəlliməyə 
görə,  Əhmədə  isə  boyu  balaca  olduğu  üçün 
verilmişdi.  Birinci  dərs  ilinin  ilk  günlərinin 
həyəcanını yaşayan birincilər ətrafı müşahidə etməklə 
məşğul  idilər.  Sevil  müəllimə  şagirdlərə  əlifbanın  ilk 
hərfini  öyrədirdi.  Çox  təcrübəli,  savadlı  pedaqoq 
olduğundan,  valideynlər  öz  övladlarını  onun  sinfinə 
yazdırmaq  üçün  az  qala  növbəyə  dururdular.  Məhz 
buna  görə  də  sinifdə  yeddi  müəllim  uşağı  oxuyudu. 
Hamısı  da  elə  həmin  məktəbin  müəllimlərinin 
övladarı.  Söz  yox,  ön  sıralardakı  oturacaqlar  da 
onların övladlarına “hədiyyə” edilmişdi. 
Sevil müəllimə şagirdlərinə övladı kimi yanaşar, 
onlar  arasında  ayrı-seçkiliyə  yol  verməzdi.  Çox 
mədəni  və  sakit  qadın  idi.  Dərs  vaxtı  hansısa  səbəbə 
görə  sinifdən  çıxmaz,  şagirdlərini  heç  vaxt  otaqda 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
qoyub  başqa  müəllimin  yanına  getməzdi.  Əksinə, 
dərs  vaxtı  müəllim  yoldaşları  onun  yanına  gələndə 
narahat olardı. Hətta bir dəfə belə bir hal yaşanmışdı. 
Qonşu  otaqda  ibtidai  sinif  rəhbəri  olan  Sənubər 
müəllimə,  etik  qaydaları  pozaraq  Sevil  müəllimənin 
otağının  qapısını  açdı  və  ərklə  içəri  daxil  oldu. 
Nədənsə  həmin  vaxt  mən  də  orda  idim.  Sinifdə  tam 
sakitlik  hökm  sürürdü.  İri  bədən  quruluşuna  malik 
Sənubər 
müəllimə  yeridikcə  onun  ağırlığına 
dözməyərək  qəribə  səs  çıxaran  döşəmənin  cırıltısı 
aydın  eşidilirdi.  O,  Sevil  müəllimənin  yanına  çatar 
çatmaz: 
-           Nətərsən, gözəl? – gülüşündən sünilik yağırdı. 
-            Yaxşıyam,  çox  sağ  ol.  Dərsin  yoxdur?-  deyə 
Sevil müəllimə asta səslə soruşdu. 
-          Var.  Tapşırıq  vermişəm.  Onlar  yazana  kimi 
dedim görüm neynirsən, necəsən? 
 Sevil müəllimə gülümsəyərək: 
-            Ay  Sənubər,  çox  sağ  ol,  amma  bunu  tənəffüs 
vaxtı etmək olmazdımı?  
-              Əşşi,  tənəffüsdə  gözünü  açıb-yumursan,  vaxt 
bitir də. Hə, de görüm neynirsən? – Bir anlıq susdu - 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
Yaxşı yadıma düşdü, Sabir müəllimin oğlunun toyuna 
gedəcəksənmi? 
      Qismət olsa, getməyinə gedəcəm e, amma... 
Sevil  müəllimə  bütün  şagirdlərin  diqqətinin  bu 
dialoqda  olduğunu  sezmişdi.  Vəziyyətdən  çıxmaqda 
çətinlik çəkən müəllimə anidən bir çarə tapdı. Bu çarə 
Sənubər müəllimənin dili ilə danışmaq idi:
 
-
 
Sənubər,  bir  10  dəqiqəyə  mən  də  bunlara 
tapşırıq verim, gələrəm sənin otağına danışarıq, olar? 
          Sənubər müəllimə təəccüb içində: 
-        Sən  mənim  otağıma  gələnsən,  ay  Sevil?  Məni  
burda aldadırsan, -  deyərək gülümsədi. 
-          Bu dəfə çalışacam gəlim. 
-         Yaxşı, nə deyirəm, mən gedim onda. 
Amma  həmin  dərs  bitənə  qədər  Sevil  müəllimə 
otaqdan kənara çıxmadı.  
Əhmədgilin  sinif  rəhbəri 
olanda 
Sevil 
müəllimənin, səhv etmirəmsə, əlli-əlli bir yaşı olardı. 
Bəstə  boyu,  nurlu  sifəti  ona  xüsusi  gözəllik  verirdi. 
Saçlarına  vaxtından  əvvəl  dən  düşməsinin  səbəbi 
həyat  yoldaşını  gənc  yaşlarında  itirməsi  idi.  Başında 
həmişə  yaylıq görərdin. Şagirdlərinə ürəkdən “oğlum 
–  qızım”  deməsi  onu  digər  müəllimlərdən 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə