Amid Əlioğlu



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə10/43
tarix30.10.2018
ölçüsü1,73 Mb.
#76472
1   ...   6   7   8   9   10   11   12   13   ...   43

www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
fərqləndirirdi.  O  qədər  səmimi  idi  ki,  şagirdləri 
müəllim əvəzinə ona çox vaxt “mama” da deyərdilər. 
O hamıya eyni gözlə baxıb, eyni həvəslə dərs keçərdi. 
Ön sıralarda müəllim övladlarının əyləşməsi də onun 
istəyi  ilə  olmurdu.  Övladını  onun  sinfinə  yazdıran 
digər  müəllim  yeni  dərs  ilinin  ilk  günü  uşağının 
əlindən  tutub  qabaq  sıraya  əyləşdirərdi.  Sevil 
müəllimə  də  aradakı  münasibətlərə  görə  etiraz  edə 
bilmirdi çox vaxt.   
Müəllim uşağı olduğu üçün Telman birinci sinfə 
qədər  hərfləri  yazmağı  artıq  bacarırdı.  Odur  ki,  “A” 
hərfini  lövhədə  görən  kimi  tapşırığa  əsasən  dəftərin 
bir  üzünə  ard-arda  yazıb  bitirmişdi.  Ona  görə  də 
bekarçılıqdan  ətrafı  müşahidə  etməklə  məşğul  idi. 
Əhməd  isə  hərfi  yazmaqda  çətinlik  çəkirdi.  Bunu 
görən  Telman  bacarığını  nümayiş  etdirirmiş  kimi 
həmin hərfi yazmaq üçün qələmi hardan hara hərəkət 
etdirməyin  yolunu Əhmədə göstərməyə başladı. Mən 
gözucu Sevil müəlliməyə  baxanda, onun bu hadisəni 
izlədiyini  gördüm.  Qətiyyən  mane  olmadı.  Onsuz  da 
müəllim  kimi  hər  bir  hərfin  necə  yazılacağını  fərdi 
olaraq  bütün  şagirdlərə  izah  edirdi.  Amma  o,  bu 
prosesə  mane  olmadı.  Düşünürəm  ki,  əsl  pedaqoq 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
məhz  belə  də  olmalıdır.  Bir-birini  yeni  tanıyan 
uşaqların  yardımlaşmasını,  bilgi  paylaşmasını, 
dostluq  münasibəti  qurmasını  görmək  ona  zövq 
verirdi.  
Bütün  çətinliklərə  baxmayaraq,  Əhməd  dərsləri 
çox  tez  mənimsəyirdi.  Dərs  oxumağı  özü  üçün 
hobbiyə çevirən bu qabiliyyətli məktəbli birinci sinfin 
sonunda  bilikləri  mənimsəmə  səviyyəsinə  görə  digər 
şagirdlərdən  fərqlənirdi.  Qaydalara  görə  hər  sinifdə 
ən  yaxşı  oxuyan  şagird  “sinif  nümayəndəsi”  olmalı 
idi. Lakin ibtidai sinfi bitirənə qədər Əhməd oxuduğu 
sinifdə  həmin  “vəzifə”  boş  qaldı.  Məktəbin  tarixində 
indiyə  qədər  belə  bir  hal  olmamışdı.  Çıxılmaz 
vəziyyətdə  qalan  Sevil  müəllimə  üçün  bir  tərəfdə 
həmkarlarının xahişi, digər tərəfdə isə Əhməd var idi. 
O,  sinif  nümayəndəsi  kimi  sevimli  şagirdini  görmək 
istədiyini  beşinci  sinfin  ilk  dərs  günü  fənn  otağına 
daxil  olub  yeni  sinif  rəhbərinə  bildirmişdi.  Həm 
şagirdlər, həm də onların valideynləri əmin idilər: bu 
şəxs Əhməd idi...  
Şərəf  lövhəsində  onun  şəkli  hər  il  yenilənirdi. 
Dərslərinə  həmişə  hazırlıqlı  olan  Əhmədin,  sinif 
yoldaşlarından fərqli olaraq, bütün fənlərə həvəsi var 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
idi.  Dərslərini  bir  gün  belə  buraxmaz,  hətta  ən  sərt 
hava  şəraitində  də  sinifdə  öz  yerini  tutardı.  Başqa 
uşaqlara  nisbətən  sarışın  saçları,  göy  gözləri  ona 
xüsusi  yaraşıq  versə  də,  boyu  sinif  yoldaşlarının 
hamısından  alçaq  idi.  Evin  tək  övladı  olmasına 
baxmayaraq,  ailədə  heç  bir  imtiyaza  sahib  deyildi. 
Anası  rus,  atası  azərbaycanlı  idi.  Əhməd  özü  bu 
barədə  danışmazdı.  Onların  ailəsi  ilə  bağlı  bütün 
məlumatları  atası  fəhləliklə  qazandığı  beş-on  manatı 
spirtli  içkiyə  verib  sərxoş  olandan  sonra  danışırmış 
yoldaşlarına.  Bütün  qohum-əqrəbası  başqa  rayonda 
yaşayırdı.  Atası  Əhmədin  anası  ilə  Rusiyada  işlədiyi 
vaxtlarda  hər  gün  getdiyi  kafedə  tanış  olub.  Qadın 
həmin  kafedə  ofisiant  işləyirmiş.  Onunla  evlənməyi 
öz  ailəsinə  qəbul  etdirə  bilmədiyi  üçün  həyat 
yoldaşıyla  birlikdə  ata-ana  ocağına  yox,  əsgər 
yoldaşının  yaşadığı  uzaq  bir  rayona  gəliblər. 
Gəldikdən  bir  ay  sonra  Əhməd  dünyaya  gəlib. 
Dostunun  köməkliyilə  daxma  kimi  yerdə  məskən 
quran  gənc  ailə  çox  çətinliklər  çəkib.  Bir  neçə  ildən 
sonra  anası  işləmək  istəsə  də,  atası  mental  dəyərlərə 
söykənərək,  qəti  etiraz  edib.  Lakin  sonralar  ailənin 
iqtisadi  vəziyyətinin  daha  da  pisləşməsi  atasını  həyat 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
yoldaşının  uşaq  baxıcısı  kimi  fəaliyyət  göstərməsinə 
razı  salıb.  Həmin  dövrdə  Əhməd  ya  beşinci,  ya  da 
altıncıcı  sinifdə  oxuyurdu,  yanılmıramsa.  Səhər  saat 
doqquzda  işə  başladığı  evə  tələsdiyi  üçün  anası 
Əhmədin  paltarlarını  axşamdan  ütüləyir,  yeməyini 
hazır edərdi. Əhməd ikinci növbə oxuduğundan və ev 
tapşırıqlarını axşamdan yerinə yetirdiyindən səhər bir 
qədər  çox  yatmaq  imkanına  malik  idi.  Atasının  işi 
olmayanda  birlikdə  nahar  edər,  daha  sonra  geyinib 
dərsə yollanırdı. Lakin atası tez çıxanda Əhməd üçün 
çətinlik  yaranırdı.  Ya  oyadan  olmadığı  üçün  evdən 
tez-tələsik çıxırdı, ya da nahar süfrəsi aça bilmədiyinə 
görə dərsə ac gedirdi. Amma o, bu çətin şəraitə görə 
valideynlərindən 
incimirdi. 
Əhməd  hələ  uşaq 
yaşlarından həyatın soyuq üzünə qarşı əynindəkinə və 
əlindəkinə  bürünməyi  öyrənmişdi.  Üşüsə  də  büruzə 
vermirdi.  Onu  ən  çox  üşüdən  böyükdən-kiçiyə 
qonşuların  atmacaları  idi.  Hər  gün  evdən 
çıxmamışdan  öncə  dəfələrlə  ətrafı  müşahidə  edərdi. 
Məktəbə uzanan yolda qonşulardan kiminsə gəldiyini 
sezərdisə, hətta yolunu da dəyişərdi... 
 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə