Amid Əlioğlu



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə43/43
tarix30.10.2018
ölçüsü1,73 Mb.
#76472
1   ...   35   36   37   38   39   40   41   42   43

www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
telefonun  naqilini  şəbəkədən  ayırırdılar.  Atam  hər 
səhər  bununla  bağlı  müvafiq  yerlərə  müraciət 
edəcəyini  desə  də,  unudurdu.  Həmin  ərəfədə 
gördüyüm  yuxuların  birində  o  zəngin  mənə  gəldiyi 
işarə  olunmuşdu.  Odur  ki,  bir  gecə  hamı  yatandan 
sonra  telefonun  naqilini  şəbəkəyə  birləşdirərək 
otağıma gətirdim. Bir qədər gözlədikdən sonra telefon 
zəng  çaldı.    Dəstəyi  götürməyimlə  “Alo”  deməyim 
bir oldu.  
-
 
Sənsən?!-    Xırıltılı  və  sakit  səslə  dillənən 
Günay idi. 
-
 
Hə,  mənəm.  Necəsən,  hardasan?  Nə  olub 
sənə...–  soruşdum  ama  o,  sözümü  kəsərək  tələsik 
danışmağa başladı. 
-
 
Qulaq as! Həmin gün hamilə olduğumu anama 
deyəndə  məni  döyməyə  başladı.  Atam  xəbər  tutan 
kimi  əsəbindən  ürəyi  tutdu.  Dəhşətli  bir  gün  idi. 
Sabahı  gün  uşağı  abort  etdirmək  üçün  məni 
xəstəxanaya  apardılar.  Xəstəxananın  həyətindən 
düşüb  qaçdım,  –  asta  səslə  danışsa  da  ağlamağı  hiss 
olunurdu,  –  məni  öldürəcəklərilə  qorxutdular.  Razı 
olmadım. Bir həftədən sonra atam başqa yerdən aldığı 
evə köçdük. 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
-
 
Bəs... 
-
 
Sözümü  kəsmə,  qurban  olum!  On  beş  gün 
bundan  əvvəl  oğlumuz  dünyaya  gəldi...  –  bu  sözləri 
deyəndə  kəlmələr  boğazında  ilişib  qalırdı.  Sakit 
şəkildə  hönkürtü  ilə  ağladığını  eşitdikcə,  ürəyim 
parçalanır, göz yaşlarım yastığımı isladırdı... 
-
 
Uşağımızı  güc-bəlayla  əlimdən  alıb  hansısa 
körpələr evinə apardılar. Qurban olum, onu tap! Səhv 
eləmirəmsə...  –son  cümləsini  eşidə  bilmədim. 
Qulağımda telefonun məşğul siqnal səsləri gəlirdi... 
Ətrafda  və  kənarda  nə  qədər  körpələr  evi  var 
idisə,  hamısına  üz  tutdum.  Hansı  körpələr  evinə 
verildiyini,  uşağın  adını,  nə  də  digər  zəruri 
məlumatları  bilmədiyim  üçün  heç  yerdən  mənə 
kömək  edən  tapılmadı.  Günlərlə  zəng  gözlədim  ki, 
bəlkə  Günay  zəng  vurub  dəqiq  məlumat  verər, 
amma...Görünür,  həmin  gecə  mənimlə  danışdığı  üzə 
çıxdığı üçün onu telefondan məhrum etmişdilər. 
 
O  gündən  sonra  həyatdan  tam  məhrum  olmuş 
şəkildə  gün  keçirməyə  başladım.  Hər  kəsdən 
soyumuş,  cəmiyyətdən  üz  döndərmişdim.  Atamın 
təkidilə  qəbul  olduğum  Tibb  Universitetində  aldığım 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
təhsil  də  mənə  kömək  etmirdi.  Zaman  keçdikcə 
valideynlərimin  əvvəlcə  məni  bağışladığını,  daha 
sonra  isə  məni  evləndirmək  istədiklərini  anlamağa 
başladım. Amma hər dəfə məsələni uzatdım.  
Daha  sonra  təsadüfən  əlimə  keçən  fərdi  inkişaf 
vəsaiti  mənim  həyatımı  dəyişdi.  İnglis  dilini 
bildiyimdən o kitabı oxumaq mənim üçün o qədər də 
çətin  olmadı.  Əvvəlcə  özümdə  yaranan  dəyişikliyi, 
sonra  isə  o  kitabdan  öyrəndiklərimi  insanlara  tətbiq 
etdiyim  üçün  onlarda  mənə  qarşı  yaranan  dəyişikliyi 
görməyə  başladım.  Onlarla  öz  dillərində  danışmağa 
başladım.  Öyrəndiklərim  sayəsində  hər  kəsə  qulaq 
asmaq 
istədiyini 
danışdım,  baxmaq  istədiyini 
göstərdim.  Baxmayaraq  ki,  onlar  həm  “kar”  idilər, 
həm  də  “kor”.  Çünki  eşitmək  -  qulaq  asmaq, 
baxmaqsa görmək deyil. Fəqət onlar bunu istəyirdilər. 
Daha  sonra  mənim  hisslərimi  keçirən  insanları 
həyatdan  zövq  almaları  üçün  cəmiyyətə  qaytarmaq 
qərarına  gəldim.  Əmin  idim  ki,  “karlar”  və  “korlar” 
onsuz  da  müraciət  etməyəcəklər.  “Öncə  özünü  tap, 
sonra  hamı  səni  axtaracaq!”-  devizi  ilə  seminarlar 
təşkil etməyə başladım.                          


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
Azər  adlı  bu  gənci  tanıdığım  on  gün  idi.  Varlı 
ailənin  yeganə  övladı  olduğu  üçün  bütün  imkanlarla 
təmin  edilməsinə  baxmayaraq,  həmin  yaşayışdan 
zövq  ala  bilmirdi.  Tez-tez  depresiyaya  düşür, 
tənhalığa  qapılırdı.  Dəfələrlə  çarəni  canına  qəsd 
etməkdə  görən  bu  gənci,  əslində,  dərin  düşüncələrə 
malik  bir  şəxs  kimi  tanımağa  başladım.  Bunları 
onunla 
söhbət 
apardıqca 
daha 
dərindən 
öyrənəcəkdim. 
Rəhbəri  olduğum  fərdi  inkişaf  akademiyasının 
sosial  şəbəkədə  olan  səhifəsindən  bizimlə  əlaqə 
saxlayan  Azəri,  əvvəlcə  qeyri-ciddi  qəbul  etsələr  də, 
sonralar  şəxsi  səhifəsini  incələyən  ekspertlərim 
onunla  görüşmək  qərarına  gəliblər.  Başqaları 
tərəfindən psixoloji xəstə kimi görünən Azər, əslində, 
çox  intellektual,  kifayət  qədər  çağdaş  elmi-dünyəvi 
biliklərə  sahib,  geniş  dünyagörüşü  dünya  və  görüşlə 
bitməyən,  fikirləri  ilə  normal  beyinləri  düşündürən, 
lakin  bunları  qarşısındakına  rahatlıqla  ifadə  edə 
bilməyən,  üstəgəl,  onu  başa  düşən  bir  kimsənin 
olmadığına özünü inandırmış şəxs idi.  
Şirkətimi  yeni  qurduğum  dövrlərdə  bizə 
müraciət  edən  insanlarla  şəxsən  məşğul  olduğum 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
halda,  sonralar  gündən-günə  böyüyən  və  böyük 
təlabat  duyulan  akademiyada  yalnız  master-klassları 
özüm  tədris  etməyə  başladım.  Yetişdirdiyim  altı 
təlimçi  və  iki  psixoloq  indi  təməlini  qoyduğum  bu 
işin  öhdəsindən  uğurla  gəlirlər.  Özüm  də  ixtisasca 
həkim  olduğum  üçün  gördüyüm  işlər  faydasını 
verməyə  başlayıb.  Kurslarımıza  yazılmaq  istəyən 
insanlar  əvvəlcə  fərdi  olaraq  qəbul  edilir,  onlarla 
söhbətlər  aparılır,  təlimlər  haqqında  məlumatlar  
verilir,  şəxsin  təqdim  etdiyimiz  xidmətlərin  hansına 
uyğun olduğu müəyyənləşdiririk. 
İşgüzar  keçən  oxşar  günlərdən  birində  iş 
otağımdan  çıxıb  dəhlizlə  giriş  qapısına  doğru 
irəliləyirdim.  Bu  zaman  diqqətimi  -  jalüzün 
arakəsmələri  mane  olduğu  üçün  -  simasını  tam  görə 
bilmədiyim  bir  gənc  cəlb  etdi.  Əllərini  masanın 
üstündə  birləşdirən,  gözlərini  barmaqlarına  zilləyən, 
pəncələrini  döşəməyə  sıxan,  dabanlarını  sürətlə 
qaldırıb-endirən  bu  şəxsin  özünü  rahat  hiss  etmədiyi 
hər  saniyəsindən  hiss  olunurdu.  Duruxa-duruxa  nəsə 
danışmağa  çalışır,  təlimçi  isə  maraqla  ona  qulaq 
asırdı. Onlara hiss etdirmədən bir az da yaxınlaşanda 
danışıqlarını  açıq-aşkar  eşidirdim.  Əslində  əsas 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
məqsədim  təlimçimin  onu  diskomfort  sahədən 
komfort  sahəyə  keçirməsini  görmək  idi.  Odur  ki, 
əməkdaşımız Eldarın növbəti sualını eşidə bildim. 
-
 
Azər,  bəs  sən  özün  necə,  bütün  bu 
danışdıqlarına inanırsan? 
          Azər  bir  qədər  fikrə  gedəndən  sonra  həvəssiz 
və inamsız tərzdə: 
-
 
Nə bilim, - dedi və yenə susdu. Ayaqlarını hələ 
də sürətlə yuxarı-aşağı hərəkət etdirdi.  
Bir  qədər  susandan  sonra  danışmağa  davam 
edən  Azər  hərdən-bir  başını  qaldıraraq,  otağın 
müxtəlif  yerlərinə  baxır,  elə  həmin  nöqtələrə  də 
fokuslanırdı. 
 -        Əslində mən elə hesab edirəm ki, əgər fərdlərin 
düşüncəsi dəyişsə, bəlkə buna nail olmaq olar. Onda 
yəqin cəmiyyət də düzələr. 
-
 
Mən  səninlə  tam  razıyam,  –  Eldarın  özü  də 
gözəl  bilirdi  ki,  ideal  insan  olmadığı  kimi,  ideal 
cəmiyyət  də  yoxdur.  Amma  Azərin  fikrinə  hörmət 
əlaməti  olaraq  bunu  deməli  və  onun  öz  fikrinə 
inamını artırmalı idi ki, söhbət baş tutsun.  Bəlkə elə 
buna  görə  Azərin  ayaqlarının  titrəməsi,  bir  anlıq  da 
olsa, dayandı və sonradan nisbətən asta sürətlə davam 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
etdi.  –  Həqiqətən  də,  adamlar  öncə  kim  olduqlarını, 
insan kimi nəyə qadir olduqlarını düzgün dərk etsələr, 
onda  sən  deyən  kimi,  normal,  bəlkə  də  ideal 
cəmiyyətdə yaşayardıq.  
Azər  sanki  neçə  ildən  sonra  ilk  dəfə  idi  ki,  ona 
nəinki  qulaq  asan,  hətta  fikirlərini  dəstəkləyən  adam 
tapırmış  kimi  həyəcanlandı.  Artıq  gözlərini  müxtəlif 
yerlərə  yox,  Eldara  tərəf  dikən  Azər  ayaqlarını  da 
yellətmirdi.  Akademiyanın  təlimçisi  Eldarın  Azəri 
komfort sahəyə gətirməsini görmək mənə xüsusi zövq 
verirdi.  
-
 
Hə,  düzdür,  Eldar  müəllim.  Mən  də  onu 
deyirəm  də...  -  Eldarın  yaratmış  olduğu  atmosferdən 
məmnunluğu gözündən oxunan Azər bir sağa, bir sola 
hərəkət  edərək  yerini  rahatlayıb  davam  etdi.  - 
İnandırım sizi, kimə deyirəm, elə hesab edir  ki, guya 
mən  dünyanı  təkbaşıma  xilas  etmək  istəyirəm...  – 
Onun dodağında təbbəssüm cücərirdi artıq.  
           Eyni təbəssümlə Eldar Azərə: 
-
 
Gəl  belə  danışaq,  bizim  aramızda  elə  də  çox 
yaş  fərqi  yoxdur.  Odur  ki,  xahiş  edirəm,  mənə 
müəllim demə! Bir də mümkünsə, siz-miz məsələsini 
də yığışdıraq. Razılaşdıq? – dedi. 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
          Təəccüblə  Eldarın  üzünə  baxan  Azər  xəfif 
təbəssümlə: 
-
 
Necə məsləhətdir, – bildirdi.  
-
 
İndi,  buyur,eşidirəm  səni!  –  deyə  Eldar  sağ 
əlini  ona  tərəf  ehmalca  işarə  edirmiş  kimi  uzadıb 
sonra  geri  çəkdi.  Azər  isə  dərindən  nəfəs  alıb  sözə 
başladı.  Bu  arada  mən  məqsədimə  çatdığım  üçün 
çıxışa  doğru  üz  tutmaq  istəyirdim  ki,  onun  sözləri 
yenidən  məni  ayaq  saxlamağa  vadar  etdi.  Yenə 
çevrilib onlara qulaq asmağa başladım... 
-
 
Universitet  vaxtı  fəlsəfə  müəllimim  Diogen 
haqqında danışanda, doğrusu, mövzunun mahiyyətini 
yaxşı  dərk  etməmişdim.  Filosof  kimi  tanındığından 
yüzlərlə  insanın  onun  tələbəsi  olmaq  müqabilində 
xeyli pul ödəmək istədiyinə baxmayaraq, Diogenin bu 
təklifləri 
qəbul 
etmədiyini, 
Afinada, 
şəhər 
meydanındakı  çəlləkdə,  bazar  artıqlarını  təmizləyib 
yeməklə  yaşadığını,  gündüz  vaxtı  neft  lampası  ilə 
insan  axtarışına  çıxdığını  eşitsəm  də,  buna  ciddi 
yanaşmamışdım.  Onun  yaşadıqlarını  öz  dövrü  ilə 
bağlamış,  indiki  zamanda  yaşadığım  üçün  özümü 
xoşbəxt  hesab  etmişdim.  Amma  hazırda  onunla 
ruhəkizi  olduğumu  düşünürəm.  Yaşım  artdıqca, 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
ətrafımdakılardan 
zəhləm 
gedir, 
qeyri-səmimi 
olduqlarını  açıq-aşkar  görür,  xəyanətlərinə  dözə 
bilmirəm.  Maddiyatdan  beşəlli  yapışan  bu  insanlarla 
mənəviyyata dair heç nə danışmaq olmur. Adama dəli 
kimi  baxırlar.  Belə  bir  şəraitdə  hansı  inkişafdan 
danışmaq olar?! 
           Eldarın sol qaşını qaldıraraq ona qulaq asması 
diqqətimdən  yayınmadı.  Azər  isə  həyəcan  qarışıq 
rahatlıqla danışmağa davam edirdi.  
-
 
Onların  sayəsində  verdiyim  bütün  qərarlar 
səhv 
olurdu.  İş  qurmaq  istədim,  alınmadı. 
Etibarımdan  istifadə  edib  məni  gözüm  görə-görə 
aldatdılar. Başqa bir iş qurmaq istədim valideynlərim 
dəstək olmadı. Dəfələrlə dostlarımla birlikdə bir  yerə 
qoyduğumuz söz müxtəlif adamlar vasitəsi ilə önümə 
çıxırdı.  Hər  dəfə  ortalıqda  mən  qalırdım.  Bircə 
onlardan  uzaqlaşmaq  qərarım,  baxıram  ki,  indiyə 
qədər  verdiyim  ən  doğru  qərardır...  –  O,  ürəyini 
boşaldırdı  sanki.  Gülümsədi.  Eldar  da  Azərə 
qoşularaq gülümsəyib, onun sözünə əlavə etdi: 
-
 
Deməzdim ki, təkcə o qərarın doğrudur.  
           Azər  gülümsəməsinə  ara  verib  Eldarın 
ağzından çıxacaq sözü gözləyirdi.  


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
-
 
Bax, onların sayəsində sən ikinci doğru qərarı 
vermisən...  Bura  gəlmisən...  –  əməkdaşımın  bu 
sözlərindən sonra qeyri–ixtiyari onların gülüşünə mən 
də  qoşuldum.  Bu  oğlanın  fikirləri  məni  əməlli-başlı 
cəlb  etmişdi.  Belə  dəyərli  fikirlər  sahibinin  lazımlı 
insan olacağını düşünüb onu cəmiyyətə qaytarmaq və 
bu  prosesdə  şəxsən  özüm  iştirak  etmək  qərarına 
gəldim.  Bunu  qapı  pusmaqla  deyil,  onunla  şəxsən 
özüm məşğul olmaqla edəcəkdim... 
Qapıya  yaxınlaşanda  Eldarın  mənə  tərəf 
baxmasıyla  Azər  də  özündən  asılı  olmayaraq,  üzünü 
qapıya  tərəf  çevirdi.  Hər  ikisilə  uzaqdan  salamlaşıb 
Eldara 
məsləhətləşmə 
bitəndən 
sonra  yanıma 
gəlməsini 
tapşırdım. 
Günün 
ikinci 
yarısına 
planlaşdırdığım  işimi  sabaha  saxlayıb  otağıma 
qayıtdım. Bir müddətdən sonra qapı döyüldü və Eldar 
içəri daxil oldu.  
-
 
Eşidirəm,  müəllim,  –  Eldar  təəccüblü  səslə 
dedi. 
-
 
O oğlanla neylədin? Hansı kursu istəyir? Əsas 
problemi nədir? 
-
 
Əslində  ilk  baxışda  onu  depressiyaya  meylli 
birisinə 
oxşatdım,  –  Eldar  asta  addımlarla 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
yaxınlaşaraq  stul  çəkib,  mənə  yaxın  əyləşdi.  – 
Həyatda  onu  yaşamağa  həvəsləndirən,  motivasiya 
oyada  biləcək  çox  az  dəyərlər  var.  Bir  çox  psixoloji 
məqamlardan 
məlumatlıdır 
deyə 
psixoloqa 
yönəltmədim.  Bunu  etməyin  mənası  da  yoxdur. 
Çünki psixoloqlardan zəhləsi gedir. Düşünür ki, onlar 
boş-boş  danışır,  lazımsız  dərmanlarla  insanları 
aldadırlar.  Zənnimcə,  onu  fərdi  motivasiya  kursuna 
dəvət etsək, daha faydalı olar. 
-
 
Onunla özüm məşğul olacam, – deyəndə Eldar 
duruxdu.  Çünki  xeyli  müddət  idi  ki,  ilk  müraciət 
edənlərə  seminar  keçmirdim.  Bir  qədərara  verəndən 
sonra soruşdu: 
-
 
Bəs hansı qrupa yazaq? 
-
 
Onu  tək  qəbul  edəcəm.  Sabah  onunla  əlaqə 
saxla  və  saat  on  birdə  onunla  görüşmək  istədiyimi 
bildir, xahiş edirəm. 
           Eldar  təəcübünü  gizlədə  bilməsə  də,  məndən 
əlavə heç nə soruşmadı. 
Ertəsi  gün  saat  on  birə  beş  dəqiqə  qalmış  Azər 
artıq  mənimlə  üzbəüz  oturmuşdu.  Solğun  bənizli, 
ruhən  yorğun,  qarışıq  düşüncəli,  mürəkkəb  hissiyatlı 
bu  gənci  həqiqətən  də  cəmiyyət  bu  günə  salmışdı. 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
Ona  baxdıqca,  öz  gəncliyimi,  indiki  çağımı 
görürdüm,  o  danışdıqca,  özümü  eşidirdim  sanki. 
Azərin  yaşında olanda cəmiyyətə olan nifrətimi onun 
da  gözündə  görə  bilirdim.  Ətrafdakı  insanların, 
sevdiklərimizin, 
hətta 
valideynlərimizin 
diqqətsizliyinə,  cahilliyinə,  xurafatına  dair  onlarla 
misal 
çəkirdi. 
Ona 
qulaq 
asdıqca, 
nəinki 
fikirlərimizin,  hətta  vücudumuzun  da  bir-birinə 
bənzəməsi  məni  təəccübləndirirdi.  Bu  insanda  məni 
çəkən  nəsə  var  idi.  Bu  onun  mənim  gəncliyimə 
bənzəməsi,  həmin  yaşdakı  düşüncələrimizin  eyniliyi 
deyildi,  nəsə  başqa  bir  şey  idi.  Bunu  özü  haqqında 
danışdıqca biləcəkdim. 
Son bir neçə  gün imiş ki, ailəsindən ayrılıb tək 
yaşayırdı.  Valideynləri  həddindən  artıq  varlı-dövlətli 
olsa  da,  Azər  onlarla  yaşayan  zaman  özünü  heç  vaxt 
rahat hiss etməyib. Atasının dayaz düşüncəli, anasının 
isə  lovğa,  özündənrazı  olduğunu  açıq  etiraf  edirdi. 
Ayrılmaqlarına  səbəb  isə  atasının  Azəri  evə  gec 
gəldiyi  üçün  vurması  olub.  Azər  ona  etiraz  edəndə, 
möhkəm içkili olan ata hər şeyi dilinə gətirərək indiyə 
qədər elədiklərini onun üzünə deyib. Sən demə, Azər 
onların  heç  doğma  övladı  da  deyilmiş.  Körpələr 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
evindən  övladlığa  götürüldüyü  deyəndə  ürəyim 
dayanmışdı  az  qala.  Mən  əmin  idim  ki,  Azər  elə 
mənim övladımdı. Onun sonrakı sözlərini eşitmirdim. 
O  danışır,  mən  isə  ona  baxaraq  həmin  günləri 
xatırlayırdım.  Durub  boynunu  qucaqlayıb,  -  “Sənin 
atan  mənəm,  oğlum!”  -  deyə  çığırmaq  istəyirdim, 
amma bunu etmək olmazdı. Bu, sadəcə, mənim əmin 
olduğum bir  hiss  idi.  Heç  bir rəsmi sübutu  olmayan, 
lakin  mənəvi  dəlili  olan  bir  fakt  idi.  O,  mənim 
oğlumdur! Mən buna adım kimi əmin idim... 
Nahar  vaxtı  yetişdiyi  üçün  onu  israrla  yeməyə 
dəvət  etdim.  Artıq  tamamilə  açılışmış  Azər  də 
mənimlə  söhbət  etməyə  sevinirdi.  Naharda  da 
söhbətimiz  çox  maraqlı  alındı.  Kitab  yazmaq 
istədiyini,  lakin  ürək  etmədiyini  bildirəndə,  ona 
yüksək  motivasiya verdim,  yazacağı təqdirdə  onu öz 
vəsaitim  hesabına  nəşr  etdirməyi  boyun  oldum. 
Cəmiyyət 
haqqında 
düşündüklərini 
kağıza 
köçürməklə  ürəyini  boşaldacağına  inandıra  bildim 
onu.  O  qədər  sevindi  ki,  bir  an  öncə  gedib  yazmağa 
başlamaq istədiyin sevinclə bildirdi. 
Həmin  gün  onu  yaşadığı  yerəmən  apardım. 
Bəhanəm  də  bu  oldu  ki,  evləri  yolumun  üstündədir.   


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
Mənzilini  dəqiq  bilməsəm  də,  binanı  və  girişi 
yadımda saxladım. Onunla son söhbətimizdən üç gün 
sonra görüşəcəkdik. Bir-iki dərs fərdi, daha sonra isə 
on  nəfərlik  qrupda  məşğul  olacaqdım  ki,  bəzi 
komplekslərindən  xilas  olsun.  Amma  alınmadı,  Azər 
görüşə  gəlmədi.  Təyin  etdiyimiz  görüşə  gəlməyincə, 
daha  üç  gün  gözləmək  qərarına  gəldim.  Çox  üstünə 
gedib sıxmaq istəmirdim.  
Amma  təəssüf  ki,  cəmiyyət  öz  işini  görmüşdü. 
Onu  o  qədər  sıxmışdı  ki,  Azər  canına  özü  də 
bilmədən  qəsd  etmişdi.  Yuxarıda  oxuduqlarınızı  beş 
günə  yazmışdı.  Həm  də  dayanmadan,  fasilə 
vermədən.  Evdə  qələm  olmasına  baxmayaraq, 
axırıncı  vərəqləri  qanı  ilə  yazan  Azər,  söz  verdiyi 
kimi, nəyin bahasına olsa da yazını bitirmişdi.  
Yazdıqlarını  ilk  dəfə  oxuyanda,  onunla 
söhbətimizi  xatırladım.  O,  insan  haqqında  öz 
fikirlərini 
bildirəndə, 
əvvəl  təəccüblənmişdim. 
Əsaslandırmağa  çalışırdı  ki,  hər  bir  insanın  təbiətdə 
ekvivalenti  mövcuddur.  Kimisi  özü  də  bilmədən 
hansısa  heyvanla,  kimisi  hansısa  bitkiylə,  kimisi 
hansısa  daşla  ekvivalentdir.  Özünü  isə  pişiklə 
bərabərləşdirən  Azər  təbəssümlə  doqquz  canlı 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
olduğunu  bəyan  edirdi.  Özü  kimi  bu  taleyi  yaşayan 
onlarla insanın mövcudluğunun altından xətt çəkərək, 
onların  necə  “öldürüldüyünün”  şahidi  olduğu  üçün 
əzab  çəkdiyini  deyirdi.  Odur  ki,  bu  əzabdan  yaxa 
qurtarmaq  üçün  bizə  müraciət  edərək  ilk  addımı 
atmışdı.  Lakin  bizim  görüşümüzdən  sonra  başladığı 
bu  yazının  ilk  kəlməsini  yazarkən,  harda  olduğunu 
unudacaq  qədər  daxili  dünyasında  azan  Azərə  son 
anda  yetişməsəydik  bəlkə  o  da  yaşamayacaqdı.  O, 
gah həbsxanada - bərbad bir biçimdə, gah da həyatın 
müxtəlif  mərhələlərində  “yaşayaraq”  “ölmüşdü”. 
Bütün intihar edən qəhrəmanlarının meyitinin gözünə 
görünməməsinin  tək  səbəbi,  onların,  ümumiyyətlə, 
mövcud  olmaması idi. Bu müddət ərzində  apardığım 
araşdırmalar  nəticəsində  öyrəndim  ki,  Azər  əslində 
ögey  atasının  müxtəlif  rayonlarda  işi  ilə  əlaqədar 
olaraq  dörd  dəfə  məktəb  dəyişib  və  hər  dəfə  özəl 
məktəblərdə  təhsil  alıb,  yəni  nə  Cavidanı,  nə  də 
Əhmədi  bu  qədər  yaxından  tanıya  bilməzdi.  Bundan 
başqa,  Azər  ümumiyyətlə  hərbi  xidmət  keçməyib. 
“Atası” hansısa yolla onun görən gözünü demək olar 
ki,  kor  kimi  qeydiyyatdan  keçirib.  Ən  diqqət  çəkən 
məqam isə onun heç vaxt uzun müddətli xəstəxanada 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
yatmamış  olmasıdır...  Belə  çıxır  ki,  qələmə  aldığı 
bütün hadisələr ya tamamilə xəyal məhsuludur, ya da 
kimlərinsə  yaşadığı  həyat  hekayələrində  özünü 
onların  yerinə  qoymaqla,  səkkiz  dəfə  qəlbən, 
doqquzuncu dəfə isə az qala, cismən öləcəkdi. Və özü 
bunu bilməsə də, onun “dostları”nın qatili elə onların 
adlarının baş hərflərində gizlənmişdi... 
 
Mən  isə  bu  sətirləri  öz  evimdən  yazıram. 
Masamda  Azərin  iki  il  bundan  əvvəl  sonunu  qanla 
qələmə  aldığı  əlyazmaları  və  indicə  gəlinim 
tərəfindən  hazırlanan  isti  kofem,  yanımda  balaca 
səbət  yatağına  qoyulmuş  və  yuxusunda  cənnəti 
dolaşan  nəvəm,  önümdə  isə  payızın  yaratdığı  qızılı-
qırmızılı  meşəyə  açılan  pəncərəmdən  görünən  və 
yaşamaqdan zövq alan oğlum - mənim üçün dünyanın 
ən yaxşı yazıçısı Azər... 
 
Bakı - Şirvan  
May - dekabr 2014 
 

Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə