Amid Əlioğlu



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə15/43
tarix30.10.2018
ölçüsü1,73 Mb.
#76472
1   ...   11   12   13   14   15   16   17   18   ...   43

www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
-      Qardaşlar,  nə  məsələdir?  –  soruşanda  onların  üç 
nəfər olmağı görünür Əhmədi qətiyyən qorxutmurdu.  
-      Başa  düşmədim,  –  deyə  dəmir  barmaqlıqlardan 
meymun  kimi  sallanan,  əzələlərini  hər  kəsə  daha 
qabarıq  göstərmək  üçün  bədəninə  yapışan  köynək 
geyinmiş  oğlan  üzünü  bizə  tərəf  çevirəndə  sifətinin 
çopurları ilk baxışdan adamı diksindirirdi.  
-
 
Deyirəm  nə  məsələdir?  –  sualını  təkrarlayan 
Əhməd artıq hirsli olduğunu büruzə verirdi.  
-
 
Mən də dedim ki, başa düşmədim. 
Onlarla  burun-buruna  idik.  Ani  davanın  qoxusu 
gəlirdi.  Həm  sinif  qızları,  həm  də  oğlanlar  prosesi 
izləməklə kifayətlənirdilər. Dərsin başlanmasına işarə 
verən  zəngin  səslənməsi  ilə  şagirdlər  binaya  daxil 
olduqca  həyətdə  seyrəklik  yaranırdı.  Hətta  Əhmədin 
sinif  yoldaşları  da  müəllimlərin  iradından  qorxaraq 
sinif otaqlarına üz tuturdular.  
-
 
Onlar  mənim  sinif  yoldaşlarımdı.  Niyə  söz 
atırsız? – deyə Əhməd davam etdi. 
Saqqız  çeynədiyindən  sözləri  əməlli  deyə 
bilməyən ikinci oğlan dilləndi: 
 
-
 
Lap yaxşı. Bizim də xoşumuza gələn qızlardı.  


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
Aydanın da, o qızların arasında olmasını nəzərə alsaq, 
Əhmədin hövsələdən çıxması an məsələsi idi. 
-
 
 Bir  də  ki  sənə  nə  dəxli  var?  O  qədər  oğlanın 
içində bir sənəmi qaldı onların... 
Oğlanın sözünü kəsən Əhməd: 
-        Onlar görməyiblər yəqin sizi. Mən görmüşəm, 
mən gəlmişəm, – bildirdi. 
-        Qaqaş, sən o qızlara “atviçatsan”? – Bayaqdan 
danışmayan,  saçına  yaxdığı  geldən  başının  dibi 
görünən sısqa oğlan ciyiltili səslə dilləndi. 
Əhmədin  onun  gözlərinə  hirs  ilə  baxmağı 
oğlanın  susmasına  kifayət  etmişdi.  Mən  özümü 
Əhmədlə  onların  arasına  salıb  hər  iki  tərəfi 
sakitləşməyə  və  məsələni  sülh  yolu  ilə  həll  etməyə 
dəvət  etdim.  Bir  tərəfdən  də,  sinif  otağının  laybalay 
açılmış  pəncərələrində  nəinki  məktəblilərin,  hətta 
bəzi 
müəllimlərin  tamaşaya  baxırlarmış  kimi 
düzülməsi məni hövsələdən çıxarırdı. 
Əhməd hər üçünə xəbərdarlıq edərək: 
-
 
Nə  isə,  bir  də  belə  şey  olmasın,  gedin,  – 
deyəndə  sir-sifəti  çopur  olan  və  ortada  dayanan 
özündənrazı  oğlanın  əlilə  Əhmədin  sinəsindən 
itələyərək: 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
-
 
Əşşi,  get  işinlə  məşğul  ol!  –  deyə  ucadan 
söyləməsi  bardağı  daşırdan  son  damla  oldu.  Heç 
kimin  ağlına  belə  gəlməyən  cəldliklə  alnını  oğlanın 
sifətinə  var  gücü  ilə  çırpan  Əhmədi  belə  əsəbi 
görməmişdim. Bir andaca ara qarışdı. Onlardan sısqa 
olanı  özündən  asılı  olmayaraq  geri  çəkiləndə  digəri 
Əhmədin  qarnına  tərəf  təpik  atdı.  Bir  əlilə  oğlanın 
ayağından  tutan  Əhməd  sağ  ayağıyla  onun  tək 
ayağına  şiddətli  zərbə  endirəndə,  başa  düşdüm  ki,  o, 
sanki  həmin  təpiyi  gözləyirmiş.  Saniyələr  içində  baş 
verən  çarpışmaya  mənim  də  qoşulmağıma  gərək 
qalmamışdı.  Bayaqdan  lovğalığından  az  qala 
partlayan oğlan  yerdə  qıvrılır, o birisi isə ayağını iki 
əli ilə tutub acı çəkdiyini, istəməsə də, büruzə verirdi. 
Üçüncü  isə  elə  bil  bayaqdan  hadisələrin  içində  olan 
adam deyildi. 
İşə  onsuz  da  gecikdiyim  üçün  birinci  dərsi 
buraxmalı olan Əhmədlə  ikinci dərs başlayana  qədər 
məktəbin həyətindəki oturacaqda əyləşərək gözləməli 
olduq. 
Tənəffüs  vaxtı  yuxarı  siniflərin  dərs  aldığı 
üçüncü  mərtəbənin  314  saylı  sinif  otağına  Əhmədlə 
bir  yerdə  qalxdıq.  Yoldaşları  otağın  müxtəlif 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
yerlərində  toplaşaraq  qızğın  müzakirələr  aparan 
vəkillərə  bənzəyirdilər.  Heç  kimə  fikir  vermədən 
pəncərinin  yanındakı  yerinə  doğru  istiqamətlənmiş 
Əhmədə  yönələn  həsəd  dolu  baxışları  uzaqdan  sezə 
bilirdim.  İkinci  dərsin  başlanmasına  üç-dörd 
dəqiqədən  bəlkə  də  az  vaxt  qalmışdı.  Az  əvvəl 
yaşanan  hadisənin  təsirindən  çıxa  bilməyən  qızların 
Əhmədə  təşəkkür  etməsini  səbirsizliklə  gözləyirdim. 
Və  həmin  qızlardan  biri  –  yerişi,  duruşu,  geyimilə 
oğlanların  həmişə diqqət mərkəzində olanı gərgin səs 
tonu ilə dilləndi: 
-
 
Əhməd... 
           Barmaqları  ilə  qızarmış  alnını  ovuşduran 
Əhməd  əlini  saxlayıb  üzünü  qıza  tərəf  çevirdi.  Qız 
davam etdi: 
-
 
Sən  özünü  nə  hesab  edirsən  ki?  Onları  niyə 
döydün? İçlərindən biri xalamgilin qonşusudur. Mənə 
görə  gəlib.  Sənə  nə  dəxli  var  axı?  -  deyəndə 
təəccübümdən  damarlarımda  qanım  dondu  sanki. 
Əsəbindən dişlərini qıcamağı dodağının  altında açıq-
aşkar bilinən Əhməd əllərini  yumruq halında sıxaraq 
ayağa  qalxdı.  Bunu  görən  digər  qızlardan  biri  özünü 
qabağa verərək: 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
-
 
Solmaz düz deyir də. Sənin nəyinə gərək? Üzr 
istəmək  əvəzinə,  üstəlik,  hirslə  ayağa  da  qalxırsan. 
Gəl bir bizi də döy... 
Gördüklərimə və eşitdiklərimə inana bilmirdim. 
Əhməd bu həyasız qızlardan ötrümü özünü təhlükəyə 
atmışdı? Bu idimi onların təşəkkürü? 
Qızlar  onun  qarşısında  yarımdairə  şəklində 
düzülərək  hərəsi  bir  söz  deyirdi.  Artıq  qızların 
söhbətinə  onlardan  geri  qalmayan  oğlanlar  da 
qoşulmuşdu.  Hadisə  baş  verməmişdən  əvvəl  qızlara 
yaxın  oturacaqda  əyləşmişlərin  arasında  sifəti 
yadımda qalan - təlxək kimi deyib-gülən oğlanlardan 
biri dilləndi: 
-
 
“İgid”, özünü kimə göstərirsən ki? Bizdən belə 
qollu-biləklisən? Biz onların cavabını verə bilməzdik 
guya? 
Əhməd  onların  gözlərinin  içinə  baxmaqdan 
başqa heç nə etmirdi. Sinif yoldaşları söz demək üçün 
sıraya düzülərək onun üstünə addımlayırdı. Əhmədin 
isə gözləri, zənnimcə, Aydanı axtarırdı. Qızlardan bir 
başqası: 
-          Qızların  qədrini  belə  bilənsən,  get  bacına  sahib 
çıx da, – deyəndə Əhmədi də, məni də cərəyan vurdu 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə