Amid Əlioğlu



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə2/43
tarix30.10.2018
ölçüsü1,73 Mb.
#76472
1   2   3   4   5   6   7   8   9   ...   43

www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
“gülmür”,  ədəbi  mühitimizdəki  mürəkkəb  proseslər, 
söz  sənəti  cameəmizdəki  qruplaşmalar,  dəstəbazlıq, 
“xəttə  düşmək”  kimi  incə  tərəflər  ən  istedadlı 
yazıçının belə əksər hallarda kölgədə qoya, arxaya ata 
bilər.  Zatən  tarix  boyu,  elə  indinin  özündə  də  böyük 
ədəbiyyatda,  dünya  ədəbi-kulturoloji  proseslərində 
sadalanan cəhətlər hökmranlıq edib... 
Gənc  nasirin  oxuculara  təqdim  olunan  “İntihar 
edənlərin  qatili”  ilk  ənənəvi  –  kağız  kitabındakı 
(bayaq  da  qeyd  etdiyim  kimi,  ən  yeni  nəslin 
nümayəndələri  öz  əsərlərini  əksər  hallarda  heç 
“mürəkkəbi  qurumamış”,  yaxud  indiki  dövrlə  ifadə 
etsək, kompyüterə yığılandan sonra müəllif tərəfindən 
ikinci  dəfə  oxunub  redaktə  -  korrektə  etməmiş 
İnternet  saytlarına,  sosial  şəbəkələrə,  bloqlarında 
yerləşdirirlər...) 
eyniadlı  modern-virtual  əsərini 
romaniçi  hekayələr  də  saymaq  mümkündür,  eyni 
zamanda, 
bir  qəhrəman  ətrafında  baş  verən 
hadisələrin  magik  proza  formasında,  vahid  şüur 
axınına  tabe  edilmiş  ziqzaqvari  süjet  xəttinə  malik 
roman da. Maraqlıdır ki, həmyaşıd yazarlara rəğmən, 
A.Əlioğlu bu əsəri araya-ərsəyə çıxarana qədər qəribə 
bir  “art-PR”  aksiyası  keçirdi:  romanını  gizli  şəkildə 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
qələmə aldı, haqqında nə ənənəvi mətbuatda, nə ədəbi 
mühitdə,  nə  İnternetdə,  nə  də  sosial  şəbəkələrdə  bu 
barədə  səs-küylü  açıqlamalar  yaydı.    Feysbuk 
profilində  romandan  bəzi  qısa  fikirlər  və  balaca 
parçalarla  elektron  dostlarını,  virtual  oxucularını  və 
izləyicilərini,  bir  də  mənim  kimi  yaxın  tanışlarını 
intizarda  saxlamağı  bacarmaqla,  əslində  Qərb 
ölkələrindəki 
iri 
nəşriyyat-satış 
şəbəkələrinin 
“reklam” texnologiyalarının bir sıra cəhətlərini ədəbi 
prosesimizə gətirmiş oldu... 
“İntihar  edənlərin  qatili”  əsərində  gənc  nasir 
oxucunun  marağı,  bir  az  da  irəli  gedib  belə  demək 
mümkünsə, psixo-art əhvalıyla qəribə - magik üslubu, 
axıcı  -  rəvan  dili,  mətndaxili  gedişatla,  real  həyatın 
dibindən  gələn  mistik  hadisələrlə  heyrətləndirməyi 
bacarıb. Ayrı-ayrı fəsillərə bölünən, eyni qəhrəmanın 
müxtəlif  situasiyalarda  başına  gələnlər  fonunda 
oxucularına  son  illərin  real  və  bir  qədər  də  i-real 
görünən  hadisələrini  nəql  edən  müəllif  daha  çox 
cəmiyyət  ilə  fərd  arasındakı  əzəli  münaqişələrə 
diqqəti  yönəltməyə  çalışır.  Bu  isə  öz  növbəsində, 
əsəri  daha  canlı  edir,  təsvir  olunanların  real  həyata 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
bağlayan  tərəfləri  ilə  oxucunu  düşünməyə  vadar 
edir... 
Əsər  səkkiz  intihar  hadisəsinin  dolaşıq,  mistik 
ensiklopediyası kimi də oxuna bilər, eyni zamanda bir 
şəxsin  həyatla  bağlı  çarpışmalarının,  düşüncələrinin 
toplusu  kimi  də.  Öz  içində  əsl  sivil,  mədəni  insan 
ruhu  yetişdirən  zəmanəmizin  insanına  hər  cür 
əclaflıqlar,  yalanlar,  saxtakarlıqlarla  dolu  həyatda 
yaşamaq asan başa gəlmir. Baş qəhrəmanın – Azərin 
öz  daxilindəki  romantika,  saflıq,  insanlara  sevgi  ilə 
ətrafdakı  reallıqların  acı  həqiqətləri  toqquşanda 
intiharlar baş verir: insanların, zamanın, dünyanın və 
şəxsiyyətin intiharı. Həyata möcüzə, sirr kimi baxmaq 
ayrı  bir  məsələdir,  ətraf  mühitin,  cəmiyyətin 
sıxışdırdığı,  anlamaq  iqtidarında  olmadığı  fərdin  son 
mübarizə  vasitəsi  intihardır,  elə  bir  həyati  silah  ki, 
ondan yalnız bircə dəfə yararlanmaqla ömrünə də son 
qoymaq  olar,  cəmiyyətdən  də  intiqam  almaq 
mümkündür... 
Müəllifin  təbirincə  ifadə  etsəm,  “...özünü 
onların  yerinə  qoymaqla,  səkkiz  dəfə  qəlbən, 
doqquzuncu  dəfə  isə  az  qala,  cismən  öləcəkdi...”. 
Eyni  zamanda  yazıçı  bu  əsəri  ilə  cəmiyyətimizə, 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
ətrafdakılara  sərt  ismarıclarını  da  ünvanlayır:  fərdi 
hərtərəfli  sıxmaqla,  hansısa  sahədə  fitri  istedadı  olan 
şəxsi  hamıya  –  kütləyə  qatmaqla  dünyanın  sonunu 
yaxınlaşdırmaq nəyə lazımdır?!.  
Amid Əlioğlunun bu maraqlı kitabını  əlinə  alıb 
oxumağa  başlayan,  əsas  qəhrəmanla  səkkiz  ömür 
yaşayan  oxucu,  əsərin  adındakı  müəmmadan 
başlayaraq,  ta  sonuna  qədər,  həvəslə,  bir  qədər  də 
mistik aurada mütaliə zövqü alacaq. Gənc müəllifə və 
dostum  Amidə  isə  yeni-yeni  yaradıcılıq  uğurları 
arzulamaqla,  oxucunu  kitabla  baş-başa  buraxır, 
yazımı  əsərdən  bir  kiçik  parçayla  yekunlaşdırıram: 
“...yaxşı  olacaq.  Pis  günün  ömrü  az  olur,  Bəşirov, 
eşitməmisən? Ən sonuncu an yaşansa da, yaxşı saniyə 
pis illəri unutdurur...” 
   
Aydın Xan Əbilov, 
 Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri,  
“Ədəbiyyat qəzeti”nin şöbə redaktoru
 
www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın  
yaradıcısı-rəhbəri, yazıçı-kulturoloq 
 
 
 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
 
 
Dostlarım, indi mən sizə böyük bir şey söyləyəcəyəm. Əsla 
qiyamətin qopmasını gözləməyin, o hər gün qopmaqdadır.
  
fransız yazıçısı və filosof Alber Kamyu
 
 
Mən  bu  sətirləri  məhbəsdən  yazıram.  Əmin  ol, 
dostum,  əgər  sən  bunları  oxuyursansa,  deməli  mən, 
çox  güman  ki,  həyatda  yoxam.  İnan,  bunları 
oxuduğun an, mənim kimi minlərlə insan üçün ömür 
bitmiş  olacaq.  Elə  bu  an  kimsə  azadlığı  üçün 
hayqıracaq,  kimsə  ədalətli  olduğunu  düşünəcək, 
kimsə  haqsızlığa  tab  gətirməyərək...  Haqsızlıq?!  Axı 
bu dünyada hamı haqlıdır, ən azından özünə görə...  
 
 
 
 
 
 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə