Amid Əlioğlu



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə14/43
tarix30.10.2018
ölçüsü1,73 Mb.
#76472
1   ...   10   11   12   13   14   15   16   17   ...   43

www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
Bu  sözləri  eşidən  Əhməd  çox  sürətlə  otaqdan 
çıxıb anası olan palataya üz tutdu. 
Həkimin  fikirlərini  belə  rahat  ifadə  etməsinə 
inana  bilmirdim.  Hisslərini  işinə  qatmamağı  necə 
öyrənmişdi?  Olmaya  onda,  ümumiyyətlə,  insanlıq 
hissi  yox  idi?  Bir  saniyə  çox  yaşasın  deyə,  bəlkə  də 
milyonlar  verə  bilən  insan  başqasını  bu  yoldan  niyə 
çəkindirirdi? 
Bir  müddət  dəhlizdə  gözləməli  oldum  Əhmədi. 
Yanıma  gələndə  pərişan  halda  gözünü  bir  nöqtəyə 
zilləyib 
eləcə 
səssiz 
dayandı. 
Xəstəxananın 
həyətindəki 
oturacaqda 
əyləşəndə 
anası 
ilə 
danışmağını,  kimyaterapiyaya  razı  sala  bilməyini 
soruşdum,  amma  suallarım  cavabsız  qaldı.  Gözünü 
bağçadakı  su  borusunun  ağzından  yerə  düşərək  saat 
əqrəbinin  səsini  xatırladan  damcılara  zilləyib 
dayanmışdı.  Suallarımla  daha  çox  canını  sıxmamaq, 
tənha  qalıb  düşüncələrilə  sərbəst  əlaqə  qura  bilməsi 
üçün  getməyi  qərara  aldım.  Bir  addım  atmışdım  ki, 
baxdığı yerdən gözünü çəkmədən danışmağa başladı: 
-
 
Müalicə  olunmaq  istəmir...  Deyir  əgər  həkim 
dediyi  proses  olsa,  bacını  itirəcəyik.  Həm  də  bu  işin 
bahalı  olduğu  söyləyir.  Nə  olsun?  Əlavə  iş 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
tapacağımı,  nəyin  bahasına  olursa-olsun  əməliyyat 
üçün  daha  çox  pul  qazanacağımı  söylədim,  amma 
yenə  razılaşmadı.  Çox  az  ömrünün  qaldığını,  heç 
olmasa,  iki  candan  birinin  sağ  olmasını  istəyir.  Əgər 
onunla  razılaşmasam  məni  bağışlamayacağını  deyir. 
Nə  deyəcəyimi,  nə  edəcəyimi  bilmirəm.  Başa 
düşürsən məni? 
Əlbətdə  ki,  onu  başa  düşürdüm.  Nələr 
yaşadığını, nə hisslər keçirdiyini sanki içimdə mən də 
duyurdum.  
 
Doğuşa  qədər  Əhmədin  hər  günü  həyəcan  və 
qorxu  içində  keçirdi.  Həmişəki  laqeydliyini  davam 
etdirən atası evə gec saatlarda, bəzən isə heç gəlmirdi. 
Qazandığı qəpik-quruşu həyat yoldaşının müalicəsinə 
yox, eyş-işrətə xərcləyən bu vicdandan məhrum şəxsi 
Əhməd, demək olar, dindirmirdi.  
Anasının xəstəliyilə əlaqədar dərsləri buraxması 
qiymətlərə  təsirsiz  ötüşmürdü.  Bütün  bu  hadisələr 
sonda onun şəklinin şərəf lövhəsindən çıxarılmasıyla 
nəticələndi. Əhmədin isə bircə amalı anasının tezliklə 
sağalması idi.  


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
Hamı üçün həyat davam edirdi. Məndən və ara-
sıra  Reyhan  xaladan  başqa  demək  olar  ki,  heç  kim 
Əhmədin anası ilə maraqlanmırdı. Elə bil o məhəllədə 
günlər  sonra  dünyasını  dəyişəcək  hamilə  bir  qadın 
yaşamırdı.  Hətta  sinif  yoldaşları  belə  gəlib  Əhmədi 
yoxlamırdılar.  Eşitdiyimə  görə,  valideynləri  onları 
Əhmədlə yaxın münasibət qurduqları təqdirdə tənbeh 
edirlərmiş.  
İki  aydan  sonra  Əhməd,  yeni  doğulmuş  bacısı 
ilə  tək  qalmışdı  artıq.  Anasının  ölümündən  bir 
müddət  sonra  atası  daha  əvvəllər  də  qeyri-qanuni 
yaşadığı qadının yanına getmişdi. Reyhan xalagilin də 
qeyri-müəyyən  səbəblərə  görə  həmin  məhəllədən 
köçməsi  Əhmədin  bacısına  baxmasını  müşkülə 
çevirdi.  O,  anasının  adını  qoyduğu  bacısını  körpələr 
evinə təhvil verməli oldu.  
Onuncu  sinfin  son  günlərində  dərslərinə 
diqqətini artıran Əhməd bataqlıqda cücərməyə çalışan 
bitkiyə  bənzəyirdi.  Məqsədi  orta  məktəbi  bitirdikdən 
sonra universitetə qəbul olmaq, eyni zamanda normal 
bir iş tapıb işləmək idi. Dolayısı ilə bacısını körpələr 
evindən götürüb ona baxacaqdı. 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
Həyatında  baş  verən  hadisələr  onu  insanlardan 
uzaq salmışdı. Məsləhət, öyüd-nəsihət ala biləcək bir 
böyüyü  də  yox  idi.  Özünə  qapanmışdı.  Hər  gün 
görüşüb  onu  nikbin  notlarla  kökləmək  istəyim 
nəticəsiz  qalırdı.  Səssiz-səmirsiz  qulaq  asmaqdan 
başqa heç nə etmirdi. Məhəllədə, məktəbdə qüruruna 
toxunan  onlarla  hadisəyə  tab  gətirmirdi  artıq. 
Həyatının  qışında  soyuqdan  az  qala  donan  Əhməd 
bacısına qovuşmaqla isinəcəyini xəyal edirdi. Və sırf 
bunun üçün təzyiqlərə, atmacalara dözməyə çalışırdı. 
Məktəbdə  hər  kəs  ondan  kənar  gəzir,  müəllimlərin 
ayrı-seçkiliyi  yüz  metrdən  hiss  edilirdi.  Əhməd  isə 
yenə də “dözürdü”.  
Çox  vaxt  o,  məktəbə  gedəndə  bir  yerdə 
gedirdik. Əhməd onuncu sinifdə oxuyanda, mən artıq 
bir il idi ki, hansısa şirkətdə gözətçi işləyirdim. Dəqiq 
yadımda deyil. Bir o yadımdadır ki, məktəb iş yerimə 
gedən  yolun  üstündə  olduğuna  görə  Əhmədlə  tez-tez 
rastlaşırdım.  
Günlərin  bir  günü  yenə  rastlaşdıq.  Əhməd 
məktəbə, mən isə işə gedirdim. Əslində iş vaxtım saat 
doqquzda başlayıb altıda bitirdi. Amma həm gecikmə 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
olmasın deyə, həm də Əhmədlə yol boyu on dəqiqəlik 
də olsa, söhbət edə bilmək üçün evdən tez çıxırdım 
Dərs  başlamazdan  əvvəl  gələn  şagirdlər  üç-üç, 
beş-beş  toplaşıb  söhbətləşir,  deyib  gülürdülər. 
Hasarın  bütünlüklə  daşdan  yox,  müəyyən  aralıqla 
bəzəkli  metal  şəbəkədən  ibarət  olması,  məktəbin 
həyətini kənardan görməyə imkan verirdi. Darvazanın 
qarşısına  çatmağımıza  az  qalmışdı.  Hiss  etdim  ki, 
Əhmədin  fikri  mənim  işimlə  bağlı  etdiyim  söhbətdə 
yox,  hasara  yaxın  oturacağın  ətrafında  işvə-nazla 
söhbətləşməkdə  olan  sinif  qızlarına  söz  atan  yad 
məktəbin  oğlanlarında  idi.  Belə  məsələlərə  laqeyd 
qalmamağın  onun  xarakterik  xüsusiyyəti  olduğunu 
bildiyim  üçün  qan-qaraçılıq  yaranmasın  deyə, 
diqqətini  yayındırmağa  çalışdım.  Amma  gec  idi. 
Əhməd  oğlanların  olduğu  yerə  istiqamətlənmişdi. 
Əslində  bu  xususiyyət  mənə  də  xas  olduğundan  onu 
başa  düşürdüm.  Əhmədin  oğlan  sinif  yoldaşları  da 
qızların  olduğu  yerə  heç  də  uzaq  olmayan  digər 
oturacaqda  əyləşib,  yüngül  hərəkətlərilə  diqqət 
çəkirdilər.  Onlar  özlərini  görməzliyə  vuracaq  qədər 
ağciyər idilər.   


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə