Amid Əlioğlu



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə1/43
tarix30.10.2018
ölçüsü1,73 Mb.
#76472
  1   2   3   4   5   6   7   8   9   ...   43


www.kitabxana.net
 
Milli Virtual Elektron Kitabxana
 
“Çağdaş Azərbaycan bədii nəsri”:
 N 01 (38 - 2016)
 
 
   Amid Əlioğlu
 
 
“İntihar edənlərin qatili” 
 
Roman 
 
YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəşri  
YYSQ – 2016 
 
06.01.2016 
Yeni Yazarlar və Sənətçilər Qurumu 
www.yysq.org
  
 
 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
www.kitabxana.net
 
Milli Virtual-Elektron Kitabxananın təqdimatında 
Bu  e-kitab  Yeni  Yazarlar  və  Sənətçilər  Qurumunun 
"Çağdaş 
Azərbaycan 
bədii 
nəsri"
 
ədəbi-kulturoloji 
layihəsi 
çərçivəsində təqdim edilir. Elektron kitab N 01  (31 - 2015) 
Kulturoloji layihəni maliyyələşdirən qurum:  
YYSQ - 
http://www.yysq.org
  
Amid Əlioğlu 
“İntihar edənlərin qatili” 
 
Roman 
 
Redaktə və bütün hüquqlar müəllifə məxsusdur. 
Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb. 
Virtual redaktoru və e-nəşrə hazırlayanı:  Aydın Xan (Əbilov), 
yazar-kulturoloq 
YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Bаkı, YYSQ – 2016 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
 
DİQQƏT
 
Müəlliflik 
hüququ 
Azərbaycan 
Respublikasının 
qanunvericiliyinə  və  əlaqədar  beynəlxalq  sənədlərə  uyğun 
qorunur.  Müəllifin  razılığı  olmadan  kitabın  bütöv  halda, 
yaxud  hər  hansı  bir  hissəsinin  nəşri,  eləcə  də  elektron 
informasiya  daşıyıcılarında,  İnternetdə  yayımı  yasaqdır.  Bu 
qadağa  kitabın  elmi  mənbə  kimi  istifadəsinə,  araşdırma  və 
tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsin şamil olunmur.
 
 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
ÖN SÖZ 
Mistik reallıq: intiharlar... 
 
Amid  Əlioğlu  bədii  söz  sənətimizdə  ən  yeni 
ədəbi  nəslin  maraqlı  nümayəndəsi  olaraq  klassik 
ədəbi-estetik  texnologiyalar  ilə  çağdaş  virtual  – 
İnternet,  yaxud  şəbəkə  ədəbiyyatının  sərhədində 
özünə prozaik cığır açan gənc yazarlarımızdandır. Bir 
kulturoloji  yazımda  da  göstərdiyim  kimi,  XX  əsr  və 
XXI  əsrin  ilk  əvvəli  Azərbaycan  ədəbiyyatının 
tanınmış  imza  sahiblərinin  yaratdıqlarına  geniş 
mənada  nəzər  salıb  təsnifatlandırsaq,  bu  ədəbi  nəslin 
üzvlərini “virtualist”lər adlandırmaq mümkündür.  
Ədəbiyyatımızın 
inkişafında 
“klassiklər-
mühafizəkarlar” 
(M.Hadi, 
H.Cavid 
...) 
“mollanəsrəddinçilər”  (Mirzə  Cəlil,  M.Ə.Sabir...), 
“romantiklər”  (A.Şaiq,  Ə.Cavad,  M.Müşfiq...), 
“yenilikçilər”  (S.Rüstəm,  M.Cəlal,  S.Rəhimov...), 
“ənənəçilər”  (Ə.Vahid  kimi  Şərq  poetik-estetik 
texnologiyalarına  üstünlük  verən  əruz-qəzəlçilər...), 
“sosrealistlər” (M.İbrahimov, S.Vurğun, M.Rahim...), 
“əllincilər”  (İ.Hüseynov-  Muğanna,  İ.Əfəndiyev...), 
“modernistlər”  (R.Rza,  Ə.Kərim...),  “altmışıncılar” 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
(Anar,  Elçin,  V.Səmədoğlu,  Fikrət  Qoca...), 
yetmişincilər  (R.Rövşən,  M.İsmayıl,  Z.Yaqub, 
M.Süleymanlı...),  “səksənincilər”  (S.Rüstəmxanlı, 
V.B.Odər, 
R.Behrudi, 
A.Həsənli, 
A.Cəmil...), 
“doxsanıncılar” 
(O.Fikrətoğlu, 
M.Cəfərli, 
M.Köhnəqala, 
R.Tağı, 
E.Hüseynbəyli...), 
“postmodernistlər” (R.Qaraca, H.Herisçi, A.Yaşar...), 
“ikiminincilər” 
(özüm 
də 
daxil 
olmaqla, 
S.Babullaoğlu,  G.Anarqızı,  Ə.Qoşalı,  Q.Ağsəs, 
İ.Fəhmi, Z.Əzəmət, Aqşin...), “ən yeni – virtualistlər” 
(Ə.Əlioğlu,  Qismət,  Fərid...)  kimi  ədəbi  nəslin 
nümayəndələri  yaradıcılıq  uğurlarıyla  fəal  iştirak 
ediblər... 
Baxın,  bu  mənada  Amid  Əlioğlunun  da  daxil 
olduğu  “virtualist”lər  estetik  qrupu  –  gənc  kreativ 
nəslin  nümayəndələri  özlərinin  rəngarəng,  sintetik 
yaradıcılıq  axtarışlarıyla  bədii  söz  sənətimizə  tamam 
fərqli  bir  estetik-realistik  hava  gətirməkdədirlər.  Öz 
fərdi yaradıcılıqlarında real həyatın virtual formasının 
sürətli  gəlişmələrini  –  zəmanənin  diktəsindən  irəli 
gələn  konkretlik,  eyni  zamanda,  əhatəli  informativ 
məlumatlılıq,  kəskin  kreativ-ədəbi  trendlər  yaratmaq 
kimi cəhətləri ilə seçilən “virtualist”lərin, eləcə də A. 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
Əlioğlunun    İnternetdən  –  şəbəkə  ədəbiyyatından 
klassik  bədii  söz  sənətinin  həzin  romantizminə, 
estetik  gözəlliyinə,  yaradıcılıq  əlvanlığına,  düşüncə 
obrazlılığına, bənzərsiz müəllif dəst-xəttinə, bir sözlə, 
keçmiş  bədii  texnikaya  qayıdandan  sonra  “oralarda” 
yubanmadan,  tez  onu  adlamaqla  geri  dönmək 
bacarığına  heyran  qalmamaq,  sadəcə,  mümkün 
deyil... 
Amid  Əlioğlunu  da  sadaladığım  cəhətlərinə 
görə  oxucularını  heyrətləndirməklə  ədəbi  prosesə 
yeni rəng qatmaq istəyən bu fərqli ədəbi nəslin çılğın 
kreativlərindən  saymaq  mümkündür.  Bu  istedadlı 
gənc  qələm  sahibi  şeirləri,  hekayələri,  miniatürləri, 
fəlsəfi  pritçaları,  sosial  şəbəkələrdəki  fikirləri,  status 
və  publistik  yazılarıyla  imzasını  təsdiqləməyə 
çalışdığı  bir  vaxtda  qəfildən  maraqlı  bir  irihəcmli 
bədii  nəsr  əsərini  ədəbi  gündəmə  gətirir:  nə  qədər 
sakit görünsə də, bir o qədər də iddialı, söz sənətində, 
ədəbi-mədəni prosesdə “mən də varam” əzmiylə.   
Boynuma  alıram  ki,  uzun  müddət  bədii 
yaradıcılıqla məşğul olan bir  şəxs kimi, şəxsən mən 
belə  “ədəbi  risk”ə  getməzdim.  Axı  ən  yeni 
ədəbiyyatda da  sənət “bəxti” hər kəsin üzünə  asanca 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə