Amid Əlioğlu



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə12/43
tarix30.10.2018
ölçüsü1,73 Mb.
#76472
1   ...   8   9   10   11   12   13   14   15   ...   43

www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
müəyyən  miqdarda  pul  tələb  olunurdu.  Hər  dəfə  bir 
bəhanə  ilə  vəziyyətdən  çıxdığını  düşünən  binəvanın 
bu  bəhanələrinə  özündən  başqa  heç  kim  inanmırdı. 
Faciə orasında idi ki, onun iştirak etməmə səbəbi istər 
sinif  rəhbərinə,  istərsə  də  məktəb  yoldaşlarına  bəlli 
olsa  da,  bir  kimsə  onun  şənlikdə  iştirakı  üçün  israr 
etmirdi.  Əslində  buna  ehtiyac  da  yox  idi,  çünki 
Əhmədin  qüruru  nəinki  məktəb  yoldaşlarının,  hətta 
sinif rəhbərinin də boyundan böyük idi. Pul vermədən 
o  şənliklərdə  iştirak  təklifini  qəbul  etməyi  heç  vaxt 
mənliyinə sığışdırmazdı. 
Fəqət,  hər  dəfə  orada  olurdu:  sinif  otağının 
axırıncı pəncərəsinin altında. Yoldaşlarının sevincinə 
qoşulur,  gözünü  Aydanın  gül  üzündən  çəkmirdi. 
Onların  yanında  olmaya-olmaya  təşkil  etdikləri 
oyunlarda  iştirak  edirdi  -  xəyalən.  Hətta  yeni  il 
şənliklərinin  birində  sinif  yoldaşlarının  pəncərənin 
qabağında  çəkdirdikləri  şəkildə  özünü  görmüşdü. 
Buna  ondan  başqa  heç  kim  fikir  verməmişdi.  Çünki 
arxa fonda sadəcə kölgə kimi əks olunmuşdu. 
Hər  il  sinfi  bitirmək  üçün  verilən  imtahanlarda 
əla  qiymət  alırdı.  Üstəlik  bunu  nəyinsə  qarşılığında 
yox,  öyrəndiklərinin  məntiqi  nəticəsi  olaraq  edirdi. 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
Amma  yoldaşlarının  əksəriyyətinin  valideynləri, 
övladlarına  imtahanda  əla  qiymət  alacaqları  təqdirdə 
hədiyyə  vəd  edirdilər.  Əhmədin  heç  vaxt  belə  şansı 
olmamışdı.  Heç  şans  anlayışı  da  formalaşmamışdı 
onda.  Üzərinə  düşən  vəzifəni  həm  övlad,  həm  də 
şagird  olaraq  qeyd-şərtsiz  yerinə  yetirməli  olduğunu 
bildiyi  üçün  yeni  bir  şans  anlayışından  uzaq  idi. 
Uğursuzluğunu şanssızlığında deyil, bacarıqsızlığında 
görürdü.  
Əhmədin  ən  pis  günləri  anasının  amansız 
xəstəliyə  yoluxmasından  sonra  başladı.  Bunu  sonra 
biləcəkdi... 
Səkkizinci  sinifdə  oxuyanda  anasının  hamilə 
olmağı,  əslində,  sevindirmişdi  onu.  Artıq  onun 
işləməyinə razı olmayan Əhməd özü iş tapmışdı. Hər 
gün dərsdən sonra şadlıq saraylarının birində ofisiant 
kimi çalışırdı. Lakin hər dəfə toy şənliyi başlamazdan 
əvvəl,  dəvətlilər  arasında  tanış  birisinin,  xüsusən  də 
Aydanın  olmamasını  yəqin  edəndən  sonra  işə 
başlaması  vəzifə  yerinə  -  xidmət  göstərdiyi  masa 
ətrafına gecikməsilə nəticələnirdi.  


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
Qazandığı  pulu,  lazım  gələndə,  dava-dərman 
almaq üçün anasına verir, yalnız ikisinin bildiyi yerdə 
gizlədirdilər. 
Bir müddət sonra bacısının olacağını öyrəndikdə 
isə  xüsusilə  pərvazlanmışdı.  Universitet  xəyallarını 
bacısı ilə bağlı xəyallar əvəzləmişdi.  
Atasının  anasıyla  get-gedə  kobud  rəftarı 
Əhmədin  diqqətini  daha  çox  cəlb  etməyə  başlayırdı. 
“Kişinin”  hamiləlik  irəlilədikcə,  həyat  yoldaşına 
diqqəti artmaq əvəzinə, nəinki azalırdı, hətta getdikcə 
iyrəncləşirdi.  Onun  ağrılarını  adi  hamiləlik  ağrıları 
kimi  qəbul  edib  əlavə  imtiyazın  mümkünsüz 
olduğunu xatırladırdı tez-tez o pəzəvəng.  
Doğuşa  iki  ay  qalmış  anasının  ağrıları  nəzərə 
çarpacaq  qədər  çoxalmışdı.  O  qədər  artmışdı  ki,  bir 
gün 
təcili 
şəkildə 
xəstəxanaya 
aparıldığını 
xatırlayıram.  Həmin  gün  Əhmədlə  onlara  gedəndə 
təcili  yardım  maşınının  tükürpədici  səs  siqnalını 
səsləndirərək  və  sayrışan  işıqlarını  yandıraraq  tələm-
tələsik  məhəllədən  çıxdığını  gördük.  Məhəllədə 
qarışıq sakitlik hökm sürürdü. Qonşuların demək olar 
ki,  hamısı  qruplar  halında  müxtəlif  yerlərdə  səssizcə 
ətrafı  müşahidə  edirdilər.  Nə  olduğunu  anlamaq  çox 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
qəliz  idi.  Əhmədgilin  həyət  qapılarının  ağzına 
yaxınlaşanda  qonşulardan  biri  onu  görən  kimi 
dilləndi: 
-
 
Əhməd...ananın  vəziyyəti  pisləşdi  deyə  təcili 
yardım çağırdıq. Reyhan da ananla getdi... 
Qonşunun  sözünün  tamamını  gözləməyən 
Əhməd  tələsik  evə  daxil  olaraq  anası  ilə  birlikdə 
yığdığı  pulu  götürüb  bayıra  çıxdı.  Üz  tutduğumuz 
rayon  mərkəzi  xəstəxanasına  necə  çatdığımızı  bir 
Allah bilir, bir də bizi ora ildırım sürətilə aparan taksi 
sürücüsü.  Xəstənin  birbaşa  reanimasiya  şöbəsinə 
yerləşdirildiyini  öyrəndiyimizdə  isə  həyacandan 
əməlli-başlı çaş-baş qalmışdıq.  
Həmin  şöbəyə  daxil  olanda  Reyhan  xalanı 
dəhlizdə  üzgün  şəkildə  divara  söykəndiyini  görən 
kimi birbaşa yanına getdik. O, Əhmədin anasına qarşı 
qonşular  içində  ən  diqqətlisi  və  qayğıkeş  olanı  idi. 
Tez-tez Əhmədgilə baş çəkər, bişirdiyi yeyəcəklərdən 
onlar üçün də gətirərdi.  
Əhməd təlaş içində: 
-            Reyhan  xala,  nə  məsələdir?  Anama  nə  olub? 
Niyə bura gətiriblər? Nə baş verir? – soruşdu. 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
-        Əhməd,  bilmirəm  nə  baş  verir.  Dovğa 
bişirmişdim.  İstədim  ki,  anana  da  aparım.  Hamilə 
qadınlar  yeməyə  qarşı  həssas  olurlar  axı.  Həyətinizə 
girib  səsləndim,  səs  vermədi.  Sonra  evə  keçdim. 
Mətbəxdə  yerə  uzanmış  halda  olduğunu  gördüm. 
Sonrası da... İndi gördüyün kimi. 
-             Bəs həkimlər nə deyir? 
-            Hələ həkim heç nə deməyib. Gözləyirəm mən 
də. 
Əhməd  səbirsiz  halda  dəhlizdə  dövrə  vururdu. 
Dırnaqlarını çeynəyə-çeynəyə bir irəli, iki geri gedən 
biçarə  özünü  açıq-aşkar  itirmişə  bənzəyirdi.  O  qədər 
təlaşlanmışdı 
ki, 
məni 
də 
eşitmirdi. 
Onu 
sakitləşdirməyə  çalışsam  da,  faydası  olmadığını 
anlayırdım.  Tavanın  yalnız  bir  yerində  yanan  işığın 
əksini dostumun yaşarmış gözlərində görmək olurdu. 
Xeyli  müddət  keçəndən  sonra  dəhlizin 
qaranlığından  sakit  və  rahat  addımlarla  yaxınlaşan 
adamın  Əhmədin  atası  olduğunu  görəndə,  özümdən 
asılı  olmayaraq, 
yerimdən 
qalxdım.  Mənim 
dayandığım  yerdən  keçəndə,  bayaqdan  fikirli  halda 
sağa-sola 
hərəkət 
edən 
oğlu 
istiqamətində 
addımlayırdı.  Əhmədin  geri 
qayıtmaq  üçün 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə