0f11aztitul(1-7)


ÖZ-ÖZÜNƏ İNDUKSİYA EHQ. MAQNİT SAHƏSİNİN ENERJİSİ



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə17/73
tarix14.05.2018
ölçüsü3,69 Kb.
#44035
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   73

46 
 
1.10. ÖZ-ÖZÜNƏ İNDUKSİYA EHQ. MAQNİT SAHƏSİNİN ENERJİSİ 
 
Ətalətlilik – cismin mühüm xassələrindən biridir. Ətalət latın sözü 
“inertis” olub fəaliyyətsizlik, tənbəllik mənasında işlənir. 
 Ətalətlilik – o deməkdir ki, cismə sürətini dəyişməsi üçün həmişə 
müəyyən zaman lazımdır. Cismə başqa cisimlər təsir etmədikdə (cismə  təsir edən bütün 
qüvvələr bir-birinin təsirini tarazlaşdırırsa) onun öz sükunət halını  və ya düzxətli bəra-
bərsürətli hərəkət halını saxlaması hadisəsi ətalət adlanır. 
 Cismin ətalətlilik ölçüsü – kütlədir. 

  Cismin hərəkəti nəticəsində malik olduğu enerji kinetik enerji adlanır. Kinetik enerji 
sürətin modulundan (istiqamətindən yox) və cismin kütləsindən asılıdır: 
=

2
. 
Müxtəlif maddələrin yaratdığı maqnit induksiyası müxtəlif olduğundan onların maqnit 
xassələri bir-birindən fərqlənir. Maddələrin maqnit xassələri  maqnit nüfuzluğu adlanan 
fiziki kəmiyyətlə xarakterizə edilir. 
Maddənin maqnit nüfuzluğu – bircins mühitdə   maqnit induksiyasının  modulunun 
vakuumdakı   maqnit induksiyasının modulundan neçə dəfə fərqləndiyini göstərir: 
=
  =
. 
Burada 
 ( ü) − maddənin maqnit nüfuzluğudur. O, vahi adsız olan fizikiz kəmiyyətdir. 
 Xarici təsir olmadan qazın elektrik cərəyanını keçirməsi  müstəqil boşalma adlanır. 
Müstəqil boşalmanın növlərindən biri qığılcım boşalmasıdır.
 
 
 Qığılcım boşalması – havada elektrodlar arasında yüksək gərginlik olduqda baş verir və 
nazik ziqzaq formalı  işıqlı kanallar dəstəsi  şəklində müşahidə edilir. Boşalma kanalında 
temperatur 10 000
C, cərəyan şiddəti 5000 A, gərginlik isə 10

V-a qədər ola bilir. 
 

 
İşlək vəziyyətdə olan elektrik məişət cihazlarının 
(tozsoran, televizor, qızdırıcı və s.) çəngəlini elek-
trik yuvasından çıxaran zaman yaranan ani qığıl-
cımı, yəqin ki, hər biriniz müşahidə etmisiniz. Bu 
o  deməkdir  ki,  havada  çəngəl  ilə  elektrik  yuva-
sının kontaktları arasında minlərlə volt gərginliyə 
malik qığılcım boşalması yaranmışdır. Belə qığıl-
cım boşalması bəzən işlədicinin çəngəlini, yaxud 
da elektrik yuvasının kontaktını yandırıb sıradan 
çıxarır.  
 Niyə elektrik cihazlarını şə-
bəkədən ayırdıqdan sonra 
kontaktlar arasındakı havada 
qığılcım boşalması yaranır?   
 Kontaktlar arasında yüksək 
gərginlik nədən yarana bilər?  
 
• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN • 
Fizika – 7, 9 və 10
  LAYİHƏ


47 
 
 
Lampalar niyə eyni anda işıqlanmadı?
 
Təchizat: lampa (hər biri 4 V ol-
maqla 2 əd.), ampermetr (2 əd.), 
polad içlikli sarğac, rezistor (etalon 
müqavimət), sabit cərəyan mənbəyi 
(düzləndirici), açar, birləşdirici 
naqillər.  
İşin gedişi.  
1. Şəkildə təsvir edilən sxem əsasında elektrik dövrəsini 
qurun 
(a)
. 
2. Açarı qapayın, lampaların işıqlanma ardıcıllığını və 
ampermetrlərin göstəricilərinin necə dəyişdiyini izləyin. 
3. Açarı açın və lampaların sönmə ardıcıllığını müşahidə 
edin. 
 
 
Nəticənin müzakirəsi: 
 Dövrəni qapadıqda 
hansı lampanın işıqlan-
ması ləngidi? Bu za-
man ampermetrlərin 
göstəriciləri necə 
dəyişdi?  
 Dövrəni açdıqda nə 
müşahidə etdiniz? 
Hadisələrin səbəbinə 
dair fərziyyənizi 
söyləyin.  
 
 
 
Öz-özünə induksiya EHQ. İxtiyari qapalı konturda mövcud olan elektrik cərə-
yanı özünəməxsus maqnit sahəsi yaradır. Konturda cərəyan şiddəti dəyişdikdə onun 
hüdudlandırdığı səthdən keçən maqnit seli də dəyişir. Nəticədə həmin konturda in-
duksiya EHQ yaranır. 
  Keçirici konturda cərəyan  şiddətinin dəyişməsi nəticəsində  həmin konturda in-
duksiya EHQ-nin yaranması hadisəsi öz-özünə induksiya hadisəsi adlanır
Qapalı konturda cərəyan şiddəti sıfırdan müəyyən qiymətə qədər artdığı zaman 
bu konturdan keçən maqnit seli də artır. Nəticədə konturda yaranan öz-özünə induk-
siya EHQ həmin konturdan keçən cərəyanın əksinə yönələn induksuya cərəyanı ya-
radır. Bu cərəyan isə əsas cərəyanın maksimal qiymət almasını ləngidir – cərəyan 
şiddəti maksimal qiymət alana qədər müəyyən vaxt gedir (OA əyrisi, 
b
).  
 
Dövrəni açdıqda isə konturda cərəyan şiddəti maksimal qiymətdən sıfıra qədər 
azalan zaman orada bu cərəyanı davam etdirməyə çalışan öz-özünə induksiya EHQ 
yaranır. O isə konturda induksiya cərəyanı əmələ gətirir. Bu cərəyan Lens qaydasına 
görə konturdan keçən əsas cərəyanın istiqamətinə yönəlməklə onun azalmasını lən-
gidir (BC əyrisi, 
b
).   
Deyilənlərdən aydın olur ki, konturda yaranan məxsusi maqnit seli həmin kon-
turdan keçən cərəyan şiddəti ilə mütənasibdir: 
Ф~  və ya: 
Ф =
.                (1) 
ARAŞDIRMA  
1 
Cərəyan şiddətinin 
artma müddəti
Cərəyan şiddətinin 
azalma müddəti
Aça

n aç
ıld
ığ
ı an
 
Aça

n qapan

ğı
 an
 




O
A
B
(b) 
(a) 
İPUCU
Elektromaqnit induksiyası qanununu və Lens qaydasını nəzərə alın.
 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə