0f11aztitul(1-7)


Maqnit seli hansı sürətlə dəyişdi?



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə16/73
tarix14.05.2018
ölçüsü3,69 Kb.
#44035
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   73

43 
 
 
Maqnit seli hansı sürətlə dəyişdi? 
• Məsələ 1. Konturdan keçən maqnit seli 0,02 san 
müddətində bərabər sürətlə  54MVb-dən 
12 MVb-yə qədər azaldıMaqnit seli 
hansı sürətlə dəyişdi?
 
Nəticənin müzakirəsi: 
 Kəmiyyətin dəyişmə sürəti nə 
deməkdir? 
 Maqnit selinin dəyişmə sürəti 
hansı fiziki kəmiyyəti təyin 
edir? Fərziyyənizi söyləyin.  
 
Burulğanlı elektrik sahəsi. İnduksiya elektrik hərəkət qüvvəsi. Elektromaqnit 
induksiyası  hadisəsi  nəticəsində  keçirici  qapalı  konturda  induksiya  cərəyanının 
yaranmasına səbəb dəyişən maqnit sahəsinin öz ətrafında burulğanlı elektrik sahəsi 
yaratmasıdır. Bu sahə konturdakı sərbəst elektronlara təsir edərək onları nizamlı hə-
rəkətə gətirir – induksiya elektrik cərəyanı yaradır. Cərəyanın yaranması üçün müs-
bət vahid yükün keçirici kontur boyunca  yerdəyişməsi  zamanı  burulğanlı  elektrik 
sahəsinin  gördüyü iş  sıfırdan  fərqlidir. Həmin  iş  keçirici  qapalı  konturda  yaranan 
induksiya elektrik hərəkət qüvvəsi (EHQ) adlanan fiziki kəmiyyəti xarakterizə edir. 
 İnduksiya elektrik hərəkət qüvvəsi – müsbət vahid elektrik yükünü qapalı kontur 
boyunca hərəkəti zamanı burulğanlı elektrik sahəsinin gördüyü işin həmin yükün 
miqdarına olan nisbətinə bərabər olan kəmiyyətdir
ℰ = .                        (1) 
Elektromaqnit induksiyası hadisəsinə aid apardığınız araşdırmalardan müəyyən-
ləşdirdiniz  ki,  keçirici  qapalı  konturda  yaranan  induksiya  cərəyanının  qiyməti  bu 
konturla hüdudlanan səthdən keçən maqnit selinin dəyişmə sürəti ilə  mütənasibdir. 
Deməli, keçirici konturda induksiya cərəyanı yaradan induksiya EHQ də  xarici maq-
nit selinin dəyişmə sürətindən asılıdır. 
 Çox kiçik zaman müddətində maqnit seli ∆Ф qədər dəyişirsə, 
∆Ф

 nisbəti maqnit 
selinin dəyişmə sürətidir
Elektromaqnit induksiyası qanunu. Yuxarıda deyilənlər əsasında elektromaq-
nit induksiyası qanunu belə ifadə olunur: 
 
  Keçirici qapalı konturda yaranan induksiya EHQ bu konturla hüdüdlanan 
səthdən keçən maqnit selinin dəyişmə sürəti ilə düz mütənasibdir
ℰ = −
∆Ф

.                    (2) 
(2) ifadəsindəki mənfi işarəsi onu göstərir ki, induksiya cərəyanının yaratdığı maqnit 
sahəsi bu cərəyanı yaradan xarici maqnit selinin dəyişməsinə mane olur.  
Əgər kontur N sayda sarğıdan ibarət olarsa, (2) ifadəsini belə də yazmaq olar: 
ℰ = −
∆Ф

.                  (3) 
Burada 
ℰ − induksiya EHQ olub BS-də vahidi voltdur (1V): 
ℰ =
∆Ф

= 1
= 1 . 
ARAŞDIRMA  
1 
  LAYİHƏ


44 
 
Keçirici qapalı konturda yaranan induksiya cərəyanının şiddəti dövrə hissəsi üçün 
Om qanununa əsasən müəyyən olunur: 
=

=
1 ∆Ф

  ə    

= −
1 ∆Ф

          (4) 
Burada R – konturun müqavimətidir. 
Maqnit sahəsində hərəkət edən naqildə induksiya EHQ. Naqil maqnit sahə-
sində hərəkət etdikdə onun sərbəst yükləri də naqillə birlikdə hərəkət edir. Bu sə-
bəbdən maqnit sahəsi hər bir yükə Lorens qüvvəsi ilə təsir edir. Nəticədə yüklər naqil 
daxilində yerlərini dəyişərək nizamlı hərəkət edir – naqildə induksiya EHQ yaranır. 
Yaranan induksiya EHQ naqilin 
maqnit sahəsinə düşən hissəsinin 
uzunluğundan, sürəti və maqnit in-
duksiya vektorlarının modulundan 
asılıdır. Bunu elektromaqnit induk-
siyası qanununa əsasən asanlıqla is-
bat etmək olar. 
Fərz edək ki, uzunluğu   olan na-
qil induksiyası   olan bircins maqnit 
sahəsində  induksiya  vektoruna  per-
pendikulyar  istiqamətdə 
∆ = ∆  
qədər  yerini  dəyişdi 
(b)
.  Bu  zaman 
naqildə yaranan induksiya EHQ: 
ℰ =
∆Ф

=


=


=


=

.  
Burada 
∆Ф = ∆   və  ∆ = ∆   olduğu  nəzərə  alınmışdır  (bax: 
b
).  Naqilin 
hərəkət sürəti maqnit induksiya vektoru ilə   bucağı təşkil edərsə, naqildə yaranan 
induksiya EHQ: 
ℰ =

.                 (5) 
Maqnit  sahəsində  hərəkət  edən  naqildə  yaranan  induksiya  cərəyanının  isti-
qamətini sağ əl qaydası ilə təyin etmək əlverişlidir: 
 Sağ əl maqnit sahəsində elə tutulur ki,   vektoru ovuca daxil olsun və 90° açılan 
baş barmaq naqilin hərəkəti istiqamətində yönəlsin, bu zaman açılmış dörd barmaq 
induksiya cərəyanının istiqamətini göstərəcəkdir
 
 
İnduksiya EHQ və induksiya cərəyan şiddətini təyin edin. 
• Məsələ 2. Konturdan keçən maqnit seli 0,03 san müddətində 
bərabər sürətlə 48 MVb-dən sıfıra qədər azaldı. 
Konturun müqaviməti 6 Om olarsa, orada yaranan 
induksiya EHQ və induksiya cərəyan şiddətini 
təyin edin.
 
 
Nəticənin müzakirəsi: 
 Maqnit selinin 
dəyişməsi nəyə 
bərabərdir? 
 İnduksiya EHQ ilə 
induksiya cərəyan 
şiddətini necə təyin 
etdiniz? 
 
 
ARAŞDIRMA 
2 
TƏTBİQETMƏ 
 
 
∆ = ∆
 
 
 
 
(b) 

  LAYİHƏ


45 
 
 
Məişətimizdə istifadə olunan elektron 
sərfiyyat ölçən sayğacların iş prinsipi elek-
tromaqnit induksiyası qanununun 
tətbiqlərinə əsaslanmışdır. Məsələn, 
elektron su sayğacında elektrik cərəyanını 
keçirən maye selində onun sürəti ilə mütə-
nasib olan induksiya EHQ yaranır. 
İnduksiya cərəyanı cihazın elektron 
hissəsində elektrik analoquna – rəqəmsal 
siqnala çevrilir. 
 Elektromaqnit induksiyası qanu-
nunun tətbiqlərinə aid daha hansı 
misallar göstərmək olar (elektron 
resurslardan istifadə edə bilərsiniz)? 
 
 
№ 
Suallar 
Bilirəm 
zəif  orta  yaxşı 

Uzunluğu 1,8 m olan naqil 6 m/san sürətlə bircins maqnit 
sahəsində induksiya vektoruna perpendikulyar olmaqla 
yerini dəyişir. İnduksiya EHQ 5,4V-dur. Maqnit sahəsinin 
induksiyasını təyin edin. 
 
 
 

400 dolağı olan sarğacda 5 san müddətində maqnit seli 
bərabər sürətlə 8 MVb-dən 3 MVb-yə qədər azaldı. 
Sarğacda induksiya EHQ-ni təyin edin. 
 
 
 

3000 dolaqdan ibarət olan sarğacda 120 V induksiya EHQ 
yaranırsa, sarğacda maqnit selinin dəyişmə sürəti nə 
qədərdir? 
 
 
 
 
 
• NƏ ÖYRƏNDİNİZ?  
“Elektromaqnit induksiyası qanunu” xəritəsini qurun.
 
 
 
 
 
 
 
HƏYATLA ƏLAQƏLƏNDİRİN 
 
ÖZÜNÜZÜ QİYMƏTLƏNDİRİN 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə