Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə5/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   162

Rüfət Göyüşov 

Əşyanın verilməsi halları bunlardır: əşyanın əldə edənin birbaşa 

sahibliyinə  verilməsi,  əşyaya  dolayı  sahibliyin  müqavilə  üzrə 

verilməsi,  bu  zaman  əvvəlki  mülkiyyətçi  birbaşa  sahib  kimi  qala 

bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu 

əldə edənə verməsi (bax. AR MM, 181.2). 

Tələblərin  və  hüquqların  alqı-satqısı  zamanı  bağlanılan 

müqavilənin  formasına  münasibətdə  əlavə  tələblər  irəli  sürülür. 

Məsələn,  rəsmi  reyestrlərdə  qeydə  alınmış  daşınmaz  əşyalara  və 

obyektlərə  hüquqların  satıldığı  hallarda  Mülki  Məcəllənin  646- 

650-ci  maddələri  (Daşınmaz  əşyaların  alqı-satqısı  müqaviləsi) 

müvafiq  surətdə  tətbiq  edilir  (bax.  AR  MM,  mad.651).  Orderli 

qiymətli  kağız  üzrə  tələbin  güzəşti  həmin  qiymətli  kağız  üzrə  in- 

dossament  yolu  (həmin  qiymətli  kağızın  arxasında  müvafiq  qeydin 

edilməsi) ilə həyata keçirilir (bax. AR MM, 194.5). 

1.2.

 

Alqı-satqı müqaviləsinin məzmunu 

 

Satıcının hüquq və vəzifələri. Müqavilənin məzmunu tərəflərin 

hüquq və vəzifələrində ifadə olunur. Satıcının əsas hüququ alın- 

mış əşyanın ödənilməsini tələb etməkdir. Satıcı alınmış əşyanın 

ödənilməsini, əgər alqı-satqı müqaviləsində ayrı-qayda nəzərdə 

tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı-qayda irəli gəl- 

mirsə, əşyanı alıcıya bilavasitə təhvil verdikdən əvvəl və ya son- 

ra tələb edə bilər (bax. AR MM, mad.598.1). Satıcının bu hüqu- 

quna adekvat olan alıcının əşyanı ödəmək vəzifəsinin layiqincə 

yerinə yetirilməməsi satıcının digər hüququnun əmələ gəlməsinə 

əsas yaradır. Belə ki, AR MM-in 600.4-cü maddəsinə görə, əş- 

yanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tu- 

tulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş 

əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını 

tələb edə bilər. Göründüyü kimi, satıcının malın qaytarılmasını 

^   - V  

■   ■ » ■ ’ ♦ i  

^ U İ 




I fəsil. Alqı-satqı müqaviləsi 

tələb  etmək  hüququ  onun  əşyanın  ödənilməsini  tələb  etmək 

hüququnun  alıcı  tərəfindən  icrası  vəziyyətindən  asılıdır.  Alıcının 

alqı-satqı  müqaviləsinə  uyğun  olaraq  verilmiş  əşyanı  vaxtında 

ödəməməsi  halında  qanunverici  satıcını  əşyanın  ödənilməsini  tələb 

etməklə yanaşı, Mülki Məcəllənin 449-cu maddəsinə uyğun faizləri 

ödəməyi  tələb  etmək  hüququ  ilə  təmin  edir  (bax.  AR  MM, 

mad.598.3). 

Satıcının  digər  mühüm  hüququ  müqavilənin  icrasından  imtina 

edə bilməsidir. Belə ki, AR MM-in  596.3-cü maddəsində müəyyən 

olunmuş qaydaya əsasən, alıcı alqı-satqı müqaviləsini pozaraq əşyanı 

qəbul etmədikdə və ya onun qəbulundan imtina etdikdə satıcı alıcıdan 

əşyanı  qəbul  etməyi tələb edə və  ya müqavilənin icrasından imtina 

edə bilər. 

Satıcının  növbəti  hüququ  kimi,  AR  MM-in  606-cı  maddəsində 

təsbit  olunan  satıcının  alıcı  tərəfindən  alış  qiyməti  ödə-  nilənədək 

əşyaya  mülkiyyət  hüququnu  özündə  saxlaya  bilməsi  hüququdur. 

Satıcının mülkiyyət hüququnu özündə saxlaya bilməsi hüququ alıcı 

tərəfindən malın ödənilməsi ilə əlaqədar üzərinə düşən vəzifələri icra 

etmədiyi  təqdirdə  satıcı  üçün  qanunvericiliklə  müəyyən  olunan 

səlahiyyətlərdə  ifadə  olunur.  Belə  ki,  əgər  daşınar  əşyanın  satıcısı 

alıcı  tərəfindən  alış  qiyməti  ödənilənədək  əşyaya  mülkiyyət 

hüququnu  özündə  saxlamışdırsa,  şübhə  halında  ehtimal  edilir  ki, 

mülkiyyətin  verilməsi  alış  qiyməti  tam  ödənilənədək  təxirəsahcı 

şərtlə  həyata  keçirilir  və  əgər  alıcı  alış  qiymətinin  ödənilməsini 

gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və əşyanı geri götürmək 

hüququ vardır. 

Satıcının  əsas  vəzifəsi  kimi,  AR  MM-in  567-ci  maddəsində 

göstərilən,  əşyanı  alıcının  mülkiyyətinə  verməsi  vəzifəsi  çıxış  edir. 

Satıcının  bu  vəzifəsinin  icrası  bir  sıra  .şərtlərlə  müşahidə  olunur. 

Mülki  qanunvericilik  bu  şərtləri  müəyyən  etməklə  onların  yerinə 

yetirilməməsinə görə m-ıgniiy^rıi nQwH-jİQn 

pı. 


17 


Rüfət Göyüşov 

tur.  Əşyanın  alıcıya  verilməsi  vəzifəsini  tamamlayan  şərtlər 

aşağıdakılardır: 

1)

 



Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı  alıcıya 

verməyə borcludur (bax. AR MM, mad.568.1). Göstərilən vəzifənin 

icrası  ilk  baxışdan  sadə  görünsə  də  qanunverici  kont-  ragentlərin 

maraqlarının  lazımınca  qoruna  bilməsi  baxımından  bir  çox  hüquqi 

nəticələrin  yaranmasını  məhz  bu  vəzifənin  lazımi  qaydada  icra 

edilmiş sayılması məqamından asılı edir. Məsələn, satılmış əşyanın 

təsadüfən  məhv  olması  və  təsadüfən  zədələnmə-  si  riski  əşyanın 

alıcıya verilməsi  məqamı  ilə müəyyən olunur. AR MM-in  571.1-ci 

maddəsində 

göstərilmiş  qaydaya  əsasən,  əgər  alqı-satqı 

müqaviləsində  ayrı  qayda  nəzərdə  tutulmayıbsa,  əşyanın  təsadüfən 

məhv  olması  və  ya  təsadüfən  zədələnməsi  riski  müqaviləyə  uyğun 

olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı 

andan alıcıya keçir. 

Əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı an tərəflərin 

razılaşması  və  ya  qanun  ilə  müəyyən  oluna  bilər.  Razılaşmada 

müxtəlif  qaydalar  əksini  tapa  bilər.  Məsələn,  müqavilədə  satıcının 

əşyanı  çatdırmaq  vəzifəsi  nəzərdə  tutulubsa,  əşyanın  alıcıya  və  ya 

onun  göstərdiyi  şəxsə  təhvil  verildiyi  məqamda  satıcının  əşyanı 

alıcıya  vermək  vəzifəsi  icra  edilmiş  sayılır  (bax.  AR  MM, 

mad.570.1.1).  Yox  əgər  əşya  alıcıya  və  ya  onun  göstərdiyi  şəxsə 

əşyanın olduğu yerdə verilməlidirsə, onun alıcının ixtiyarına verildiyi 

məqamda satıcının əşyanı alıcıya vermək vəzifəsi icra edilmiş sayılır 

(bax. AR MM, mad.570.1.2). 

Tərəflər alqı-satqı müqaviləsindən satıcının əşyam çatdırmaq və 

ya  olduğu  yerdə  alıcıya  vermək  vəzifəsini  nəzərdə  tutmaya  da 

bilərlər.  Bu  hallarda  da  AR  MM-in  570.2-ci  maddəsinə  əsasən, 

satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda 

nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və 

ya  rabitə  təşkilatına  təhvil  verildiyi  məqamda  icra  edilmiş  sayılır 

(bax. AR MM, mad. 570.2). 

18 

‘J i

 

T j 



.   ' H i  


Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə