Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə1/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
  1   2   3   4   5   6   7   8   9   ...   162


 

Qanun Nəşriyyatı 

 

 

 



 


 


ON SOZ 

Azərbaycan  Respublikası  Mülki  hüququnun  “Öhdəlik  hüququ” 

yanmsahəsinin  -  “Müqavilələrdən  əmələ  gələn  öhdəliklər”, 

“Hesablaşma  öhdəlikləri”,  “Müqavilədən  kənar  öhdəliklər” 

institutlarına  və  “Vərəsəlik  hüququ”  yarımsahəsinə  həsr  edilən  bu 

kitab ali məktəblər üçün dərs vəsaitlərinə qoyulan tələblər əsasında 

yazılmışdır. 

Bu kitabda mülki hüquq münasibətlərinin  yaranmasında aparıcı 

yer  tutan  və  həyatın  müxtəlif  sahələrində  geniş  tətbiq  edilən 

müqavilələrdən  əmələ  gələn  əmlakın  mülkiyyətə  və  ya  istifadəyə 

verilməsi,  işlər  görülməsi  və  xidmətlər  göstərilməsi  üzrə 

münasibətləri  tənzimləyən  mülki  hüquq  normalarına  aydınlıq 

gətirilmiş, həmin müqavilələrin mahiyyəti, onları təşkil edən ünsürlər 

açıqlanmışdır. 

Sahibkarlıq  fəaliyyətində  və  sərbəst  bazar  iqtisadiyyatının 

inkişafında müstəsna əhəmiyyəti olan bu mülki hüquq normalarının 

düzgün  dərk  edilərək  qanuna  uyğun  tətbiq  edilməsinə  yardım 

göstərmək  üçün  biz  müxtəlif  mənbələrə  -  milli  və  xarici 

qanunvericiliklərə,  Roma  hüququna,  elƏLo  də  müxtəlif  elmi 

ədəbiyyatlara müraciət etməklə göstərilən hüquq normalarının  həm 

elmi  anlayışını,  həm  də  praktiki  tətbiq  qaydalarını  işıqlandırmağa 

cəhd etmişik. 

Eyni zamanda göstərilənlərlə bərabər, bəzi hallarda Azərbaycan 

Respublikası  Mülki  Məcəlləsində  yol  verilmiş  nöqsanların  aradan 

qaldırılması,  mülki-hüquqi  normanın  düzgün  anlaşılması  və  vahid 

qaydada tətbiqi üçün bir sıra tövsiyələr vermişik. 




Rüfət Göyüşov 

Oxuculara  təqdim  etdiyimiz  bu  dərs  vəsaitində  dərslik, 

monoqrafiya,  kommcntariya  və  nəzəri  məsələlərin  təhlili  üslubuna 

riayət edildiyindən və bu məsələlər üzvi surətdə əlaqələndirildiyindən 

hesab  edirik  ki,  bu  kitab  həm  mülki  hüquq  sahəsində  ixtisaslaşan 

mütəxəssislər  üçün,  həm  də  sahibkarlıq  sahəsində  çalışan  şəxslər 

üçün dəyərli vəsait olacaqdır. 

Hazırladığımız  dərs  vəsaitinin  ən  mühüm  məziyyətlərindən  biri 

onun  qısa,  konkret  və  sadə  dildə  yazılmasıdır.  Məhz  göstərilən 

keyfiyyətləri  sayəsində  hesab  edirik  ki,  oxuculara  təqdim  edilən  bu 

dərs  vəsaiti  həm  ali  məktəblərin  hüquq  fakültələrinin  müəllimləri, 

tələbələri,  doktorantları  üçün,  həm  də  hüquq  tətbiqi  fəaliyyəti  ilə 

məşğul  olanlar,  yeni  iqtisadi  münasibətlər  şəraitində  çalışan 

sahibkarlar və mülki hüquq münasibətlərinin iştirakçıları olan bütün 

fiziki  və  hüquqi  şəxslər  üçün  faydalı  olacaq  və  onların  stolüstü 

kitabına çevriləcəkdir. 



Müəllif 


I fəsil. Alqı-satqı müqaviləsi 

I

 

BOLMƏ. 

ƏMLAKIN MÜLKİYYƏTƏ 

VERİLMƏSİ İLƏ ƏLAQƏDAR OLAN MÜQAVİLƏLƏR 

I FƏSİL. Alqı-satqı müqaviləsi 

1.1.

 

Alqı-satqı müqaviləsinin anlayışı, 

əlamətləri və mülki qanunvericilikdə yeri 

Alqı-satqı  müqaviləsinin  tarixi  aspektləri.  Alqı-satqı 

müqaviləsi  öhdəlik  hüququ  yarımsahəsinin  ən  geniş  hüquqi 

tənzimləməyə  məruz  qalan  müqavilələrindən  biridir.  Alqı-satqı 

müqaviləsindən  irəli  gələn  münasibətlərin  tənzimlənməsinin  bizə 

məlum  olan  tarixi  dörd  min  il  əvvələ  aiddir.  Hələ  klassik  Roma 

hüququnda  empitio-venditio  kimi  adlanan  alqı-satqı  müqaviləsinə 

görə, bir tərəf - satıcı  (venditor) digər tərəfin alıcının mülkiyyətinə 

əşyanı, mah (merx) verməyi, digər tərəf - alıcı (empi- tio) isə satıcıya 

müəyyən pul məbləğini (premium) ödəməyi öhdəsinə götürür'. 

Hüquq sistemlərinin çox əsirlik inkişaf tarixi boyunca alqı- satqı 

müqaviləsi təbii seçim qaydasında təsadüfi normalardan təmizlənmiş 

və  daha  əsaslı,  keyfiyyətli  normalarla  əvəz  olunmaqla  bugünkü 

inkişaf səviyyəsinə çatmışdır. 

Alqı-satqı müqaviləsi, ümumiyyətlə, müqavilələrdən yaranan 

öhdəliklər hüququ institutunun formalaşmasına və inkişafına böyük 

təsir  göstərmişdir.  Bunun  nəticəsi  olaraq  alqı-satqı  müqaviləsini 

tənzimləyən  hüquqi  normalar  digər  bir  çox  hüquqi  əqdlər  üçün  də 

ümumi xarakterli qaydalar şəklində tətbiq olunur. Tarixi as- 

'

 

C



M

.: Римское частное право /Под ред. И.Б.Новицкого и И.С.Перетер- ского. 

М.: Юрист, 2002. 




Rüfət Göyüşov 

pektdən yanaşsaq, demək olar ki, öhdəlik hüququnun xüsusi hissəsi 

məhz onun inkişafı sayəsində yaranıb'. 

Bu  gün  alqı-satqı  müqaviləsi  mülki  dövriyyənin  ən  geniş 

yayılmış  müqaviləsidir.  Maddi  nemətlərin  əmtəə  formasında 

dövriyyəsi hər bir öhdəliyin əsasını təşkil edir. Göstərilən əlamətlər 

ən  açıq  şəkildə  alqı-satqı  müqaviləsində  əksini  tapmaqla  bu 

müqavilənin məzmununu formalaşdırır. 



Alqı-satqı  müqaviləsinin  beynəlxalq  hüquqi  tənzimlənməsi. 

Al-  qı-satqı  müqaviləsi  beynəlxalq  iqtisadi  münasibətlərdə,  ölkənin 

xarici  ticarət  əlaqələrində  əhəmiyyətli  rol  oynayır.  Bu  müqavilə 

münasibətlərinin  tənzimlənməsi  üçün  bir  sıra  beynəlxalq  saziş  və 

konvensiyalar  qəbul  olunmuşdur  ki,  onlarında  arasında  əsas  yeri 

BMT-nin 


"Əmtəələrin  beynəlxalq  alqı-satqısı  müqavilələri 

haqqında" Konvensiyası tutur. Bu Konvensiya 1980-ci ildə BMT-nin 

xüsusi  konfransında  işlənib  hazırlanmışdır.  Konfrans  Vyana 

şəhərində  keçirildiyi  üçün  o.  Vyana  Konfransı  adlandırılmışdır. 

Sabiq  SSRİ  həmin  Konvensiyaya  SSRİ  Ali  Sovetinin  qərarı  ilə 

1990-cı ildə qoşulmuşdur. 

Qeyd  olunan  Konvensiya  dünya  miqyasında  alqı-satqı 

proseslərinin unifikasiya olunmuş (vahid şəklə salınmış) qaydalarını 

nəzərdə  tutur.  Bu  qaydalar  müxtəlif  ictimai,  iqtisadi  və  hüquqi 

sistemlərə  malik  olan  bir  çox  ölkələr  üçün  münasib  olmaqla 

beynəlxalq ticarətdə hüquqi maneələri aradan götürə bilər. 

Vyana Konvensiyasının məqsədi beynəlxalq alqı-satqını tənzim 

edən milli qanunvericiliyin unifıkasiyasma (vahid şəklə salınmasına) 

kömək göstərməkdir. Konvensiya əsasən aşağıdakıları nəzərdə tutur: 

- mallar üzrə beynəlxalq alqı-satqı müqavilələrinin bağlanması və 

istifadə edilməsini eyni formada tənzimləyir

' Гражданское право: Учебник / Под. ред. А.П.Сергеева, Ю.К.Толстого. Том 

2. М.: Проспект, 2003, с.223. 




Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə