Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə2/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   162

I fəsil. Alqı-satqı müqaviləsi 

-

 



kommersiya  danışıqlarının  tezləşdirilməsinə,  asanlaşdırıl- 

masma və ucuzlaşdırılmasma kömək göstərir

-

 

müqavilə  tərəflərinin  bir-birinin  hüquq  və  vəzifələrini 



birmənalı başa düşmələri üçün ilkin şərait yaradır; 

-

 



daha güclü tərəfmüqabil (partnyor) tərəfindən müqaviləyə özü 

üçün  daha  əlverişli  şərtlərin  digər  tərəfə  zorla  qəbul  etdirilməsi 

hallarının aradan qaldırılmasına imkan yaradır; 

-

 



müqavilə  üzrə  satıcının  və  alıcının  əsas  öhdəliklərini 

müəyyənləşdirir; 

-

 

konvensiyada  iştirak  etməyən  dövlətlər  arasında  müqavilə 



mübahisəsi  (münaqişəsi)  baş  verdikdə,  müqavilə  tərəfləri 

(subyektləri) və müqavilə prcdmetləri (obyektləri) üzrə münasibətləri 

qaydaya salır; 

-

 



alqı-satqı  müqaviləsinin  obyektlərinin  (malların)  siyahısım 

müəyyən edir; 

-

 

konvensiyanın  aid  olmadığı  ölkələr  üçün  alqı-satqı 



müqaviləsinin nişanələrini (əlamətlərini) müəyyənləşdirir. 

Vyana Konvensiyası 101 maddəni əhatə etməklə dörd hissədən 

ibarətdir:  birincisi,  tətbiqi  sfera  və  ümumi  müddəalar;  ikincisi, 

müqavilənin bağlanması; üçüncüsü, malın  alqı-satqısı; dördüncüsü, 

yekun müddəa. 

Bu Konvensiyanın milli qanunvericiliyə təsiri böyükdür və xarici 

ticarət əlaqələrində geniş tətbiq olunmaqla alqı-satqı sahəsində milli 

qanunvericiliklə  beynəlxalq  hüquqi  praktikanın  yaxınlaşmasında 

əhəmiyyətli rol oynayır. 

Alqı-satqı  müqaviləsinin  tənzimlənməsinə  aid  digər  mühüm 

beynəlxalq aktlardan biri kimi, "Beynəlxalq alqı-satqı müqavilələrinə 

tətbiq  edilən  hüquqi  qaydalara  dair"  Konvensiyanı  göstərmək  olar. 

Bu  Konvensiya  Haaqa  Konvensiyası  adlanır.  Yeni  Konvensiya 

1985-ci  ildə  Haaqada  beynəlxalq  xüsusi  hüquq  konfransının 

sessiyasında  qəbul  olunmuşdur.  Bu  Konvensiya  isə  öz  növbəsində 

1980-ci il tarixli Vyana Konvensiyasına bəzi əla- 




Rüfət Göyüşov 

vəlor  edilməsini  də  nəzərdə  tuturdu.  Konvensiya  həm  də  universal 

xarakter  daşıyırdı.  Belə  ki,  o,  həm  iştirakçı  dövlətlərə,  həm  də 

beynəlxalq  müqavilə  ilə  bağlı  olan,  lakin  Konvensiyada  iştirak 

etməyən dövlətlərə tətbiq edilir. 

Alqı-satqı  müqaviləsinə  tətbiq  olunan  hüquq  Haaqa 

Konvensiyasına 

uyğun 


surətdə, 

aşağıdakıları 

tənzimləyir: 

müqavilənin şərhini; tərəflərin hüquq və vəzifələrini və müqavilənin 

icrasını;  alıcının  mallardan  götürəcəyi  nəticə  və  gəlirlərin  ilkin 

şərtlərini;  mallara  görə  alıcı  riskinin  ilkin  şərtlərini;  mülkiyyətçilik 

hüququnun saxlanılmasına dair düzəlişin tərəflər üçün həqiqiliyi və 

nəticələrini; 

müqavilənin 

yerinə 


yetirilməməsinin 

hüquqi 


nəticələrini;  zərərin  ödənilməsi  üsullarını;  iddia  müddəti  və 

müqavilənin öz qüvvəsini itirməsi müddətini və i.a. 



Alqı-satqı  müqaviləsinin  anlayışı  və  mülki  qanunvericilikdə 

yeri.  Alqı-satqı  müqaviləsi  Azərbaycan  Respublikası  Mülki 

Məcəlləsinin (bundan sonra - AR MM-in) 29-cu fəslinin normaları ilə 

tənzimlənir.  Alqı-satqı  müqaviləsinin  anlayışı  AR  MM-in  567-ci 

maddəsində  aşağıdakı  kimi  verilmişdir;  "Alqı-satqı  müqaviləsinə 

görə  satıcı  əşyanı  alıcının  mülkiyyətinə  verməyi,  alıcı  isə  əşyanı 

qəbul  edib  əvəzində  müəyyənləşdirilmiş  pul  məbləğini  (qiyməti) 

ödəməyi öhdəsinə götürür". 

Mülki qanunvericilik alqı-satqı müqaviləsini ümumi anlayış kimi 

qəbul  etməklə  onun  əhatə  dairəsinə  müəyyən  alış  qiyməti 

müqabilində  əmlakın  özgəninkiləşdirilməsi  ilə  əlaqədar  yaranan 

bütün növ öhdəlikləri daxil edir. Belə ki, əvvəllər müstəqil müqavilə 

növü kimi çıxış edən bir çox müqavilələr (məsələn, mal göndərmə, 

tədarük və s.) hazırda alqı-satqı müqaviləsinin ayrı-ayrı növləri kimi 

çıxış  edir.  Bu,  əmlakın  əvəzli  olaraq  özgəninkiləşdirilməsi  ilə 

əlaqədar  yaranan  öhdəliklər  üçün  qanunverici  tərəfindən  ümumi 

qaydaların işlənib hazırlanması zərurətini yaradır. 

Alqı-satqı müqaviləsi ilə tənzimlənən münasibətlərin dairəsi daha 

genişdir. Qanunverici alqı-satqı müqaviləsi adı altında 




I fosil. Alqı-satqı müqaviləsi 

onun ayrı-ayrı növlərini: pərakəndə alqı-satqını (AR MM, mad.614), 

mal  göndərmə  müqaviləsini  (AR  MM,  mad.627),  fak-  torinq 

müqaviləsini  (AR  MM,  mad.655);  premelinə  görə  isə  heyvanların, 

quşların,  balıqların  alqı-satqısı  (AR  MM,  mad.608),  daşınmaz 

əşyaların  alqı-satqısı  (AR  MM,  mad.646),  tələblərin  və  digər 

hüquqların  alqı-satqısı  (AR  MM,  mad.651)  ilə  əlaqədar  yaranan 

münasibətləri tənzimləyən normaları əhatə edir. 

Alqı-satqı  müqaviləsi  AR  MM  ilə  yanaşı,  digər  qanunlarla  da 

tənzimlənir. Bunların sırasına "İstehlakçıların hüquqlarının müdafiəsi 

haqqında"  Azərbaycan  Respublikasının  19.09.1995-ci  il  tarixli 

qanununu  aid  etmək  olar.  Göstərilən  qanunun  əhatə  dairəsi  tək 

alqı-satqı 

müqaviləsi 

ilə 

kifayətlənməyərək 



Azərbaycan 

Respublikasının  ərazisində  istehlakçılar  üçün  bərabər  şərait 

yaradılması  məqsədi  ilə  alqı-satqı  prosesində,  iş  görülməsində  və 

xidmət  göstərilməsində  istehlakçı  ilə  istehsalçı,  satıcı  və  icraçı 

arasında  münasibətlərin  eyni  cür  tənzimlənməsinin,  habelə 

istehlakçıların hüquqlarının müdafiəsinin ümumi hüquqi, iqtisadi və 

sosial əsaslarını və mexanizmini müəyyənləşdirir. 

Alqı-satqı müqaviləsinin ayrı-ayrı növləri ilə əlaqədar məsələlər 

mərkəzi icra hakimiyyəti orqanlarının normativ xarakterli aktları ilə 

tənzimlənə  bilər.  Belə  ki,  AR  MM  ilə  tənzimlənməyən  qiymətli 

kağızların  alqı-satqısı  müqaviləsi  Azərbaycan  Respublikasının 

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 26 iyul 2006-cı il tarixli 

əmri  ilə  təsdiq  edilmiş  "Qiymətli  kağızlarla  alqı-  satqı  əqdlərinin 

bağlanma  qaydaları  haqqında"  Əsasnaməsi  ilə  tənzimlənir.  Bu 

əsasnamə  Azərbaycan  Respublikası  ərazisində  adlı  investisiya 

qiymətli  kağızlarla  alqı-satqı  əqdlərinin  bağlanma  və  qeydiyyatı 

qaydalarını müəyyənləşdirir. Qiymətli kağızların  broker vasitəsi  ilə 

alqı-satqısı brokerlə müştəri arasında bağlanan tapşırıq və komissiya 

müqaviləsi  əsasında  həyata  keçirilir.  Tapşırıq  və  komissiya 

müqaviləsinin şərtləri broker müqaviləsində öz əksini tapmalıdır. 




Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə