Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə8/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   ...   162

1 fəsil. Alqı-satqı müqaviləsi 

da nəzərdə tutulan müddətlər tətbiq olunur. Belə ki, əgər əşya üçün 

qarantiya  və  ya  yararhlıq  müddəti  müəyyənləşdirilməyib-  sə,  alıcı 

əşyanın  qüsurları  ilə  bağlı  tələbləri  həmin  əşyanın  alıcıya  verildiyi 

gündən iki il ərzində və ya alqı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş 

daha uzun müddətdə irəli sürə bilər (bax. AR MM, mad.589.2). 

Qarantiya və yararhlıq müddəti hesablanma qaydasına və tətbiq 

olunduqları əşyaların xüsusiyyətlərinə görə biri birindən fərqlənirlər. 

Qarantiya  müddətinin  axımı,  əgər  alqı-satqı  müqaviləsində  ayrı 

müddət  nəzərdə  tutulmayıbsa,  əşyanın  alıcıya  verildiyi  məqamdan 

başlanır (bax. AR MM, mad.583.1). 

Qarantiya  müddətindən  fərqli  olaraq  yararhlıq  müddəti,  əsasən, 

cinsən  müəyyən  olunan  və  şəxsi  istehlak  xarakterli  qida,  kosmetik, 

dərman  və  s.  bu  növdən  olan  əmtəələr  üçün  müəyyən  olunur.  Bu 

səbəbdən  də,  yararhlıq  müddəti  qanunvericilik,  əsasən,  dövlət 

standartlarının  məcburi  tələbləri  və  ya  digər  məcburi  qaydalar  ilə 

müəyyənləşdirilir. 

AR  MM-in  585-ci  maddəsində  nəzərdə  tutulmuş  qaydaya  görə, 

əşyanın  yararhlıq  müddəti  onun  hazırlandığı  gündən  hesablanan, 

istifadəyə yararhhğını göstərən vaxt dövrü ilə və ya əşyanın istifadəyə 

yararhhğmm  bitdiyi  tarixlə  müəyyənləşdirilir.  Odur  ki,  satıcı 

yararhlıq  müddəti  müəyyənləşdirilmiş  əşyanı  alıcıya  elə  hesabla 

verməlidir  ki,  yararhlıq  müddəti  bitənədək  əşyadan  təyinatı  üzrə 

istifadə edilə bilsin. 

Burada bir məsələyə diqqət yetirmək lazımdır. Məsələ ondadır ki, 

satıcı  qarantiya  dövrü  ərzində  əşyanın  keyfiyyət  göstəricilərinin 

itirilməsinə səbəb olan bütün hallar üçün cavabdehlik daşımır. Belə 

ki, satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda 

cavabdehdir  ki,  əşyanın  qüsurlarının  əşya  alıcıya  verildikdən  sonra 

alıcı  tərəfindən  ondan  istifadə  və  ya  onun  saxlanması  qaydalarının 

pozulması və ya üçüncü şəxslərin 

25 



Rüfət Göyüşov 

hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ 

gəldiyini sübuta yetirməsin (bax. AR MM, mad. 588.2). 

Bu  məqamdan  çıxış  edərək  göstərilən  qaydanın  məntiqi 

ardıcıllığını  belə  davam  etdirmək  olar  ki,  əgər  alıcı  əşyanın 

qüsurlarının ona verilməzdən əvvəl və ya həmin məqamadək yaranan 

səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün 

satıcı cavabdehdir (bax. AR MM, mad.588.1). 

Lazımi  keyfiyyətli  olmayan  əşyanın  verilməsi  bir  sıra  hüquqi 

nəticələrə  gətirib  çıxaracaqdır  ki,  bu  nəticələr  alıcı  və  satıcının 

qanunla  müəyyən  olunmuş  hüquq  və  vəzifələrində  ifadə  olunur. 

Öhdəliklərin  lazımi  qaydada  icrası  prinsipindən  irəli  gələn  tələbə 

əsasən,  hər  bir  satıcı  satdığı  əşyanın  qüsurları  barədə  (əgər  varsa) 

alıcıya məlumat verməlidir. Müvafiq məlumat verildikdən sonra alıcı 

əşyanı qəbul edərsə, o zaman alıcı bu cür əşyanı qəbul etmiş sayılır. 

Belə  hallara  təcrübədə  tez-tez  rast  gəlmək  olar.  Məsələn,  bir  də 

görürsən mağazada satılan iki eyni əşyanın biri o birindən, müəyyən 

qədər  ucuz  olur.  Satıcıdan  bunun  səbəbini  soruşanda  ucuz  satılan 

əşyanın defekti (qüsuru) olduğunu və bunun üçün də aşağı qiymətə 

satıldığını bildirir. Əgər həmin qüsurlar əşyadan ümumi təyinatı üzrə 

istifadə etməyə mane olmursa və ya aradan qaldırıla biləndirsə, əksər 

hallarda  alıcılar  qüsurlu  əşyanı  qiyməti  nəzərə  çarpacaq  dərəcədə 

fərqlənərsə,  məmnuniyyətlə  əldə  edirlər.  Bu  halda  keyfiyyətin 

aşağı-yuxarı həddi  alqı-satqı müqaviləsi ilə müəyyən olunur. Zatən 

AR MM- in 581.1-ci maddəsində də nəzərdə tutulur ki, satıcı alıcıya 

keyfiyyəti  alqı-satqı  müqaviləsinə  uyğun  gələn  əşya  verməyə 

borcludur. Lakin bu qaydanı bütün əşyalara aid etmək olmaz, belə ki, 

yararhhq  müddəti  tətbiq  olunan  əmtəələr  müddət  bitdikdən  sonra 

istifadə  edilə  bilməz.  Satıcı  yararhhq  müddəti  müəyyənləşdirilmiş 

əşyanı alıcıya elə hesabla verməlidir ki, yararhhq müddəti bitənədək 

əşyadan təyinatı üzrə istifadə edilə bilsin (bax. AR MM, mad. 584.2). 

26 



I fəsil. Alqı-satqı müqaviləsi 

Satıcının əşyanın qüsurları barədə qabacadan məlumat verməməsi 

obyektiv  səbəblərdən  asılı  ola  bilər.  Belə  ki,  əşyanın  qüsurunun 

olması  barədə  satıcının  və  ya  istehsalçının  məlumatı  olmaya  bilər. 

Lakin bu hal alıcının və satıcının keyfiyyətsiz əşyanın verilməsi ilə 

əlaqədar  qanunla  müəyyən  olunmuş  hüquq  və  vəzifələrinə  təsir 

etməyəeəkdir.  Belə  ki,  AR  MM-in  587.1-ci  maddəsində  müəyyən 

olunmuş  qaydaya  görə,  əgər  satıcı  əşyanın  qüsurları  barəsində 

qabaqcadan  məlumat  verməmişsə,  lazımi  keyfiyyətli  olmayan 

əşyanın  verildiyi  alıcının  ixtiyarı  var  ki,  satıcının  təqsiri 

olub-olmamasından  asılı  olmayaraq,  satıcıdan  öz  seçimi  ilə  ya  alış 

qiymətinin  mütənasib  azaldılmasını,  ya  əşyanın  qüsurlarının 

ağlabatan  müddətdə  əvəzsiz  aradan  qaldırılmasını,  ya  da  əşyanın 

qüsurlarının  aradan  qaldırılması  üçün  özünün  çəkdiyi  xərclərin 

əvəzinin ödənilməsini tələb etsin. 

Qüsurların ciddiliyi eyni zamanda bu qüsurların aradan qaldırıla 

bilməməsi,  bunun  tənasübsüz  xərclər  və  ya  vaxt  hesabına  başa 

gəlməsi və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra 

yenidən  üzə  çıxan  və  digər  bu  eür  qüsurlar  ilə  əlaqədar  satıcının 

üzərinə düşən vəzifələri yerinə yetirə bilməməsi satıcı üçün daha ağır 

nəticələrdə  ifadə  olunur.  Belə  ki,  AR  MM-  in  587.2-ci  maddəsinə 

əsasən,  əşyanın  keyfiyyətinə  aid  tələblər  əhəmiyyətli  dərəcədə 

pozulduqda  alıcının  ixtiyarı  var  ki,  öz  seçimi  ilə  ya  alqı-satqı 

müqaviləsinin  icrasından  imtina  etsin  və  əşya  üçün  ödədiyi  pul 

məbləğinin qaytarılmasını, ya da lazımi keyfiyyətli olmayan əşyanın 

müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 

Qüsurların  aradan  qaldırılması  və  ya  əşyanın  əvəz  edilməsi 

tələbini  alıcı,  əgər  əşyanın  xarakterindən  və  ya  öhdəliyin 

mahiyyətindən  ayrı  qayda  irəli  gəlmirsə,  irəli  sürə  bilər  (bax.  AR 

MM, mad.587.3). Əşyanın xarakteri dedikdə, məsələn, elə əşyalar var 

ki, onların dəyişdirilməsi mümkün deyil. Bu əşyalar fərdən müəyyən 

olunan əşyalardır ki, əlamətlərinə görə həmin əşya ya 



27 


Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə