Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə9/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   ...   162

Rüfət Göyüşov 

təkdir  və  ya  eynicinsli  əşyalardan  fərdiləşmə  əlamətinə  görə 

ayrılmışdır. Məsələn, torpaq sahəsi, əl işi olan bir əşya, rəsm əsəri, 

tarixi əsər, antik əşya və s. torpaq sahəsini alıb sonradan keyfiyyətli 

olmaması səbəbindən dəyişdirilməsi tələbi absurddur. Ən yaxşı halda 

AR MM-in 649-cu maddəsinə əsaslanaraq satılmış daşınmaz əşyanın 

müqaviləyə uyğun olmaması səbəbindən müqavilənin ləğv edilməsi 

və tərəflərin ilkin vəziyyətə qaytarılması tələb oluna bilər. Eləcə də 

rəssamın  əsəri  və  ya  antik  əşya.  Bu  cür  əşyalara  münasibətdə 

keyfiyyət  anlayışı  tətbiq  olunmadığı  üçün  alıcının  AR  MM-in 

587.2-ci  maddəsindən  irəli  gələn  hüquqlarının  həyata  keçirilməsi 

məhdudlaşacaqdır. 

Keyfiyyətlə  əlaqədar  müəyyən  olunan  tələblər  əşyanın  komp- 

lektinə də aiddir. Belə ki, komplektə daxil olan əşya hissələri lazımi 

keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə əsas əşya ilə 

əlaqədar  Mülki  Məcəllədə  nəzərdə  tutulan  hüquqları  həyata  keçirə 

bilər (bax. AR MM, mad.587.4). 

Alıcının  hüquq  və  vəzifələri.  Alıcının  hüquqları  satıcının 

əşyanın  verilməsi,  malın  çeşidi,  miqdarı,  ləvazimatı,  keyfiyyəti, 

qablaşdırılması  və  s.  vəzifələri  ilə  qarşılıqlı  əlaqədə  olduğu  və 

yuxanda təhlil olunduğu üçün onları təkrar olaraq sadalamağa ehtiyac 

yoxdur. 

Alıcının  qanunvericiliklə  müəyyən  olunan  vəzifələrini  əsas  və 

əlavə  olmaqla  iki  istiqamətdə  qruplaşdırmaq  olar.  Alıcının  iki  əsas 

vəzifəsi  vardır.  Bunlardan  birincisi,  əşyanı  qəbul  etmək,  ikincisi, 

qəbul etdiyi əşyanın qiymətini ödəmək. 

AR  MM-in  596.1-ci  maddəsində  müəyyən  olunmuş  qaydaya 

görə,  alıcı  ona  verilən  əşyanı  qəbul  etməyə  borcludur.  Lakin  bu 

qaydadan istisnalar da vardır. Belə ki, alıcı əşyanı dəyişdirməyi tələb 

etməyə  və  ya  alqı-satqı  müqaviləsinin  icrasından  imtina  etməyə 

ixtiyarı çatdığı hallarda əşyam qəbul etməyə bilər. 

Alıcının əşyanı qəbul etmək vəzifəsinin icrası məqamı satıcının 

əşyanı alıcıya vermək vəzifəsinin icrası məqamını şərtləndirən AR 



28 


I fəsil. Alqı-satqı müqaviləsi 

MM-in 570-ci maddəsində nəzərdə tutulan qaydalar ilə mütənasibdir. 

Ümumi  qaydaya  görə,  alıcı  müvafiq  əşyanın  verilməsini  və 

alınmasını  təmin  etmək  üçün  öz  tərəfindən  zəruri  olan  hərəkətləri 

etməyə borcludur. Bu hərəkətlər alqı-satqı müqaviləsinin pred- meti 

olan  əşyaların  satıcı  tərəfindən  çatdırılması  üçün  zəruri  şəraitin 

yaradılmasında, çatdırılma ünvanının dəqiq göstərilməsində, əşyanın 

olduğu  yerdə  bilavasitə  sahibliyə  qəbul  etməkdə  və  ya  daşıyıcıdan 

təhvil almasını göstərən hərəkətlərdə ifadə olunur. 

Ümumi  qaydaya  görə,  alıcı  əşyanın  müəyyənləşdirilmiş 

qiymətini ödəməyə borcludur. Ödəmə birdəfəlik və ya hissə-hissə ola 

bilər. Əgər  alqı-satqı müqaviləsində əşyanın  hissə-hissə ödənilməsi 

nəzərdə  tutulmayıbsa,  alıcı  verilmiş  əşyanın  qiymətini  satıcıya  tam 

ödəməyə borcludur (bax. AR MM, mad.598.2). 

Əşyanın  ödənilməsi  qaydasını  tərəflər  alqı-satqı  müqaviləsində 

razılaşdıra bilərlər. Belə razılaşma olmadıqda AR MM-in 

598.1-

 

ci  maddəsinə  əsasən,  alıcı  əşyanı  satıcıdan  bilavasitə  təhvil 



almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 

Alıcının  qeyd olunan əsas vəzifələri ilə  yanaşı,  qanunverici  bir 

sıra  fakültativ  (əlavə)  vəzifələr  də  müəyyən  etmişdir.  Fakültativ 

vəzifəyə  misal  olaraq  malın  qüsurları  barədə  alıcının  satıcını 

məlumatlandırmalı  olmasını  göstərmək  olar.  Belə  ki,  AR  MM-in 

595.1-ci  maddəsinə  əsasən,  alıcı  alqı-satqı  müqaviləsinin  miqdar, 

çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin 

pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə 

müddət  müəyyənləşdirilmədikdə  isə,  müqavilənin  müvafiq  şərtinin 

pozuntusu  əşyanın  xarakterinə  və  təyinatına  görə  aşkar  edilməli 

olduqdan sonra ağlabatan müddətdə bildiriş verməlidir. Bu qaydanın 

yerinə  yetirilmədiyi  halda  satıcı  alıcının  tələblərini  ödəməkdən 

tamamilə  və  ya  qismən  imtina  edə  bilər.  Bu  hüququn  həyata 

keçirilməsi  yalnız  satıcı  alıcının  həmin  qaydam  yerinə 

yetirməməsinin onun tələbini ödəməyin qeyri-mümkünlüyünə səbəb 

olduğunu və ya müqavilənin 



29 


Rüfət Göyüşov 

pozulması haqqında vaxtında bildiriş aldığı halda çəkəcəyi xərclərə 

nisbətən tənasübsüz xərclər çəkdiyinə səbəb olduğunu sübuta yetirə 

bildiyi halda mümkündür. 

Alıcının  digər  fakültativ  vəzifəsi  kimi,  əşyanı  sığorta  etdirməsi 

çıxış edir. Əşyanı sığorta etdirmək vəzifəsi müqavilə ilə hər iki tərəfin 

üzərinə  qoyula  bilər.  AR  MM-in  602.2-ci  maddəsində  müəyyən 

olunmuş qaydaya əsasən, əşyanı sığorta etdirməyə borclu olan tərəf 

müqavilənin  şərtlərinə  uyğun  olaraq  sığortanı  həyata  keçirmədikdə 

digər tərəf əşyanı sığorta etdirə və borclu tərəfdən sığortaya çəkdiyi 

xərclərin  əvəzini  ödəməyi  tələb  edə  və  ya  müqavilənin  icrasından 

imtina edə bilər. 



1.3.

 

Pərakəndə alqı-satqı müqaviləsi 

Parakəndə  alqı-satqı  müqaviləsinin  anlayışı.  Pərakəndə 

alqı-sat-  qı  müqaviləsinə  görə  malların  pərakəndə  satışı  üzrə 

sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı sahibkarlıq fəaliyyəti ilə 

bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan 

malı alıcıya verməyi öhdəsinə götürür (bax. AR MM, mad.614.1). 

Pərakəndə alqı-satqı müqaviləsi alqı-satqı müqaviləsinin ən geniş 

yayılmış  növüdür.  Gündəlik  olaraq  dünyada  milyardlarla  belə  əqd 

bağlanır.  Əmtəənin  istehlakçıya  çatdırılması,  bir  qayda  olaraq,  bir 

neçə mərhələdən keçir ki, bu da müxtəlif hüquqi formalarla şərtlənir. 

Bu  mərhələlər  xammalın  alınmasını,  emalını,  istehsalını,  əmtəəyə 

çevrilməsini  və  bu  əmtəələrin  bölgüsünü  nəzərdə  tutur.  Pərakəndə 

alqı-satqı  müqaviləsindən  irəli  gələn  münasibətlərin  əsas  məqsədi 

sonuncu  mərhələ  olan  əmtəələrin  bölgüsünü  həyata  keçirməklə 

əhalinin geniş kütləsinin istehlak tələbini təmin etməkdir. 

Bu  müqavilə  mövcud  maddi  nemətlərin  dövriyyəsinin  istehlak 

olunmadan əvvəlki son mərhələsinin hüquqi formasıdır. Yə 



30 


Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə