Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə4/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   162

I fəsil. Alqı-satqı müqaviləsi 

nin icrası üçün pul müqayisəyə gələ bilən hallarda oxşar mallar üçün 

adətən alman qiymət üzrə ödənilməlidir. 

İstehlak xarakterli bəzi əmtəələrin (məsələn, yanacaq, çörək və s.) 

qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənir. 

Əşyanın qiyməti onun maya dəyəri, hazırlanmasına, daşınmasına 

və  ya  qorunmasına  çəkilən  məsrəflər  və  s.  əsas  götürülməklə 

müəyyənləşdirilə bilər. Real həyatda əşyanın qiymətini şərtləndirən 

göstəricilər iqtisadi şəraitdən asılı olaraq hər zaman dəyişikliyə məruz 

qala  bilər.  Odur  ki,  alqı-satqı  müqaviləsində  əşyanın  qiymətini 

şərtləndirən  göstəricilərdən  asılı  olaraq  onun  qiymətinin 

dəyişdirilməli  olduğu  nəzərdə  tutulduqda,  lakin  qiymətin 

dəyişdirilməsi  üsulu  müəyyənləşdirilmədikdə,  qiymət  müqavilənin 

bağlandığı an və əşyanın təhvil verildiyi an üçün həmin göstəricilərin 

nisbəti  əsas  götürülməklə  müəyyənləşdirilir  (bax.  AR  MM, 

mad.597.3). 

Qiymət  əşyanın  çəkisindən  və  ya  miqdarından  asılı  olaraq 

müəyyən  olunur.  Qiymət  əşyanın  çəkisindən  asılı  olaraq  müəy- 

yənləşdirildikdə,  əgər  alqı-satqı  müqaviləsində  ayrı  qayda  nəzərdə 

tutulmayıbsa, xalis çəkiyə görə təyin edilir. 



Müddət  haqqında  razılaşma  alqı-satqı  müqaviləsinin  mühüm 

şərti  hesab  olunmur.  Müqavilədə  müddət  haqqında  razılaşmanın 

olmaması  onun  etibarlılığına  təsir  göstərmir.  AR  MM-in  569.1-ci 

maddəsinə əsasən, alqı-satqı müqaviləsi müddəti müəyyənləşdirməyə 

imkan  vermədikdə.  Mülki  Məcəllənin  427-ci  maddəsində  nəzərdə 

tutulan qaydalar tətbiq olunur. Həmin qaydalara görə, əgər öhdəliyin 

icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək 

mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, 

borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 

Lakin  alqı-satqı  müqaviləsinin  elə  növləri  də  vardır  ki,  orada 

müqavilənin mühüm şərtləri sırasına predmetlə yanaşı, müqavi 

13 



Rüfət Göyüşov 

lənin  qiymətini  (satılan  əşyanın  qiymətini)  və  öhdəliyin  icra 

müddətini  aid  edirlər.  Məsələn,  AR  MM-in  601.1-ci  maddəsinin 

tələblərinə  görə, hissə-hissə ödəmə şərti ilə əşyanın  nisyə satılması 

haqqında  müqavilə  o  halda  bağlanmış  sayılır  ki,  alğı-satqı 

müqaviləsinin  digər  mühüm  şərtləri  ilə  yanaşı,  əşyanın  qiyməti, 

ödənişlərin  qaydası,  müddətləri  və  məbləğləri  nəzərdə  tutulmuş 

olsun. 


Alqı-satqı 

müqaviləsinin 

növlərində 

olan 


göndərmə 

müqaviləsində isə müddət haqqında razılaşma müqavilənin mühüm 

şərtlərindən biri hesab olunur (bax. AR MM,  mad.627.1). Odur ki, 

ümumi qaydaya görə, qiymət və müddət haqqında razılaşma yalnız 

qanunda nəzərdə tutulduğu hallarda alqı-satqı müqaviləsinin mühüm 

şərti kimi çıxış edə bilər. Adi halda isə həm qiymət, həm də müddət 

haqqında  razılaşma  mühüm  şərt  sayılmır.  Qiymət  müqavilədə 

müxtəlif  qaydalarda  göstərilə  bilər.  Bu,  bilavasitə  hər  əşyaya 

münasibətdə müəyyən məbləğin göstərilməsi ilə və yaxud əşyaların 

toplu şəklində qiymətinin göstərilməsi üsulu ilə ola bilər. 

Əşyaların  qiyməti  həm  Azərbaycan  manatı  ilə,  həm  də  xarici 

valyutada  müəyyən  oluna  bilər.  Ödəniş  vasitəsi  kimi  xarici 

valyutadan  istifadə  imkanlarının  qanunvericiliklə  məhdudlaşdırıl- 

masma  baxmayaraq,  əşyaların  qiymətlərinin  xarici  valyuta  ilə 

müəyyənləşdirilməsinə heç bir məhdudiyyət yoxdur. 

Müqaviləni  qiymətinin  tərəflər  arasında  sərbəst  olaraq 

müəyyənləşdirilə bilməsi tərəflərin mütləq hüququ olmaya da bilər. 

Belə  ki,  alqı-satqı  müqaviləsinin  növlərindən  olan  pərakəndə  al- 

qı-satqı  zamanı  bəzi  məhsulların  qiyməti  bütün  istehlakçılar  üçün 

müvafiq icra hakimiyyəti orqanı və müqavilənin iştirakçılarının biri 

tərəfindən müəyyənləşdirilə bilər. AR MM-in 398.1- ci maddəsində 

müəyyənləşdirildiyi  kimi,  qanunda  nəzərdə  tutulmuş  hallarda 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya 

tənzimlənən  qiymətlər  (tariflər,  normalar,  dərəcələr  və  s.)  tətbiq 

edilir. 

14 



I fəsil. Alqı-satqı müqaviləsi 

Müqavilə  iştirakçılarının  biri  tərəfindən  müəyyən  olunan 

qiymətlərə isə qoşulma müqavilələrində rast gəlinir. 

Müqavilənin müddəti isə təqvim tarixi, zaman dövrü, baş verməli 

olan  hadisəyə  istinadən,  tələb  etmə  yolu  ilə  müəyyən  oluna  bilər. 

Məsələn,  AR  MM-in  629.2-ci  maddəsinə  əsasən,  göndərmə 

müqaviləsində  göndərmə  dövrləri  ilə  yanaşı,  malların  göndərilməsi 

cədvəli də (on günlük, günlük, saatlıq və i.a.) müəyyənləşdirilə bilər. 

Ümumiyyətlə,  müqavilə  müddətlərinə  əməl  olunması  öhdəliyin 

lazımi  qaydada  icrasının  mühüm  şərtlərindən  biridir.  Müqavilə 

müddətlərinin  ötürülməsi  müqavilənin  digər  tərəfində  müqaviləyə 

olan  marağı  itirmək  təhlükəsi  doğura  bilər.  Bu  halda  müqavilənin 

qeyd  olunan  tərəfi  haqlı  sayıla  bilər.  Belə  ki,  tərəflərdən  birinin 

müqavilənin müddəti haqqında şərtini pozması əhəmiyyətli pozuntu 

sayıla  bilər.  Belə  ki,  müqavilə  müddətinin  pozulması  nəticəsində 

digər  tərəf  ümid  etməyə  haqqı  çatanlardan  xeyli  dərəcədə  məhrum 

olmuş  olur  ki,  bu  da  həmin  tərəfin  tələbi  ilə  müqavilənin  ləğv 

edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi çıxış edir (bax. 

AR MM, mad.421). 

Alqı-satqı müqaviləsinin forması onun predmeti, subyekt tərkibi 

və  qiyməti  ilə  müəyyən  olunur.  Predmeti  daşınmaz  əşya  olan 

alqı-satqı müqavilələri sonradan etibarsız sayılması təhlükəsi altında 

hər zaman yazılı, həm də notariat qaydasında bağlanılmalıdır. Yalnız 

bundan  sonra  daşınmaz  əşya  üzərində  sahiblik  və  istifadə  hüququ 

yaranacaqdır.  Sərəncam  hüququnun  yaranması  üçün  isə  notariat 

qaydasında  bağlanmış  əqdin  rəsmi  reyestrdə  qeydiyyata  alınması 

zəruridir (bax. AR MM, mad. 146). 

Daşmar  əşyaların  alqı-satqısı  müqaviləsi  tərəflərin  istəyindən 

asılı olaraq həm şifahi, həm də yazılı formada bağlana bilər. Ümumi 

qaydaya  görə,  daşmar  əşyalar  üzərində  mülkiyyət  hüququnun  əldə 

edənə  verilməsi  üçün  mülkiyyətçi  əşyaya  sahibliyi  həqiqi  hüquq 

əsasında ona verməlidir. 



15 


Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə