Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə6/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   162

I fəsil. Alqı-satqı müqaviləsi 

2)

 



Əgər  alqı-satqı  müqaviləsində  ayrı  qayda  nəzərdə 

tutulmayıbsa,  satıcı  əşyanı  alıcıya  verməklə  bir  vaxtda  onun 

ləvazimatını,  habelə  əşyaya  aid  olan,  qanunvericilikdə  və  ya 

müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət 

sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur (bax. AR 

MM, mad.568.2). Bu vəzifənin layiqincə yerinə yetirilməməsi alıcını 

AR MM-in 567-ci maddəsində nəzərdə tutulan hüquqlarla təmin edir: 

əgər  satıcı  verməli  olduğu  əşyaya  aid  ləvazimatı  və  ya  sənədləri 

alıcıya  vermirsə  və  ya  verməkdən  imtina  edirsə,  alıcı  bunların 

verilməsi üçün ona ağlabatan müddət təyin edə bilər. Satıcı əşyaya aid 

ləvazimatı  və  ya  sənədləri  göstərilmiş  müddətdə  vermədikdə,  alıcı, 

əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyadan imtina edə 

bilər. 

3)

 



Satıcı  müqavilədə  razılaşdırılmış  miqdarda  əşyanı  alıcıya 

verməlidir.  Miqdar  haqqında  razılaşma  bilavasitə  alqı-satqı 

müqaviləsinin  predmetinə  aid  olduğu  üçün  qanunverici  miqdar 

haqqında razılaşmanı müqavilənin mühüm şərtlərinə aid edir. Belə ki, 

AR  MM-in  577.2-ci  maddəsinə  əsasən,  əgər  alqı-satqı  müqaviləsi 

verilməli  əşyaların  miqdarını  müəyyənləşdirməyə  imkan  vermirsə, 

müqavilə bağlanmış sayılmır. 

Alıcıya  verilməli  əşyaların  miqdarı  alqı-satqı  müqaviləsində 

müvafiq  ölçmə  vahidləri  ilə  və  ya  pulla  ifadə  olunur.  Əşyaların 

miqdarı  haqqında  şərt  müqavilədə  onun  müəyyənləşdirilməsi 

qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər. 

Əşyaların  miqdarı  haqqında  şərtin  pozulması  alıcını  bir  sıra 

hüquqlarla  təmin  edir.  Bu  hüquqlar  AR  MM-in  578-ci  maddəsində 

əksini tapmışdır. Satıcı tərəfindən miqdar haqqında müqavilə şərtinin 

pozulması iki biri-birinə əks hərəkətdə ifadə oluna bilər. Bunlardan 

birincisi  müqavilədə  nəzərdə  tutulmuş  miqdarda  az  əşyanın 

verilməsi,  ikincisi  isə  müqavilədə  nəzərdə  tutulmuş  miqdardan  çox 

əşyanın verilməsidir. 



19 


Rüfət Göyüşov 

Satıcı  alıcıya  müqavilədə  müəyyənləşdirildiyindən  az  miqdarda 

əşya verdikdə, alıcının iki istiqamətdə hüququ qanunla təmin olunur: 

birincisi,  əgər  müqavilədə  ayrı  qayda  nəzərdə  tutulmayıbsa, 

çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər

ikincisi,  verilmiş  əşyadan  və  onu  ödəməkdən  imtina  edə  bilər, 

əşya  ödənilmiş  olduqda  isə  ödədiyi  pul  məbləğinin  qaytarılmasını 

tələb edə bilər. 

Əgər  satıcı  alıcıya  alqı-satqı  müqaviləsində  nəzərdə  tutulan 

miqdardan  çox  əşya  verərsə,  alıcı  ağlabatan  müddətdə  satıcıya  bu 

barədə  bildiriş  verməlidir.  Satıcı  alıcının  bildirişini  aldıqdan  sonra 

ağlabatan  müddətdə  əşyaların  müvafiq  hissəsinə  dair  sərəncam 

verməzsə,  alıcı,  əgər  müqavilədə  ayrı  qayda  nəzərdə  tutulmayıbsa, 

bütün  əşyaları  qəbul  edə  bilər.  Alıcı  alqı-satqı  müqaviləsində 

göstərilən miqdardan çox əşyanı qəbul etdikdə, əlavə qəbul edilmiş 

əşyalar, 

əgər 

tərəflərin 



razılaşması 

ilə 


ayrı 

qiymət 


müəyyənləşdirilməyibsə, müqaviləyə uyğun qəbul edilmiş mal üçün 

müəyyənləşdirilmiş qiymətlə ödənilir. 

4)

 

Satıcı  alıcıya  tərəflərin  razılaşdırdıqları  çeşiddə  əşyalar 



verməyə  borcludur.  Satıcının  bu  vəzifəsi  bütün  alqı-satqı 

müqavilələri  üçün  müəyyən  olunmamışdır.  AR  MM-in  579.1-ci 

maddəsinə görə, əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, 

ölçülər,  rənglər  və  ya  digər  əlamətlər  üzrə  müəyyən  nisbətdə 

(çeşiddə) 

əşyalar  verilməlidirsə, 

satıcı 

alıcıya 


tərəflərin 

razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur. 

Əgər 

alqı-satqı 



müqaviləsində 

çeşid 


və 

onun 


müəyyənləşdirilməsi  qaydası  göstərilməyibsə,  lakin  öhdəliyin 

mahiyyətindən alıcıya əşyaların çeşiddə verilməli olduğu irəli gəlirsə, 

satıcı  müqavilənin  bağlandığı  məqamda  alıcının  ona  məlum  olmuş 

tələbatını  əsas  götürməklə  alıcıya  əşyaları  çeşiddə  verə  bilər  və  ya 

müqavilənin icrasından imtina edə bilər (bax. AR MM, mad. 579.2). 

20 



I fəsil. Alqı-satqı müqaviləsi 

Alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, çeşid 

haqqında  qanunvericiliklə  müəyyən  olunmuş  qaydaların  satıcı 

tərəfindən  pozulması  alıcıda  bir  sıra  hüquq  doğuracaqdır.  Çeşid 

haqqında şərtin pozulması  iki formada ola bilər;  birincisi, satıcının 

alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyaları müqaviləyə uyğun 

gəlməyən  çeşiddə  verməsi;  ikincisi,  satıcının  alıcıya  alqı-satqı 

müqaviləsinə  uyğun  çeşiddə  əşyalarla  yanaşı,  çeşid  haqqında  şərti 

pozmaqla əşyalar verməsi. 

Birinci halda, alıcı onları qəbul etməkdən və ödəməkdən imtina 

edə bilər, ödəmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını 

tələb edə bilər. 

İkinci  halda,  alıcı  öz  seçimi  ilə  aşağıdakı  hüquqlardan  birini 

həyata keçirə bilər: 

a)

 

çeşid  haqqında  şərtə  uyğun  gələn  əşyaları  qəbul  etsin,  qalan 



əşyalardan isə imtina etsin

b)

 



verilmiş əşyaların hamısından imtina etsin

c)

 



çeşid  haqqında  şərtə  uyğun  gəlməyən  əşyaların  müqavilədə 

nəzərdə tutulan çeşiddə əşyalarla əvəz olunmasını tələb etsin; 

ç) verilmiş əşyaların hamısını qəbul etsin. 

Alqı-satqı  müqaviləsinin  şərtinə  uyğun  gəlməyən  çeşiddə 

əşyalardan  imtina  edərkən  və  ya  çeşid  haqqında  şərtə  uyğun 

gəlməyən malların əvəz olunması tələbini irəli sürərkən alıcı həmin 

malları ödəməkdən imtina edə, onları ödəmiş olduqda isə ödədiyi pul 

məbləğinin qaytarılmasını tələb edə bilər. 

5)

 

Satıcı  alıcıya  alqı-satqı  müqaviləsinin  komplekdik  haqqında 



şərtlərinə  uyğun  gələn  əşya  verməyə  borcludur  (bax.  AR  MM, 

mad.590.1).  Ümumiyyətlə,  komplektlilik  haqqında  şərt  iki  hal  ilə 

əlaqədar tətbiq olunur: birincisi, əşyanın komplekdiyi, ikincisi, malın 

komplektliliyi.  Əşyanın  komplektliyi  mürəkkəb  əşyaya  aid  olan 

əşyaların komplekt şəklini nəzərdə tutur. Malın komplektliyi dedikdə 

isə əşyaların müəyyən toplusunun komplekt şəkli başa düşülür. 



21 


Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə