Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə3/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   162

Rüfət Göyüşov 

Alqı-satqı müqaviləsinin əlamətləri. Alqı-satqı müqaviləsi hər 

zaman konscnsual xarakterlidir. Odur ki, tərəflər müqavilənin bütün 

mühüm  şərtləri  barəsində  razılığa  gəldikləri  andan  alqı-satqı 

müqaviləsi  bağlanmış  hesab  olunur.  Adətən,  alqı-  satqı 

müqaviləsində  tərəflərin  razılığa  gəlməsi  ilə  müqavilənin  icrası 

üst-üstə  düşür,  lakin  bu,  alqı-satqı  müqaviləsinin  kon-  sensual 

xarakterinə xələl gətirmir. Belə ki, qanunverici əmtəənin verilməsini 

alqı-satqı  müqaviləsinin  mühüm  şərti  hesab  etmir.  Bu  əlamət 

qanunvericilik normalarında öz təsdiqini tapır. Məsələn, AR MM-in 

571.2-ci  maddəsinə  görə,  yolda  olduğu  vaxt  satılmış  əşyanın 

təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, alğı-satqı 

müqaviləsində və ya işgüzar dövriyyə adətlərində ayrı qayda nəzərdə 

tutulmayıbsa, alqı-satqı müqaviləsinin bağlandığı andan alıcıya keçir. 

Deməli, alqı-sat- qı müqaviləsi bağlandığı andan tərəflərin müvafiq 

hüquq və vəzifələri yaranır, bunun üçün əşyanın alıcıya verilməsini 

gözləmək  lazım  deyil.  Real  müqavilələrdə  göstərilən  qayda  tətbiq 

oluna bilməz. 

Alqı-satqı  müqaviləsi  əvozli  xarakterlidir.  Satıcının  əmtəəni 

verməsi  müqabilində  alıcı  onun  dəyərini  ödəməlidir.  Dəyəri 

ödənilməyən əşyaya mülkiyyət hüququ satıcıda qalır. İstər alqı-sat- qı 

müqaviləsi bağlandığı anda, istərsə də hissə-hissə ödəmə şərti ilə satış 

zamanı  müəyyən  dövr  ərzində  alqı-satqı  müqaviləsinin  dəyərinin 

ödənildiyi halda alqı-satqı müqaviləsi lazımi qaydada icra olunmuş 

sayıla bilər. 

Alqı-satqı  müqaviləsi  qarşılıqlı  xarakterlidir.  Hər  iki  tərəfdə 

qarşılıqlı  subyektiv  hüquq  və  vəzifələrin  olması  bu  müqaviləni 

sinelaqmatik  müqavilə  kimi  şərtləndirir.  Alıcının  təklif  olunan 

əşyanın  verilməsini  tələb  etmək  hüququna  satıcının  həmin  əşyanı 

vermək  vəzifəsi,  satıcının  verdiyi  əşyanın  haqqını  tələb  etmək 

hüququna alıcının əşyanın dəyərini vermək vəzifəsi qarşılıqlı olaraq 

yönəlmişdir. 

10 



I fəsil. Alqı-satqı müqaviləsi 

Alqı-satqı  müqavilosinin  elcmcntlori.  Mülki  hüquqda 

müqavilənin elementləri sırasına, adətən, onun tərəflərini, prcdmetini, 

müddətini, formasını və məzmununu aid edirlər. 

Alqı-satqı müqaviləsinin tərəfləri satıcı və alıcıdır. Satıcı və alıcı 

qismində  mülki  dövriyyənin  istənilən  iştirakçısı  -  fiziki  şəxslər, 

hüquqi şəxslər və dövlət müəssisələri çıxış edə bilərlər. Lakin qeyd 

olunan subyektlərin bu və ya digər alqı-satqı müqavilələrində iştirakı 

həmin  müqavilənin  təbiəti  və  tərəflərin  hüquqi  vəziyyəti  ilə 

xarakterizə oluna bilər. Məsələn, dövlət özünün hüquqi vəziyyətinə 

görə, yalnız vətəndaşların və hüquqi şəxslərin iştirak edə biləcəkləri 

alqı-satqı  müqavilələrinin  (pərakəndə  alqı-satqı,  göndərmə 

müqaviləsi və s.) iştirakçısı ola bilməz. 

Bununla  yanaşı,  fiziki  şəxslərin  bağlaya  biləcəkləri  alqı-satqı 

müqavilələrini  onların  fəaliyyət  qabiliyyətlərinin  həcminə  görə 

fərqləndirmək  olar.  Məsələn,  göndərmə  müqaviləsinin  iştirakçısı 

kimi,  yalnız  fərdi  sahibkar  statusunda  olan  fiziki  şəxslər  çıxış  edə 

bilər. 

Ümumi  qaydaya  görə,  əşyanın  satıcısı  qismində  həmin  əşyanın 



mülkiyyətçisi  çıxış  edə  bilər.  Lakin  müəyyən  hallarda  qanunverici 

qeyri-mülkiyyətçinin  də  əşyanın  satıcısı  kimi  çıxış  edə  bilməsi 

imkanını  nəzərdə  tutur.  Belə  qeyri-mülkiyyətçilər  kimi,  hərrac 

təşkilatları  və  komisyonçular  çıxış  edirlər.  Məsələn,  AR  MM-in 

295-ci  maddəsinə  görə,  girov  münasibətlərində  girov  saxlayanın 

(kreditorun)  tələblərinin  ödənilməsi  üçün  tutma  girov  qoyulmuş 

əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu 

səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə 

bilər.  Bu  halda  girov  qoyulmuş  əşya  ixtisaslaşdırılmış  təşkilatlar 

tərəfimdən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır) 

(bax. AR MM, mad.297) və yaxud komissiya müqaviləsinə görə bir 

tərəf  (komisyonçu)  digər  tərəfim  (komitentin)  tapşırığı  ilə  muzd 

müqabilində öz adından, lakin komitentin hesabına bir və ya bir neçə 

əqd bağlamağı öhdə 



11 


Rüfət Göyüşov 

sinə  götürür  (bax.  AR  MM,  mad.808.1).  Bu  cür  əqdlər  sırasında 

alqı-satqı  müqaviləsi  də  çıxış  edə  bilər.  Komissiya  müqaviləsi 

əsasında  əmtəələrin  alqı-satqısı  zamanı  komisyonçu  əmlakın 

mülkiyyətçisi  olmadığı  halda  əmlak  mülkiyyətçisinin  tapşırığı  ilə 

muzd  müqabilində  öz  adından,  lakin  əmlak  mülkiyyətçisinin 

(komitentin) hesabına əmtəəni satmağı öhdəsinə götürür. 

Alqı-satqı  müqaviləsinin  predmeti  kimi,  mülki  dövriyyədən 

çıxarılmamış  istənilən  əşyalar  (daşmar  və  ya  daşınmaz)  çıxış  edə 

bilər. Əşyalar ənənəvi olaraq alqı-satqı müqaviləsinin əsas predmeti 

kimi  çıxış  edir.  Lakin  əşyalarla  yanaşı,  heyvanlar,  balıqlar,  quşlar, 

qiymətli  kağızlar,  tələblər  və  hüquqlar  da  alqı-satqı  müqaviləsində 

predmet kimi çıxış edə bilərlər. 

Mülki qanunvericilik predmet haqqında razılaşmanı alqı- satqı 

müqaviləsinin  yeganə  mühüm  şərti  hesab  edir.  Bu  o  deməkdir  ki, 

alqı-satqı müqaviləsi tərəflər müqavilənin predmeti barəsində razılığa 

gəldikləri zaman bağlanmış hesab edilir. Müqavilədə digər şərtlərin 

(qiymət,  müddət  və  s.)  yoxluğu  halında  tərəflər  arasında  yaranmış 

münasibətlər AR MM-in dispozitiv normaları vasitəsilə təmin oluna 

bilər. 


Qiymət haqqında razılaşma alqı-satqı müqaviləsinin mühüm şərti 

hesab  olunmur.  Belə  ki,  alqı-satqı  müqaviləsində  satılan  əşyanın 

qiyməti  göstərilə,  göstərilməyə  və  ya  müqavilənin  şərtləri  əsas 

götürülməklə  müəyyənləşdirilə  bilər.  Hətta  Mülki  Məcəllədə  və 

müqavilədə  nəzərdə  tutulmuş  hallarda  alqı-satqı  müqaviləsi 

bağlandıqdan  sonra  belə  tərəflərin  müqavilədə  nəzərdə  tutulan 

qiyməti dəyişdirməsinə yol verilir. 

Əgər müqavilədə qiymət nəzərdə tutulubsa, o zaman alıcı əşyanı 

alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə ödəməlidir. 

AR MM-in 597.1-ci maddəsində göstərilən qaydaya əsasən, əgər 

müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas 

götürülməklə müəyyənləşdirilə bilmirsə, müqavilə 



12 


Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə