Xülasə Əsaslar Tərif Epidemiologiya etiologiya Patoziologiya



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə5/22
tarix23.09.2018
ölçüsü1,19 Mb.
#70200
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   22

Qrip infeksiyası

Diaqnoz

• İstənilən davametmə müddətinə malik febril respirator xəstəliyi olan immunokompromisli

ambulator xəstələr, ahıl yaşlı şəxslər, körpələr və uşaqlar alovlanma dövründə qripə görə skrininq

müayinəsindən keçirilməlidirlər.

• Hərarətlə hospitalizasiya edilən və ya xəstəxanada respirator infeksiya ilə əlaqədar febrilitet

inkişaf edən xəstələrdə qripə görə skrininq müayinəsi aparılmalıdır.

Qripin müayinəsi üçün diaqnostik vasitələrə virus kulturası, seroloji müayinə, cəld antigen sınaqları, PZR

və immunoüoressent sınaqlar aiddir.

[61]

 

[66]



Virusun təcrid edilməsi üçün tənəüs yollarının burun-udlaq şöbəsindən material götürülməsi tövsiyə

olunur. Boğaz yaxmaları ilə müqayisədə bunlar daha eektivdir. Ekspress diaqnostik müayinələr

mövcud olsa da, virus kulturası təsdiqləyici sınaq olaraq qalmaqdadır. Nəticə alınması üçün 72 saatadək

müddət tələb olunduğuna görə ilkin kliniki müalicə üçün çox istifadə edilmir. Bu müayinə daha çox

təsdiqləyici üsul kimi və ictimai səhiyyə müşahidəsi üçün istifadə olunur. Qrip viruslarının sirkulyasiya

edən ştammları və subtipləri ilə bağlı spesik məlumat alınması yalnız kultura izolyatlarını əldə etməklə

mümkündür. Həmçinin, virus izolyatlarını potensial pandemiyalara yol açan antiviral rezistentliyin

inkişafı və yeni A tipli qrip viruslarının əmələ gəlməsi barədə məlumat əldə etməyə imkan verir.

Xəstəliyin ilk 4 sutkası ərzində müayinə üçün ambulator şəraitdə burun yaxması, yuyuntu və ya aspiratı

götürülməlidir. Qripi müəyyən edən ekspress testlər 30 dəq və ya daha az müddət ərzində nəticə əldə

etməyə imkan verir, virus kulturasının nəticəsi isə 3-10 sutka ərzində məlum olur. Qripi aşkarlayan

ekspress testlərin həssaslığı və spesikliyi müvaq olaraq 70% və 90% təşkil edir.

Qripin standart seroloji müayinəsinə kəskin və rekonvalessensiya dövrlərində götürülmüş cüt zərdab

materialının müayinəsi aiddir. Dəqiq kliniki qərarın verilməsi üçün bu müayinəyə ehtiyac yoxdur.

Qrip alovlanmaları zamanı tənəüs sistemindən alınmış material həm ekspress sınaqlar, həm də virusun

əkilməsi vasitəsilə yoxlanılmalıdır. Xəstəliyi törədən A qripinin subtipləri və A və B qripi ştammlarının

müəyyən edilməsi, eləcə də, növbəti ildə qrip vaksininin tərkibinə daxil ediləcək yeni ştammların

müşahidəsi üçün virus kulturası mühümdür. Həmçinin, virus kulturası xəstəliyin digər səbəblərinin

identikasiyasına da kömək edir.

Pnevmoniya

Əgər xəstədə hər hansı xroniki xəstəlik varsa və ya xəstə yüksək risk qrupuna daxildirsə, viruslu və

ya bakterial pnevmoniyaya şübhə yaranmalıdır. Bu xəstələrdə simptomların normada ağırlaşmamış

qripin sağalmasınadək keçən müddətdən daha uzun sürməsi müşahidə edilir. Yüksək hərarət, öskürək

və təngnəfəslik ola bilər. Əgər hərarət və ya öskürək simptomları daha da kəskinləşərsə və irinli

bəlğəm yaranarsa, böyük ehtimalla ikincili bakterial pnevmoniya baş vermişdir. Döş qəfəsinin rentgen

müayinəsində inltratlar təsdiq olunur.

Uşaqlarda diaqnostikası

Prosesə yuxarı və/və ya aşağı tənəüs yollarının cəlb olunması əlamətləri tez-tez təsadüf edir, lakin qrip

uşaqlarda yaş və keçmişdə yoluxma olub-olmamasından asılı olaraq daha müxtəlif şəkildə keçə bilər.

Ağırlaşmamış qrip virusu infeksiyasının tipik simptomları yenə də mövcud olur və kəskin başlanan

hərarət, başağrı, əzələ ağrısı və əzginlik, eləcə də, tənəüs yolları xəstəliyinin manifestasiyaları, məsələn,

öskürək, boğaz ağrısı və rinitdən ibarətdir.

DİAQNOZ

BMJ Qabaqcıl Praktika mövzusunun bu PDF sənədi ən son olaraq yenilənmiş internet variantına əsaslanır: Nov 30, 2017.



BMJ Qabaqcıl Praktika mövzuları müntəzəm olaraq yenilənir və mövzuların ən son variantı

buradan əldə edilə bilər bestpractice.bmj.com .Bu məzmunun istifadəsi bizim qaydalara

müvaqdir İmtina. © © BMJ Publishing Group Ltd 2018. Bütün hüquqlar qorunur.

11



Qrip infeksiyası

Diaqnoz

DİAQNOZ


Lakin çox vaxt azyaşlı uşaqlar başağrı və əzələ ağrısı kimi əlamətlərinin olduğunu ifadə edə bilmirlər.

Böyüklərlə müqayisədə onlarda hərarət daha yüksək ola, febril qıcolma baş verə və mədə-bağırsaq

şikayətləri (məs., ürəkbulanma və qusma, iştahanın azalması) daha ön plana çıxa bilər.

[2]


 

[67]


Yeniyetmə və böyüklərlə müqayisədə xəstəlik başlanan zaman respirator əlamətlər daha az nəzərə

çarpır.


[2]

Uşaqlarda aşkar olunan kliniki əlamətlərə hərarət, taxipnoe, konyunktivanın eriteması, burun ödemi və

ifrazatı, ağız-udlağın hiperemiyası və boyun adenopatiyası aid edilə bilər.

[68]


Risk faktorları

Güclü


65 yaş və yuxarı

• Yetkin yaşlı gənc və sağlam şəxslərlə müqayisədə 65 yaş və ya ondan yuxarı yaşlı şəxslər qripə

yoluxduqda ciddi ağırlaşmaların baş vermə riski daha yüksəkdir və qrip infeksiyasının kəskinləşdirə

biləcəyi yanaşı xəstəlikləri olur. Belə təxmin edilir ki, ABŞ-da mövsümi qripdən ölüm hallarının 90%-

dən artığı, mövsümi qriplə əlaqədar hospitalizasiyaların isə 60%-dən çoxu 65 və daha artıq yaşlı

kontingent arasında baş verir.

[13]

 

[14]



 Yaşla əlaqədar immun müdaə qüvvələri zəiədikcə qrip çox

ciddi xəstəlik şəklində təzahür edə bilər. Həmçinin, bu yaşlarda yanaşı xəstəliklərin olma ehtimalı da

yüksəlir ki, qrip infeksiyası da bu xəstəlikləri daha da kəskinləşdirə bilər.

[15]


• Yaşlı şəxslərdə vaksinasiya seroloji və kliniki qrip infeksiyasının insidentliyini azalda bilər.

[16]


• Həmçinin, vaksinasiya zamanı pnevmoniya və ya qrip səbəbindən hospitalizasiya, eləcə də, baxım

evlərində yaşayan ahıl yaşlı şəxslər arasında ölüm riskinin əhəmiyyətli dərəcədə azalması müşahidə

edilir.

[17]


 

1[C]Evidence

6-59 aylıq uşaqlar

• Ağciyər, böyrək və ürək patologiyaları kimi xroniki xəstəlikləri olan uşaqlarda qripin ağırlaşmaları

riski yüksək olsa da, sağlam uşaqlarda risk yalnız onların yaşı ilə əlaqədardır. 5 yaşdan kiçik

uşaqlarda böyük uşaqlarla müqayisədə hospitalizasiya ehtimalı daha çoxdur; 2 yaşadək uşaqlarda isə

qriplə əlaqədar ağırlaşmaların başvermə riski artmış olur.

[20]


xroniki ürək-damar və ya tənəüs sistemi xəstəlikləri

• Orta və ya ağır dərəcəli AXOX xəstələrində yuxarı tənəüs yolları sekretində hər hansı virusun

olması ilə AXOX kəskinləşməsi arasında güclü assosiasiya mövcuddur. Bu məlumatlar virusların əhali

arasında AXOX kəskinləşmələrinə təkan verən faktorlar olaraq etioloji rolunu dəstəkləyir.

[21]

• Yaşlı xəstələrdə qrip mövsümündə qripə qarşı vaksinasiya ilə ürək patologiyaları, serebrovaskulyar



xəstəliklər, pnevmoniya və ya qrip səbəbindən hospitalizasiya riskinin, eləcə də, bütün səbəblərdən

ölüm riskinin azalması arasında asossiasiya aşkar olunur. Bu nəticələr vaksinasiyanın faydalarını

əks etdirir və yaşlı şəxslər arasında vaksinasiyanın miqyasının artırılması istiqamətində səyləri

dəstəkləyir.

[22]

xroniki böyrək patologiyası



• XBX xəstələri qripin ağırlaşmaları üzrə yüksək risk qrupunda hesab olunurlar.

[23]


 Hazırda ABŞ

Xəstəliklərə Nəzarət və Prolaktika Mərkəzlərinin (XNM) İmmunizasiya Praktikalarına dair

Məsləhətçi Komitəsi tərəndən XBX xəstələrində qrip peyvəndinin tətbiqi tövsiyə olunur.

[24]


12

BMJ Qabaqcıl Praktika mövzusunun bu PDF sənədi ən son olaraq yenilənmiş internet variantına əsaslanır: Nov 30, 2017.

BMJ Qabaqcıl Praktika mövzuları müntəzəm olaraq yenilənir və mövzuların ən son variantı

buradan əldə edilə bilər bestpractice.bmj.com .Bu məzmunun istifadəsi bizim qaydalara

müvaqdir İmtina. © © BMJ Publishing Group Ltd 2018. Bütün hüquqlar qorunur.



Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə