Xülasə Əsaslar Tərif Epidemiologiya etiologiya Patoziologiya



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə14/22
tarix23.09.2018
ölçüsü1,19 Mb.
#70200
növüXülasə
1   ...   10   11   12   13   14   15   16   17   ...   22

Qrip infeksiyası

Müalicə

Kəskin


Xəstə qrupu

Тх xətti


Müalicə

İlkin üsullar

» nafsillin

: 50-200 mq/kq/sutka venadaxili,

4-6 saatdan-bir dozalara bölünməklə,

maksimum 12 q/sutka

VƏ YA

İlkin üsullar



» vankomisin

: 10-15 mq/kq venadaxili, 6

saatdan-bir, maksimal doza 2000 mq/sutka

orta otitlə müşayiət

olunduqda

müsbət


geniş spektrli antibiotik terapiyası

» 

Uşaqlarda pnevmokok mənşəli kəskin orta



otitlərin 80%-dən çoxunda yüksək dozalı

amoksisillin terapiyası eekt verir.

[120]

» 

Mikrobəleyhinə preparatlarla müalicə olunan



xəstədə 48-72 saat ərzində yaxşılaşma olmaması

ilkin terapiyanın qeyri-adekvatlığını ehtimal

etməyə əsas verir. Bu, adətən, infeksiyanın beta-

laktam antibiotiklərinə davamlı mikroorqanizm

( Haemophilus inuenzae  və dərmana rezistent 

Streptococcus pneumoniae ) tərəndən

törədildiyini və beləliklə, amoksisillin/

klavulanat və ya sefalosporin kimi beta-laktama

həssas antibiotikə ehtiyac olduğunu göstərir.

» 

Penisillinə allergiyası olan xəstələrdə



azitromisin və ya klaritromisin istifadə edilə

bilər. Lakin rezistent pnevmokok izolyatları bu

terapiyaya yatımlı olmaya bilər.

[119]


İlkin üsullar

» amoksisillin

: 80-100mq/kq/sutka

venadaxili, 12 saatdan-bir dozalara

bölünməklə, maksimum 10 gün

VƏ YA


İlkin üsullar

» amoksisillin/klavulanat

: >3 aylıq körpələr:

80-100mq/kq/sutka venadaxili, 12 saatdan-

bir dozalara bölünməklə, maksimum 10 gün

Dozada amoksisillin komponenti nəzərdə

tutulur.

VƏ YA


İkinci üsullar

» sefdinir

: >6 aylıq körpələr: 14 mq/kq/

sutka peroral, 10 gün

MÜALİCƏ

BMJ Qabaqcıl Praktika mövzusunun bu PDF sənədi ən son olaraq yenilənmiş internet variantına əsaslanır: Nov 30, 2017.



BMJ Qabaqcıl Praktika mövzuları müntəzəm olaraq yenilənir və mövzuların ən son variantı

buradan əldə edilə bilər bestpractice.bmj.com .Bu məzmunun istifadəsi bizim qaydalara

müvaqdir İmtina. © © BMJ Publishing Group Ltd 2018. Bütün hüquqlar qorunur.

33



Qrip infeksiyası

Müalicə

MÜALİCƏ


Kəskin

Xəstə qrupu

Тх xətti

Müalicə


VƏ YA

İkinci üsullar

» sefuroksim aksetil

: 30 mq/kq/sutka

venadaxili, 12 saatdan-bir dozalara

bölünməklə, maksimum 10 gün

VƏ YA

Üçüncü üsullar



» azitromisin

: >6 aylıq körpələr: birinci gün

10 mq/kq/sutka peroral, daha sonra 4 gün

5 mq/kq/sutka və ya 3 gün 10 mq/kq/sutka

peroral və ya vahid doza şəklində 30 mq/kq/

sutka peroral

VƏ YA

Üçüncü üsullar



» klaritromisin

: >6 aylıq körpələr: 15 mq/

kq/sutka peroral, 12 saatdan-bir dozalara

bölünməklə 10 gün

34

BMJ Qabaqcıl Praktika mövzusunun bu PDF sənədi ən son olaraq yenilənmiş internet variantına əsaslanır: Nov 30, 2017.



BMJ Qabaqcıl Praktika mövzuları müntəzəm olaraq yenilənir və mövzuların ən son variantı

buradan əldə edilə bilər bestpractice.bmj.com .Bu məzmunun istifadəsi bizim qaydalara

müvaqdir İmtina. © © BMJ Publishing Group Ltd 2018. Bütün hüquqlar qorunur.



Qrip infeksiyası

Müalicə

Yeni yaranan

İynəsiz texnologiya

Qrip peyvəndinin yeridilməsi üçün iynəsiz jet inyeksiya iynədənqorxma və iynə bataraq zədələmə riskini

aradan qaldırmağa kömək edə bilər.

[121]

Kombinəolunmuş antiviral terapiya



Virusun həyat tsiklinin müxtəlif aspektlərinə təsir göstərən iki antiviral preparatın kombinə edilməsi

monoterapiya üzərində üstünlük nümayiş etdirə bilər, lakin burada antiviral preparatların çeşidinin az

olması məhdudiyyət təşkil edir.

[122]


 Siçovullarda aparılmış tədqiqatlar oseltamivirin amantadin və ya

favipiravirlə kombinasiyası zamanı sinergik təsirin

[123]

 olduğunu göstərir.



[124]

 Bir in vitro tədqiqat

kombinəolunmuş amantadin və oseltamivir terapiyasının dərmanarezistent A qripi viruslarının yaranması

hallarını azalda biləcəyini ehtimal etməyə əsas verir.

[125]

 Lakin bu zaman ehtiyatlılıq tələb olunur, belə



ki, bir tədqiqatda oseltamivir və zanamivirin kombinəolunmuş təyininin oseltamivir monoterapiyası ilə

müqayisədə daha az eektli olduğu aşkar edilmişdir.

[126]

Rekombinant sialidaza hibrid zülali DAS181.



Bu vasitə hazırda inkişaf mərhələsindədir, qrip virusunun özünü deyil, daha çox sahib orqanizmin respirator

sistem hüceyrələrini, spesik olaraq isə qrip virusu tərəndən tənəüs yollarının epitelinə yapışmaq

üçün istifadə edilən sial turşusu reseptorlarını hədəfə alır.

[122]


 DAS181 sialidaza hibrid zülalı olaraq, 

Actinomyces viscosus  törədicisinin sialidazasının katalitik domeni ilə hüceyrə səthinə yapışmaq üçün

istifadə olunan gen ardıcıllığının hibridləşdirilməsindən ibarətdir. İnhalyasiya olunan hibrid zülalı qrip

virusunun tənəüs epitelinə birləşməsi üçün tələb olunan reseptorları kənarlaşdırır. Bugünədək aparılmış

tədqiqatlar həm A, həm də B

[91]


 qripi virusuna qarşı in vitro, insan paraqrip viruslarına qarşı isə həm in

vitro, həm də in vivo eektivliyi nümayiş etdirmişdir.

[127]

Sianovirin-N



Sianovirin-N zülal olaraq, in vitro şəraitdə A və B qripi viruslarının səthi zülalı olan hemaqqlütininlə

qarşılıqlı əlaqəyə girir.

[106]

 O, virusun hüceyrəyə daxil olmasının qarşısını almaqla antiviral xassələr



nümayiş etdirir,

[122]


 lakin onun immunogenliyi və sitotoksikiliyi daha dərin öyrənilməsinə maneələr

törətmişdir. Yeni PEG-ləşdirilmiş sianovirin-N törəməsi ilə aparılmış ilkin tədqiqatlar isə müsbət nəticələr

vermişdir.

[128]


Qısamüddətli təsirli RNT-lər

Hazırda yalnız siçovullar üzərində öyrənilmiş olsa da, qrip geninin qorunan regionları üçün spesik

qısamüddətli təsirli RNT-lər venadaxili yeridilən zaman virusun replikasiyasını azaltmışdır. Nisbətən

yeni tədqiqatlarda RNT müdaxiləsinin qamma interferon ilə birlikdə qrip virusu infeksiyasını ləngitməsi

göstərilmişdir.

[129]


Favipiravir

Virusun RNT polimeraza enzimini ləngidən əvəzolunmuş pirazindir.

[122]

 In vitro və in vivo tədqiqatlarda



virusun replikasiyasının ləngiməsi və həm amantadin, həm də neyraminidaza inhibitorlarına rezistent olan

viruslara qarşı eektivlik müşahidə edilmişdir. Favipiravir H7N9 quş qripi virusu da daxil olmaqla, qrip

virusunun bir çox ştammlarının replikasiyasını blokada edir.

[130]


 Bundan əlavə, o, bir çox arena-, bunya-,

avi-, alfa-, pikorna- və noroviruslara qarşı aktivdir.

Viramidin

Ribavirin sələ olan viramidin hüceyrə fermenti olan və virus RNT-sinin sintezində iştirak edən İMF-

dehidrogenazanı hədəfə alır.

[122]


 O, mövsümi və H5N1 A qripi viruslarına

[131]


 qarşı aktivdir və

venadaxili, peroral və ya aerozol şəkildə təyin oluna bilər.

MÜALİCƏ

BMJ Qabaqcıl Praktika mövzusunun bu PDF sənədi ən son olaraq yenilənmiş internet variantına əsaslanır: Nov 30, 2017.



BMJ Qabaqcıl Praktika mövzuları müntəzəm olaraq yenilənir və mövzuların ən son variantı

buradan əldə edilə bilər bestpractice.bmj.com .Bu məzmunun istifadəsi bizim qaydalara

müvaqdir İmtina. © © BMJ Publishing Group Ltd 2018. Bütün hüquqlar qorunur.

35



Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə