Xülasə Əsaslar Tərif Epidemiologiya etiologiya Patoziologiya



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə1/22
tarix23.09.2018
ölçüsü1,19 Mb.
#70200
növüXülasə
  1   2   3   4   5   6   7   8   9   ...   22


Qrip infeksiyası

Düzgün kliniki məlumat, tələb olunan yerdə düzgündür

Ən son yenilənmişdir: Nov 30, 2017



Mündəricat

Xülasə


 

 3

Əsaslar



 

 4

Tərif



 

 4

Epidemiologiya



 

 4

Etiologiya



 

 4

Patoziologiya



 

 5

Təsnifat



 

 5

Prolaktika



 

 6

İlkin prolaktika



 

 6

İkinci prolaktika



 

 8

Diaqnoz



 

 9

Xəstəlik hadisəsi tarixçəsi



 

 9

Mərhələli diaqnostik yanaşma



 

 9

Risk faktorları



 

 12


Tarix və müayinə faktorları

 

 14



Diaqnostik testlər

 

 17



Diferensial diaqnoz

 

 18



Müalicə

 

 21



Mərhələli müalicə yanaşması

 

 21



Müalicəyə dair təfsilatlı məlumatların icmalı

 

 23



Müalicə üsulları

 

 25



Yeni yaranan

 

 35



Növbəti müayinə

 

 37



Tövsiyələr

 

 37



Fəsadlar

 

 37



Proqnoz

 

 39



Rəhbər qaydalar

 

 41



Diaqnostik rəhbər qaydalar

 

 41



Müalicəyə dair rəhbər qaydalar

 

 41



Onlayn-mənbələr

 

 44



Təsdiqləmə balları

 

 45



İstinad edilən materiallar

 

 47



İmtina

 

 58




Xülasə

Tənəüs traktının A və ya B qrip virusları tərəndən törədilən kəskin infeksiyası



Rinoreya, öskürək, hərarət, üşütmə, başağrısı və əzələ ağrısı kimi yuxarı və tənəüs yolları

simptomları ilə səciyyələnir.

Tipik olaraq, qış mövsümündə təsadüf edir.



Yerli alovlanmalar, epidemiyalar və nadir hallarda pandemiyalar şəklində təzahür edə bilər.

Peyvəndlə prolaktikası mümkündür.




Qrip infeksiyası

Əsaslar

ƏSASLAR


Tərif

Tənəüs traktının A və ya B qrip virusları tərəndən törədilən kəskin infeksiyası öskürmə, asqırma və ya

danışma zamanı xaric olan yoluxmuş tənəüs sekretlərinin aspirasiyası vasitəsilə ötürülür.

[1]


Epidemiologiya

Virusun antigen strukturunda dəyişiklik baş verməsi ilə əlaqədar mövsümi qrip infeksiyasının insidentliyi

hər il dəyişir və bu səbəbdən də əvvəlki immunizasiyalar növbəti mövsümlərdə yoluxmadan qorumanı

təmin edə bilmir. Ümumilikdə, güman edilir ki, bu xəstəlik hər il dünyada uşaqların 20%-i, böyüklərin

isə 5%-də rast gəlir.

[7]


 Uşaqlar arasında aparılmış tədqiqatlarda 19 yaşadək uşaqlar arasında 5 il ərzində

orta illik insidentliyin 4.6 olduğu müəyyən edilmişdir. ABŞ-da 25 illik müddət ərzində 5 yaşadək uşaqlar

arasında insidentlik 9.5% təşkil etmişdir.

[7]


 Şimal yarımkürəsində mövsümi qrip fəallığı dekabrın sonu ilə

mayın əvvəli arasındakı dövrdə, cənub yarımkürəsində isə may-sentyabr aylarında pik göstəricilərə çatır.

[8]

1918-ci ildən indiyədək dörd qrip pandemiyası baş vermişdir ki, bunlardan da ən sonuncusu 2009-cu



ilin aprel ayında A tipli (H1N1) "donuz qripi" epidemiyası olmuşdur. 1957 və 1968-ci illərdə baş verən

pandemiyaların hər ikisi həm insan, həm də quş qripinin yeni ştammları ilə törədilmişdir. Bununla

belə, 2009-cu il pandemiyası insan, quş və donuz qripinin yeni gen kombinasiyası hesabına meydana

gəlmişdir.

[9]

2005-ci ildə Xəstəliklərə Nəzarət və Prolaktika Mərkəzlərinin (XNM) tədqiqatçıları 1918-ci ilə məxsus



A qripi (H1N1) virusunu müvəəqiyyətlə rekonstruksiya etmiş və onun virulentliyi haqqında daha yaxşı

məlumat əldə edə bilmişlər. 1918-ci ildə pandemiya törətmiş virusun təbii mənbələrdən yenidən yaranması

ehtimalı çox azdır və hətta əgər bu baş versə belə, qalıq immunitet hesabına bu virus yeni ştamm hesab

edilməyəcəkdir. Əgər nə vaxtsa laboratoriyadankənar şəraitdə təcrid oluna bilsəydi, hazırki müalicə

vasitələri bu virusa qarşı eektiv olardı (rimantadin və oseltamivir kimi antiviral preparatlar) və vaksin

hazırlanması potensialı olardı. Belə ki, 1918-ci ilin virusuna aid hemaqqlütinin zülalının siçovullarda

protektor rol oynadığı müəyyən edilmişdir.

[10]


Etiologiya

Mövsümi qrip vurusu ortomiksovirus ailəsinin nümayəndəsidir. O, seqmentli, təkzəncirli RNT genomuna

malikdir, antigen müxtəliiyinə istinadən A, B və C tipləri ayırd edilə bilir. RNT özündə 5 struktur

və 3 qeyri-struktur zülalını kodlaşdırır. Virusun A, B və C tiplərinə təsnif edilməsində M zülalı və NP

nukleoproteininin elementlərindən istifadə edilir. Xəstəliyin patogenezində virusun strukturunun digər

elementləri, hemaqqlütinin (H antigeni) və neyraminidaza (N antigeni) vacibdir. H antigeni virusun

hüceyrəyə birləşməsi və onun içərisinə daxil olması üçün tələb olunur. N antigeni virusun yetişərək

hüceyrədən xaric olmasına kömək edir.

A və B tipli mövsümi qrip virusları bir neçə yarımtipə bölünür. Bu yarımtiplər virusun üzərindəki H və N

antigenləri ilə müəyyən olunur. H antigeninin 3 (H1, H2 və H3), N antigeninin isə 2 (N1 və N2) antigen

subtipi vardır ki, bu da onların müxtəlif kombinasiyalarının yaranmasına imkan verir. H və ya N antigeninin

bir yarımtipinə qarşı əmələ gələn anticisimlər digər tipli H və ya N antigenləri ilə reaksiyaya girmir.

C qrip virusu epidemiya və ya pandemiyalarla assosiasiya olunmur və yüngül ağırlıq dərəcəsinə malik

xəstəliklə nəticələnir. A qripi virusu tez-tez (adətən, hər il) yerli, hər 2-3 ildən-bir isə daha böyük və

müxtəlif intensivlikli epidemiyalar, ara-sıra isə pandemiyalar törədir. B qripi virusu təxminən hər dörd

4

BMJ Qabaqcıl Praktika mövzusunun bu PDF sənədi ən son olaraq yenilənmiş internet variantına əsaslanır: Nov 30, 2017.



BMJ Qabaqcıl Praktika mövzuları müntəzəm olaraq yenilənir və mövzuların ən son variantı

buradan əldə edilə bilər bestpractice.bmj.com .Bu məzmunun istifadəsi bizim qaydalara

müvaqdir İmtina. © © BMJ Publishing Group Ltd 2018. Bütün hüquqlar qorunur.



Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə