Xülasə Əsaslar Tərif Epidemiologiya etiologiya Patoziologiya



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə6/22
tarix23.09.2018
ölçüsü1,19 Mb.
#70200
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   22

Qrip infeksiyası

Diaqnoz

Müşahidə tədqiqatlarında qrip peyvəndi ilə qrip səbəbindən hospitalizasiya riski, ölüm və həkimə

müraciət sayının azalması arasında əlaqə aşkar edilir.

[25]


şəkərli diabet

• Şəkərli diabet xəstələrində sözügedən əsas xəstəliklə əlaqədar olaraq ağırlaşma riski daha yüksəkdir.

Qrip infeksiyası zamanı şəkərli diabet ölüm göstəricisinin 5-12% artmasına səbəb olur və bunun

metabolik pozğunluq, ketoasidoz, immun cavab mexanizmlərinin pozulması və stalakok və

streptokok daşıyıcılığı hallarının sayının artması ilə əlaqədar olduğu güman edilir.

[26]


hemoqlobinopatiya

• Oraqvari hüceyrə anemiyası kimi hemoqlobinopatiyalar təkcə eritrositlərin deyil, həm də damar

epitelinin anomaliyaları, leykositlərin funksiyaları, laxtalanma və iltihablı cavab mexanizmlərinin

pozulması ilə müşayiət olunur. İnfeksiyanın prolaktikası məqsədilə qripəleyhinə müntəzəm

vaksinasiya tövsiyə olunur.

[27]


immunitetin zəiəməsi

• Hemopoetik hüceyrə/bərk orqan transplantatı resipiyentləri və İİV xəstələri kimi immunokompromisli

xəstələrdə bu infeksiya xəstələnmə və ölümün aparıcı səbəbidir.

[28]


 Ağır dərəcəli

immunokompromisə malik olaraq, mühazə olunan mühitdə qulluq edilməsi tələb olunan xəstələrin

ailə üzvləri, tibb işçiləri və bu xəstələrlə yaxın təmasda olan digər şəxslərdə diri virus tərkibli vaksinlə

müqayisədə inaktivasiya edilmiş qrip virusu peyvəndinə üstünlük verilir.

[29]

 Bir tədqiqatda yüksək



dozada üçvalentli peyvəndlə vaksinasiya İİV-ə yoluxmuş şəxslərdə daha yüksək seromühazə ilə

nəticələnmişdir.

[30]

 İİV-ə yoluxmuş hamilə qadınlarda üçvalentli inaktivasiya olunmuş qrip peyvəndi



də immunogendir.

[31]


hamiləlik

• İmmun, respirator və kardiovaskulyar dəyişikliklər hamilə qadınlarda qrip infeksiyasının daha ağır

formada təzahür etməsinə meylliliklə nəticələnir.

[32]


 Qripə yoluxmuş hamilə qadınlarda vaxtından

qabaq doğuş riski daha çoxdur.

[33]

yüksək risk qrupuna daxil olanlara qulluq edənlər və onların ailə üzvləri



• Məqsəd virusun yüksək riskli kontingentə yoluxdurulmasının qarşısının alınmasıdır.

• Ağır dərəcəli immunokompromisə malik olaraq, mühazə olunan mühitdə qulluq edilməsi tələb

olunan xəstələrin ailə üzvləri, tibb işçiləri və bu xəstələrlə yaxın təmasda olan digər şəxslərdə diri

virus tərkibli vaksinlə müqayisədə inaktivasiya edilmiş qrip virusu peyvəndinə üstünlük verilir.

səhiyyə işçiləri

• Səhiyyə işçiləri ictimai sağlamlığın qorunmasında əhəmiyyətli rol oynayırlar. ABŞ Xəstəliklərə

Nəzarət və Prolaktika Mərkəzlərinin (XNM) İmmunizasiya Praktikaları üzrə Məsləhətçi Komitəsi

(İPMK) xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə bütün səhiyyə işçilərinin hər il qripə

qarşı peyvənd olunmasını tövsiyə edir.

[34]


 Ağır dərəcəli immunokompromisə malik olaraq, mühazə

olunan mühitdə qulluq edilməsi tələb olunan xəstələrin ailə üzvləri, tibb işçiləri və bu xəstələrlə yaxın

təmasda olan digər şəxslərdə diri virus tərkibli vaksinlə müqayisədə inaktivasiya edilmiş qrip virusu

peyvəndinə üstünlük verilir.

• Səhiyyə işçisinin vaksinasiya olunması onların evdə qripə yoluxmaqdan, beləliklə də, işdə xəstələri

yoluxdurmaqdan qorunması deməkdir. Xəstəxanalar və uzunmüddətli qulluq müəssisələrində

qrip alovlanmaları səhiyyə işçiləri arasında vaksinasiya göstəricilərinin aşağı olması ilə

əlaqələndirilmişdir.

[35]

 Tədqiqatlar göstərir ki, səhiyyə işçiləri arasında, məsələn, uzunmüddətli



DİAQNOZ

BMJ Qabaqcıl Praktika mövzusunun bu PDF sənədi ən son olaraq yenilənmiş internet variantına əsaslanır: Nov 30, 2017.

BMJ Qabaqcıl Praktika mövzuları müntəzəm olaraq yenilənir və mövzuların ən son variantı

buradan əldə edilə bilər bestpractice.bmj.com .Bu məzmunun istifadəsi bizim qaydalara

müvaqdir İmtina. © © BMJ Publishing Group Ltd 2018. Bütün hüquqlar qorunur.

13



Qrip infeksiyası

Diaqnoz

DİAQNOZ


qulluq müəssisələri və qocalar evində vaksinasiya artırılarsa, qripəbənzər xəstəlik və hətta ölüm

hallarının sayını azaltmaq mümkündür.

[36]

Tarix və müayinə faktorları

Əsas diaqnostik faktorlar

qış mövsümü (adətən rast gəlinən)

• Qrip mövsümi alovlanmalar şəklində keçməyə meyl edərək, epidemiyaları, adətən, payızın sonları ilə

baharın əvvəlləri arasında rast gəlir.

hazırki qrip alovlanması (adətən rast gəlinən)

• Əgər yerli əhali arasında alovlanma qeydə alınmışdırsa, mövsümi qripə şübhə yüksək olmalıdır. Qrip

mövsümündə XNM internetdə qripin fəallığına dair həftəlik məlumatlar dərc edir. 

 [CDC: u activity

and surveillance] 

 Həmçinin, ÜST qripin insidentlik göstəricilərini izləyir və onlar haqqda hesabat

verir.


peyvənd olunmamışlar (adətən rast gəlinən)

• Xəstəyə hər il qrip peyvəndi olunub-olunmadığı barədə sual verilməlidir. Dəqiq seroloji müayinə

əsasında müəyyən edilmişdir ki, kontrol qrupla müqayisədə inaktivasiya olunmuş əzələdaxili peyvənd

vurulmuş yetkin yaşlı sağlam şəxslərdə A və B qripi virusuna yoluxma ehtimalı əhəmiyyətli dərəcədə

(13.4% və 1.7%), kliniki qrip infeksiyası isə nisbətən aşagı dərəcədə azalır.

[69]


 

[44]


 

[45]


hərarət və öskürək (adətən rast gəlinən)

• Nisbətən yaşlı xəstələr üzərində aparılmış tədqiqatlar göstərmişdir ki, kəskin başlanan hərarət və

öskürək hospitalizasiya olunmamış və olunmuş xəstələrin, müvaq olaraq, yalnız 30 və 53%-də qrip

üzrə müsbət proqnostik dəyərə malikdir.

[70]

 

[71]



• Xroniki ağciyər patologiyasından əziyyət çəkən peyvənd olunmuş nisbətən yaşlı şəxslər üzərində

aparılmış araşdırmalarda öskürəyin laborator təsdiqlənmiş qrip virusu infeksiyası üçün proqnostik

göstərici olmadığı, lakin hərarət və ya istiliklə əzələ ağrılarının birlikdə 41% müsbət proqnostik

dəyərə malik olduğu müəyyən edilmişdir.

[72]

• Azyaşlı uşaqlarda qripin hərarət və öskürək kimi tipik simptomları daha az qeydə alınır.



[73]

5[C]Evidence

• Əgər hərarət və ya öskürək simptomları daha da kəskinləşərsə və irinli bəlğəm və təngnəfəslik

yaranarsa, ikincili bakterial pnevmoniyaya şübhə yaranmalıdır. Döş qəfəsinin rentgen müayinəsində

inltratlar təsdiq olunur.

• İkincili bakterial pnevmoniya qripin vacib ağırlaşmasıdır və qripdən ölüm hallarının təxminən 25%-i

onunla əlaqədardır.

[5]


65 yaş və yuxarı (adətən rast gəlinən)

• Yetkin yaşlı gənc və sağlam şəxslərlə müqayisədə 65 yaş və ya ondan yuxarı yaşlı şəxslər qripə

yoluxduqda ciddi ağırlaşmaların baş vermə riski daha yüksəkdir və qrip infeksiyasının kəskinləşdirə

biləcəyi yanaşı xəstəlikləri olur. Belə təxmin edilir ki, ABŞ-da mövsümi qripdən ölüm hallarının 90%-

dən artığı, mövsümi qriplə əlaqədar hospitalizasiyaların isə 60%-dən çoxu 65 və daha artıq yaşlı

kontingent arasında baş verir.

[13]

 

[14]



 Yaşla əlaqədar immun müdaə qüvvələri zəiədikcə qrip çox

ciddi xəstəlik şəklində təzahür edə bilər. Həmçinin, bu yaşlarda yanaşı xəstəliklərin olma ehtimalı da

yüksəlir ki, qrip infeksiyası da bu xəstəlikləri daha da kəskinləşdirə bilər.

[15]


14

BMJ Qabaqcıl Praktika mövzusunun bu PDF sənədi ən son olaraq yenilənmiş internet variantına əsaslanır: Nov 30, 2017.

BMJ Qabaqcıl Praktika mövzuları müntəzəm olaraq yenilənir və mövzuların ən son variantı

buradan əldə edilə bilər bestpractice.bmj.com .Bu məzmunun istifadəsi bizim qaydalara

müvaqdir İmtina. © © BMJ Publishing Group Ltd 2018. Bütün hüquqlar qorunur.



Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə